Nazir əvəzi: S. C. Həsənova



Yüklə 0,99 Mb.
səhifə14/30
tarix19.10.2023
ölçüsü0,99 Mb.
#128025
1   ...   10   11   12   13   14   15   16   17   ...   30
5-6 Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçası

5-ci dərəcə
İşin xüsusiyyəti


Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların göstərilməsi; malların kəsilməsi, doğranılması, çəkilməsi və bükülməsi, alış dəyərinin hesablanması, çek rekvizitlərinin yoxlanılması, alıcılarla hesablaşmanın aparılması, alınmış malın alıcıya verilməsi; alıcılara malın keyfiyyəti, təyinatı, dad, tam və kulinar xüsusiyyətləri, ayrı-ayrı malların qida əhəmiyyəti barəsində məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması. Kassa aparatında iş qaydalarını. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının yoxlanılması, tərəzilərin və çəki daşlarının sazlığının və işə hazırlığının yoxlanılması, kassa aparatının sazlığının və işə hazırlığının yoxlanılması; malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına və tezxarabolan malların satış müddətlərinə nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malın adını, miqdarının, sortluluğunun, qiymətinin, qablaşdırmanın vəziyyətinin və düzgün markalanmasının yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, kesilməsi vədoğranılması; markalanmaya (fakturaya) uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; malların üstünə yarlıkların bərkidilməsi; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi. Piştaxta və mağazadaxili vitrinlərinin tərtibatı. Alıcıların tələbini öyrənilməsi. Çeklərin (pulların) hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi; satış məbləğini kassa aparatının sayğacına uyğunluğunun yoxlanılması. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçün hazırlanması.

Bilməlidir.




hazırki mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasını, onların təyinatını, onlardan istifadə və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını; pərakəndə qiymətləri; malların seçilməsi, geyinilib baxılması, ölçülüb kəsilməsi, komplektləşdirilməsi qaydalarını və üsullarını; məmulatların ölçü dərəcələrini və onların düzgün müəyyən olunması qaydalarını; malların hazırlanmasında istifadə olunan əsas xammal və material növlərini və onların müəyyən olunması üsullarını; malların keyfiyyətinə verilən əsas tələbləri; malın qüsurlarının (nöqsanlarının) növlərini; malların dəyişdirilməsi qaydalarının; mallardan istifadənin zəmanətli müddətlərini, malların əsas malgöndərənlərini və onların mühsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümə modanın vəziyyətini; mağazadaxili vitrinlərin tərtibatı prinsiplərini; alıcılara xidmətin mütərəqqi forma və metodlarını, alıcıların tələbi barəsində məlumatların cəmləşdirilməsi metodlarını; malgöndərənlərdən malların qəbul olunması qaydalarını; mal hesablatlarını, zay mallara, əskikgəlmələrə, sortun aşağı olmasına görə aktların və maddi qiymətlərin təhvil verilməsi zamanı təhvil-təslim aktlarının hazırlanması və tərtib olunması; inventarizasiyanın keçirilməsi qaydalarını.
İş stajına heç bir tələb qoyulmadan orta ixtisas təhsili və yaxud 4-cü dərəcəli ərzaq mallarının satıcısı vəzifəsində 5 ildən az olmayaraq iş stajı.


& 23. İÇKİLƏRİ HAZIRLAYAN



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə