Nazir əvəzi: S. C. Həsənova



Yüklə 0,99 Mb.
səhifə5/30
tarix19.10.2023
ölçüsü0,99 Mb.
#128025
1   2   3   4   5   6   7   8   9   ...   30
5-6 Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçası

İşin xüsusiyyəti.

Klassik alkoqol qarışıq içkilərin və zəifalkoqollu içkilərin (kokteyl, krüşon, eqq-noq, cülep, qroq, qlintveyn və s.) hazırlanması. Qarşılıqların (şeykerlərdə, kruşon, qablarında) düzəldilməsi. Onların qatışdırılması, çalınması, qaynadılması və xüsusi qablara tökülməsi, kokteyllərin bəzədilməsi. Müştərilərə dayaqların və stolların arxasında xidmət edilməsi. Müştərilərin qəbul olunması, onların satışda olan içkilərin çeşidi və resepturu ilə tanış edilməsi. Aşağı dərəcəli barmenlərin işinin təşkil olunması və onların fəaliyyətinə rəhbərlik edilməsi.


Bilməlidir:


kokteyllərin, kruşonların, qroqların, qlintveynlərin və digər alkoqollu və zəifalkoqollu içkilərin növlərini və çeşidlərini; onların hazırlanma texnologiyasını, resepturunu və üsullarını; içkilərin bəzədilməsi və buraxılması üsullarını və qaydalarını, inventar və qablara verilən tələbləri; istifadə olunan ərzağın əmtəə xarakteristikasını; bar dayağının tərtib olunması; yüksək və lyuks kateqoriyalı barlarda etiket qaydalarını.


& 9. BUFET İŞÇİSİ
3-cü dərəcə
İşin xüsusiyyəti.


Ədədi malların, çəkilmiş və qablaşdırılmış məhsulların nağdı qaydada və ya çeklə buraxılışı. Məhsulun çəkilməsi, onun qablara, salat qablarını və s. qablara düzülməsi; şirələrin, kisellərin (meyvə firnilərinin), südlü, vitaminli içkilərin, qaymağın, meyvə sularının və mineral suların, şərabların və araq-çaxır məmulatlarının qablara tökülməsi. Çəki ilə buraxılan malların bükülməsi. Alışın dəyərinin hesablanması. Malın qəbuletmə-təhvilvermə aktlarına və keyfiyyət sertifikatına əsasən qəbul olunması, onun çeşidini, miqdarının və keyfiyyətinin yoxlanılması. Malın satışa hazırlanması, qablaşdırmadan azad olunması, onun bufet piştaxtalarında düzülməsi, qiymət yarlıklarının (kağızlarının) qoyulması. Standarta uyğun olmayan malların seçilib ayrılması, malları xarab olmasının qarşısının alınması. Tərəzilərin yoxlanılması. Müəyyən olunmuş uçotun aparılması və mal hesabatının tərtib olunması.
Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.

Bilməlidir:




buraxılan malların çeşidini, sortunu və xüsusiyyətlərini; çəki-ölçü cihazlarının, soyuducu şkafların və piştaxtaların istismar olunması qaydalarını, tərəzilərin yoxlanılmasını; çəki daşlarının damğalanması müddətlərini; kassa aparatlarının istismar olunması qaydalarının; malların qablaşdırılmasında istifadə olunan materialların və onların bükülməsi üsullarını; istehlakçı ilə hesablaşma qaydalarını, standarta uyğun olmayan malları xarici görünüşünə əsasən seçilib ayrı yığılmasını; malların saxlanılma müddətləri və bu zaman tətbiq olunan temperatur rejimlərini; satış qiymətlərini.
Görülən işin texnoloji prosesini, avadanlıq, ləvazimat və alətlərdən istifadə edilməsinin texniki qaydalarını, enerji, yanacaq, xammal və materialların sərfi normasını, iş prosesində qarşıya çıxan nasazlıqları aşkar etmək və aradan qaldırmaq, zay məhsulun növlərini, onu əmələ gətirən səbəblərini, onların aradan qaldırılması üsullarını.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.


& 10. BUFET İŞÇİSİ



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə