Nazir əvəzi: S. C. Həsənova



Yüklə 0,99 Mb.
səhifə8/30
tarix19.10.2023
ölçüsü0,99 Mb.
#128025
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
5-6 Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçası

3-cü dərəcə
İşin xüsusiyyəti


Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların nümayiş etdirilməsi, malların seçilməsində yardım edilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara düzgün xidmət edilməsi barəsində, qiymətlər, cari mövsümün modası üzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması; malların geyilib baxılması, ölçülməsi, kəsilməsi, çəkilməsi, onların fəaliyyətinin nümayiş etdirilməsi və s; alışın dəyərinin hesablanması, çekin yazılması /vurulması/, pulun alınması, zəmanətli istismar müddəti olan malın pasportunun doldurulması; malların bükülməsi, qablaşdırılması, malın verilməsi və ya onun nəzarətçiyə ötürülməsi. Kassa aparatında işləmək. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının yoxlanılması, tərəzilərin və çəki daşlarının sazlığının və işə hazırlığının yoxlanılması, malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malın adının, miqdarının, komplektliyinin, sortluluğunun, qiymətinin və markalanmanın, fabrik yarlıkının, plombunun /damğasının/ uyğunluğunun yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, yenidən sarınması, yığılması, ütülənməsi və s; yarlıkların malların üzərinə bərkidilməsi; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi; markalanmaya /fakturaya/ uyğun gəlməyən mallırın daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi; piştaxta vitrinlərinin tərtibatı. Alıcıların ödənilməyən tələblərinin qeydiyyata alınması. Çeklərin /pulların/ hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçün hazırlanması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.

Bilməlidir.




Hazırkı mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasını, onların təyinatını, onlardan istifadə olunması və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını; pərakəndə qiymətləri; malları seçilməsi, geyinilib baxılması, kəsilməsi, komplektləşdirilməsi və qaydalarını və üslublarını; məmulatların ölçü dərəcələrini və onların düzgün müəyyən olunması qaydalarını; malların keyfiyyətinə verilən əsas tələbləri, malın qüsurlarının /nöqsanlarının/ növlərini, malların dayandırılması qaydalarını; cari mövsümə modanın vəziyyətini. Əməyin təhlükəsizliyi və sanitariya - gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.


& 16. QEYRİ-ƏRZAQ MALLARIN SATICISI



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə