Azərbaycan xalçaları cild 7, №24, 2017
İslam dünyasında
oyun və idman
Nailə Əskər
A M E A Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
E -m a il: cjaracantali@live.com
Oyunlar hər bir xalqın özünəməxsus dünyagörüşünü, inanc və etiqad sis
temini, dünyam anlamaq formasını əks etdirən ilkin estetik janrlardan biridir.
Onlar eyni zamanda insanların əyləncə tərzini və məişətini də əks etdirir. Hər
xalqın oyunlarından onların əhval-ruhiyyəsini, əxlaqi keyfiyyətlərini, psixoloji
vəziyyətini də təyin etmək mümkündür.
Oyun sözü "vaxt keçirməyə yarayan, özünəməxsus qaydaları olan əyləncə;
təəccüb oyandıran hünər; musiqinin müşayiəti ilə edilən hərəkətlərin tamamı;
təmsil, pyes; fiziki gücü və zəkanı inkişaf etdirmək mədsədi ilə aparılan yarışma;
fırıldaq" kimi mənaları ifadə edir. Ərəb dilində "ləab və laib" oyun sözünə ya
xın məna daşıyır. "İnsanı məşğul edən, ona başqa işləri unutduran m əşğuliyyət"
mənasındakı "ləhv zə ləab" əvəzində istifadə edilməklə yanaşı, daha geniş
mənaları da vardır.
Musiqinin müşayiəti ilə oyun (rəqs) qədim bir ənənədir. Ərəb mədəniyyətində
simli və nəfəsli çalğılar məlum olmuş və eyni zamanda dəf daha geniş istifadə edil
mişdir. Ərəblər toy və bayramlarda dəf çalıb oynayardılar. Musiqinin müşayiəti
ilə oynanan rəqslərdən başqa, onların qılınc, qalxan və mizraqla ifa etdikləri rit
mik hərəkətlərdən ibarət "qals" və ya "dirqalə" dedikləri milli oyunları vardır.
Araşdırma zamanı İslam coğrafiyasında atla, güləşlə bağlı olan oyunların
bir-birinə çox bənzədiyini görürük. Bu da bu oyunların ortaq düşüncə və həyat
tərzindən doğduğunu bildirir. Bu oyunlar arasındakı fərqlər isə coğrafi şərait
və iqlimlə əlaqəlidir. Ən başlıcası, əİimizdəki materiallar idrakı inkişaf etdirən
şahmat, nərd və digər stolüstü oyunların Şərqdə doğulub, İslam coğrafiyasında
təkmilləşərək Avropaya qədər yayıldığını göstərir. İslam dünyasında oynanılan
bu oyunlar bu və ya digər dərəcədə bir-birindən fərqlənsələr də, mahiyyət etibarı
ilə eynidirlər. Bu da eyni mədəni tarixi kökləri, dini, milli tolerantlığı ifadə edir.
İslamın təşəkkül tapdığı qədim mədəniyyət beşiyi olan Mərakeşdə nəinki
ənənəvi oyunlar, hətta mənəvi mədəniyyət də zəngindir. Qədimdən bəri mövcud
olmuş, lakin 1960-cı ildən başlayaraq rəsmən qeyd olunan milli folklor festival
ları hər il may ayında Əl-Badi sarayında keçirilir. Bu nağılvari tamaşalar sarayın
qədim divarları arasında açıq səma altında keçirilir. Ölkənin cənubundan "G öy
insanlar" (paltarları əl üsulu ilə indiqoya boyandığına görə onların dərisi göy
rəngə çalırdı) sirli "qedra" rəqsini nümayiş etdirirlər, Orta Atlasın sakinləri "xan-
dus" kimi yallı rəqsi ilə çıxış edir, Yuxarı Atlasının bərbərləri "avaş" mahnısını ifa
edirlər.
Mərakeşin həyatında bayramların müstəsna rolu vardır. Ay təqvimi üzrə
qeyd olunan müsəlman bayramları - Uraza (qurban bayramı), məhərrəm ayının
birinci günü (ərəblərin yeni ili), Məhəmməd peyğəmbərin ad günü, ramazan ayı
nın bitm əsi böyük əhəmiyyət kəsb edir.
Mərakeşlilər arasında meydan tamaşaları xüsusi yerə sahibdir. Bayramlar za
manı mahnı oxuyan qadınların müşayiəti ilə ağ paltarlı süvarilər at oynadaraq
qiymətli daş-qaşla bəzədilmiş qədim tüfənglərdən - muqqalardan atəş açırdılar.
Mərakeşlilər öz milli musiqilərini ifa edir, tez-tez rəqsləri dualarla əvəz edirdilər.
Ənənəvi şəkildə qeyd olunan, 1960-cı ildən isə rəsmən hər il may ayında
Mərakeşdə keçirilən milli folklor festivallarında ən çox aşağıdakı idman oyunları
nümayiş olunur:
119
• Qaçış - səyahətlər, cihad, qida axtarışı üçün məşqetmə forması idi. Dola
yısı ilə qaçış xeyir işlər görməyə tələsmək kimi də nəzərdə tutulurdu, yəni qaçış
həm mənəvi, həm də fiziki cəhətdən təkmilləşməyə yardım edirdi.
• Atçapma - ərəblərin atçapma sənəti məşhurdur. Onlar bu sənəti uşaqları
na 8 yaşından öyrədirlər.
• Oxatma - bu oyun müsəlmanlığın ilk illərindən əhali arasında məşhur idi.
• Daş atmaq - bu oyunun qaydaları bədii ərəb kitablarında təsvir olunur.
• Qılıncoynatma
• Döyüş, mübarizə
• Ağır atletika
• Hündürlüyə tullanma
• Üzgüçülük
Adlarını çəkdiyimiz ənənəvi idman oyunları ərəb coğrafiyasında çox qədim
dövrlərdən təkmilləşərək bu folklor festivalına qədər yol gəlmiş və burada yarış-
müsabiqə formasını almışdır.
Ən maraqlı "Fantaziya" festivalı ölkənin müxtəlif yerlərində müntəzəm ola
raq keçirilir. Bu, bərbər tayfalarının (bərbərlər Afrikanın şimalında - Misirdən
Atlantik okeanına qədər olan ərazilərdə yaşayan VII əsrdə İslam dinini qəbul
etmiş yerli xalqların ümumi adıdır. Avropalılar onlara "bərbər" adını dillərini
başa düş-mədiklərinə görə veriblər. Əsl adları isə "amaziq", "amaxaq" - tərcüməsi
"azad kişi"deməkdir.) atlı festivalıdır. Bu zaman çadır şəhərciyi salınır və onun
mərkəzində tamaşa göstərilir. Ağ geyimdə - calabiyyədə onlarla bərabər bara
banların sədaları altında at çaparaq döyüş halayları səsləndirir əntiq tüfəng və
qılınc oynadırlar.
120
Orta əsrlərdə islam coğrafiyasında Əxi təşkilatlarının nəzdində qurulan
bəzi idman oyunları keçirilən təkkələrdə idman əxlaqı da tədris olunurdu. İd
manda hiylə və saxtakarlığa yol vermək qeyri-əxlaqi hesab olunur və xoş qar
şılanmırdı. Ədalətli, dürüst oyunçu olmaq, sadəcə, əzələləri inkişaf etdirməklə
deyil, ədəb qaydalarına əməl etmək, qrup oyunlarında, yarışlarda rəqibə bilərək
zərər yetirməmək, hakimi aldatmamaq da müsəlman idmançının əxlaqi dəyər-
lərindəndir. Oyun intizamı insana səbrli, fədakar olmağı, özünə nəzarət etməyi
və bitərəfliliyi öyrədirdi.
Müsəlmanların müharibə və düşmən hücumunun qarşısını almağa hazırlaş
maları səbəbindən atçılıq idmanı, ümumiyyətlə, islam cəmiyyətində, xüsusilə də
Misirdə yüksək mövqe tutmuşdu. Bu oyunlar müharibə zamanından əlavə, sülh
vaxtı da böyük rol oynamışdı. İslam coğrafiyasının bir çox böyük şəhərlərində tez-
tez atçılıq yarışları keçirilirdi. Sultanlardan tutmuş aşağı təbəqənin nümayəndələri
belə bu yarışları izləmək üçün meydanlara gəlirdi.
Atçılıq yarışlarına aşağıdakı idman növləri daxil idi:
• At yarışları (cıdır)
• Oxatma yarışları
• Qılmcoynatma yarışları
• Nizəatma yarışları
Çoxmillətli İslam aləminin bir hissəsini təşkil edən
türklərin tarixində də idman böyük əhəmiyyət daşımış
dır. Türklərin Orta Asiyadan dünyanın müxtəlif yerlərinə
yurd qurmaq üçün yayılması, daim müharibələr etməsi
onlardan güclü və at çapmaqda məharətli olmağı tələb
edirdi. Onlar rəqiblərinə qalib gəlmək üçün qüvvətli,
cəld, sürətli olmaq məcburiyyətində idilər. Bu səbəblərə
görə də qədim türklər daim idmanla məşğul olmuşlar.
Ənənəvi idman növləri üzrə həmişə yarışlar təşkil olun
muş və bu idman oyunları böyük inkişaf yolu keçmişdir.
Güləş, minicilik, qılmcoynatma, oxatma, piyada qaçışları, uzunluğa tullanma,
ağırlıq qaldırma, gürz və əmud istifadə etmək, cıdır, cirit, çöğən, gökbörü, təpük,
toxmaq, xizək, matraq və s. kimi idmanlar türklərin məşğul olduğu qədim idman
növləridir.
Türklərin hər şəhərində at yarışı üçün bir sahə olurdu və hər cümə günü
təşkil olunanyarışlarda onlar güclərini sınayırdılar. Türklərdə at yarışlarından
həyat yoldaşı seçimində də istifadə olunmuşdur. Atlı qızlar bir qrup halında ya
rışa başlar və arxalarından atlarını qrup halında çapan oğlanlar onlardan birini
tutub atlarının tərkinə alardılar. Daha sonra seçdikləri bu qızlarla evlənərdilər.
Əgər bir qızın istəyəni çox olardısa, qız yarışa tək olaraq başlayar, daha sonra
arxasından oğlanlardan ibarət qrup atlarını çapardı. Qrupdan kim qızı tuta bilsə,
o, qızla evlənmək haqqını əldə edərdi.
121
Ərəblər at yarışlarım hələ cahiliyyə dövründə keçirirdilər. Onlar bu yarışlar
da mərc üçün pul qoyurdular. İslam dövründə ilk at yarışı hicrətin altıncı ilində
keçirilmişdi. Sonralar at yarışları xəlifələr üçün yalnız yarış xüsusiyyətindən çıxa
raq, həm də əyləncəli oyunlara çevrildi. Əməvi xəlifələrinin sahib olduğu atların
sayı dörd mindən çox idi.
At yarışları elə bir səviyyəyə çatmışdı ki, yarış keçirilən gün bayram kimi
qeyd olunurdu. Bu yarışlarda mükafat və hədiyyələr paylanırdı. Yarış üçün
seçilən atların əlamətləri olmalı idi. Bu əlamətlərdən bəzisi bunlar idi: Atm burnu
nazik olmalı idi ki, suyu küpədən içə bilsin. Yanağında ət olmamalı, gözləri və ba-
damcıq vəziləri böyük, bədəni enli, qulaqları, quyruğu və boynu uzun olmalı idi.
Yarış vaxtı startda kəndir bağlanılırdı və onun yanında bir nəfər dayanıb, işarə
ilə yarışın başlanmasını bildirirdi. Atların qaçdığı məsafə müəyyən edilirdi və qa
çış zolağı kərpiclərlə xətlənirdi. Xətlənmiş zolağa səkkiz atdan artıq yerləşmirdi.
Zolaqların sonunda yerə oxlar basdırılırdı. Bu oxlardan ardıcıllıqla yeddi qalib
üçün mükafatlar asılırdı.
Belə yarışlarda aşağıdakı qaydalar var idi:
• Atla dəvənin eyni yarışda iştirak etməsi qadağan idi. Heyvanların dırnaq
ları startda bir xətt üzrə olmalı idi.
• Atlar eyni cinsdən olmalı idi.
• Yarışda müəyyən bir məsafə olmalı idi.
• At yarışında qələbə atın boynu ilə, dəvə yarışlarında isə qabaq ayağın dır
nağı ilə müəyyən edilirdi. Əgər iki atm boynu finiş xəttini eyni vaxtda
keçirdisə, qələbə heyvanın başı ilə ölçülürdü. Burada da eyni vəziyyət
alınsaydı, mükafatın qiyməti iki qalib arasında bölünürdü.
Azərbaycanda da at üstündə idman oyunları çox qədim tarixə malikdir, bu
oyunlar çox böyük bacarıq tələb edən meydan tamaşalarıdır. At üzərində müxtəlif
hərəkət və oyunlar icra edən oyunçu "at canbazı", "əsbəndaz", "minici", "cündi"
adlanırdı. O, atm üzərində müxtəlif hərəkətlər icra edir, qaçan atm belinə təkanla
sıçrayır, atı çapa-çapa onun qarnının, boğazının altından keçir, ayaq üstə və ya
başı üstə durur, əyilib yerdən müxtəlif əşyalar qaldırır, at üstündə libasını çıxa
rıb, yenidən geyinir və s. kimi nömrələr nümayiş etdirirdi. Bununla yanaşı, o, at
belində qılınc, xəncər, zorxana mili, tüfəng və başqa alətlərlə də hünər göstərirdi.
At üstündə oynanılan oyunlardan "Çovqan", "Cirit", "Sürpapaq", "Baharbənd",
"Yaylıq", "At belində güləş", "Cıdır", "Qızqov", "Gərdəkqaçırma", "Çoban oyunu",
"Qopuq" və s. daha geniş yayılmışdır. Orta
əsrlərdə mövcud olmuş bir çox at oyunlarının
adları, qaydaları bu günə qədər gəlib çatmış
dır.
Bu atüstü oyunlar "cıdır tamaşaları" adla
nırdı. Tamaşalar müəyyən hazırlıq tələb edir
di. Bu atların yemlənməsinin, suvarılmasının
özünəməxsus qaydaları var idi. Yarış atlarını
yaşıl yoncadan gözləyər, yazqabağı onlara
verilən arpaya kişmiş qatardılar. Oyunqabağı
atlar nallanar, qaşovlanar, bəzədilərdi. Atın
yüyənlərindən mis zınqrovlar asılar, qotazlı
yəhərüstü xalçalar toxunardı. Atları bəzəyən
əsas rənglərdən biri qırmızı olardı.
Hal-hazırda atlı oxatma və atlı qılıncoy-
natma da müasir döyüş idman növü kimi
meydan tamaşalarında nümayiş olunur. Bu
oyunlar geniş ərazidə və xoş havalarda təşkil
olunurdu.
Oxatma həm atlı, həm piyada oyunçular
arasında da keçirilirdi. Yarışmalarda yüksək
yerdən atılan almanı havada vurmaq, qırx oxu
eyni hədəfdən keçirmək, üzük halqasından
ox keçirmək və s. şərtlər yerinə yetirilirdi. At
üstündə oxatma uzunmüddətli məşqlərlə həm
oyunçunun, həm də atın səriştə qazanmasını
tələb edən bir oyun növüdür. Bu oyunda atm
hürkməməsi üçün onu yavaş-yavaş alışdır
maq, əvvəlcə atdan uzaqda oxatma təlimlərinə
başlamaq, yavaş-yavaş ata yaxınlaşaraq məşq
etmək və nəhayət, at üzərində təlimlərə da
vam etmək lazımdır. Məşqlər zamanı atm oxu
və yayı qoxulamasma izin verilməlidir. Mahir
oxatanlar hətta hədəfi atm boynunun altından nişan alaraq vura bilirdilər.
Qılıncoynatma da atlı və piyada keçirilən oyunlardan idi. Bu oyun üçün
nisbətən yüngül qılınc istifadə olunurdu. Oyun oyunçulardan birinin qılıncı sı
nana və ya əlindən düşənə qədər davam etməli idi. Atla qılmcoynatmada atdan
düşmək də məğlub olmaq hesab edilirdi.
At üstündə oxatma kimi, atüstü qılıncoynatma da ciddi məharət və cəldlik
tələb edən bir oyundur. Bu oyunlar, adətən, Novruz bayramında keçirilir və
qaliblərə Novruz nəməri verilirdi.
Atla oxatmada at çaparaq hədəfi nişan almaqla bağlı bir neçə oyun növü möv
cud olmuşdur. Atla oxatma növünün biri olan "Qopuq" zadəganların idman növü
idi. Hündür dirəyin başına qoyulmuş qızıl cam oxla vurulub salınmalı idi. Sanki
dirəkdən cam qoparılırdı, oyunun adı da buradan yaranmışdır. Bu oyun hərbi
əhəmiyyətli oyun kimi çox şöhrət qazanmışdı və igidlik sınağı sayılırdı.
Atlı oxatmaya başqa bir misal olaraq "Piyalə və ox oyunu'nu göstərmək olar.
Bu oyun daha sadə insanlar arasında oynanılır və qızıl camı piyalə əvəz edirdi.
Oyunda məqsəd xüsusi dirəyin üzərindəki piyaləni atı çaparaq oxla vurmaqdır.
Burada nişangah piyalə və ya hər hansı bir əşya da ola bilər. Bu oyun bir neçə
variantda oynanılır. "Piyalə və ox oyunu" iştirakçılardan dəqiqlik və cəldlik tələb
edir. Atm üstündə sürətlə hərəkət edərkən piyaləni dəqiq nişan almaq üçün həm
də sərrastlıq tələb olunur.
Oyunlar milli olduğu qədər də ümumbəşəridir. Şifahi ənənəyə əsaslanan,
həmin ənənə əsasında yaranan, yaşayan və nəsildən-nəslə ötürülən oyunların
ayrı-ayrı xalqlara məxsus özəllikləri olduğu kimi, ortaq dəyərləri də vardır. Hər
xalq öz ibtidai mifoloji görüşlərinin məhsulu olaraq oyunlarını yaratmışdır.
123
Dostları ilə paylaş: |