Nazir əvəzi: S. C. Həsənova



Yüklə 0,99 Mb.
səhifə7/30
tarix19.10.2023
ölçüsü0,99 Mb.
#128025
1   2   3   4   5   6   7   8   9   10   ...   30
5-6 Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçası

3-cü dərəcə
İşin xüsusiyyəti.


Müxtəlif konstruksiyalı avtomat və yarımavtomat maşınlarda qab-qacağın və alətlərin yuyulması prosesinin aparılması. Yuyucu qarışıqların hazırlanması. Çənlərin müəyyən temperaturda olan su ilə müəyyən qarışıqda yuyucu vasitələrlə doldurulması. Buxarın təzyiqinin, suyun, yuyucu vasitələrin verilməsinin nəzarət-ölçü cihazlarının vasitəsi ilə nizamlanması, yuyulmuş qab-qacağın maşından çıxmasının müşahidə olunması və onun sonrakı əməliyyat üçün verilməsi. Avadanlığın işində ayrı-ayrı nasazlıqların aradan götürülməsi, onun yağlanması, təmizlənməsi, yuyulması və dezinfeksiya olunması. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.

Bilməlidir:


qabyuyan maşınların və nəzarət-ölçü cihazlarının iş prinsipini və quruluşunu; qabların yuyulmasında istifadə olunan qələvi və turşuların fiziki-kimyəvi xüsusiyyətlərini və onlarla rəftar olunma qaydalarını; qab-qacağın və alətlərin yuyulması keyfiyyətinə verilən tələblər; avadanlığın işində nasazlığın müəyyən olunması və onun aradan qapdırılması.


Əməyin təhlükəsizliyi və sanitariya gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.


& 13. QABYUYAN


1-ci dərəcə
İşin xüsusiyyəti.


Qabların yuyulması zamanı hazırlıq işlərinin görülməsi. İstifadə olunmuş qabların stolların üstündən arabacığa və ya hərəkət edən xəttin üstünə yığılması. Qablar olan arabacığın boşaldılması. Stolların üstünə salfet qablarının, ədvalar olan cihazların düzülməsi və iş günü ərzində onların doldurulması.


Bilməlidir:


stolların üstündən çirkli qabları yığarkən sanitar, tələblərini və etiket qaydalarını; müxtəlif qab-qacaqla və onların daşınması üçün istifadə olunan arabacıqla rəftar qaydalarını.


& 14. QABYUYAN


2-ci dərəcə
İşin xüsusiyyəti.

Yuyucu və dezinfeksiya vasitələrinin /sabun, susuzlaşdırılmış soda, xardal və s./ tətbiqi ilə alətlərin, xörək və mətbəx qablarının /metaldan və plastik kütlədən olan, şüşə, çini-saxsı/, tabaqların və inventarların əlnən və maşın vasitəsi ilə yuyulması. Xüsusi yuyucu qarışıqların hazırlanması. Qab-qacağın və alətlərin silinməsi və qurudulması. Çirkli qablardan xörək qalıqlarının silinməsi və yeyinti tullantılarının yığılması. Təmiz qabların, ədvalar olan cihazların, məcməyilərin xörək paylanan yerlərə çatdırılması.




Bilməlidir:


qab-qacaq və alətlərin, tabaqların və inventarların təyinatlarını, onların yuyulması və qurudulması qaydalarını; qabyuyan maşına xidmət edilməsi qaydalarını; yuyucu vasitələri və onlardan qarışıqlar hazırlanması üsullarını; qab-qacaq və alətlərlə rəftar olunması qaydalarını; yeyinti tullantılarının saxlanılması qaydalarını.
& 15. QEYRİ-ƏRZAQ MALLARININ SATICISI



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə