Nazir əvəzi: S. C. Həsənova



Yüklə 0,99 Mb.
səhifə9/30
tarix19.10.2023
ölçüsü0,99 Mb.
#128025
1   ...   5   6   7   8   9   10   11   12   ...   30
5-6 Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçası

4-cü dərəcə
İşin xüsusiyyəti.


Alıcılara xidmət göstərilməsi: malların təklif olunması və onların nümayiş etdirilməsi, malların seçilməsində yardım edilməsi, alıcılara malın keyfiyyəti, təyinatı, xüsusiyyətləri barəsində, onlara düzgün xidmət edilməsi barəsində, qiymətlər, cari mövsümün modası üzrə məsləhət verilməsi; bir-birini əvəz edən malların, yeni malların və əlaqəli çeşiddə malların təklif olunması, malların geyilib baxılması, ölçülməsi, kəsilməsi, çəkilməsi, onların fəaliyyətinin nümayiş etdirilməsi və s; alışın dəyərinin hesablanması, çekin yazılması /vurulması/, pulun alınması, zəmanətli istismar müddəti olan malın pasportunun doldurulması; malların bükülməsi, qablaşdırılması, malın verilməsi və ya onun nəzarətçiyə ötürülməsi. Kassa aparatında işləmək. İşçi yerinin hazırlanması: inventar və alətlərin sazlığının və işə hazırlığının yoxlanılması, kassa aparatının sazlığının və işə hazırlığının yoxlanılması, malların bükülməsi üçün qablaşdırma materiallarının alınması; malların işçi ehtiyatının daimi olaraq doldurulmasına nəzarət edilməsi. Malların alınması və onların satışa hazırlanması: malın adının, miqdarının, komplektliliyinin, sortluluğunun, qiymətinin və markalanmanın, fabrik yarlıkının, plombunun (damğasının) uyğunluğunun yoxlanılması; məmulatların qablardan çıxarılması, onların xarici görünüşlərinin nəzərdən keçirilməsi, silinməsi, təmizlənməsi, yenidən sarınması, yığılması, komplektləşdirilməsi, istismar xüsusiyyətlərinin yoxlanılması, ütülənməsi və s; yarlıkların yazılıb doldurulması və malların üzərinə bərkidilməsi; hədiyyə və bayram komplektlərinin hazırlanması və tərtib olunması; mal qonşuluğunu, tələbin tezliyini və işin rahatlığını nəzərə almaqla malların qruplar, növlər və sortlara əsasən yerləşdirilməsi və düzülməsi; markalanmaya (fakturaya) uyğun gəlməyən malların daxil olması halları barəsində müdiriyyətə məlumat verilməsi. Piştaxta və mağazadaxili vitrinlərin tərtibatı. Alıcıların tələbinin öyrənilməsi. Çeklərin (pulların) hesablanması və onların müəyyən olunmuş qaydada təhvil verilməsi; satış məbləğinin kassa aparatının sayğacına uyğunluğunun yoxlanılması. Satılmayan malların taralara yığılması. Malların inventarizasiya üçün hazırlanması.

Bilməlidir.




hazırki mal qruplarının çeşidini, təsnifatını, xarakteristikasının, onların təyinatını, onlardan istifadə və onlara xidmət edilməsi üsullarını; artikulun və markalanmanın oxunması qaydalarını; pərakəndə qiymətləri; malların seçilməsi, geynilib baxılması, ölçülüb kəsilməsi, komplektləşdirilməsi qaydalarını və üsullarını; məmulatların ölçü dərəcələrini və onların düzgün müəyyən olunması qaydalarını; malların hazırlanmasında istifadə olunan əsas xammal və material növlərini və onların müəyyən olunması üsullarını; malların keyfiyyətinə verilən əsas tələbləri; malın qüsurlarının (nöqsanlarının) növlərini; malların dəyişdirilməsi qaydalarının; mallardan istifadənin zəmanətli müddətlərini, malların əsas malgöndərənlərini və onların mühsullarının çeşidində və keyfiyyətində olan xüsusiyyətləri; cari mövsümə modanın vəziyyətini; mağazadaxili vitrinlərin tərtibatı prinsiplərini. Əməyin ödənilməsinə qoyulan ixtisas tələblər.
3-cü dərəcəli qeyri-ərzaq mallarının satıcısı vəzifəsində 2 ildən az olmayaraq iş stajı.


& 17. QEYRİ-ƏRZAQ MALLARIN SATICISI



Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə