Nazir əvəzi: S. C. Həsənova


(ixtisaslaşdırılmış ət mağazasının və



Yüklə 0,99 Mb.
səhifə4/30
tarix19.10.2023
ölçüsü0,99 Mb.
#128025
1   2   3   4   5   6   7   8   9   ...   30
5-6 Ticarət və iaşə sahəsinə aid olan fəhlə peşələrinin və işlərin vahid tarif-ixtisas sorğu kitabçası

(ixtisaslaşdırılmış ət mağazasının və
ya ərzaq mağazasının ət şöbəsinin satıcısına
da aid edilir)
4-cü dərəcə
İşin xüsusiyyəti.


Malların cəmdəklərinin doğranılma sxeminə əsasən doğranılması və xırda tikələrə bölünməsi. Cəmdəklərin üzərindəki yeyinti üçün yararlılıq damğasının və ət-nəzarət stansiyasının arayışının mövcudluğunun yoxlanılması. Ətin keyfiyyətinin orqanoleptik xüsusiyyətlərə görə müəyyən olunması. Ət nümunələrinin laboratoriya analizi üçün seçilməsi. Ətin piştaxtaya düzülməsi və cəmdəyin ayrı-ayrı hissələrinin divara bitişik avadanlığın qarmaqlarından asılması. İşçi yerinin hazırlanması, inventar və alətlərin sazlılığının yoxlanılması.

Bilməlidir:




müxtəlif heyvanların cəmdəklərinin sortlar üzrə doğranılması sxeminin və onların düzgün doğranılması qaydalarını; ətin doğranmaya qəbul olunması; ət məhsullarının keyfiyyətinə verilən əsas standartları; ətin keyfiyyətinin orqanoleptik üsulla müəyyən olunması metodlarını; ətin qida yararlılığının müəyyən olunması üçün nümunələrin seçilməsi qaydalarını; cəmdəklərin üzərinə yeyinti üçün yararlılıq damğasının vurulmasını; alətin itilənməsi, düzəldilməsi və saxlanılması qaydalarını; ət doğranılan kötüyün saxlanılmasının sanitar-gigiyenik qaydalarını.


& 7. BARMEN (ÇAŞNİGİR)
4-cü dərəcə
İşin xüsusiyyəti.


Alkoqollu və zəifalkoqollu kokteyllərin, punşların və s. hazırlanması. Müəyyən olunmuş resepturaya əsasən müxtəlif araq-çaxır məmulatlarının şirələrlə, siroplarla, meyvələrlə, mineral su və sairə ilə qarışıqlarının düzəldilməsi. Onların qatışdırılması, çalınması, qaynadılması və xüsusi qablara tökülməsi. Hazır məhsulun müəyyən buraxılış temperaturuna və buraxılma qaydalarına əməl edilməklə meyvələr, qoz-fındıq, xırda ədədi qənnadı məmulatları və digər əlaqədar mallarla birgə istehlakçıya buraxılması. Məhsulların alınması və onların tələb olunan rejimə və qaydalara əsasən saxlanılması. Mal hesabatının tərtib olunması. Vitrinin və bar dayaqlarının tərtib olunması. Musiqi cihazlarının (avtomatlarının) istismar olunması və onlara xidmət olunması. Müştərilər tərəfindən davranış normalarına əməl olunmasına nəzarət edilməsi. Növbənin qəbulu və təhvili. İş yerinin hazırlanması və yığışdırılması.

Bilməlidir:




zəifalkoqollu və alkoqollu içkilərin çeşidini, onların hazırlanmasında istifadə olunan araq-çaxır məmulatlarını və digər tərkib hissələrini; kokteyllərin hazırlanması resepturunu və üsullarını, inventar və qablara olan tələbləri və buraxılış qaydalarını, istehlakçılarla hesablaşma qaydalarını; malların saxlanılması müddətlərini, qaydalarını və temperatur rejimlərini; uçotun aparılması və mal hesabatının tərtib olunması qaydalarını; barlarda istifadə olunan avadanlığın və musiqi cihazlarının iş prinsiplərini və istismar qaydalarını; bar dayaqlarında malların düzülüşü üsullarını və qaydalarını.
Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena normalarını, iş yerində yanğından mühafizə vasitələri ilə işləmək qaydalarını.


& 8. BARMEN (ÇAŞNİGİR)


5-ci dərəcə

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə