Naxçıvan Muxtar Respubliкası Florasında Acantholimon Boiss



Yüklə 269,46 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix14.01.2018
ölçüsü269,46 Kb.
#20741
1   2   3   4   5   6   7   8   9   ...   13

Naxçıvan  Muxtar  Respubliкası  Florasında

 

49 



Sect. 1. Acantholimon 

1. A.bracteatum (Girard) Boiss. 1846, Diagn. 

Pl. Or. ser. 1, 7: 70; Boiss., 1875, Fl. or., 4, 827; 

Кузнецов, 1902, Мат.  Фл.  Кавк., 4, 1 : 179; 

Гроссгейм, 1932, Фл.  Кавк., 3: 215; Гроссгейм, 

1949,  Опр.  раст.  Кавк., 592; Линч. 1952, Фл. 

СССР, 18: 312; Прилипко, 1957, Фл.  Азерб. 7: 

44;  Гроссг. 1967, Фл.  Кавк.  изд. 2, 7: 184; 

Rechinger, Schiman- Czeika, 1974, in Fl. Iran. 108: 

45; Dogan, Akaydm, 2007, Journ. Linn. Soc. 

London (Bot.), 154, 3: 401; - Statice bracteata Gi-

rard, 1844, Ann. Sei. Nat. (Paris), ser. 3, 2: 330. - 

Acantholimon bracteatum var. bracteatum Bokhari 

1972, Notes Roy. Bot. Gard. Edinb. 30: 76; 

Edmondson & Bokhari, 1982, Fl. Turk. 7: 482. - 

Acantholimon splendidum Bunge, 1872, Mem. 

Acad. Sei. Petersb. (Sei. Phys. Math.), ser. 7, 18, 2; 

17. - Acantholimon bracteatum Boiss. var. splen-

didum (Bunge) Boiss. 1879, Fl. Or. 4: 827. -  

Çiçəkaltlıqlı tıs-tıs 

Diametri 10-15 sm olan yastıqvari formalı kol-

cuqdur. Yastığı olduqca sıxdır. Yarpaqları dağınıq 

şəkildə olub, iynəvari tikanlıdır. Çiçək oxu 2-3 dəfə 

yarpaqlardan uzundur. Sünbül 2-5 çiçəklidir. Xarici 

çiçəkaltlıqları yumurtavari-dəyirmi pərdəvari, iri 

olub, çiçəkləri  əhatə edirlər. Daxili çiçəkaltlıqları 

isə kiçikdir. Kasacıq çılpaqdır, tünd qırmızımtıl və 

ya çəhrayı  rəngdədir. Tacı açıq çəhrayıdır.  İyun-

iyul ayında çiçəkləyir, iyul-avqustda toxumları yeti-

şir. Kserofitdir. İran-Turan coğrafi elementinə da-

xildir. 


İranın  şimal-qərbində Azərbaycan  əyalətinin 

Seyid Hacı kəndinin ətrafından toplanılan nümunə-

lərə əsasən təyin edilmişdir. 

Typus: «In Aderbidjan prope Seid Khodie, 

Aucher Eloy, № 5242» holo. P, iso. FI, G, K. 

Yayılması: Muxtar respublika ərazisində  də-

niz səviyyəsindən 1500-2300 metr ərazilərdə daşlı-

çınqıllı yamaclarda və qayalıqlarda yayılmışdır. 

Endemik, nadir və  nəsli kəsilməkdə olan növ 

kimi (LR) İranın Qırmızı Kitabına daxil edilmişdir 

(Jalali, Jamzad, 1999).  



Ümumi yayılması:  Cənubi Qafqaz, Şərqi 

Anadolu, İranın şimal- qərbi, Cənub- Qərbi Asiya.  



A. bracteatum (Girard) Boiss. növünün İran-

dan təsviri verilmiş  A. bracteatum Boiss. var. 



splendidum (Bunge) Boiss. («Persia, inter Mianch 

et Aq Kand, Bunge») variasiyası üçün əsas xarak-

terik  əlamətlər kimi uzun çiçək saplaqlarına malik 

olması  və kasacıq borucuğunun tükcüksüzlüyü xü-

susilə qeyd edilir (Кузнецов,  Буш,  Фомин, 1902; 

Rechinger, Schiman-Czeika, 1974) Bu növmüxtə-

lifliyi Qarabağ üçün də göstərilmişdir (Кузнецов, 

Буш, Фомин, 1902). 

«in aridis Transcaucasia orient., in Karabagh. 

Karabax. Bazar-çay. Kara kilisa. 13. VI. 1890. Rad-

de (Cp. Radde, Grundz.290)» 

 

Sect. 2. Staticopsis Boiss. 1846, Diagn. Pl. Or. 

Nov. Ser. 1, 7: 71. 



2.  A.acerosum (Willd.) Boiss. 1846, Diagn. 

Pl. Or. ser. 1, 7: 80; Гроссгейм, 1967, Фл.  Кавк. 

изд. 2, 7: 186; Rechinger, Schiman- Czeika, 1974, 

in Fl. Iran. 108: 100.- Statice acerosa Willd. 1801, 

Neue Schr. Ges. Natur. 3: 420. – Bizəoxşar tıs-tıs 

Diametri 15-25 sm olan yastıqvari formalı 

kolcuqdur. Yarpaqları (1,5) 3- 4 (5) sm uzunluqda

1,0- 1,5 mm enində olub, xətvari- bizvaridir. Aşağı 

hissədə yastı, yuxarıda üç hissəli, sərt, qalın, tikanlı 

olub, kənarları boyunca kirpikciklidir. Çiçək oxu 

sadədir və ya bir yan budaqlı olub, 25 sm uzun-

luqdadır. Çiçəklər çiçək qrupunun qalın oxu üzərin-

də az və ya çox dərəcədə bərabər məsafələrdə pay-

lanmışdır. Sünbülcüklərin uzunluğu 15 mm- ə bəra-

bərdir. Xarici çiçəkaltlıqları bir qədər uzun olub, 

nadir hallarda  daxili çiçəkaltlığına bərabər və ya 

onlardan qısadır. Daxili çiçəkaltlığının uzunluğu 

həmişə kasacıq borucuğundan uzun olub, 9-12 mm- 

dir, yumurtavari-neştərşəkillidir, ucu bizdir. Kasacı-

ğın uzunluğu 14-15 mm-dir, əsası kifayət qədər 

geniş qabarlı qalınlaşmışdır və alt səthi tükcüklü-

dür. Kasacığın borucuğu 8-9 mm uzunluqda olub, 

tükcüklüdür, büküyü ağ  rənglidir. Ləçəkləri çəhra-

yıdır. İyun-iyul ayında çiçəkləyir, iyul-avqustda to-

xumları yetişir. Kserofitdir. İran-Turan coğrafi ele-

mentinə daxildir. 

Növ E.R. Trautvetter tərəfindən Türkiyənin 

şərqindən toplanılan materiallara əsasən təsvir edil-

mişdir.  

Typus: «In Turkey, Limonium orientale frutc-

scens caryophylli folio in aculeum rigidissimum 

sbeunte, Tournefort» 



Yayılması:  Culfa rayonunun Qazançı  kəndi 

ətrafındakı daşlı-çınqıllı ərazilərdə yayılmışdır. 



Ümumi yayılması:  Cənubi Qafqaz, Cənub- 

Qərbi Asiya. 



A. acerosum (Willd.) Boiss. növü Naxçıvan 

MR üçün A.A.Qrossheym (Гроссгейм, 1967) tərə-

findən verilsə də  sonrakı ədəbiyyatlarda (Prilipko, 

1957;  Ибрагимов, 2005; Talıbov,  İbrahimov, 

2008) göstərilməmişdir. Qafqaz florasında yayılan 

bitkilərin növ tərkibinin dəqiqləşdirilməsi ilə  əla-

qədar təqdim edilən əsərdə (Конспект флоры Кав-

каза, 2012) də  A. acerosum (Willd.) Boiss. Növü-

nün Azərbaycanda, yalnız Naxçıvan Muxtar Res-

publikası ərazisində yayılması qeyd olunmuşdur.  

Muxtar respublika florasında tıs-tıs növlərinin 

öyrənilməsi məqsədilə gedilən ekspedisiyalar za-

manı toplanılmış herbari materiallarına və  ədəbiy-

yat məlumatlarına əsasən müəyyən olunmuşdur ki, 



A. acerosum (Willd.) Boiss. növü  Culfa rayonunun 

Əlincə  və  Ərəfsə  kəndləri arasındakı  ərazilərdə 

daşlı yamaclarda, qayalıqlarda və  çınqıllı yerlərdə 

yayılmışdır. Azərbaycan Respublikası, o cümlədən 




Yüklə 269,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə