Naxçıvan Muxtar Respubliкası Florasında Acantholimon Boiss



Yüklə 269,46 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix14.01.2018
ölçüsü269,46 Kb.
#20741
1   2   3   4   5   6   7   8   9   ...   13

Talıbov və İbrahimov  

48 


lənmiş 24 növü haqqında məlumat verilmişdir ki

bunlardan da 15 növünün:  A. acerosum (Willd.) 

Boiss.,  A. araxanum Bunge, A. trautvetteri Kusn., 

A. caryophyllaceum Boiss., A. festucaceum (Jaub. 

et Spach) Boiss.,  A. glumaceum (Jaub. et Spach) 

Boiss.,  А. sahendicum Boiss. et Buhse, A. takhta-

janii Ogan., A. vedicum Mirzoeva, A. hohenackeri 

(Jaub. et Spach) Boiss., А. bracteatum (Girard) 

Boiss.,  А. quinquelobum Bunge, А. karelinii 

(Stschegl.) Bunge, A. manakyanii Ogan., A. fedo-



rovii Tamamsch. et Mirzoeva Naxçıvan Muxtar 

Respublikası ərazisində yayıldığı qeyd edilmişdir.  

Göründüyü kimi Naxçıvan MR ərazisində 

aparılan elmi-tədqiqat işlərinin çoxşaxəli olmasına 

və yeni-yeni növlərin aşkar edilməsinə baxmaya-

raq, heç bir tədqiqat işində  tıs-tıs növlərinin dəqiq 

yayılma zonaları və müasir sistematikası tam araş-

dırılmamışdır.  

Beləliklə, aparılan çoxillik tədqiqat işlərinin 

nəticələrinə  və  ədəbiyyat məlumatlarına  əsaslana-

raq, muxtar respublika ərazisində yayılmış  Acan-

tholimon Boiss. cinsinin növ tərkibi aşağıdakı kimi 

olmuşdur. 

Subclassis: Caryophyllidae 

Superordo: Plumbaginanae 

Ordo: Plumbaginales 

Fam.: Plumbaginaceae Juss., nom. cons.-  

Qurşunçiçəyikimilər 

Subfam.  Limonioideae Reveal 

Genus: Acantholimon Boiss. nom. cons.-Tıs-tıs 

Sect. 1. Acantholimon 

1.

 

А.bracteatum (Girard) Boiss. - Çiçəkaltlıqlı  



  tıs-tıs. 

Sect. 2. Staticopsis Boiss. 

2.

 

A.acerosum (Willd.) Boiss. - Bizəoxşar t.  



3.

 

A.araxanum Bunge, - Araz t.  

4.

 

A.trautvetteri Kusn. - Trautvetter  t.  



5.

 

A.caryophyllaceum Boiss. - Qərənfili  t.  

6.

 

A.festucaceum (Jaub. et Spach) Boiss. – 



Topalaoxşar t.  

7.

 



A.glumaceum (Jaub. et Spach) Boiss. – Zarlı t.  

8.

 



А.sahendicum Boiss. et Buhse – Sahend t.  

9.

 



A.puberulum Boiss. et Bal. -  Tükcüklü t.  

10.


 

A.takhtajanii Ogan. - Taxtacan t.  

11.


 

A.lepturoides (Jaub. et Spach) Boiss. – 

Nazikquyruq  t.  

12.

 

A.calvertii Boiss. - Kalver  t.  



13.

 

 A.vedicum Mirzoeva - Vedi t.  

14.

 

A.hohenackeri (Jaub. et Spach) Boiss. - 



Hohenaker  t.  

Sect.  3. Tragacanthina Bunge 

15.

 

А.quinquelobum Bunge, - Beşdilim  t. 



16.

 

А.karelinii (Stschegl.) Bunge, - Karelin  t. 

17.

 

A.manakyanii Ogan. - Manakyan  t. 



18.

 

A.fedorovii Tamamsch. et Mirzoeva-Fyodrov  t. 

19.

 

A. tragacanthinum (Jaub. & Spach) Boiss.- 



Gəvəni tıs-tıs 

Qeyd etmək lazımdır ki, müəlliflər tərəfindən 

müxtəlif illərdə toplanılan herbari nümunələrinin 

təhlili zamanı  bəzi çətinliklər meydana çıxmışdır. 

Ona görə də tıs-tıs (Acantholimon) növlərini herba-

riləşdirən zaman onların təsvirləri verilərkən aşağı-

dakıları mütləq nəzərə almaq lazımdır. 

1. Növlərin təsvirlərində verilmiş yastıqların 

ölçüsü çox güman ki, kollektorlar (toplayıcılar) 

tərəfindən etiketlər üzərində ölçülər haqqında məlu-

matların yoxluğu və ya nümunələrin herbari vərə-

qinə bir hissəsinin yerləşdirilməsi zərurətindən xey-

li kiçilmiş qiymətlərlə verilir;  

2. Çiçəkaltlıqlarının və kasacığın tünd-qırmızı 

və  çəhrayı  rəngi materialın uzun müddət saxlanıl-

ması  nəticəsində görünür ki, qırmızımtıl və  qırmı-

zımtıl-qonur rəngə keçir. İlkin rənglər çox vaxt təzə 

nümunələr olmayan hallarda göstərilə bilmir. Buna 

görədə yeni materialların toplanılması zamanı hök-

mən herbari etiketi üzərində yastıqların ölçüsü (ən 

böyük və  ən kiçik diametri), çiçək saplaqlarının 

hündürlüyü, çiçəkaltlıqlarının, kasacığın və  həmçi-

nin ləçəklərinin rəngi yazılmalıdır. Bütün hallarda 

çiçək saplaqlarının hündürlüyü çiçək qrupu ilə bir-

likdə göstərilir. Bu vəziyyət xüsusən qısa çiçək sap-

laqlı növlərin təyini zamanı hökmən nəzərə alınma-

lıdır; 

3. Sünbülcüklər xarici çiçəkaltlığının  əsasın-



dan kasacıq büküyünün kənarına qədər ölçülür; 

4. Təyin ediləcək nümunələrdə sünbülcüyün 

və onun bütün hissələrinin uzunluğu tamamilə ye-

tişmiş olmalıdır. Başqa sözlə tamamilə yetişmiş 

çiçək oxunun aşağı yarısında yerləşmiş sünbülcük-

lər ölçülür; 

5. Sünbülcüyün bütün xarici və daxili çiçəkalt-

lıqları ölçülür; 

6. Kasacıq əsasən çiçəkaltlıqlarından kənarlaş-

dırıldıqdan sonra ölçülür; 

7.  Çiçəkaltlıqları iti ucu ilə birlikdə ölçülür.  

Genus: Acantholimon Boiss. 1846, Diagn. Pl. 

Or. ser. 1, 7: 70-  Armeriastrum Jaub. et Sp.  İll. pl. 

or. 1842- 1843, 1: 161; pro subgen. Statice. -  

Armeriastrum Ktz. Rev. gen. 1891, 2: 393 - Tıs-tıs 

Bizvari, iynəvari və demək olar ki, həmişə 

tikanlı yarpaqlara malik, yastıqvari formalı kolcuq-

lardır. Kasacığı qıf və ya silindrvaridir. Ensiz boru-

cuqludur. 5 damarlı, az və ya çox dərəcədə enli, 

nazik 5 və ya 10 pərlidir. Tacı dərin 5 bölümlüdür 

və kasacıqdan 2 dəfə hündürdür.  Erkəkcikləri 5- 

dir, tacın paylarına qarşı yerləşmişlər və onların 

saplaqları  aşağı hissədə genişlənmiş  ləçəklərə 

bitişmiş, yuxarı hissəsi isə  sərbəstdir. Yumurtalıq 

biryuvalıdır, ensiz və uzunsovdur. Yuxarı hissədə 

daralmışdır və hiss edilmədən sütuncuqlara keçir. 

Sütuncuqlar əsasından sərbəst, çılpaq və yastılaşmış 

başcıqlı ağızcıqlara malikdir. Yumurtacıq təkdir.  



 

 


Yüklə 269,46 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə