49
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
BƏZİ AVROPA ÖLKƏLƏRİNDƏ DÖVLƏT-DİN
MÜNASİBƏTLƏRİ
Mehman İSMAYILOV,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Zaqatala bölgəsi üzrə şöbə müdiri,
ilahiyyat üzrə fəlsəfə doktoru
AÇAR SÖZLƏR: dövlət-din münasibətləri, etiqad azadlığı, dini icma, dini
tədris, məbədlər.
КЛЮЧЕВЫЕ СЛОВА: государственно-религиозные отношения,
свобода вероисповедания, религиозная община,
религиозное обучение, храмы.
KEY WORDS: state-confessional relations, religious freedom, religious
community, religious education, temples.
Dövlət-din münasibətlərinin modelləri
Dövlət-din münasibətləri deyiləndə əsasən iki model üzərində durulur: “din və
dövlətin ayrı olduğu model”; “din və dövlətin qarşılıqlı əlaqə şəraitində olduğu model”.
Lakin bu təsnifat dövlət-din münasibətlərini açıqlamaq üçün yetərsizdir. Çünki hər iki
modelin alt qrupları vardır. Toronto Universitetinin professoru Ran Hörşl bu modelləri 8
cür təsnifl əşdirir:
1. Ateist dövlət
Marksın “din tiryəkdir” sözündən ilhamlanan və keçmiş kommunist ölkələrində
tətbiq olunmuş modeldir. Bu modelin tətbiq olunduğu ölkələrə keçmiş SSRİ, Çin və
Efi opiyanı misal göstərə bilərik. Çin 1949-cu ildən başlayaraq bu modeli tətbiq etmiş,
lakin 1978-ci ildə din və etiqad azadlığı maddəsini konstitusiyaya əlavə edərək dinə
olan münasibətini dəyişmişdir. Sovet İttifaqı dağıldıqdan sonra Rusiyada da dini etiqad
azadlığı təkrar bərpa olunmuşdur. Hazırda bu model dünyanın heç bir ölkəsində tətbiq
olunmur.
2. Məcburedici sekulyarizm
Professor bu modelə Fransa və Türkiyəni nümunə kimi göstərir. Lakin qeyd edək ki,
son illərdə Türkiyədə dövlət-din münasibətlərində xeyli dəyişikliklər olmuşdur. Ona görə
də bu modeli bu gün Türkiyəyə şamil etmək olmaz.
3. Dövlətin dinə bitərəf yanaşması: ABŞ
Avropa kilsə ilə dövlət arasındakı mübarizənin ən uzun çəkdiyi və ən şiddətli
olduğu qitədir. Bu qitədən Amerikaya köç edən mühacirlərin qurduğu ABŞ dövlətində
kilsə-dövlət münasibətləri Avropa təcrübəsindən fərqli formalaşmışdır. Çünki bura gələn
mühacirlər əsasən öz ölkələrində dini cəhətdən təzyiq görən insanlar idi. Məhz bu amil
CƏMİYYƏT VƏ DİN
50
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
ABŞ-da yuxarıdakı din modelinin yaranmasına böyük təsir göstərmişdir.
4. Zəif dini təşkilatlanma
Avropanın bir çox ölkəsində mövcud olan bu model rəsmi olaraq tanınsa da, əslində
simvolik şəkilə bürünən dövlət kilsəsi modelidir. Almaniya, İngiltərə, Norveç, Danimarka,
Finlandiya, İslandiya və s. dövlətlərin din modeli bu şəkildədir.
5. Görünüşdə olmasa da, əslində bir məzhəb və ya dinin üstün olduğu model
Bu modeli əsasən katolik məzhəbinin yayıldığı Latın Amerikası ölkələrinə
şamil etmək olar. Həmçinin İtaliya, İspaniya, Filippin, Polşa və Maltanı da bura əlavə
etmək mümkündür. Bu ölkələrin bəzi qanunlarında, xüsusilə də nikah, ailə, təhsil kimi
məsələlərdə katoliklikdən götürülmüş hökmlərdən istifadə olunur.
6. Müxtəlif mədəniyyətləri özündə birləşdirən ölkələrdə dövlət-din ayrımı
Bu modelə daha çox köç qəbul edən ölkələrdə rastlanır. Kanada və CAR kimi.
7. Dini qrupların öz daxili hüquqlarına tabe olması
Xüsusilə Afrika və Asiyanın bəzi ölkələrində bu modeldən istifadə olunur. Nigeriya,
Keniya, Malayziya, Hindistan, İsrail kimi. Bu ölkələrdə nikah, ailə, cənazə kimi
məsələlərdə hər dini qrup öz daxili hüququnu əsas alır.
8. Güclü təşkilatlanma – dinin konstitusiyanın ilham qaynağı olması
Hörşl bu modeli teokratik konstitusiya quruluşu adlandırır. İran, Pakistan, Misir,
Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı bu modelə misaldır.
Tarixdə din-dövlət, din-elm, din-cəmiyyət münasibətlərinin ən çox qarşı-
qarşıya gəldiyi ərazi isə Avropa olmuşdur. Renessans və reformasiya hərəkatı ilə bu
münasibətlərdə xeyli dəyişikliklər olmuş, xüsusilə də din üçün yeni libas biçilmişdir. Bu
gün Avropa dünyanın ən sekulyar coğrafi məkanı adını özündə qoruyub saxlayır. Avropa
ölkələrində dövlət-din münasibətləri ölkədən ölkəyə dəyişir. Bəzi ortaq xüsusiyyətlər
olsa da, aralarında ciddi fərqlər də müşahidə olunur. İndi isə Avropanın bir sıra aparıcı
ölkələrində dövlət-din münasibətlərinin necə tənzimləndiyinə nəzər salaq.
Bəzi Avropa ölkələrində din-dövlət münasibətləri
1. Almaniya
Əhalisi 82 milyona çatan Almaniyada təqribən 25 milyon katolik, 24,5 milyon
protestant, 4 milyon müsəlman və 200 min yəhudi yaşayır. Yerdə qalan 28 milyon ya
hansısa dinlə əlaqəsi yoxdur, ya da qeydiyyatda olmayan dini cərəyanlara mənsubdur.
Almaniyada müsəlmanlara aid 2600 ibadət evi mövcuddur ki, bunların 150-si böyük
məscidlərdir.
Xristianlıq Almaniyada əsasən III əsrdən başlayaraq yayılmış və orta əsrlərdə bütün
Almaniyaya hakim olmuşdur. Həmin dövrlərdə katolik kilsəsi olduqca böyük nüfuza
malik idi. Lakin islahatlar nəticəsində kilsənin gücü sarsılmış və 1803-cü ildə tarixi bir
qanunla məhdudlaşdırılmışdır. 1919-cu ildə qəbul edilən Veymar Konstitusiyasına əsasən
din dövlətdən ayrılmışdır. Almaniyada konstitusiyadan sonra dövlət-din münasibətlərini
tənzimləyən ən mühüm sənəd katolik kilsəsi ilə dövlət arasında imzalanan Alman
Konkordatıdır (latın dilində “razılaşma” mənasına gələn konkordat roma-katolik
CƏMİYYƏT VƏ DİN
51
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
kilsəsinin rəhbəri kimi Papa ilə hər hansı dövlətdə Roma-Katolik kilsəsini idarə edən
hökumət arasında bağlanan müqavilə). Bu müqavilə kilsəyə bir çox ictimai hüquqlar
vermişdir.
Almaniya konstitusiyasında dövlət dini və ya rəsmi din yoxdur. Bunun əvəzinə
xüsusilə yerli idarəçilik və əyalətlər səviyyəsində dini icmalarla bağlı fərqli qanunlar
mövcuddur. Konstitusiyanın 4-cü maddəsi ilə dini etiqad azadlığı təminat altına alınmışdır.
Eyni zamanda, hansısa dini etiqadı, din mənsubunu və ya ideoloji cərəyan mənsublarını
təhqir etmək qadağandır.
Dövlət dini fəaliyyətləri daha çox tarixi və mədəni sahələrdə maliyyələşdirir. Tarixi
abidələr dövlət hesabına təmir və ya bərpa edilir, lakin yeni tikilən ibadət evləri dövlət
dəstəyindən istifadə edə bilməzlər. Bu məsələdə yalnız yəhudi icması istisna təşkil
edir. Holokost faciəsinə görə bütün əyalətlər yəhudilərə maliyyə yardımı göstərməyi
özlərinə borc bilirlər. Federal Hökumət Mərkəzi Yəhudi Komitəsinə hər il 5 milyon avro
məbləğində maddi yardım göstərir.
Almaniyada dini icmaların qeydiyyata alınması məcburi deyildir. Lakin vergi
verməkdən azad olmaq üçün dini icma kimi qeydiyyatdan keçmək şərtdir.
Almaniyada din dövlətdən ayrıdır, bununla yanaşı, dövlətlə “ictimai hüquqa tabe
qurumlar” statusu daşıyan dini icmalar arasında imtiyazlı əlaqələr mövcuddur. Hər bir
dini təşkilat “ictimai hüquqa tabe qurum” statusu almaq üçün müraciət edə bilər. Bu status
sayəsində onlar bir çox imtiyaz əldə edir, həbsxanalarda, xəstəxana və hərbi düşərgələrdə
dini kadrları yerləşdirmə imkanı qazanırlar. Artıq 180 katolik, protestant və yəhudi dini
icmalarına belə status verilmişdir. Lakin heç bir müsəlman dini icması bu cür statusa
malik deyil. Buna səbəb kimi isə müsəlmanların vahid təşkilat halında birləşməmələri
göstərilirdi. Lakin 2007-ci ildə dörd böyük müsəlman təşkilatı Müsəlman Koordinasiya
Komitəsini yaratsalar da, hələ də bu statusu ala bilməmişlər.
Konstitusiyanın 7-ci maddəsinə əsasən dövlət məktəblərində din tədris olunur.
Almaniyada məktəblər protestant və katolik kilsələri, eyni zamanda müraciət əsasında
müəyyən sayda yəhudi sinaqoqları ilə qarşılıqlı əlaqə quraraq din dərsi keçilir. Bunlarla
yanaşı, İslam dini tədris olunan sinifl ər də vardır və bunların sayı getdikcə artmaqdadır.
Təhsil əyalətlərin səlahiyyəti altında olduğu üçün İslam dini tədrisinin məzmunu da
əyalətdən əyalətə dəyişir. Məsələn, Hessen əyalətində təhsildə bitərəf qalmaq şərtdirsə,
Saarland əyalətində dini dərslər Xristianlıq dəyərləri əsasında keçirilir.
Almaniya Konstitusiyasında dini simvolların istifadəsinə dair heç bir maddə mövcud
deyildir. Dövlətin rəsmi dini olmadığı üçün dini bayramlar qeyri-iş günü hesab edilmir.
Lakin əyalətlər dini bayramları qeyri-iş günü elan edə bilərlər. Bu da əyalətdən əyalətə
dəyişir.
Almaniyada dini nikah rəsmi nikahdan sonra qıyıldığı və hüquqa zidd olmadığı
halda qəbul edilir. Əks təqdirdə dini nikah məqbul sayılmır. Hər nə qədər hökumət dini
simvol və geyimləri qadağan etməsə də, əyalətlərdə bunların, xüsusilə də müəllimlərin
baş örtüklərinin qadağan edilməsi müşayiət olunur.
CƏMİYYƏT VƏ DİN
52
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
2. Böyük Britaniya
Əhalisi 63 milyon nəfər olan Böyük Britaniyada 2003-cü ildə aparılmış statistikaya
görə, ölkə əhalisinin 29%-ni anqlikanlar, 10%-ni katoliklər, 14 %-ni protestantlar və 3
%-ni müsəlmanlar təşkil edir. Hindular, yəhudilər, siqhlər və buddistlərin hər biri ayrı-
ayrılıqda ölkə əhalisinin 1%-ni təşkil edirlər.
Ölkədə dövlət-cəmiyyət əlaqələrini tənzimləyən, əsas hüquqları və etiqad azadlığını
təmin edən bir çox tarixi konstitusiya mətnləri mövcuddur. Böyük Britaniyanın tərkibində
olan ölkələrin hər birində dini məsələlərin tətbiqində fərqlər mövcuddur. Məsələn,
İngiltərədə iki dövlət kilsəsi – İngiltərə kilsəsi (Anqlikan) və Şotlandiya kilsəsi vardır.
Lakin Şotlandiya, Şimali İrlandiya və Uelsin rəsmi dövlət dini yoxdur. 1921-ci ildə qəbul
olunan Şotlandiya kilsə qanununda Şotland kilsəsinin Şotlandiyanın milli kilsəsi olduğu
bildirilsə də, burada (qanunda) dövlətlə əlaqəsinə dair hansısa ifadə mövcud deyildir.
İngiltərə kilsəsinin nümayəndələrini vəzifəyə Baş nazirin, o cümlədən həm din
xadimləri, həm də qeyri-din xadimlərindən ibarət olan Krallıq Komissiyasının tövsiyəsi
ilə kral və ya kraliça təyin edir. Şotlandiya kilsəsi isə öz nümayəndələrini Şotlandiya kilsə
qurultayı vasitəsi ilə özü təyin edir.
İngiltərədə rəsmi dövlət kilsəsi olan Anqlikan kilsəsi bəzi hüquqlara malikdir.
Məsələn, kral və ya kraliça taxta çıxdıqda ona tacı baş yepiskop qoyur. Oksford, Harvard,
Kembric və Durham kimi universitetlərdə kilsənin müəyyən sayda professorları fəaliyyət
göstərirlər. Lordlar palatasında 26 yer yepiskoplara aiddir. İngiltərədə kraliça hələ də
kilsənin başçısı sayılır.
İngiltərədə Daxili İşlər Nazirliyinin nəzdində Dini İcmalar Birliyi (Faith Communities
Unit) fəaliyyət göstərir ki, bu qurumun əsas işi hökumətlə dini icmalar arasında əlaqə
yaradaraq, hökumət siyasətinin bu icmalara doğru şəkildə tətbiq olunmasını təmin
etməkdir. Bu qurum, həmçinin dini məsələlərlə bağlı Baş nazirə yardım göstərir və öz
tövsiyələrini təklif edir, bundan başqa, dini icmaların sivil həyatda iştirakını təmin edir,
dinlər və inanclar arasında, xüsusilə də gənclər arasında dini dialoqu gücləndirir, dini
nifrətdən qaynaqlanan cinayətləri araşdırır.
Dini qurumların əksəriyyəti xeyriyyəçi təşkilatlar kimi fəaliyyət göstərirlər.
Qazanclarını xeyriyyəçilik üçün sərf etdikləri müddətcə onlardan hər hansı bir vergi
tutulmur.
Daxili İşlər Nazirliyinin 2001-ci ildə nəşr etdiyi raportda İngiltərə kilsəsinin
mövcudluğunun digər dini qrupların əleyhinə olduğu bildirilir. Belə ki, yuxarıda da qeyd
olunduğu kimi, İngiltərə kilsəsinin 26 yepiskopu Lordlar Palatasının üzvüdür.
İngiltərədə dini icmaların öz dini qayda-qanunlarına görə əməl etmə faizi olduqca
aşağıdır. Müsəlmanlar nikah, maliyyə və dini məsələlərdə İslam şəriətinə görə hərəkət edə
bilərlər. İngiltərədə belə qanunları tətbiq edən 85 məhkəmənin mövcud olduğu söylənilir.
Şimali İrlandiya və Şotlandiyada şəriətin tətbiqinə çox az rastlanır.
İngiltərədə, həmçinin “Din Bes” adlanan və yüz illərdən bəridir ki, fəaliyyət göstərən
yəhudi şəriət məhkəmələri də mövcuddur. Bu məhkəmələr yəhudilər arasında fəaliyyət
göstərir, kirə, maliyyə, nikah və s. kimi məsələlər burada həll olunur. Bu məhkəmələrə
müraciət edənlərin yəhudi olması şərtdir.
CƏMİYYƏT VƏ DİN
53
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
Dini icmalar dini xidmət göstərmək üçün dövlətdən heç bir yardım almırlar. Lakin
bu icmaların hər biri cəmiyyətlə əlaqəli işlərdə və xeyriyyəçilik məsələlərində dövlətdən
yardım tələb edə bilərlər. Belə ki, onlar Bölgə Nazirlikləri Ofi si, Nazirlər Kabineti, Təhsil
və Səhiyyə Nazirlikləri nəzdindəki müvafi q qurumlara bu məsələ ilə bağlı müraciət etmə
hüququna malikdirlər. Dövlət ölkədəki bütün ibadətxanaların təmiri üçün yardım ayırır.
Böyük Britaniyada orta məktəblərdə din tədris olunur. Lakin din tədrisi proqramı
müvafi q yerli rəhbərliklər tərəfi ndən hazırlanır. Müvafi q yerli orqanların hazırladıqları
dini tədris proqramında digər dinlərə yer verilsə də, əsasən Xristianlıq üstünlük təşkil
etməlidir. Proqram müəyyən bir dini əsas almamalı və şagirdləri din dəyişdirməyə
həvəsləndirməməlidir. Valideynlər uşaqlarının dini dərslərdə iştirak edib-etməməsi
məsələsində sərbəstdirlər.
İngiltərə və Uels məktəblərində günlük toplu dualar edilir. Bu dua əsasən xristian
duası olur. Lakin məktəb rəhbərliyinin icazəsi ilə qeyri-xristian duası da oxuna bilər.
Böyük Britaniyadakı məktəblərin 30%-ni dini xarakter daşıyan məktəblər təşkil edir.
Təkcə İngiltərədə 7000-dən çox dini məktəb vardır. Eyni zamanda, hindu, müsəlman,
siqh və buddist məktəbləri də mövcuddur.
Britaniya qanunları dini geyim və simvolları qadağan etmir. Britaniyada dövlət dini
bayram kimi Müqəddəs Cümə, Pasxa və Noel bayramlarını tanıyır.
3. Fransa
Əhalisi 66 milyon nəfər olan Fransada din dövlətdən ayrı olduğu üçün dövlət
vətəndaşların dini mənsubiyyətinin xüsusi statistikasını aparmır. Lakin Katolik “La Croix”
qəzetinin 2009-cu ildə nəşr etdiyi anketdə bildirilir ki, ölkə əhalisinin 64%-ni katoliklər
təşkil edir. Fransada 5-6 milyon müsəlman yaşamaqdadır ki, bu da ölkə əhalisinin 8-10%-
i deməkdir. Ölkədə dövlət-din münasibətlərini tənzimləyən iki mühüm tarixi hadisə vardır
ki, bunlardan birincisi 1789-cu il inqilabı, ikincisi isə 1905-ci ildə dünyəviliyin qanun
kimi qəbul olunmasıdır.
Dini etiqad azadlığı konstitusiya və digər qanunlarla təminat altına alınmışdır.
Burada insanların dinlərini sərbəst şəkildə seçmə, dəyişdirmə və yaşama hüquqları öz
əksini tapmışdır. Fransa Konstitusiyasına görə, irqindən və dinindən asılı olmayaraq
hər bir vətəndaşın dini etiqadına hörmət bəslənilməlidir. Dini etiqad azadlığını pozanlar
məsuliyyətə cəlb olunurlar.
Dini icmalar vergidən azad olmaq və rəsmi tanınmaq üçün qeydiyyatdan keçməlidirlər.
Qeydiyyatdan keçən dini icmalar iki kateqoriyaya bölünürlər: ibadət dərnəkləri (vergidən
azaddırlar) və mədəni dərnəklər (vergidən azad deyillər). İbadət dərnəkləri yalnız dini
ayinləri həyata keçirirlər. Vergidən azad olmayan mədəni dərnəklər isə gəlirli sahələrdə
fəaliyyət göstərə və təhsil, mədəniyyət sahəsində göstərdikləri fəaliyyətin qarşılığında
dövlətdən maddi dəstək ala bilərlər. Dini icmalar hər iki kateqoriya üzrə də qeydiyyatdan
keçirlər. Məsələn, mormonlar ibadət dərnəkləri vasitəsilə ibadət fəaliyyətlərini yerinə
yetirir, digər tərəfdən isə mədəni dərnəklər vasitəsilə məktəblər açırlar.
Fransada yerli icra hakimiyyətləri 1905-ci ildə dini dövlətdən ayıran və dini
icmaların maliyyələşdirilməsini qadağan edən qanundan əvvəl tikilən məbədlərə sahib
çıxıb bunları mühafi zə edirlər. Sadəcə xüsusi statusa malik olan Alsas və Mozeldə yerli
icra hakimiyyətləri tərəfi ndən məbədlərin inşasına maliyyə dəstəyi göstərilməsinə icazə
CƏMİYYƏT VƏ DİN
54
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
verilir. Ölkədə mövcud olan 55 min Katolik kilsəsindən 16 mini tarixi abidədir və onların
da yalnız 95-i dövlətə məxsus kafedrallardır. Dövlət katolik ibadətxanaları xaricində heç
bir ibadətxanaya sahib deyildir. Dövlət ibadət evlərinin tikintisi üçün birbaşa maliyyə
yardımı göstərmir, bu məsələdə bəzi imkanlar yaradır. Məsələn, dini icmalara kreditlər və
ya sərfəli qiymətə torpaq sahələri verilir. İbadət evləri, eyni zamanda vergidən də azaddır.
Din dərsinin tədrisi ibtidai sinifl ərdə qadağan olunsa da, yuxarı sinifl ərdə
valideynlərin tələbi ilə kiçik kilsə (şapel) açıla bilər. Maraqlı fakt ondan ibarətdir ki,
Fransada məktəblərin 18%-i özəldir və bu özəl məktəblərin 90%-i katolik kilsəsinə,
digərləri isə protestant, yəhudi və digər dini icmalara məxsusdur.
İctimai məktəblərdə din tədris olunmur. Burada yalnız dini-tarixi məlumatlar
öyrədilir. Ailələr öz uşaqlarını evdə dini cəhətdən tərbiyə edə bilərlər, lakin bu tərbiyə
ümumi təlim-tərbiyə standartlarına zidd olmamalıdır.
Fransa qanunlarına görə, dövlət din xadimlərinə maaş vermir. Lakin kilsə və dini
dərnəklərə bağlı qurumlar müxtəlif vergiləri ödəməkdən azaddırlar. Dövlət məktəblərində
təhsil dünyəvidir. Ölkə qanunlarına əsasən, dövlət məktəblərində çalışanların dini
simvollardan istifadə etməsi, yəhudi kipası, müsəlman baş örtüyü və siqh örtüyü
geyinməsi, böyük xristian xaçı taxması qadağandır.
2011-ci ilin oktyabr ayının 11-də ictimai yerlərdə üzün bağlanmasının qadağan
edilməsi haqqında qanun qəbul olunmuşdur. Konstitusiya Məhkəməsi də bu qanunun
Konstitusiyaya uyğun olduğunu bildirmiş, lakin yalnız ibadət yerlərində bunun qadağan
olunmadığını təsdiqləmişdir. Dini nikah bağlamaq istəyənlər əvvəlcə dövlət nikahına
daxil olmalıdırlar. Fransada aşağıdakı dini bayramlarda tətil günü elan olunur: Pasxa,
Göyə Yüksəlmə Günü, Qəbul Günü, Bütün Müqəddəslər Günü və Noel.
4. Hollandiya
Hollandiyanın əhalisi təqribən 17 milyon nəfərdir. Əhalinin 51,4 %-i dinə etiqad
edir. Dindarların 43,4 %-ni xristianlar (katolik və protestantlar), 5,7 %-ni müsəlmanlar və
2,3 %-ni isə digər din mənsubları (hindu, yəhudi, buddist) təşkil edir.
Hollandiya Krallığının dövlət quruluşu konstitusiyalı monarxiyadır. Konstitusiyada
hər nə qədər iki kraldan (qadın və kişi) bəhs edilsə də, XX əsrdə dövlət başçıları hər
zaman qadınlar olmuşdur. Tarixi 1813-cü ilə gedib çıxan Hollandiya monarxiyası bu
gün ölkədə birlik və bərabərliyin ən mötəbər simvolu olmasına baxmayaraq, tarixdə bu
vəzifəni bir o qədər də yerinə yetirə bilməmişdir. Krallıq son dövrlərə qədər kalvinistlərə
daha xoş münasibət bəsləmişdir. Ona görə də vaxtaşırı ölkədəki katoliklərlə protestant
meyilli hakimiyyət arasında problemlər yaşanmışdır. 1814-cü il Konstitusiyasına əsasən
monarx protestant olmalıdır. Lakin bu maddə 1815-ci ildə Konstitusiyadan çıxarılmışdır.
İki əsrdir ki, Konstitusiyada monarxın dini mənsubiyyəti barədə heç nə yazılmır.
Avropa ölkələri arasında tolerantlığı və etiqad azadlığı ilə ön plana çıxan dövlətlərdən
biri olan və 1876-cı ildən ölüm hökmünü ləğv edən Hollandiya XVII əsrdən təzyiq görmüş
dini qrupların sığındığı “mühacir Cənnəti” hesab olunur. Amerika Birləşmiş Ştatlarına ilk
dəfə mühacirət edənlərdən sayılan pilqremlər (hacılar) İngiltərədə təzyiq gördükləri üçün
bu ölkəyə pənah gətirmiş və Amerikaya buradan getmişlər. Həmçinin İngiltərədən qaçan
puritanlar da Amerikaya köç etməzdən əvvəl Hollandiyaya sığınmışlar. Bundan başqa,
orta əsrlərdə və faşizm dövründə sıxışdırılan yəhudilərin də qurtuluş məskəni bu ölkə
CƏMİYYƏT VƏ DİN
55
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
olmuşdur. XX əsrdə isə müstəmləkə ölkələrindən Hollandiyaya gələn müsəlmanlar da
buradakı dini etiqad azadlığından öz xeyirlərinə istifadə etmişlər.
Hollandiyada dini parçalanma bir çox Avropa ölkələrindəki kimi protestant islahatları
nəticəsində baş vermişdir. Bu islahatlardan sonra ölkə katolik cənub və protestant şimala
bölünmüşdür. Protestantlar da öz aralarında Lüteran Kalvinist və Menonitlər kimi qruplara
ayrılmışlar. Bütün bunlara baxmayaraq, Avropanı din savaşları bürüdükdə belə, bu ölkədə
dini tolerantlıq qorunub saxlanılmışdır.
Hollandiya dinin dövlətdən ayrıldığı ilk Avropa ölkələrindəndir. Bu istiqamətdə ilk
addımlar 1814 və 1815-ci il Konstitusiyaları ilə atılmış və 1853-cü ildə qəbul olunan
qanunla daha da təkmilləşdirilmişdir. Dövlətin rəsmi dini olmadığı Hollandiyada dini
etiqad azadlığı ən son 2002-ci ildə qəbul edilən Konstitusiya ilə təmin edilmişdir.
Konstitusiyanın 1-ci və 6-cı maddələri ilə dini etiqad azadlığı sərbəstdir. Lakin
Konstitusiyaya görə, sağlamlıq, qəza riski və ictimai asayişin pozulması kimi hallarda
dini etiqad azadlığına müdaxilə edilə bilər. Dini və etnik çalara əsaslanan nifrət hisslərini
aşılamaq cinayət məsuliyyətinə cəlb edilmə ilə nəticələnir.
Dini icmaların qeydiyyatdan keçmələri məcburi deyildir. Lakin dini icmalar qanunla
tanınır və onlar vergidən azaddırlar. Dini icmalar məktəb, xəstəxana, nəşriyyat və s. aça
bilərlər.
Müsəlman icmaları arasında türkiyəli müsəlman icmalara imtiyazlar verilmişdir.
Belə ki, Hollandiya ilə Türkiyə arasındakı müqaviləyə əsasən, bu ölkədəki 200-ə yaxın
məscidin imamları Türkiyə Diyanət İşləri Nazirliyi tərəfi ndən təyin edilir.
Ölkədə orta məktəblərdə din dərsi tədris olunur. Konstitusiyada dini geyim, dini
simvol və ayinləri qadağan edən hər hansı bir maddə yoxdur.
Dövlət dini bayramlardan Müqəddəs Cüməni, Pasxanı, Göyə Yüksəlmə Gününü,
Pentekost və Noeli tanıyır.
5. Belçika
Əhalisi 11 milyon nəfərdən çox olan Belçikada 2010-cu ildə “Le Soir” qəzetinin
nəşr etdiyi anketə görə əhalinin təqribən 60%-ni katoliklər, 4 %-ni müsəlmanlar, 2%-
ni protestantlar, 1 %-ni yəhudilər, 2 %-ni digər din mənsubları, 31 %-ni isə ateistlər
təşkil edir. Belçika Konstitusiyası 1831-ci ildə liberallarla katoliklərin uzun müddət
apardıqları müzakirələr nəticəsində hazırlanaraq qəbul edilmişdir.
Belçika Konstitusiyası dini etiqad azadlığını qəbul etsə də, məzhəblər və
təriqətlərə baxışı birmənalı deyildir. 2007-ci ildə qəbul edilən “Ayrı-Seçkiliklə
Mübarizə” Qanunu digər məsələlərlə yanaşı, dini və fəlsəfi cəhətdən ayrı-seçkiliyi
də qadağan edir.
Dövlət katoliklərə, müsəlmanlara, yəhudilərə, protestantlara, anqlikanlara
və ortodokslara “tanınmışdır” statusu vermişdir. Bu dinləri təmsil edən təşkilatlar
dövlətdən maliyyə dəstəyi alırlar. Dini icmaların hər nə qədər bərabərhüquqlu
olduğu söylənsə də, Katolik kilsəsi bərabərhüquqlular içərisində xüsusi imtiyazlara
malikdir. 2001-ci ildə Konstitusiya islahatları ilə hökumət dini icmaların maliyyə
yoxlamalarını, dini təhsili, ibadətxanaların inşası və təmiri kimi bəzi məsələləri yerli
icra hakimiyyətlərinin öhdəsinə buraxmışdır. Belçikada, eyni zamanda sekulyar
fəlsəfi qruplar və ya onların təmsilçisi olan Qeyri-Dini Fəlsəfi Cəmiyyətlər Mərkəzi
CƏMİYYƏT VƏ DİN
56
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
Komitəsi də dövlətin maliyyə dəstəyindən faydalana bilir.
Belçika dövləti bir dini icmanı rəsmi olaraq tanımaq üçün aşağıdakı kriteriyaları
irəli sürür:
1. Dini
icmanın öz içərisində iyerarxiya olmalıdır;
2. Kifayət qədər üzvü olmalıdır;
3. Həmin dinə uzun müddətdən bəri ölkədə sitayiş olunmalıdır;
4. Cəmiyyətə sosial dəyərlər bəxş etməlidir;
5. Dini
icmanın fəaliyyəti dövlət qanunlarına və ictima rəyə zidd olmamalıdır.
Qeydiyyatdan keçmək istəyən dini icma Ədliyyə Nazirliyinə müraciət edir. Ədliyyə
Nazirliyi isə öz növbəsində müraciətə baxır, həmin dini icmanı incələyir, bundan sonra
onun müraciətini ya qəbul, ya da rədd edir. Lakin təsdiq üçün son qərar Parlamentə
məxsusdur. Parlament əksər hallarda Ədliyyə Nazirliyinin qərarını təsdiqləyir.
Belçika təhsil qanununa görə, dini tədris edən müəllimlər istisna olmaqla digər
bütün müəllimlər dini məsələlərdə ciddi şəkildə bitərəf qalmalıdırlar. Din və ya əxlaq
təhsili məktəblərdə məcburidir. Lakin məktəbli hansı dini öyərənəcəyini seçmə hüququna
malikdir. Din dərsinin əvəzinə əxlaq dərsi də seçilə bilər.
1993-cü ildə qurulan İrqçiliklə Mübarizə və Bərabərlik Mərkəzi 2009-cu ildə dini
geyim və simvollarla bağlı raport hazırlamışdır. Bu raport nəticəsində aydın olmuşdur ki,
dini geyim və simvollar qeyri-dövlət təşkilatlarından başlayaraq silahlı qüvvələrə, dövlət
tədris müəssisələrindən özəl müəssisələrə və digər iş yerlərinin hər birində fərqli-fərqli
tətbiq olunur. Ölkədə dini geyim və simvolları qadağan edən hansısa qanun yoxdur. Lakin
yerli icra hakimiyyətlərinin, xüsusilə müsəlmanların geyim tərzi ilə bağlı bəzi qadağalar
tətbiq etdikləri müşahidə edilir. 2010-cu ilin məlumatına görə, ölkənin Valloniya
bölgəsində 39, Flandriya bölgəsində 17, Brüsseldə isə 5 məscid fəaliyyət göstərir.
Belçika hökuməti aşağıdakı dini bayramları rəsmi şəkildə qeyd edir: Pasxa, Göyə
Yüksəlmə Günü, Məryəmin Qəbul Edilişi, Bütün Müqəddəslər və Milad.
ƏDƏBİYYAT
1. Orçun İmga. Tarihi ve Felsefi Temeller. Amerikada Din ve Devlet. Ankara: Liberte Yayınları, 2010.
2. Orçun İmga. Hollandada Din-Devlet İlişkileri ve Kilse-Devlet Ayrılığı // Dumlupınar Üniversitesi
Sosyal Bilimler Dergisi, sayı 29, nisan 2011, s. 195-202.
3. Ran Hirschl. “Comparative constitutional law and religion”, Comparative Constitutional Law, ed. Tom
Ginsburg, Edward Elgar Publishing, Inc., Massachusetts, 2011, p. 422-440.
4. Türkiye Büyük Millet Meclisi Araştıma Merkezi, Bazı Avrupa Ülkelerinde Din ve Devlet İlişkisi,
kasım, 2011.
5. Şule Albayrak. “Batı Ülkelerində Din-Devlet İlişkilerindeki Alternatif Modeller ve Türkiye Örneği” //
Marmara Üniversitesi İlahiyat Fakültesi Dergisi, sayı 48, haziran 2015, s. 185-198.
6. Hale Akay. “Devlet-Din Ekseninde Özgürlükler, Hizmetler ve Finansman” // Gündelik Hayatta Laiklik
Pratikleri, Helsinki Yurttaşlar Derneği, haziran 2011, İstanbul.
7. Yümni Sezen. İslamın Sosyolojik Yorumu. İstanbul: 2004.
8. Ünver Günay. Din Sosyolojisi. İstanbul: İnsan Yayınları, 1998.
9. Silvio Ferrari. İslam ve Din-Devlet İlişkilerinde Batı Avrupa Modeli (çeviri: Mehmet Salih Kumaş) //
Uludağ Üniversitesi İlahiyat Fakültesi Dergisi, cild 13, sayı 1, 2004, s. 303-319.
CƏMİYYƏT VƏ DİN
57
Dövlət və Din - № 01 (48) YANVAR - FEVRAL 2017
A
zə
rb
ay
ca
n
R
es
p
u
b
li
k
as
ı
D
in
i
Q
u
ru
m
la
rl
a
İş
ü
zr
ə
D
ö
v
lə
t
K
o
m
it
əs
in
in
J
u
rn
al
ı
Az
ərbaycan Respublikas
ı Dini Qurumlarla
İş
üzr
ə Dövl
ət Komit
əsinin Jurnal
ı
Мехман Исмаилов
ГОСУДАРСТВЕННО-РЕЛИГИОЗНЫЕ ОТНОШЕНИЯ В НЕКОТОРЫХ
ЕВРОПЕЙСКИХ СТРАНАХ
АННОТАЦИЯ
В результате происходящих в мире процессов государственно-религиозные
отношения продолжают сохранять свою актуальность. Существует несколько
моделей регулирования государственно-религиозных отношений. В разных странах
мира мы сталкиваемся с различными моделями. В статье рассказывается об этих
моделях, дается информация об отношении некоторых европейских государств
к религии, о конституционных статьях, касающися религии, о деятельности
религиозных общин в этих странах.
Mehman Ismayılov
STATE-CONFESSIONAL RELATIONS IN SOME
EUROPEAN COUNTRIES
ABSTRACT
The state-confessional relations continue to remain its relevance as a result of
occurring processes in the world. There are several regulatory models of state-confessional
relations. We confront with different models across the world. The article tells us about
these models, provides information about the attitude of some European countries
to the religion, the constitutional articles related to religion, the activities of religious
communities in these countries.
CƏMİYYƏT VƏ DİN
Dostları ilə paylaş: |