Azərbaycan respublikasi məDƏNİYYƏt və turiZM



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü1,11 Mb.
#57823


 

     



AZƏRBAYCAN  RESPUBLİKASI  

                          MƏDƏNİYYƏT  VƏ  TURİZM  NAZİRLİYİ 

             F. KÖÇƏRLİ  ADINA  RESPUBLİKA  UŞAQ  KİTABXANASI 

                                     ELMİ-METODİKA  ŞÖBƏSİ 

 

 

 

 

 

 

 

Filologiya  elmləri  doktoru,  professor 

Rafiq  Yusifoğlunun    65  illik  yubileyi 

münasibətilə 

 

 

 

 

 

Böyük arzuya gedən yol

 

                                            (metodiki vəsait) 

 

 

 

 

 

 

                                    

                                       B A K I- 2015 


 

 



Redaktor:  

Şəhla Qəmbərova-F.Köçərli adına Respublika Uşaq 

                           Kitabxanasının direktoru 

 

 Tərtibçi: 

Könül Səmədzadə-F.Köçərli adına Respublika Uşaq   

Kitabxanası Elmi metodika şöbəsinin baş    

 

 

 

 kitabxanaçısı 

Korrektor: 

Ruhiyyə  Məmmədli-F.Köçərli  adına  Respublika      

Uşaq  Kitabxanasının  elmi-metodika  şöbəsinin          

müdiri 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



                                                              

 



 

                                                                     



Tərtibcidən 

 

Bəli, bu gün biz uşaq ədəbiyyatından danışacağıq. Uşaq ədəbiyyatı 



nəinki  özündən  hündür  gülə,  günəşə,  aya,  gələcəyə  boylanan  bəşər 

övladının ədəbiyyatıdır. Ancaq təəssüf ki, çox zaman uşaq ədəbiyyatına 

barmaqarası  yanaşıblar,  onu  uşaq-muşaq    ədəbiyyatı  hesab  edənlər  də 

tapılıb.  Ancaq  günəşi  qara  buludlarla  örtmək  mümkün  olmadığı  kimi, 

uşaq  ədəbiyyatını  da  danmaq,  inkar  etmək,  onu  ikinci  növ  ədəbiyyat 

hesab  etmək  düzgün  deyil.  Uşaq  ədəbiyyatı  əsərləri  xeyirxah,  mərd  və 

cəsur  qəhrəmanları,  maraqlı  sujet  və  kompozisiyası,  anlaşıqlı,  sadə  və 

aydın bədii ifadə vasitələri, səlis dili ilə seçilir. Uşaq ədəbiyyatı folklor 

qaynaqlarından bəhrələnir. Uşaq ədəbiyyatı ümumi ədəbiyyatın ayrılmaz 

tərkib hissəsidir.  

Bəli, elə bu gün ədəbiyyatımızda uşaq yanrında yazıb-yaradan, öz 

səlist  dili  ilə  uşaqların  qəlbinə  yol  tapan,  uşaq  ədəbiyyatının  görkəmli 

nümayəndələrindən  biri  şair,  ədəbiyyatşünas  Rafiq  Yusifoğlunun  həyat 

və yaradıcılığı ilə tanış olacağıq.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

              



BÖLMƏ I

 

Həyat və yaradıcılığı: 

"Mən  bütün  ömrümü,  həyatımı  şeirə,  sənətə,  ədəbiyyata,  onun 

tədqiqinə  və  təbliğinə  həsr  etmişəm.  Hərdən  mənə  elə  gəlir  ki,  ədəbiyyat 

mənim Leylimdi, mən isə onun Məcnunu"



 

 

 

 

 

 

 

 

Rafiq Yusifoğlu 

Həyat  burulğanında  insanlar  aşa-aşa  ,  xoşbəxt  anların  şirinliyini  dada-dada 

ideal  kamillik  zirvəsinə  yaxınlaşırlar.  İndi  Rafiq  Yusifoğlunun  da  əksər 

qayğılarının geridə qaldığı, ideal kamillik zirvəsini şərəflə fəth etdiyi bir vaxtdır... 

65  il  bundan  əvvəl  dünyaya  bir  oğul  gəldi-Rafiq  Əliyev.  İllər  keçdi, 

ədəbiyyatda  bir  ad  göründü-Rafiq  Yusifoğlu...Filologiya    elmləri  doktoru, 

professor, əməkdar mədəniyyət işçisi, 65 illik həyatini şərəf və ləyaqətlə yaşayan, 

özündən  sonra  ədəbi  mühit  və  tarixində  silinməz  iz  qoyan  Rafiq  Yusifoğlu...Saf 

insanlara məxsus xəfif təbəssüm, dərin və yüksək intelektual düşüncə sahibinə  xas 

olan iti baxişların sahibi Rafiq Yusifoğlu həyatının çox böyük qismini ədəbiyyata 

həsr  edib...Onun  bir  çox  kitabları  çap  olunub  ki,  bu  kitablar  Rafiq  Yusifoğlunun 

dönüb  geriyə  baxanda  gözəl  ədəbiyyatşünas,  istedadli  şair,  sevən  və  sevilən  şair 

ürəyi ilə bərabər 65 ilə gətirdikləridir.  

Təsadüfi deyil ki,  Rafiq  Yusifoğlunun adı çəkiləndə uşaq ədəbiyyatı   yada 

düşür. Onun balacalara həsr etdiyi şeirlərinin qəhrəmanları nəinki uşaqlar, təbiət, 

heyvanlar, bitkilər, cansız əşyalar belə desək, istənilən uşağın sevə biləcəyi bütün 

obyektlərdir.  R.Yusifoğlu  qəhrəmanlarını  obrazlı,  orijinal,  biçimli  səviyyədə 

uşaqlara təqdim edir.  

 

 

 



Qarasına danışdım, 

 

 



 

Qış səsimi eşitdi. 

 

 

 



Qarıni ayaqladım, 

 

 



 

O da məni üşütdü... 

Onun  uşaq  şeirlərinin  gözəl  cəhətlərindən  biri  təkcə  onların  zövqünü 

oxşaması,  diləyatımlı  olması  deyil,  həm  də  əsas  məqsədi  uşaqlara  nəyi  isə 

öyrətmək,  hər  hansı  məlumatı  maraqlı  və  obrazlı  şəkildə  balaca  oxucularına 

çatdırmağa  nail  olmasıdır.  Məsələn,  götürək  onun  “Yollar”  adlı  şeir  kitabını. 

Burada  şair  bədii  və  maraqlı  dillə  işarələri  danışdırmaqla  balacalara  yol  hərəkəti 

qaydalarını  öyrədir.  Onun  uşaqlar  üçün  yazıb  çap  etdirdiyi  bir  çox  şeirləri  nəzər 

diqqətimizi daha çox cəlb edir. “Payızın göz yaşı” şeiri də belə nümunələrdəndir: 



 

 



 

 

Soyuyubdur havalar 



 

 

 



Boş qalıbdır yuvalar.   

 

 



 

Yarpaqlar soluxsuyub 

 

 

 



Ağaclar doluxsunub. 

 

 



 

Dəyişib libasını 

 

 

 



Gör neçə yaşıl budaq, 

 

 



 

Ağlayacaq ağaclar, 

 

 

 



Göz yaşı yarpaq-yarpaq 

 

 



 

Ələnəcək torpağa, 

 

 

 



Yarpağa bax, yarpağa. 

 

 



 

Süpürəcək onları 

 

 

 



Bir süpürgəçi xala.  

 

 



 

Dolduracaq xarala. 

 

 

 



Sonra da od vuracaq 

 

 



 

Ömrün ötən günləri 

 

 

 



Düşəcəkdir yadına 

 

 



 

Qızınacaq ağaclar, 

 

 

 



Qızınacaq budaqlar, 

 

 



 

Qızınacaq böyüklər 

 

 

 



Qızınacaq uşaqlar 

 

 



 

Göz yaşının oduna... 

 

Göründüyü  kimi,  gözəl  şairimiz  adi  hadisəyə  qeyri-adi  məna  verərək  onu 



poetik süzgəcdən keçirib. “Qizinacaq budaqlar göz yaşının oduna” deyən şair xəzəl 

olmuş  yarpaqları  ağacın  göz  yaşlarına  bənzətmiş,  “göz  yaşının  oduna  qızınmaq” 

ifadəsi  ilə  həm  də  şeirə  fəlsəfi  ovqat  bəxş  etmişdir.  Rafiq  Yusifoğlunun  bədii 

sözünün  gücü  bu  sözün  həm  də  səmimiliyində,  həyatiliyində,  onun  duyumlu, 

gözəl, təmənnasız olmasındadır.   

                                               



BÖLMƏ II

 

  Əməkdar  mədəniyyət  işçisi,  filologiya  elmləri  doktoru,  professor,  



ədəbiyyatşünas  Rafiq  Yusifoğlunun  65  illik  yubileyidir.  Gəlin  əvvəlcə  Rafiq 

Yusifoğlunun  həyat  və  yaradıcılığı  ilə  tanış  olaq.    “Qızıl  qələm”,  “İlin  ən  yaxşı 

kitabı”, “Araz”, “Vətən” və s. ali ədəbi mükafatlarının laureatı Rafiq Yusifoğlu... 

Rafiq  Yusifoğlu  1950-ci  il  yanvar  ayının  2-də  Qubadlı  rayonunun  Çardaxlı 

kəndində müəllim ailəsində anadan olmuşdur. Burada səkkizillik məktəbi, Qubadlı 

qəsəbə  orta  məktəbində  onillik  məktəbi  bitirmişdir  (1966).  Azərbaycan  Dövlət 

Pedaqoji Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1966-



 

1970).  Bir  müddət  Sumqayıt  şəhərində  müəllim  işləyən  şair  Nizami  adına 



Ədəbiyyat  İnstitutunun  aspiranturasına  daxil  olmuşdur.  “Azərbaycan  Sovet 

poemasının  inkişaf  problemləri”  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə 

etmişdir. Ali məktəbi müvəffəqiyyətlə bitirən Rafiq Yusifoğlu öz taleyini gənclik 

şəhəri  Sumqayitla  bağladı.  Şəhərin  ən  bacarıqlı  müəllimlərindən  biri  kimi  şöhrət 

qazanan  Rafiq  Yusifoğlu  elmi  və  bədii  yaradıcılığını  inamla  davam  etdirdi. 

Azərbaycan  Elmlər  Akademiyası  Nizami  adına  Ədəbiyyat  İnstitutunun 

aspiranturasına daxil olub, 1982-ci ildə oranı əla qiymətlərlə bitirdi. 1984-cü ildə 

görkəmli ədəbiyyatşünaslardan Yəhya Seyidov və Qasım Qasımzadənin rəhbərliyi 

ilə “Azərbaycan poemasının inkişaf problemləri” mövzusunda dissertasiya müdafiə 

edərək  filologiya  elmləri  namizədi  alimlik  dərəcəsi  aldı.    1985-ci  ildən  1992-ci 

ilədək  “Göyərçin”  jurnalında  söbə  müdiri,  1992-ci  ildən  1996-cı  ilədək  məsul 

katib,  1996-1997-ci  illərdə  Azərbaycan  Dövlət  Televiziyasının  “Xəbərlər”  baş 

redaksiyasında  “Elm,  mədəniyyət,  incəsənət”  şöbəsinin  müdiri  vəzifəsində 

çalışmışdır.  1997-ci  ildən  “Göyərçin”  jurnalının  baş  redaktorudur.  Şairin  uşaq 

ədəbiyyatı sahəsində xüsusi fəaliyyəti vardır. Rafiq Yusifoğlu 2007-ci ildə “XX əsr 

Azərbaycan  poemasının  sənətkarlıq  xüsusiyyətləri”  mövzusunda  dissertasiya 

müdafiə edərək filologiya elmləri doktoru adını almışdır. Hazırda Sumqayıt Dövlət 

Universitetinin  “Azərbaycan  ədəbiyyatı”  kafedrasının  professorudur.  Azərbaycan 

Respublikasının 

Əməkdar 


Mədəniyyət 

işçisidir. 

O,  gənc  tənqidçilərin  Moskvada  keçirilən  birinci  (1982),  ikinci  (1985)  və  üçüncü 

(1988)  Ümumittifaq  seminarlarının,  Qazaxıstanda  keçirilən  Beynəlxalq  Uşaq 

ədəbiyyatı  günlərinin  (1989)  iştirakçısı,  1985-ci  ildə  Moskvada  Ali  Komsomol 

Məktəbinin 

bir 

aylıq 


jurnalistika 

kursunun 

müdavimi 

olmuşdur. 

Ədəbi  fəaliyyətə  hələ  orta  məktəbdə  oxuyarkən  başlamış,  1966-cı  ildən  şeirləri, 

məqalələri ilə mətbuatda çıxış etməyə başlamışdır. Son illər bədii tərcümə ilə ciddi 

məşğul olur. F.Q.Lorkanın, Corc Bayronun, Peter Şyuttun, Hans Yurgen Hayzenin, 

Ulla Hanın, Roza Auslenderin və başqalarının şeirlərini, dünya uşaq ədəbiyyatının 

gözəl  nümunələrini  dilimizə  tərcümə  etmişdir.  Əsərləri  bir  sıra  dillərə  tərcümə 

edilib,  dərsliklərə  düşüb.  Çoxlu  mahnı  mətnlərinin,  elmi-publisistik  məqalələrin 

müəllifidir.  Əsərləri  əsasında  “Qəm  karvanı”,  “Bütün  Azərbaycan  əsgər  olmalı” 

televiziya  tamaşaları  çəkilib,  dəfələrlə  nümayiş  etdirilmişdir.  Rafiq  Yusifoğlu 

yaradıcılığa  lap  erkən  yaşlarından  başlamışdır.  Onun  şeirlərinin  böyük  bir  qismi 

doğma torpağımıza, onun gözəlliklərinin tərənnümünə həsr edilib. Şair oxucularını 

gah  tarixi  keçmişimizə,  gah  təbiətin  qoynuna,  gah  da  sehirli  uşaq  dünyasına 

səyahətə aparır. Onun Yanardağa, Qobustana, Gəmiqayaya, Qəbələyə, Qubadlıya, 

Örənqalaya,  Şuşaya,  Xocamsaxlıya...  həsr  etdiyi  şeirlər  bu  baxımdan  maraq 

doğurur.  R.Yusifoğlu  kənd  həyatı  ilə,  təbiətlə  yaxından  ünsiyyətdə  olan,  ona  öz 




 

gözü ilə baxmağı, hər hansı təbiət hadisələrini poetik dillə mənalandırmağı bacaran 



şairdir. Onun şeirləri bir növ Azərbaycan torpağının poetik xəritəsinə bənzəyir.  

Rafiq  Yusifoğlunun  şeirlərinin  mövzusu  rəngarəngdir.  Onun  vətən 

torpağının tərənnümünə, onun otuna, çiçəyinə, dağına, dərəsinə, ətirli yamaclarına, 

göllərinə,  çaylarına,  çeşmələrinə,  yurdumuzun  tarixi  keçmişinə,  sehrli  uşaq 

dünyasına həsr edilmiş şeirləri öz orjinallığı, obrazlılığı, lakonizmi ilə diqqətimizi 

cəlb edir.  

R.Yusifoğlu  “Yurdum-yuvam”,  “Ətirli  düymələr”,  “Ocaq  yeri”,  “Aylı  çığır”, 

“Qəm  karvanı”,  “Həsrət  köçü”,  “Şirin  yağış”,  “Azərbaycan  poeması,  axtarışlar, 

perspektivlər”,  “Bahar  qatarı”,  “Xatirə    kəcavəsi”,  “Böyük  arzuya  gedən  yol”, 

“Təzə  sevdalara  doğru”,  “Çiçək  yağışı”,  “Ədəbiyyatşünaslığın  əsasları”  və  s. 

kitabların müəllifi, “İlin ən yaşxı kitabı”, “Vətən”,  “Qızıl qələm”, “Araz”, “Tofiq 

Mahmud” və s.  mükafatların laureatıdır. Rafiq Yusifoğlunun uşaq ədəbiyyatındakı 

fəaliyyəti  xüsusilə  təqdirə  layiqdir.  Onun  bu  sahədə  sevilib-seçilən,  əsərləri 

dərsliklərə salınıb və başqa dillərə tərcümə olunub.  

 

                                                BÖLMƏ III 



YUBİLEY TƏDBİRLƏRİNİN KEÇİRİLMƏSİ: 

Uşaq ədəbiyyatı deyəndə şair Rafiq Yusifoğli yada düşür. Bu il uşaqlar üçün 

yazıb-yaradan,  həmişə    uşaq  aləmini  həssaslıqla  müşahidə  edən  şair, 

ədəbiyyatşünas  Rafiq  Yusifoğlunun  65  illik  yubileyidir.  Bu  münasibətlə 

respublikamızın  bir  çox  təhsil  müəssələrində  kitabxanalarda,  lisey  və 

gimnaziyalarda,  məktəb  və  bağçalarda  bir  sözlə  tədris  ocaqlarında  Rafiq 

Yusifoğlunun  65  illik  yubileyinin  keçirilməsi  nəzərdə  tutulmuşdur.    F.  Köçərli 

adına  Respublika  Uşaq  Kitabxanasında  yubiley  tədbirləri  ilə  bağlı    plan 

tutulmuşdur.    Rafiq  Yusifoğlu  yaradıcılığını  daha  yaxindan  izləmək  üçün    kitab 

sərgisinin  keçirilməsi  vacibdir. 

Sərgidə  Rafiq  Yusifoğlunun    kitabları  və 

“Göyərçin” jurnalı ilə yanaşı dövrü mətbuatda çap olunan məqalələrin kartotekası 

da  öz  əksini  tapmalıdır.  Sərgi  müxtəlif  başlıqlar  altında  keçirilə  bilər.  Məsələn, 

“Şeirimin canıdır bu el, bu vətən”, “Qəlbində varsa təpər, Alnından günəş təpər”, 

“Uşaqların sevimlisi Rafiq Yusifoğlu”, “Uşaqların yaxın dostu”, “Rafiq Yusifoğlu-

65”,  “Baharım,  sevinc  payım  qışım  ,  payızım  yayım.”  və  s.  İndi  isə  sərginin 

nümunəsini veririk. 

 

 



 


 

             BAŞLIQ: 



 

1.

 

“Rafiq Yusifoğlu-65” 

2.

 



Rafiq Yusifoğlunun  portreti. 

3.

 



Görkəmli insanların Rafiq Yusifoğlu haqqında söylədikləri sitatlar. 

4.

 



Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası. 

5.

 



Kitablarının nümayişi.  

6.

 



Şeir parçası 

 

SİTATLAR: 

1.

 

Rafiq Yusifoğlu Azərbaycan dilini gözəl bilən şairlərimizdəndir. 



Qabil 

Xalq şairi 

2.

 

Rafiqdən Səhhət ətri gəlir, Şaiq ətri gəlir, Səməd Vurgun ətri gəlir. 



         İ. Tapdıq 

   Şair 


3.

 

Hər  addımda,  hər  dikəlişində,  hər  söylənişində  Rafiq  Yusifoğlunun 



başının üstündə Füzuli zirvəsinin zəhmi hiss olunur.  

M.Aslan 


    Şair 

 

4.



 

Rafiqin özünün mövzuları var. Bunlar şairin ürəyinə daha yaxın, məhrəm 

olanlardır. Bir şeirində özünün dediyi kimi o elə fikirləri  “torpağa səpir”   

ki, göyərsin.  

              Aydın Həsənov 

     Pedaqoji elmlər namizədi 

5.  Rafiq  Yusifoğluna  ən  böyük  arzum  budur  ki,  o,  yaradıcılıq  meydanını 

daha da genişləndirsin. Xalqımızı, xüsusilə gəncliyimizi düşündürən məsələlərə öz 

münasibətini  bidirsin,  milli  demokratik  dirçəlişimizin,  suverenliyimizin  fəal 

vətəndaş şair tərənnümçüsü kimi qələm çalsın.  

 

 

 



 

 

 



 

 

Hikmət Ziya 



 

 

 



 

 

 



 

 

      Şair         



7.

 

Rafiq  Yusifoğlunun  bütün  şeirləri,  poemaları,  mənzum  nağılları  folklor 



çeşməsindən  su  içib.  Xalq  yaradıcılığına  böyük  əhəmiyyət  verən  şairin 

şeirlərinin bir uğuru da elə burdan doğur.  

 

 

 



 

 

 



 

 

               Zahid Xəlil 



 

 

 



 

 

 



 

Filologiya elmləri doktoru, professor 

 

 

 



 


 

 



KİTABLARİNİN NÜMAYİŞİ 

 

        


 

 

 




10 

 

 



              

 

 



        

     


                          

 

 



 

 



11 

 

                     GÖYƏRÇİN JURNALININ SƏRGİSİ: 



     

     


     

   


      

 

 



 

Rafiq  Yusifoğlunun  yaradıcılığını  yaxından  izləmək  üçün  kitabxanada  şeir 

müsabiqəsinin  keçirilməsi  nəzərdə  tutulmuşdur.  Şeir  müsabiqəsində  Rafiq 

Yusifoğlunun  uşaqlar  üçün  yazdığı  bir  çox  şeirlərdən  istifadə  etmək  olar.  Şeir 

müsabiqəsi əsasən kiçik və orta yaşlı uşaqlar arasında keçirilə bilər. Məsələn, Dili 

açılır, Kitablar, Əsl dost necə olar və.s. şeirlərini nümunə üçün veririk.   



Dili açılır 

 

             

Ürək yamanca sevinir, 

            İlk baharın gəlməsinə. 

            Vurulmuşam təbiətin 

            Hər sözünə, kəlməsinə. 

                                                                        



12 

 

                                                                    Bahar körpə tumurcuğun, 



                                                                       Yarpağın dilini bilir. 

                                                                       Sinəsində inci yatan 

                                                                       Torpağın dilini bilir. 

            Danışar dərələr,dağlar, 

            Danışar düzlər, yamaclar. 

            Torpağın sözü deyilmi  

            Otlar, çiçəklər, ağaclar? 

                                                                    Günəş güldükcə bağların 

                                                                    Çiçəyi,gülü açılır. 

                                                                    Nəvaziş görəndə daşın, 

                                                                    Torpağın dili açılır... 

Kitablar 

 

         



Mənim kitab rəfimə 

         Gəlin bir az yaxın siz. 

         Bir-birinə söykənən 

         Qonşulara baxın siz. 

                                                                       Sözlə dolu olsa da, 

                                                                       Hamısının sinəsi, 

                                                                       Sakitcə əyləşiblər, 

                                                                      Çıxmır birinin səsi. 

 

 



13 

 

       Durub qaça bilmirlər



       Düşüb gəzə bilmirlər. 

       Yazıqlar bir – biriylə 

       Kəlmə kəsə bilmirlər. 

                                                                Elə ki, götürürsən 

                                                                Sən onları əlinə, 

                                                                Dil çatdırmaq olmayır 

                                                                Heç birinin dilinə. 

Əsl dost necə olar 

Deyin görək uşaqlar, 

Əsl dost necə olar? 

Vüqar mənim dostumdur, 

Sözə başladı İdris. 

Dərsimizi bir yerdə 

Öyrənirik axı biz! 

Qurtarmışdı dəftərim, 

Sözə başladı Lalə. 

Mağazada tapmadım, 

Yolladım İdrisgilə. 

Gətirdi xeyli dəftər, 

Dedi: Qurbandır sənə! 

Dedim: Sağ ol, ay İdris, 

Biri lazımdır mənə. 

Dost dostundan heç nəyi 

Əsirgəməsin gərək. 

Əsl dostlar həmişə 

Olmalıdır bizim tək. 

                                                                 Vüsal dedi: Müəllim, 

                                                                  Çox raziyam Lalədən. 

                                                                  Onun kimi yaxşı dost 

                                                                  Görməmişəm hələ mən. 

                                                                  Növbətçiydim sinifdə, 

                                                                  Xəstəydi o gün anam. 



14 

 

                                                                  Gəlib məni çağırdı 



                                                                  Kiçik qardaşım İnam. 

                                                                  Ərk ilə sürürgəni  

                                                                  Əlimdən aldı Lalə. 

                                                                  O gün mənim yerimə 

                                                                  Növbətçi qaldı Lalə. 

                                                                  Arzu dedi: Hərdən bir 

                                                                  Çətin olanda misal, 

                         

                                                                  Mənə kömək eləyir 

                                                                  Bizim bu qoçaq Vüsal. 

                                                                  Sonra sinifqom Gülzar 

                                                                  Dedi gülümsəyərək: 

                                                                  Bağlanıb bir-birinə 

                                                                  Dostluğumuz zəncir tək. 

                                                                  Zəng vuruldu, müəllim 

                                                                  Sinifdən çıxdı çölə. 

                                                                  Dostluqdan danışırdı 

                                                                  Balaca dostlar hələ. 

                                                                  Lövhəyə belə yazdı 

                                                                  Tənəffüsdə Cavanşir: 

                                                                  “Kimin ki, dostu yoxdur, 

                                                                   Çətindir onun işi”. 

Şeir  müsabiqəsinin  sonunda  kitabxanaçı  uşaqlara  Rafiq  Yisifoğlunun  yaradıcılığı 

ilə bağlı bir neçə sual verir. Sualların nümunəsini təqdim edirik: 

 Əziz uşaqlar Rafiq Yusifoğlu haqqında nə bilirsiniz? Onu necə tanıyırsınız? 



Rafiq  Yusifoğlu  uşaq  qəlbini  fəth  edən,  uşaq  qəlbinə  yol  tapan    gorkəmli  uşaq 

şairidir.  

 Rafiq Yusifoğlu hansı  uşaq  jurnalının redaktorudur? 



 Rafiq Yusifoğlu “Göyərçin” uşaq  jurnalının baş redaktorudur. 

Rafiq Yusifoğlunun redaktoru olduğu “Göyərçin” jurnalından  hansı yenilikləri 



gözləyirsinz?  

Biz  uşaqlar,  Rafiq  Yusifoğludan  xahiş  edərdik  ki,  redaktoru  olduğu 



“Göyərçin”jurnalında idmanla, səyahətlə bağlı materiallara daha çox yer versin. 

Uşaqlar Rafiq Yusifoğlunun hansı şeirlərini tanıyırsınız? 



“Uşaq”,  “Adam  balaca  olanda”,  “Baba  məktəbə  gedir”,  “Süd”,  “Adam  kiçik 

olanda”, “Cücələr və uşaqlar”, “Evdə yoxdur”, “Böyük”, “İki çay, iki şəhər” və s.   

F. Köçərli adına Respublika Uşaq Kitabxanasında keçirilən tədbirlərdən biri 

də kitab müzakirəsidir. Kitab müzakirəsində Rafiq Yusifoğlunun “Ocaq yeri” adlı 




15 

 

kitabının müzakirəsini keçirmək olar. Tədbirə bir çox şair və yazıçıları dəvət etmək 



olar.  Kitabxanaçı  tədbiri açıq elan edir. 

Bu  torpağın  övladlarıyıq.  Gözəlliyi,  əzəməti,  yenilməzliyi,  dəyanəti 

müqayisəyə  gəlməz  Odlar  yurdunda  ömür  sürürük.  Hamı  işi,  əməli  ilə  doğma 

torpağa  övlad  məhəbbətini  sübut  etməyə,  həmişə  bu  amalla  yaşamağa  çalışır.  

Torpağımızı  tərənnüm  edən  hər  bir  əsər,  bir  misra  şeir  belə  hökmən  onun  adına 

layiq olmalıdır. Bu mənada Rafiq Yusifoğlunun  “Ocaq  yeri” kitabında toplanmış 

şeirlərində şairin üzərində addımladığı torpağa övlad məhəbbəti qırmızı xətlə keçir.  

 

 



 

 

Ana torpaq, ana torpaq, 



 

 

 



 

 

Həm dərman, həm təbibsən, 



 

 

 



 

Ürəyinin istisini 

 

 

 



 

 

Varlığıma səpibsən. 



 

 

 



 

Ayağımı neçə dəfə 

 

 

 



 

 

Oxşayıbsan, opübsən, 



 

 

 



 

Tikan çıxıb qövr eləyən 

 

 

 



 

 

Ürəyimin başından. 



Rafiq  Yusifoğlunun  yaradıcılığında  bir  də  diqqəti  daha  çox  cəlb  edən 

kitabdakı  şeirlərdə  oxucunu  keçmişə,  ötən  günlərə  aparmaqdır,  illərə  qayıdışdır, 

dönüşdür.  Biz  keçmişimizə  qayıda-qayıda  sabaha  yol  alıb  gedirik.  Rafiqin 

şeirlərinin bir qismində ürəklə, məhəbbətlə təsvir etdiyi o günlər şairin yaşıdlarına 

çox doğma və yaxındır, əzizdir. Rafiq Yusifoğlunun yaradıcılığı ilə bağlı keçirilən 

tədbirlərdən  biri  də  ədəbi-bədii  gecədir.  Ədəbi-bədii  gecə  oxucuların  ən  çox 

sevdiyi  tədbirlərdən  biridir.  Belə  tədbirlərin  keçirilməsində  məqsəd  Rafiq 

Yusifoğlunun  yaradıcılığını  daha  geniş  təbliğ  etməkdir.    Ədəbi-bədii  gecə  iki 

hissədən  ibarət  olur.  Birinci  hissə  çıxış  və  məruzələrlə  başlayır.  İkinci  hissədə 

Rafiq  Yusifoğlunun şeirlərindən  parçalar,  sozlərinə  yazılmış mahnılardan istifadə 

olunur.    Tədbirə  uşaq  ədəbiyyatının  təbliği  ilə  məşgul  olan  şair  və  yazıçıları,  

ədəbiyyat müəllimlərini dəvət etmək olar. “Böyük arzuya gedən yol” adlı ədəbi-

bədii gecənin nümunəsini veririk.  

Aparıcılar səhnəyə daxil olur: 

I Aparıcı: 

Əziz  tədbir  iştirakçıları!  Sizi  F.Köçərli  adına  Respublika  Uşaq 

Kitabxanasında  xoş  gördük!  Bu  gün  görkəmli  şair, 

ədəbiyyatşünas, 

Azərbaycan 

Respublikasının 

Əməkdar 

mədəniyyət  işçisi,  “Qızıl  qələm”,  “Vətən”,  “Araz”,  “ilin  ən 

yaxşı  kitabı”  və  s.  mükafatlarının  laureatı,  filologiya  elmləri 

doktoru, professor Rafiq Yusifoğlunun 65 illik yubileyini qeyd 

etmək  üçün  bu  zala  toplaşmışıq.  Tədbiri  açıq  elan  etmək  üçün 

sözü  kitabxananın rəhbəri Şəhla Qənbərovaya veririk. 

Hörmətli Rafiq müəllim! Sizi 65 illik yubileyiniz münasibətilə təbrik edirik! 



16 

 

Bildiyimiz kimi, siz ədəbi fəaliyyətə erkən yaşlarından başlamış, ilk qələm 



təcrübələriniz 1966-cı ildə işıq üzü görmüşdür. “Yurdum-yuvam, “Ətirli dünyam”, 

“Ocaq  yeri”,  “Qəm  karvanı”,  “Həsrət  köçü”,  “Böyük  arzuya  gedən  yol”,  “Ana 

dilim”,  “Fişəng  yağışı”,  “Eşqim  qarlı  yollarında”  və  s.  bədii  kitablarınız  nəşr 

edilmiş  və  geniş  oxucu  auditoriyası  qazanmışdır.  Siz  tərcüməçi  kimi  də  səmərəli 

fəaliyyət  göstərmiş,  onlarca    dünya  uşaq  ədəbiyyatı  nümunələrindən  ibarət  

kitabların müəllifisiniz. Sizin coxşaxəli yaradıcılığınızın bir sahəsi də elmi-tədqiqat 

işidir.  Filologiya  elmləri  doktoru,  professorsunuz.  “Azərbaycan  poeması, 

axtarişlar, perspektivlər” monoqrafiyaniz, “Ədəbiyyatşünaslığın əsasları” kimi dərs 

vəsaitlərinizdən  ali  məktəb  tələbələri    tədris  sistemində  uğurla  istifadə  edirlər. 

1985-ci  ildən  uşaqların  sevimli  jurnalı  “Göyərçin”də  çalışırsınız.  1997-ci  ildən 

həmin jurnalın baş redaktorusunuz. 2005-ci ildən Əməkdar mədəniyyət işçisi fəxri 

adına  layiq  görülmüsünüz.  Hörmətli  Rafiq  müəllim!  Sizi  bir  daha  65  illik 

yubileyiniz  münasibətilə  təbrik  edir,  sizə  uzun  ömür,  cansağlığı  və  yaradıcılıq 

uğurları arzulayırıq.  Həmişə uşaqlar üçün rəngarəng mövzulu şeirlər yazan Rafiq 

Yusifoğlu,  bu gün uşaqlar da  sizi təbrik etməyə gəliblər.  

Uşaqlar səhnəyə daxil olur. “ Baba məktəbə gedir” şeirini söyləyirlər.  

I Oxucu: 

Baba məktəbə gedir

Uşaqlara qarışır. 

Əlindəki xırdaca 

Çanta ona yaraşır. 

Açıbdır yaxasını, 

Elə bil istilənir. 

Damağındakı qəlyan 

Arabir tüstülənir. 

Uşaqlar arasında  

Saqqallı uşaq gedir. 

 

 



 

 

II Oxucu: 

Dodağında təbəssüm, 

Üzündə işıq gedir.  

Məktəbin qapısından 

Geriyə dönür ancaq. 

Əlindəki çantanı  

Alır kiçik bir uşaq. 

Sag ol deyib ayrılır, 

Dostlarına qoşulur. 

Baba gülür, sevincdən 

Bir qanadlı quş olur...  



II Aparıcı: 

Şeirləriniz  oz  yığcamlığı,  obrazlığı,  poetik  tutumu,  yeni  ifadə 

tərzi həmişə diqqəti cəlb edib və sizi öz  dəsti xəttiniz ilə başqa 



17 

 

şairlərdən  fərqləndirib.  Siz  Azərbaycan uşaq  ədəbiyyatına  yeni 



nəfəs, yeni dəst xətt gətirmisiniz. Təbiət  gözəlliklərini uşaqlara 

sevdirmək,  ağaclar,  quşlar,  heyvanlar  haqqında  poetik  dillə 

söhbət  açmaq  sizin   

şeirlərinizin  başlıca  vəzifələrindən  biridir. 

Qələmə  aldığınız  şeirlər,  tapmacalar  balaca  oxucuların 

dünyagörüşlərinin  genişlənməsinə,  həm  də  onların  estetik 

zövqlərinin inkişafına mühüm köməkdir.   

 

 

Həyat boyu qayğılar 

 

Çiynimizdə yük olur. 



 

Adam kiçik olanda 

 

Arzusu böyük olur. 



   

 

Qızılı şimşəklərdən 



 

Qamçı hörmək istəyir. 

 

Ulduzları gül kimi 



 

Bir-bir dərmək istəyir. 

 

 

Həyatın sərt üzünü 



 

Görüb çaşır adamlar. 

Böyüdükcə, torpağa 

Yaxınlaşır adamlar. 



I Aparıcı:  

Uşaq aləminə səmimiyyətlə yanaşan, ona mülayim və xeyirxah bələdçi olan Rafiq 

Yusifoğluna  arzumuz  budur  ki,  gələcək  uşaq  kitablarında  açılmayan  düymələr 

qalmasın, hamısı xoş ətri ilə bizi və balaca oxucularını sevindirsin. 

Rafiq müəllim sizi bir daha 65 yaşınız münasibətilə ürəkdən təbrik edir, sizə bitib-

tükənməyən yaradıcılıq uğurları, sonsuz xoşbəxtlik arzulayırıq.  

( Bir neçə uşaq musiqi sədaları altında səhnəyə daxil olurlar) 

Tural: Acgözə bax,acgözə, 

 

Nə verdik dedi azdı! 



 

Getdi çoxun dalınca 

 

Yazıq meşədə azdı. 



 

Vüsal: Nə soruşsan, 

 

 



 

 

 



 

 

 



 

Qara, dinməz. 

 

 

 



 

 

 



 

 

 



Adı qalıb 

 

 



 

 

 



 

 

 



 

Qaradinməz. 

 

Səbinə: Güldan düşdü, 



18 

 

 



Vay, sındı. 

 

Yazıq güllər  



 

Vaysındı. 



 

Aydan: Bəsdir elədin vargəl, 

 

 



 

 

 



 

 

 



Evdə hər şey var, gəl. 

 

Vaqif: Elə ki, dəydi vəl vələ 

 

Xırmana düşdü vəlvələ. 



 

Tapdıq: Vecinə də almır heç 

 

 



 

 

 



 

 

 



Nə covgun, nə boranı. 

 

 



 

 

 



 

 

 



Bostanın bir küncündə 

 

 



 

 

 



 

 

 



Mürgüləyir boranı. 

 

 



Aytac: Bilirsən şirin dilini, 

 

Işə sal şirin dilini. 



 

 

 

 

 

 

 

Fidan: Evimdədi Gülgəzim, 

 

 



 

 

 



 

 

 



Niyə çöldə gül gəzim? 

Dursun: Dayanmışam üzü yola, 

 

Adım qalıb üzü yola. 



 

 

Tədbirin  sonunda  uşaqlar  “  Kimindi”  və  “Gələn  bahara  kimi”  şeirini 

söyləyirlər. 

      -Ot kimindi? 

-Biçənin.

 

-Süd kimindi?



 

-İçənin.


 

-Ad kimindi?

 

-Dinənin.



 

-At kimindi?

 

-Minənin.



 

-Köz kimindi? 

 

-Yananın.



 


19 

 

-Söz kimindi?



 

-Qananın.

 

                                                                    



 

  

GƏLƏN BAHARA KİMİ

 

   


Dimdiyində çöp tutub,

 

           Havada uçurdu quş.



 

           Bir yarpaqsız ağaca

 

          Qonub yuva qurdu quş.



 

         Ağac yaman kövrəldi,

 

         Qüvvət duydu dizində.



 

         Yaş tumurcuq-tumurcuq

 

          Gilələndi gözündə.



 

         Sevindi, sevincindən

 

         Ürəyi dağa döndü.



 

         Açıldı tumurcuqlar

 

         Yaşıl yarpağa döndü.



 

O yarpaqlar yuvanı

 

Gözdən iraq saxladı.



 

Aradan xeyli keçdi,

 

Yuva da yarpaqladı.



 

Yazıq ağac az qala

 

Sevincindən uçurdu.



 

Yumurta qönçələrdən

 

Qanad yarpaq açıldı.



 

Bir azdan körpə quşlar

 

Qanadlanıb uçdular.



 

   


 

     



20 

 

      Yarpaqlar da onların 



Arxasınca düşdülər.

 

Yuva ilə ağacın



 

Matı-qutu qurudu.

 

Dərdli-dərdli hönkürdü



 

Kövrək payız buludu.

 

Ağac dinmək istədi,



 

Yuva dinmək istədi.

 

Peşman olan yarpaqlar



 

Geri dönmək istədi.

 

Ancaq bunlar əbəsdi,



 

Payız küləyi əsdi.

 

Yarpaqların budağa,



 

Qanadların yuvaya

 

Dönən yolunu kəsdi.



 

O ağacla o yuva

 

Mat qalıbdır gör necə?! 



 

Gələn bahara kimi 

         Susacaqlar beləcə…

                                             

 

 



 

 

                                             Son 



 

 

 



 

 

 



 

 

 



 


21 

 

            ƏDƏBİYYAT SİYAHISI: 



 

1.

 



Ana dilim.-B.:Azərbaycan, 2007.-26 s. 

2.

 



Aylı cığır.-B.:Gənclik, 1992. 

3.

 



Ayrılığın qəm hasarı.-B.:Təhsil, 2002. 

4.

 



Bahar qatarı.-B.:Azərbaycan, 1999 

5.

 



Bir sevdalı ürəyim var.-B.:Çaşıoğlu, 2003.-396 s. 

6.

 



Böyük arzuya gedən yol.-B.:Azərbaycan, 2000 

7.

 



Çiçək yağışı.-B.: Çaşıoğlu, 2009.-350 s. 

8.

 



Daha uşaq deyiləm.-B.:Şirvannəşr, 2006.-200 s. 

9.

 



Dəniz səviyyəsi.-B.:Şirvannəşr, 2005.-268 s. 

10.


 

Dünya xalqlarının nağılı.-B.: Azərbaycan, 1998 

11.

 

 Ətirli düymələr.-B.: Gənclik, 1983.-72 s. 



12.

 

Günlərimiz, aylarımız.-B.: Azərbaycan, 2003.-47 s. 



13.

 

Həsrət sazağı.-B.:Şirvannəşr, 2005. 



14.

 

Xatirə kəcavəsi.-B.: Elm, 1999. 



15.

 

 Kitabi-Dədə Qorqud.-B.: İşıq, 1999. 



16.

 

Qızılı məktublar.-B.: ADPU nəşriyyatı, 2013.-202 s. 



17.

 

 Meymunlar ölkəsi.-B.:Azərbaycan, 2006. 



18.

 

 Min dovşan otaran çoban.-B.: Azərbaycan, 2005. 



19.

 

 Möcüzəli xəzinə.-B.: Azərbaycan, 2000. 



20.

 

 Namusu qoru.-B.: Azərbaycan, 2007. 



21.

 

 Sehirli üzük.- B.: Azərbaycan, 2008.-20 s. 



22.

 

 Sevdalı sabahlar.-B.: Şirvannəşr, 2007. 



23.

 

 Soz çəməni.-B.: Azərbaycan, 2004.-47 s. 



24.

 

 Şirin yuva.-B.:Azərbaycan, 2004.-24 s. 



25.

 

Tanrının ömür payı.-B.:Sumqayıt nəşriyyatı, 2007.-500 s. 



26.

 

 Uşaq ədəbiyyatı.-B.: Şirvannəşr, 2006.-268 s. 



27.

 

 Yollar.-B.:Azərbaycan, 2006.-28 s. 



28.

 

 Zamanın qatarı.-B.: Azərbaycan, 2005.-20 s. 



 

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə