Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri



Yüklə 108,04 Kb.
Pdf görüntüsü
tarix21.10.2017
ölçüsü108,04 Kb.
#6276


АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №3, səh. 117-125 (2013)

 

117 



 

 

Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi 

qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri 

bəşəriyyətin gələcəyi naminə  qorumaq, üzərimizə 

düşən başlıca vəzifələrdəndir.   

 

Ümummilli lider Heydər Əliyev 

 

 



 

AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI 

 

İKİNCİ NƏŞR 

 

 

“Azərbaycan Respublikasının Qırmızı Kitabı - nadir və nəsli kəsilməkdə olan bitki və 

göbələk növləri”, “Şərq-Qərb” nəşriyyatı, Bakı, 2013, 676 s. 

 

 

“Azərbaycan Respublikasının Qırmızı Kitabı - nadir və nəsli kəsilməkdə olan fauna 

növləri”, “Şərq-Qərb” nəşriyyatı, Bakı, 2013, 518 s. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI (İKİNCİ NƏŞR) 

118 


 

By yaxınlarda Azərbaycan Respublikası "Qırmızı Kitabı"nın II nəşri çapdan çıxmışdır.  

"Qırmızı Kitab"Azərbaycan Respublikası  ərazisində nadir və  nəsli kəsilmək təhlükəsi olan 

vəhşi heyvan və yabanı bitki növlərinin vəziyyəti haqqında rəsmi dövlət sənədidir. O, 

Respublikanın bütün ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana mənsub olan 

sektorunda heyvan və bitki növlərinin vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında 

məlumatları özündə  əks etdirir. Ölkə prezidenti cənab  İlham  Əliyevin 24 mart 2006-cı il 

tarixli Sərəncamı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin 

qorunması  və davamlı istifadəsinə dair Milli Strategiya və  Fəaliyyət Planı”na  əsasən 

Azərbaycan Respublikası Ekologiya və  Təbii Sərvətlər Nazirliyi (ARETSN) və    Azərbaycan 

Milli Elmlər Akademiyasına (AMEA) Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın 2-ci 

nəşrinin təşkili tapşırılmışdır. “Qırmızı Kitabı”n layihəsi AMEA, ARETSN, ali təhsil 

müəssisələrinin və  vətəndaş  cəmiyyəti institutlarının nümayəndələrinin birgə  səyləri 

nəticəsində hazırlanmışdır. “Qırmızı Kitab”ın formalaşdırılmasında AMEA-nın  Botanika və 

Zoologiya İnstitutlarının alimlərinin son illərdə apardıqları intensiv elmi-tədqiqat işləri və çöl 

ekspedisiyalarının  mühüm rolu olmuşdur. Layihə dəfələrlə geniş müzakirə olunmuş, təhlillər 

aparılmış,  rəy və tövsiyyələr  əsasında qüsurlar aradan götürülmüş  və  nəticədə kitab daha 

təkmil formada çap edilmişdir. 

 

Azərbaycan Respublikası Qafqaz 



regionunda ən zəngin təbii sərvətlərə malik bir 

ölkədir. Bioloji müxtəlifliyinə görə  də 

Azərbaycan dünyada özünəməxsus yerlərdən 

birini tutur, burada zəngin bitki və heyvan 

növləri cəmlənmişdir. Bu səbəbdən, 

Azərbaycan 2000-ci ildə biomüxtəliflik üzrə 

Beynəlxalq konvensiyaya qoşulmuşdur. 

Hazırda bu istiqamətdə mühüm tədbirlər 

görülür, xüsusi mühafizə edilən təbiət 

ərazilərinin  şəbəkəsi genişləndirilir, dövlət 

təbiət qoruqları, yeni parklar yaradılır, 

həmçinin xüsusi mühafizə rejimi gücləndirilir. 

Eyni zamanda, bu sahənin hüquqi bazası 

möhkəmləndirilərək beynəlxalq hüquq 

normaları səviyyəsinə yaxınlaşdırılır. 

Bioloji müxtəlifliyin qorunması 

Azərbaycanda dövlət siyasətinin 

əsas 


istiqamətlərindən biridir. Azərbaycan 

Respublikasının Prezidenti cənab  İlham 

Əliyevin 2006-cı il 24 mart tarixli sərəncamı ilə 

"Azərbaycanda bioloji müxtəlifliyin qorunması 

və davamlı istifadəsinə dair" Milli Strategiya 

və  Fəaliyyət Planı  təsdiq edilmişdir. Həmin 

sənədlərə uyğun olaraq, nadir və  nəsli 

kəsilməkdə olan bitki və heyvan növlərinin 

qorunması, xüsusi mühafizə olunan ərazilərdə 

inkişaf etdirilməsi, prioritet ekosistemlərin 

müəyyən edilməsi istiqamətində işlər aparılır. 

Bütün dünyada vəhşi təbiət qorunur və 

öyrənilir. Bu baxımdan xüsusi qorunan təbiət 

ərazilərinin rolu böyükdür; onlar ekosistemlərin 

saxlanmasında  əvəzsizdirlər. Məhz, xüsusi 

mühafizə olunan təbiət  ərazilərinin fəaliyyəti 

nəticəsində nadir və nəsli kəsilməkdə olan bitki 

və heyvan növlərinin qorunub saxlanılması 

mümkün olur. 

Qeyd etmək lazımdır ki, “Qırmızı Kitab” - 

məhv olma təhlükəsi altında olan heyvan, bitki 

və göbələk növləri haqqında məlumat toplanan 

kitabdır. Azərbaycan Respublikasının "Qırmızı 

kitab"ı - ölkə ərazisində nadir və nəsli kəsilmək 

təhlükəsi olan vəhşi heyvan və yabanı bitki 

növlərinin vəziyyəti haqqında rəsmi dövlət 

sənədidir. O, ölkənin bütün ərazisində, o 

cümlədən, Xəzər dənizinin Azərbaycan 

Respublikasına mənsub olan sektorunda 

heyvan və bitki növlərinin vəziyyəti, yayılması 

və mühafizəsi tədbirləri haqqında məlumatları 

özündə əks etdirir.  

Azərbaycanda "Qırmızı kitab"ın tərtib 

olunması haqqında 1977-ci ildə  qərar qəbul 

edilmişdir. Bitki və heyvanların kitaba 

salınması onların məhv olmasının qarşısını 

müəyyən qədər almışdır. 

Təbiətin və təbii ehtiyatların mühafizəsinin 

qlobal strategiyasına (1980) uyğun olaraq, 

 

biosferdə öz davamlılığını  və tamlığını itirən 



bütün növlərin biomüxtəlifliyinin qorunması 

müasir dövrün ən mühüm vəzifəsidir. 

Azərbaycanın  ərazisi, onun landşaftı bioloji 

müxtəlifliyin yüksək səviyyəsi ilə seçilir. 

Ölkəmizin  ərazisində bitən 4500-dən çox ali 

sporlu bitkilərin 200-ə  qədəri Azərbaycanın, 

950-si Qafqazın endemi hesab olunur. 30 min 

fauna növlərinin isə 15%-ni endemlər təşkil 




V.Əli-zadə və İ.Ələkbərov

 

119 



edir. 

Hələ yaxın keçmişdə respublikamızın bitki 

və heyvanat aləminin olduqca zəngin olması 

məlumdur. Azərbaycan  müstəqillik 

qazandıqdan sonra ətraf mühitin və 

ekologiyanın mühafizəsi sahəsində dövlət 

siyasəti məhz Ulu Öndər Heydər  Əliyevin 

prezidentliyi dövründə formalaşmağa 

başlamışdır.      Hal-hazırda  ölkədə bu 

istiqamətdə çox uğurlu siyasət həyata keçirilir. 

Azərbaycan Respublikasının Prezidenti cənab 

İlham  Əliyevin səyləri nəticəsində  ətraf 

mühitin mühafizəsi sahəsində ekoloji siyasət 

yeni vüsət almış, onun formalaşması və həyata 

keçirilməsi üçün müvafiq dövlət proqramları 

işlənib hazırlanmışdır.  Biomüxtəlifliyin 

öyrənilməsi biologiyanın  fundamental 

məsələlərindən biridir.  Respublikamızda  

biomuxtəlifliyin  qorunması üzrə ilk təşəbbüs 

akademik Cəlal 

Əliyev tərəfindən 

göstərilmişdir. Təbiətdə növmüxtəlifliyinin 

itməsinə aparan  ekoloji problemlərin 

araşdırılmasına həsr olunmuş    tədqiqatlar   

müşahidə olunan dəyişikliklərin dinamikasının 

dərindən öyrənilməsinə yönəldilmişdir.  

Azərbaycanın flora və faunasının  

növmüxtəlifliyi və yüksək səviyyədə  

endemizmi, hər  şeydən  əvvəl, ekoloji şəraitin 

müxtəlifliyi və müxtəlif dövrlərdə landşaftın 

biotik komponentlərinin inkişaf tarixi ilə 

əlaqədardır. XX əsrin ortalarından etibarən 

bioloji müxtəlifliyə  və ekosistemlərə  təhlükə 

törədən mənfi amillərin sayı artmış, insanların 

fəaliyyəti nəticəsində ekosistemlər 

deqradasiyaya uğramış, bir çox flora və fauna 

növləri məhv olmuş  və ya onların nəsli 

kəsilmək təhlükəsi altında qalmışdır.  

İnsanların əməli  fəaliyyəti nəticəsində son 

60-70 il ərzində bir çox qiymətli ağac 

cinslərindən (Quercus macranthera, Acer 

trautvetterii, Betula pendula, B.litvinovii, 

Paeonia mlokosewitschii, Laurocerasus 

officinalis  və s.)   ibarət olan meşələrin sahəsi 

xeyli azalmışdır. Həmçinin, bəzi növlərin çox 

az sahədə rast gəlinməsi və ya tamamilə məhv 

olması, respublikamızın əksər təbii zonalarında 

meşə örtüyünün antropogen dəyişilməsi və 

bitki qurşaqlarının  əvəz olunması müşahidə 

olunur. Belə ki, dağ yamaclarında eroziya 

prosesinin güclənməsi,  dağ  ərazilərinin və 

çayların su rejiminin kəskin pisləşməsi baş 

verir. Buzlaşma dövrünün sonunda Bozdağ, 

Dibrardağ, Beşbarmaq dağ silsiləsinin bitki 

senozlarında  Erysimum, Xeranthemum, Stipa, 



Dianthus  cinslərinə aid olan növlər geniş 

yayıldıqları halda, hazırda onların çoxu sıradan 

çıxmışdır. Sənayenin, tikintinin, kənd 

təsərrüfatının sürətli inkişafı, əhalinin istirahəti 

üçün yeni ərazilərin istifadəsi nəticəsində 

müxtəlif bitkilərin həyat şəraiti dəyişilir, bəzən 

də bir çoxu sıradan çıxır. Digər tərəfdən, 

vaxtilə Azərbaycan  ərazisində geniş rast 

gəlinən turan pələnginin tamamilə  nəsli 

kəsilmiş, talış  qırqovulu isə artıq yabanı 

təbiətdə məhv olmuşdur.  

Növlərin qorunmasının  ən səmərəli 

üsullarından biri “Qırmızı Kitab”ın təsis 

edilməsidir. Hələ 1977-ci ildə Azərbaycanın 

flora və faunasının zəngin genofondunun 

mühafizəsi üçün respublika höküməti  

Azərbaycan Respublikasının “Qırmızı 

Kitab”ının təsis edilməsinə dair qərar qəbul 

etmişdir. Ölkəmizdə bitkilərin mühafizəsi həm 

ölkə qanunvericiliyində, həm də 1989-cu ildə 

çap edilmiş Azərbaycan SSR-in bitki və 

heyvanlarının ilk “Qırmızı Kitab”ının I 

nəşrində  təsbit edilmişdir.    Bura  alimlər 

tərəfindən Azərbaycan florasında mühafizəsi 

tələb olunan 140 növ bitki, faunasına isə 108 

növ heyvan daxil edilmişdir. Azərbaycan 

Respublikasının “Qırmızı Kitab”ının I nəşrində 

verilmiş fauna və flora növləri 2 kateqoriya 

üzrə  təsvir edilmişdir: yoxa çıxmaq təhlükəsi 

olan və nadir növlər. Birinci kateqoriyaya bir 

sıra mənfi amillərin təsiri nəticəsində (tələf 

olması və yaşadığı yerlərin dağıdılması) sayı və 

arealı  əhəmiyyətli dərəcədə azalan və böhran 

səviyyəsinə çatan növlər daxil edilmişdir. Sayı 

azalmağa doğru meyl edən və kiçik sahələrdə 

rast gəlinən növlər isə nadir növlərə aid 

edilmişdir. Lakin bu meyarlara görə bölgü şərti 

olmuşdur və beynəlxalq təcrübə ilə  təsdiq 

edilməmişdir. Bununla əlaqədar nadir 

ekosistemin və unikal genofondun 

qorunmasına kəskin tələbat yaranır. Son dövrə 

qədər biz nadir və  nəsli kəsilmiş növlərin 

Beynəlxalq Təbiəti Mühafizə  İttifaqının 

(IUCN) meyaralrına görə  təsnif edilmiş  və 

yenilənmiş siyahısına, nadir növlərin 

populyasiyalarının müasir vəziyyəti haqqında 

təsdiq edilmiş elmi materiallara, 

populyasiyaların həyat qabiliyyəti, sayı, yaş 

stukturu, yayılma sahəsi haqqında dəqiq 

məlumatlara malik deyildik.  




AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI (İKİNCİ NƏŞR) 

120 


Bununla yanaşı, birinci nəşrin çapından 

keçən 20 ildən çox müddət  ərzində “Qırmızı 

Kitab”a daxil edilmiş bir cox nadir və  nəsli 

kəsilmək təhlükəsi olan novlərin təbii 

ehtiyatları onların qorunması üçün həyata 

keçirilən tədbirlər (koçürülmə, iqlimləşdirmə 

və s.) nəticəsində  bərpa olunmusdur. Digər 

tərəfdən, Azərbaycan flora və faunası üçün 

xarakterik olan bir çox  novlərin sayı azalmış 

və  nəsli kəsilmək təhlukəsi yaranmışdır. 

Azərbaycan Respublikasının “Qırmızı 

Kitab”ının hər 10 ildən bir çap olunması ölkə 

qanunvericiliyində 

nəzərdə tutulmuşdur. 

“Qırmızı Kitab”ın I nəşri 1989-cu ildə çap 

olunmuş  və sonrakı illərdə yeni nəşrin 

işlənməsi zərurəti yaranmışdır. Azərbaycanın 

“Qırmızı Kitab”ının yeni – ikinci nəşri 

haqqında Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 15 iyul 2000-ci il tarixli 125 saylı 

Qərarı olmuşdur. Azərbaycan Respublikası 

Prezidentinin 24 mart 2006-cı il tarixli 1368 

saylı 

Sərəncamı ilə “Azərbaycan 



Respublikasında bioloji müxtəlifliyin 

qorunması  və davamlı istifadəsinə dair Milli 

Strategiya və Fəaliyyət Planı” təsdiq edilmiş və 

onun 1.1.3-cü bəndinə  əsasən “Qırmızı 

Kitab”ın II nəşrinin çapı 2009-cu ildə  nəzərdə 

tutulmuşdur. Son illərin tədqiqatları nəticəsində 

ölkə florasına yeni növlər əlavə olunmuş və bir 

sıra nomenklatur dəyişikliklər edilmişdir.  

Azərbaycanın “Qırmızı Kitab”ının ikinci 

nəşri çox arzuolunan bir haldır. Hazırda  

akademik Cəlal  Əliyevin rəhbərliyi altında  

respublika  ərazisində yayılmış nadir və  nəsli 

kəsilməkdə olan bitki, göbələk (I cild) və fauna 

(II cild) növlərinin tədqiqi üzrə  nəticələri  əks 

etdirən “Azərbaycan Respublikasının Qırmızı 

Kitabı” (ikinci nəşr) hazırlanmış  və  dərc 

edilmişdir. 300 ali və ibtidai bitki, həmçinin 

göbələk və 223 fauna növü, onların yayılması, 

sayı  və azalma tendensiyaları haqqında 

məlumatlar ilk dəfə olaraq kitaba daxil edilmiş, 

onların bioekoloji və fitosenoloji 

xüsusiyyətləri, məhdudlaşdırıcı amillər və 

mühafizə  tədbirləri qeyd olunmuşdur. GİS 

sisteminin istifadəsilə (ArcGIS10 proqramı) 

növlərin yayılması üzrə xəritələr tərtib edilmiş 

və Beynəlxalq Təbiəti Mühafizə  İttifaqının 

(IUCN) kateqoriya və meyarlarına uyğun 

olaraq onların təbiətdə saxlanma statusunun 

müasir qiymətləndirilməsi aparılmışdır. 

“Qırmızı kitab”ın tam formalaşdırılması son 

illər  ərzində aparılan fəal tədqiqat işləri 

hesabına mümkün olmuşdur, AMEA-nın 

Botanika  və  Zoologiya İnstitutlarının 

mütəxəssisləri tərəfindən nadir, nəsli 

kəsilməkdə olan və endem bitki və heyvan 

növlərinin tədqiqi üzrə son illər intensiv 

monitorinqlər keçirilmiş, onların beynəlxalq 

səviyyədə müasir qorunma statusu 

müəyyənləşdirilmişdir.  

“Qırmızı kitab”ın II nəşrində respublika 

flora və faunasının qorunmağa ehtiyacı olan 

növləri haqqında məlumat verilir. Siyahıya daxil 

edilmiş 300 növün 266-sı ali bitkilərə, 20-si 

ibtidai (6 yosun, 13 şibyə  və 1 mamır) bitkilərə 

və 14-ü göbələk  növlərinə aiddir. Ali bitkilərin 

arasında  Plaunkimilər – 1 növ, 

Qatırquyruğukimilər – 1 növ, Qıjıkimilər – 4 

növ, Çılpaqtoxumlular - 4 növ, İkiləpəli   

örtülütoxumlular – 256 növ təşkil edir. 223 fauna 

növləri içərisindən respublikamızın 

hidrofaunasına daxil olan 1 növ Oligochaeta, 1 

növ Crustacea, 1 növ Mollusca, 71 növ Insecta, 6 

növ Amphibia, 14 növ Reptilia, 9 növ Pisces, 72 

növ Aves, 42 növ Mammalia sinfinə aiddir. Qeyd 

etmək lazımdır ki, materialların tərtib 

edilməsində Respublikanın bir sıra ali məktəb və 

ixtisaslaşmış qurumlarının, nazirliklərin, ictimai 

təşkilatların mütəxəssisləri də iştirak etmişdir. 

Təhlükə  dərəcəsinin qiymətləndirilməsi 

Beynəlxalq Təbiəti Mühafizə  İttifaqı (IUCN) 

tərəfindən qəbul edilmiş kateqoriyalar və 

kriteriyalar sistemi - itmişlər  (EX), kritik 

vəziyyətdə olanlar (CR), zəiflər (VU), nəsli 

kəsilməkdə olanlar (EN), təhlükəli vəziyyətə 

yaxın olanlar (NT), daha az təhlükəli 

vəziyyətdə olanlar (LC), informasiya 

çatışmazlığı (DD) əsasında həyata 

keçirilmişdir.    

 

IUCN-nin qaydalarına uyğun olaraq, 



kateqoriyalar yalnız yabanı növlərin 

populyasiyaları üçün onların təbii arealı 

çərçivəsində  təyin edilməlidir. Növlərin 

nəslinin kəsilməsi mümkün olan prosesdir. Ona 

görə  də növün nəslinin kəsilməsinin yüksək 

risk kateqoriyasına aid edilməsi onun təbiətdə 

nəslinin kəsilməsinin yüksək ehtimallığını 

ifadə edir. Yalnız zamana görə yüksək risk 

kateqoriyasına aid edilmiş növlərin 

əksəriyyətinin daha aşağı risk kateqoriyasına 

aid edilən növlərə nisbətən yaxın zamanda 

nəslinin kəsilmə ehtimallığı (onlar üçün 

səmərəli mühafizə  tədbirləri tətbiq edilmədiyi 



V.Əli-zadə və İ.Ələkbərov

 

121 



təqdirdə) da eynilə yüksəkdir.  Növlərin “kritik 

təhlükə  həddində olanlar” (CR), “nəsli 

kəsilmək təhlükəsində olanlar” (EN)  və “nəsli 

kəsilməyə 

həssas olanlar” (VU) 

kateqoriyalarına aid edilməsi üçün miqdari 

meyarlar şkalası mövcuddur. 

Növün coğrafi yayılma  ərazisində olan 

populyasiyaların hazırkı statusu haqqında dəqiq 

məlumatlar əldə etmək üçün Qırmızı siyahının 

ideal qiymətləndirilməsi tam, sistematik çöl 

icmalına  əsaslanmalıdır. Praktiki olaraq bu 

nadir hallarda mümkün olduğundan 

qiymətləndirmə, ehtimal ki, herbari və icmal 

məlumatları 

və ekspert bilgilərinin 

istifadəsindən asılı olaraq qalır və  Qırmızı 

siyahı növlərinin qiymətləndirilməsi zamanı 

kateqoriyanın təyin edilməsi üçün obyektivlik, 

şəffaflıq və dəqiqliyi artıran 5 kəmiyyət meyarı 

tətbiq edilir. A meyarı populyasiyaların 

ölçülərinin keçmişdə, indi və  gələcəkdə 

azalmasına; B meyarı azalan və/və ya müstəsna 

dəyişmələrlə davam edən fraqmentləşmə ilə 

birlikdə sahənin coğrafi ölçüsünə; C meyarı bir 

yarımpopulyasiyada böyük nisbətdə  və/və ya 

müstəsna dəyişmələrlə azalmaqda davam edən 

populyasiyanın kiçik ölçülərinə; D meyarı 

populyasiyanın çox kiçik və ya məhdud 

ölçüsünə  və E meyarı itmə riskinin keyfiyyət 

təhlilinə  əsaslanır.  Qırmızı Siyahının 

qiymətləndirmə  nəticələri səlahiyyətli orqanlar 

tərəfindən yoxlanıldıqdan sonra IUCN-nin 

 

məlumat bazası www.redlist.org vasitəsilə 



istifadə imkanı yaradılır. 

“Qırmızı siyahı” növləri nəzərdə 

tutulduqda “nadir” və “endem” anlayışları 

fərqləndirilməlidir. Nadir növlər aşağıdakı 

xüsusiyyətləri  əks etdirir: təbii olaraq dar 

coğrafi  ərazidə bitir, bir və ya az xüsusi 

yayılma  ərazilərini tutur, öz ərazisində yalnız 

kiçik populyasiyalar əmələ  gətirir. Lakin 

endem növ təbii  şəkildə ölçüsü dar və ya 

nisbətən geniş ola bilən yalnız bir coğrafi 

ərazidə bitir. Bütün endem növlər nadir deyil, 

həmçinin bütün nadir növlərin də endem 

olmaları mütləq deyildir. Nadir və endem 

növləri itmə  təhlükəsi ilə  əlaqələndirən 

mülahizə xüsusi maraq kəsb edir. Nadir və 

endem növlərin itməyə meyllilik səbəbinin 

müəyyənləşdirilməsi bioloji konservasiya 

strategiyasının yaradılması üçün əsas bazanı 

təmin edir. Beləliklə, bir sıra nadir və/və ya 

endem növlər onların itməsinə  gətirib çıxaran 

bir və ya bir neçə xüsusiyyətləri özündə 

saxlayır: 1) dar (və yeganə) coğrafi zona; 2) 

yalnız bir və ya az populyasiya; 3) 

populyasiyanın kiçik ölçüsü və az genetik 

dəyişkənlik; 4) insanlar tərəfindən hədsiz 

istifadə; 5) populyasiyanın ölçüsünün azalması; 

6) aşağı reproduktiv potensial; 7) xüsusi ekoloji 

məkana tələbat; 8) ətraf mühit təsirlərinə 

davamlı stabil böyümə. Insanın müxtəlif 

fəaliyyəti nəticəsində nadir və/və ya endem 

növlərin yayılma  əraziləri pozulduğu və/və ya 

fraqmentləşdiyi zaman digər növlərlə 

müqayisədə onlar daha böyük sürətlə itməyə 

meylli olaraq populyasiyalarının sahə  və 

ölçülərinin paylanması azalır. Genetik 

saxlanmağa yönəlmiş  fəaliyyətdə yuxarıda 

qeyd edilən xüsusiyyətlərə malik növlərə 

üstünlük verilməli, onlar daha diqqətlə 

müşahidə edilməli və qorunmalıdır.  

"Bioloji, ekoloji və fitosenoloji 



xüsusiyyətləri" bölməsində növlərin 

ekologiyası  və onların səciyyəvi bioloji 

xüsusiyyətləri, istifadəsi haqqında məlumatlar 

verilir.  

"Yayılması" bölməsində növlərin arealı 

imkan daxilində tam xarakterizə olunmuşdur. 

Təbii ki, onların Azərbaycanda yayılması 

haqqında məlumatlar daha ətraflı verilir. Bu 

zaman bir qayda olaraq, növlərin bitdikləri 

ərazinin inzibati vahidi göstərilir. Xülasəli və 

dəqiqləşdirici xəritələr respublikada taksonların 

arealları haqqında təsəvvür yaradır, lakin 

konret olaraq yerli mühafizə  tədbirlərinin 

işlənilib hazırlanmasında xüsusi işlərdə 

verilmiş daha dəqiq xronoloji materiallara, 

yaxud da herbari kolleksiyası  məlumatlarına 

mütləq əsaslanmaq lazımdır.  

 «Sayı  və tendensiyası» bölməsində 

nisbətən daha yaxşı öyrənilmiş  bəzi növlər 

üçün onların populyasiyalarının vəziyyəti, 

sayca dəyişməsi, ayrı-ayrı  məskunlaşma 

yerlərinin itməsi tendensiyaları  və eləcə  də 

(xüsusi hallarda) bu vəziyyətə  gətirib çıxan 

səbəblər haqqında məlumatlar verilmişdir. Bir 

çox bitkilər təhlükədə olduğu və kifayət qədər 

öyrənilmədiyindən bu qisimdən olan 

məlumatlar təəssüf ki, heç də bütün növlər 

üçün mövcud deyildir.  

"Məhdudlaşdırıcı amillər" bölməsində 

taksonların sayının azalmasına, onların 

bitdikləri yerlərin pozulmasına və eləcə  də 

nadir növlərin mövcud olması üçün potensial 




AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI (İKİNCİ NƏŞR) 

122 


təhlükə yaradan istər təbii, istərsə  də 

antropogen amillərin xarakterizə edilməsinə 

cəhd göstərilmişdir.  

"Mühafizə  tədbirləri" adlı  Qırmızı 

Kitabın  ən vacib bölməsində  həmin kitaba 

daxil edilmiş növlərin mühafizəsinin qəbul 

olunmuş və xüsusilə zəruri tədbirləri haqqında 

məlumatlar öz əksini tapmışdır. Tərtibçilər bu 

və ya digər növlərin rast gəlindiyi milli 

parkları, qoruqları  və yasaqları qeyd etməyə 

çalışmışlar, lakin zəruri olan bütün materiallara 

malik olmadıqlarından müəyyən 

çatışmazlıqların olması qaçılmazdır.   

Bir sıra növlər üçün tam aydın  şəkildə, 

digərləri üçün  isə ümumi formada zəruri 

mühafizə tədbirləri tövsiyə edilmişdir.  Konkret 

mühafizə 

tədbirləri yerlərdə yaranmış 

vəziyyətin nəzərə alınması  şərtilə, çox vaxt 

xüsusi  əlavə  tədqiqatlardan sonra işlənilib 

hazırlanmalıdır və  təbii ki, bunların tam və 

bütün təfərrüatı ilə “Qırmızı kitab”da öz əksini 

tapması mümkün deyil. Bitkilərin bitmə 

yerlərinin 

şəraiti saxlanılmadan onların 

mühafizəsinin təşkili mümkün olmadığından 

əksər növlər, xüsusilə    СR,  EN, VU statusu 

kateqoriyalarına aid edilmiş növlər üçün 

qoruqlar, yasaqlıqlar, təbiət abidələri kimi 

qorunan təbii  ərazilərin yaradılması  təklif 

edilmişdir. Bioloji müxtəlifliyin qorunub 

saxlanılmasında xüsusi mühafizə olunan təbiət 

ərazilərinin rolu əvəzedilməzdir. 2003-cü 

ilədək Azərbaycanda bir dənə  də Milli Park 

olmadığı halda qısa bir dövr ərzində 

Respublikamızda 8 Milli Park (Akademik 

Həsən Əliyev adına Zəngəzur, Şirvan, Ağ göl, 

Hirkan, Altıağac, Abşeron,  Şahdağ, Göy-göl) 

və 4 Dövlət Təbiət Qoruğu (Şahbuz, Eldar 

Şamı, Bakı  və Abşeron Yarımadasının Palçıq 

Vulkanları qrupu, Korçay) yaradılmış  və 

Xüsusi Mühafizə olunan təbiət  ərazilərinin 

sahəsi artırılaraq 4.5%-dən 10.2%-ə 

çatdırılmışdır. Hal-hazırda, flora və faunanın 

qorunub saxlanılması  və davamlı istifadəsi 

üçün ölkədə 11 Dövlət Təbiət Qoruğu və 8 

Milli Park mövcuddur və yeni qorunan 

ərazilərin yaradılması istiqamətində aparılan 

işlər davam etdirilir. Müstəqillik dövrünün 

əvvəllərində Azərbaycanda meşə sahələrinin 

azalma tendensiyası müşahidə edilirdi. Hazırda 

yaşayış  ərazilərinin qazlaşdırılması, bərpa 

olunan enerji mənbələrindən istifadə  ağacların 

oduncaq məqsədilə  kəsilməsini  əhəmiyyətli 

dərəcədə azaltmışdır. Həyata keçirilən 

məqsədyönlü tədbirlər və aparılan intensiv 

meşəsalma işləri nəticəsində meşələrin azalma 

tendensiyasının qarşısını almaq mümkün 

olmuşdur. Belə ki, beynəlxalq ekspertlər də 

Azərbaycanın meşə fondunun 0,4% artmasını 

təsdiq etmişlər. Ümümiyyətlə, Azərbaycanda 

təbiəti mühafizə 

tədbirlərinin həyata 

keçirilməsi nəticəsində 43 xüsusi qorunan və 

ölkə  ərazisinin 10%-ni təşkil edən təbiət  ərazi 

vahidi (mili parklar, dövlət təbiət qoruqları, 

yasaqlıqlar) yaradılmışdır.  

Azərbaycan Hökuməti ölkənin bioloji 

müxtəlifliyinin mühümlüyünü nəzərə alaraq 

müxtəlif qanunvericiliklər təyin etmişdir. 

Ölkənin biomüxtəlifliyinin qorunması  və 

istifadəsini tənzimləyən bir neçə qanun 

mövcuddur: “Bitkilərin mühafizəsi haqqında 

Qanun” (1997), «Heyvanlar aləmi haqqında» 

(1999) “Ətraf mühitin mühafizəsi haqqında 

Qanun” (1999), “Ətraf mühitin mühafizəsi və 

təbii sərvətlərdən istifadə haqqında Qanun” 

(1992), “Xüsusi mühafizə olunan təbiət 

əraziləri və obyektləri haqqında Qanun” 

(2000),“Meşə məcəlləsi” (1997).  

Təbii ki, “Qırmızı Kitab”ın tam 

formalaşdırılması son illər  ərzində AMEA-nın  

Botanika və Zoologiya İnstitutlarında aparılan 

intensiv elmi-tədqiqat işləri və çöl 

ekspedisiyaları hesabına mümkün olmuşdur. 

Bununla yanaşı CEPF  və IUCN (2006-2009) 

tərəfindən maliyyələşdirilən “Qafqazın endem 

bitkilərinin qorunması” üzrə Beynəlxalq 

layihənin, Azərbaycan Respublikası Prezidenti 

yanında Elmin İnkişafı Fondunun (EİF) 

dəstəyilə (2010-2011) “Azərbaycanın nadir və 

nəsli kəsilməkdə olan  bitki və göbələk 

növlərinin statusunun qiymətləndirilməsi” 

layihəsinin nəticələri  əsasında və dünyanın bir 

çox nüfuzlu universitetləri və  təşkilatları ilə 

unikal əmakdaşlıqda çox qısa zamanda mühüm 

yeni məlumatların toplanılması 

və 


sistemləşdirilməsi, həmçinin Respublikanın 

nadir və nəsli kəsilməkdə olan növlərinin əlavə 

monitorinqinin keçirilməsi mümkün olmuşdur.  

Ayrı-ayrı növlər üzrə xülasələrin 

tərtibatçıları arasında AMEA-nın  Botanika və 

Zoologiya  İnstitutlarının  əməkdaşları ilə 

yanaşı, Respublikanın müxtəlif 

universitetlərinin və Akademiya təşkilatlarının, 

Ekologiya və  Təbii Sərvətlər Nazirliyinin, bir 

sıra Milli Parkların  əməkdaşları da vardır. 




V.Əli-zadə və İ.Ələkbərov

 

123 



Növlərin nadir orijinal fotoşəkillərini təqdim 

etmiş, eləcə  də  dəyərli elmi məsləhətləri və 

bilavasitə metodik vasitələrlə yardım etmiş 

xarici həmkarlarımızın iştirakı xüsusi qeyd 

edilməlidir. 

“Azərbaycanın Qırmızı Kitabı”nın II nəşri, 

şübhəsiz ki, bir sıra çatışmazlıqlar və texniki 

qüsurlardan da azad deyil. “Qırmızı kitab”lar 

mütəmadi olaraq dəqiqləşdirilməli və yenidən 

nəşr edilməli olduğundan, redaksiya heyəti 

kitabın təkmilləşdirilməsi üçün əlavə növlərin 

daxil edilməsi və  zənginləşdirilməsi, eləcə  də 

dərc olunan materialların strukturunun 

yaxşılaşdırılması baxımından mütəxəssis 

alimlər tərəfindən konkret təkliflərin 

veriləcəyinə ümid edirlər.  

“Qırmızı Kitabı”n hazırkı  nəşrinin tərtib 

olunmasında iştirak edən redaksiya üzvləri və 

müəllif  heyəti kitabın nəşrinin respublikanın 

bitki və heyvanat aləminin mühafizəsinin 

gücləndirilməsinə, onun öyrənilməsi sahəsində 

elmi tədqiqatların dərinləşməsinə kömək 

edəcəyinə, son nəticədə ölkəmizin təbii 

sərvətlərinin gələcək nəsillər üçün qorunub 

saxlanılmasına imkan verən Azərbaycan 

Konstitusiyası ilə müəyyənləşdirilmiş mühüm 

məsələlərin həlli yolunda irəliyə doğru atılmış 

bir addım olacağına böyük ümid bəsləyirlər. 

 

 

Validə Əli-zadə 

b.e.d., prof., AMEA Botanika İnstitutunun 

direktoru 

 

İlham Ələkbərov 

b.e.d., prof., AMEA-nın müx. üzvü,  

AMEA Zoologiya İnstitutunun direktoru 

       


 

 


AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI (İKİNCİ NƏŞR) 

124 


 

 

 

«КРАСНАЯ КНИГА» АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ 

  

ВТОРОЕ ИЗДАНИЕ 

 

"Красная книга Азербайджанской Республики - редкие и исчезающие виды 



растений и грибов", Издательский дом "Западо-Восток", Баку, 2013, 676 с. 

 

"Красная книга Азербайджанской Республики - редкие и исчезающие виды 

фауны", Издательский дом "Западо-Восток ", Баку, 2013,518 с. 

 

Недавно было опубликовано второе издание "Красной книги" Азербайджанской Республики. 

"Красная  книга" - это  официальный  государственный  документ  о  статусе  редких  и 

находящихся  под  угрозой  исчезновения  видов  животных  и  растений  Азербайджанской 

Республики. В ней отражена информация о состоянии, распространении и мерах по охране 

видов  животных  и  растений  на  территории  всей  Азербайджанской  Республики,  включая 

принадлежащий  ей  сектор  Каспийского  моря.  В  соответствии  с  «Планом  действий  и 

национальной  стратегией  по  сохранению  и  устойчивому  использованию  биологического 

разнообразия  Азербайджанской  Республики",  утвержденным  указом  президента  страны 

господина  Ильхама  Алиева  от 24 марта 2006 года,  Министерству  экологии  и  природных 

ресурсов  Азербайджанской  Республики  (МЭПРА)  и  Национальной  Академии  наук 

Азербайджана    (НАНА)  было  поручено  организовать 2-е  издание  «Красной  книги» 

Азербайджанской  Республики.  Проект  "Красной  книги"  был  разработан  в  результате 

совместных  усилий  НАНА  и  МЭПРА,  а  также  представителей  организаций  гражданского 

общества    и  высших  учебных  заведений.

 

Интенсивные  исследования  и  полевые  экспедиции 



последних лет, проведенные учеными Институтов ботаники и зоологии НАНА, сыграли важную роль 

в формировании данного издания «Красной Книги».

 В результате широких обсуждений проекта, 

многократного  рассмотрения    и  устранения  недостатков  в  соответствии  с  предложенными 

рекомендациями, книга была опубликована на высокопрофессиональном уровне.  

Валида Али-заде, 

д.б.н., проф., директор Института НАНА 

 

Ильхам Алекперов, 

д.б.н., проф., чл.-корр. НАНА, директор  

Института зоологии НАНА 

 

 

 

 

 

 

 

 

 

«КРАСНАЯ КНИГА» АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ (ВТОРОЕ ИЗДАНИЕ)



V.Əli-zadə və İ.Ələkbərov

 

125 



 

 

THE “RED BOOK” OF THE AZERBAIJAN REPUBLIC 

SECOND EDITION

 

 

“Red Book of the Azerbaijan Republic – rare and endangered species of plants and 

fungi”, “East-West” publishing house, Baku, 2013, 676 p. 

 

“Red Book of the Azerbaijan Republic – rare and endangered species of fauna”, 

“East-West” publishing house, Baku, 2013, 518 p. 

 

 

Recently the second edition of the “Red Book” of the Azerbaijan Republic has been published. The 

“Red Book” is an official state document about the rare and endangered species of plants and 

animals of the Azerbaijan Republic. The book contains information on status, distribution and 

efforts to protect the plant and animal species throughout the republic, including the sector of the 

Caspian Sea belonging to Azerbaijan Republic. According to “The National Strategy and Action 

Plan on Protection and Sustainable Use of the Biodiversity” approved by the Decree of the 

President of Azerbaijan Republic Mr. Ilham Aliyev on March 24, 2006, the Ministry of Ecology 

and Natural Resources of  the Azerbaijan Republic (MENRAR) and Azetbaijan National Academy 

of Sciences (ANAS) were entrusted to organize the 2nd edition of the “Red Book”. The “Red 

Book” project was developed as a result of the joint efforts of ANAS, MENRAR and 

representatives of higher education institutions and civil society organizations. The recent intensive 

researches and field expeditions conducted by scientists of the Institute of Botany and the Institute 

of Zoology, ANAS, played an important role in the compilation of the "Red Book". As a result of 

the broad discussions of the project, analyses and corrections based on the suggested 

recommendations, the book was published on a high professional level. 

 

 

Prof. Valida Ali-zade 

director of the Institute of Botany, ANAS 

 

Prof. Ilham Alekperov 

director of the Institute of Zoology, ANAS 

 

 

 



“RED BOOK” OF THE AZERBAIJAN REPUBLIC (THE SECOND EDITION)

Yüklə 108,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə