1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
GEOLOGİYA İNSTİTUTUNUN
ELMİ VƏ ELMİ-TƏŞKİLATI
FƏALİYYƏTİ HAQQINDA
H E S A B A T
(2010-cu il)
Bakı - 2011
2
Son illər Azərbaycan elmində mövcüd olan problemlərə dövlətin diqqəti
müəyyən dərəcədə artmaqdadır. Fundamental tədqiqatlara büdcədən ayrılan vəsait
bir qədər çoxalıbdır. Respublika Prezidenti İlham Əliyevin 21 oktyabr 2009-cu il
tarixli Sərəncamı ilə Azərbaycanda “Elmin inkişaf Fondu” yaradılmışdır. 2010-cu
ildə isə bu Fond Azərbaycanda elmi qrantların ilk müsabiqəsini elan etmişdi. Təbii ki,
belə dəstək fundamental tədqiqatların aparılmasına, müvafiq elmi ekspedisiyaların
təşkilinə və analitik bazanın genişlənməsinə müsbət təsir göstərməkdədir.
Əvvəllər olduğu kimi, bu il də Yer Elmləri sahəsində fənlərarası tədqiqatlar və
beynəlxalq əlaqələr çərçivəsində aparılan elmi-tədqiqat işlərinin inkişaf tendensiyası
Geologiya İnstitutunun həyatında real olaraq qalmaqdadır.
Başa vurduğumuz 2010-cu ildə keçmiş illərdə olduğu kimi Geologiya
İnstitutunda
− çökmə hövzələrinin təkamülü, böyük dərinliklərdə karbohidroğenlərin
formalaşması, təbii və texnogen mənşəli proseslərin öyrənilməsi, geoloji təhlükələrin
proqnozlaşdırılması və monitorinq sistemlərinin yaradılması elmimizin prioritet
istiqamətləri olmuşdur. Təbiətdən səmərəli istifadənin elmi əsaslarının işlənib
hazırlanması, ətraf mühitin mühafizəsi və neft və qaz yataqlarının istismarı
məsələlərinin həlli metodologiyasına prinsipial yeni yanaşmanın işlənilməsi üzrə
tədqiqatlar, həmçinin vacib bir istiqamət kimi qəbul edilmiş idi.
Geologiya İnstitutunun 2010-cu ildə elmi-tədqiqat fəaliyyətinin icmal və
təhlilinə keçməzdən əvvəl, müstəqil Azərbaycanımızda elm sahəsində Dövlət
Mükafatına ilk dəfə keçirilmiş, elmi işlər müsabiqəsinin nəticələri haqqında bir neçə
kəlmə söz demək istərdim.
Sizə məlum olduğu kimi 2010-cu ilin may ayında Geologiya İnstitutunun bir
qrup aliminə (prof. Ad.A.Əliyev, prof.F.H.Dadaşov, AMEA akademiki İ.S.Quliyev,
AMEA müxbir-üzvü Ə.Ə.Feyzullayev, prof. E.H-M.Əliyeva) Cənubi-Xəzər
hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərə görə,
Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı fəxri adı verilmişdir (Şək. 1).
3
Şək. 1. Azərbaycan Respublikası Dövlət mükafatının təqdim edilmə mərasimi
Zənnimizcə, bu, Geologiya İnstitutun alimlərinin ləyaqətli nailiyyətidir. Məsələ
bundan ibatətdir ki, Azərbaycanın alim-geoloqları uzun illər ərzində – yarım əsrdən
artıq, təbiətin bu ecaskar fenomenin hərtərəfli öyrənilməsi ilə məşğul olurlar.
Bildiyiniz kimi palçıq vulkanizmi problemlərinin tədqiqi tarixində hərəsinin özünə
məxsus uğurları olan bir neçə mərhələ olmuşdur. Belə ki, tədqiqatların ilkin
mərhələsində (akademik Ə.Ə.Yaqubov) aparılan işlər əsasən təsviri mahiyyət daşıyır
və ümumiyyətlə Azərbaycandakı palçıq vulkanlarının morfologiyası və yayılma
qanunauyğunluqlarının öyrənilməsini əhatə edirdi. Təqiqatları genişləndirərək,
mütəxəssislər ikinci mərhələdə diqqətlərini mühüm məsələyə - palçıq vulkanizmilə
neftqazlılığın əlaqəsinin müəyyən edilməsinə yönəltmişdilər. Sonralar, keçmiş SSRİ
ərazisi çərçivəsində palçıq vulkanizminin nəhəng regional tədqiqatları həyata
keçirildi. Palçıq vulkanları haqqındakı məlumatlar bərk tullantıların geokimyəvi
öyrənilməsi və flüidlərin izotopiyası üzrə materiallarla əhəmiyyətli dərəcədə
zənginləşdi. 2010-cu ildə Azərbaycan alim-geoloqlarına Dövlət Mükafatı laureatı adı
məhz, özündə sekvenstratiqrafiya, süxurların pirolizi, izotop geokimyası,
biomarkerlərin analizi və hövzə modelləşdirilməsini cəmləşdirən dərin fundamental
tədqiqatlara görə verilmişdir. Eyni zamanda, bütün bu elmi-tədqiqat işləri
4
nəticələrinin nüfuzlu xarici nəşrlərdə dərc olunması (40-a yaxın) xüsusən
vurğulanaraq, diqqəti cəlb etmişdir. Palçıq vulkanizmi tədqiqatlarının qısa tarixi,
mərhələ-mərhələ öyrənilməsinə yekun vuraraq, böyük məmnunluq hissi
ilə
qeyd
etmək istərdim ki, bu gün də Geologiya İnstitutunun mütəxəssisləri bu mühüm elmi
istiqaməti davam etdirərək, artıq palçıq vulkanlarının planetar öyrənilməsi və
ümumiləşdirilməsilə ciddi məşğuldurlar.
Laureatları və Geologiya İnstitutunun bütün kollektivini yüksək Dövlət mükafatı
ilə təbrik edərkən, bir daha palçıq vulkanizminin kompleks tədqiqatları və onun
neftqazlılıqla əlaqəsi problemləri ilə məşğul olan alimlərə yeni nailiyyətlər arzu
edirəm. Təbiidir ki, bu gün geologiya elminin aktual problemlərinin işlənilməsilə
məşğul olan bizim digər alimlərimizə də böyük uğurlar diləyirəm.
Yuxarıda qeyd etdiklərim, şübhəsiz, Geologiya İnstitutunun neft təmayüllü
prioritet elmi tədqiqatlar proqramının tərkib hissəsi olaraq, birbaşa onun
reallaşmasına xidmət edir.
Bu istiqamət çərçivəsində 2010-cu ildə Abşeron yarımadası, Bakı və Abşeron
arxipelaqının üçölçülü geoloji-struktur və petrofiziki modellərinin yaradılması üzrə
işlər aparılmışdır. Çöküntütoplanma hövzəsinin tektonik əyilmə tarixi və antiklinal
strukturların formalaşmasının üçölçülü modelləri qurulmuşdur. Hövzənin termobarik
şəraitlərinin proqnoz modelləri işlənilmişdir. Üçölçülü modelləşdirmə əsasında istilik
rejiminin təkamülü, neft-qazəmələgəlmə ocaqlarının zaman və məkanca
rekonstruksiyası, flüidlərin kollektor səciyyələri və faza halları qiymətləndirilmişdir
(Şək. 2, 3).
5
Şək. 2. Fasilə lay dəstəsi və kəsiliş üzrə temperaturun paylanması
Şək. 3. Fasilə lay dəstəsi və kəsiliş üzrə təzyiqin paylanması
6
“Neft və qazın geologiyası və geokimyası” şöbəsinin (rəhbəri – AMEA müxbir
üzvü Ə.Ə.Feyzullayev) əməkdaşları tərəfindən yeni nəzəri işlənilmələr və indiyə
qədər aparılmış tədqiqat nəticələrinin ümümləşdirilməsi əsasında Cənubi-Xəzər
çökəyinin (CXÇ) geoloji şəraiti, karbohidrogenlərin (KH) ontogenezinin tam tsiklini
əhatə edən, onların müxtəlif formalı miqrasiya (ilkin, ikinci, üçüncü) xüsusiyyətləri
tədqiq edilmişdir. Neft əmələgətirən süxurlardan karbohidrogenlərin miqrasiya
şəraitinin məkan baxımından qeyri-bərabərliyi müəyyən edilmiş, yaşca qədim, yəni
bir qədər aşağıda yatan çöküntülərdən geoloji strukturu karbohidrogenlərlə
qidalandıran ocaqların mövcudluğu aşkar olunmuş, neft və qazın subşaquli
miqrasiyası qiymətləndirilmiş, neft və qaz yataqlarının dağılması və yenidən
formalaşması prosesləri öyrənilmişdir. Bütün bunlar CXÇ-də neft və qaz yataqlarının
formalaşma mexanizmi və onların saxlanılma şəraitləri haqqında mövcud təsəvvürləri
əhəmiyyətli dərəcədə genişləndirir (Şək. 4, 5).
Şək. 4. Neft və qazın generallaşma mənbələrinin dərinlik və stratiqrafik
yerləşmələrini əks etdirən model: R – rezervuar (MQ); S – ana (oliqasen-miosen) qat
7
Şək. 5. Günəşli strukturu hüdudlarında məhsuldar qatın (MQ) neftlərinin lay təzyiqi
(a), temperatur (b) və qaz amilinin (c) paylanması
8
İnstitutun prioritet neft istiqaməti üzrə elmi-tədqiqat fəaliyyətinin böyük bir
hissəsi “2007-2014-cü illər ərzində Cənubi-Xəzər çökəyinin Azərbaycan hissəsinin
karbohidrogen potensialının və geodinamikasının öyrənilməsi Proqramı” adı altında
Dövlət tapşırığının (NK 18 iyun 2007-ci il tarixli 98 saylı Qərarı) icrası ilə bağlı
olmuşdur.
Bu proqramın yerinə yetirilməsində, bildiyiniz kimi, İnstitutun bir neçə şöbəsi
iştirak edir
− “Neft və qazın geologiyası və geokimtası”, “Geodinamika və
seysmologiya”, “Tektonofizika və geomexanika” şöbələri, həmçinin Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil
Nazirliyi (ADNA).
Həmin dövlət proqramının tərkib hissəsi olan “Cənubi-Xəzər Hövzəsinin
geoloji-geofiziki modeli” bölümü üzrə yeni metodika və “REZAYR” proqramlar
paketi hazırlanmışdır. Bu metodikanın eksperimental sınaqları aparılmış və onun
karbohidrogen yığımlarının və Cənubu Xəzərin dərin hissələrində anomal yüksək lay
təzyiqi (AYLT) zonalarının birbaşa diaqnostikası üçün, tədbiqi tövsiyyə edilmişdir.
Dərinlik seysmik zondlama (DSZ), ümumi dərinlik nöqtəsi (ÜDN) materialları,
seysmotomoqrafiya, Reley dalğaları vasitəsi ilə zondlama və peyk qravimetriyasının
kompleks analizi əsasında CXÇ-nin yer qabığının okean tipinə aid olması təsdiq
edilmişdir. Konsolidə olunmuş qabığın səthinin sxematik xəritəsi qurulmuş, qranit
qatının yayılma sərhədi müəyyən edilmişdir. Regional seysmik profillər üzrə 9
sedimentasiya kompleksləri və onların qeyri-uyğunluq səthləri aşkar edilmişdir.
Əvvəllər əldə edilmiş məlumatlar bazası əsasında, dördüncü dövr
−mezozoy
stratiqrafik intervalının ayrı-ayri horizontları üzrə, Abşeron yarımadası və ona
söykənən akvatoriyanın bir sıra müxtəlif səciyyəli xəritələri tərtib edilmişdir. Cənubi-
Xəzər Çökəyinin 5000 m dərinlik kəsimi üçün sxematik geoloji xəritə tərtib
olunmuşdur (Şək. 6).
9
Şək. 6. Ümüd perspektiv strukturu. Kəsilişin məhsuldarlığının proqnozu
Neft və qazın generasiya zonasının dərinlikliyini qimətləndirməyə imkan verən
hövzənin termal təkamülünün rəqəmli modeli işlənilmiş, Cənubi-Xəzər Çökəkliyinin
geotermal anomaliyaları müəyyən edilmiş və onların mənşəyi öyrənilmişdir. Bir neçə
yeni sxematik geotermik xəritə seriyaları əsasında Cənubi-Xəzər Çökəkliyinin istilik
sahəsinin strukturu müəyyən edilmişdir. Azərbaycanın depresion zonalarının pliosen-
dördüncü dövr çöküntülərinin geotermal enerji ehtiyatlarının kəmiyyətcə
qiymətləndirilməsi verilmiş və onların istifadəsi üçün ilkin obyektlər ayrılmışdır.
Geodinamik tədqiqatlar və monitorinq sahəsində M≥2 maqnitudalı titrəyişlərin
sistematik qeydiyyatı aparılmış və müvafiq məlumatlar bazası yaradılmışdır.
Abşeron, Siyəzən-Yalama və Astara-Nefteçala-Ələt rayonlarında təkrar GPS
ölçülmələri aparılmışdır. Xəzərin qərb sahilində və Aşağı-Kür çökəkliyi sahələri üçün
müasir geodinamik hərəkətlərin məlumat bazası yaradılmış və regional qırılmaların
aktiv zonalarının aşkarlanması üzrə işlər davam etdirilmişdir. GPS monitorinqi və
seysmogeodinamik tədqiqatlarla deformasiya prosesləri (şaquli və üfüqi hərəkətlər)
10
haqqında yeni məlumatlar əldə edilmişdir. GPS, qravimetrik və seysmik
informasiya əsasında, mürəkkəb geoloji strukturların, mövcud olan regional və
çoxsaylı aktiv seysmik qırılmaların kompleks təhlili aparılmışdır. Bu məqsədlə aktiv
qırılmaların və seysmik risklərin geoinformasion elektron xəritələri hazırlanmışdır.
GPS monitorinqi və palçıq vulkanlarının aktivləşməsi prosesi nəticəsində alınan
məlumatlar interpretasiya edilmiş və bu proseslər arasında korrelyasiya müəyyən
olunmuşdur.
Digər prioritet istiqamət çərçivəsində Geologiya İnstitutunun mütəxəssisləri
(rəhbər – AMEA müxbir üzvü F.Ə.Qədirov), Qafqazın kollizion zonasının müasir
geodinamik durumunun öyrənilməsi üzrə Massaçusets Texnoloji İnstitutu ilə (ABŞ)
müştərək tədqiqatları davam etdirmişlər. Məlum olduğu kimi, əvvəlki illərdə bu
məqsədlə Azərbaycan ərazisində 30 müvəqqəti və üç daim fəaliyyətdə olan “Bakı”,
“Şəki” və “Neftçala” GPS stansiyaları quraşdırılmışdır.
Bu istiqamətdə “Geodinamika və seysmologiya” şöbəsi (rəhbər – AMEA
müxbir üzvü F.Ə.Qədirov), “GPS və seysmoloji məlumatlar əsasındaAzərbaycanın
aktiv qırılma və seysmik təhlükələrinin GİS-xəritələrinin tərtibi” mövzusunda
UETM-AMEA qrant tapşırığı çərçivəsində elmi tədqiqatlar aparmışdır. Azərbaycan
ərazisində zəlzələlərin paylanmasının fraktal nəzəriyyəsi əsasında, seysmik prosesin
və bununla bağlı olan qırılma sisteminin özünəbənzərliyinin kəmiyyət səciyyələri
müəyyən edilmişdir. Güclü zəlzələlərin əhatə etdiyi zonaların müəyyən fraktal ölçülü
(1.1≤ D≤ 1.5) qırılmalar sisteminə uyğunluğu aşkar olunmuşdur. Belə yanaşmanın
tətbiqi seysmik təhlükələrini öyrənən digər metodlarla yanaşı alınmış məlumatların
ehtibarlılığını və dəqiqliyini artırmağa imkan verir.
Hesabat ilində BP şirkəti ilə müqavilə üzrə yeni “BTC neft kəməri boyunca
ərazinin geodinamik monitorinqi” (AMEA həqiqi üzvü İ.S.Quliyev, AMEA müxbir
üzvü F.Ə.Qədirov) mövzusunda elmi-tətbiqi tədqiqatlar davam etdirilmişdir. Bu işlər
çərçivəsində GURALP seysmik sistem əldə edilmişdir. Bu sistemdən istifadə
etməklə, aparılmış mikrotremor ölçülmələr nəticəsində rezonans tezliklərin
paylanması, qruntun yüklənmə əmsalı, güclü zəlzələ üçün intensivliyin dəyişmələri
müəyyən edilmişdir (Şək. 7, 8).
11
Şək. 7. BTC neft kəməri boyunca Sanqaçal-Sığırlı sahəsində mikrotremor ölçü
nöqtələrinin yerləşmə sxemi
Şək. 8. GURALP (GMT-5T) sisteminin üçkomponentli akselerometri vasitəsilə #30
(Lp 30) nöqtəsində müşahidə olunan seysmik küylərin yazılışı
12
Bundan başqa şöbənin əməkdaşları 2010-cu il ərzində “GPS və seysmik
məlumatlar əsasında Bakı şəhəri və Abşeron yarımadasında seysmik təhlükəsizlik və
riskin qiymətləndirilməsi” adı altında elmi-tətbiqi işlərin kompleks proqramının
hazırlanmasını yekunlaşdırılmışlar. Bu proqramın Fövqəladə Hallar Nazirliyi (FHN),
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Ekologiya və Təbii
Sərvətlər Nazirliyi (ETSN), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi və AMEA-nın Respublika Seysmoloji Xidmət
Mərkəzinin iştirakı ilə yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Üçüncü prioritet istiqamət üzrə Geologiya İnstitutu müvafiq ekogeoloji
tədqiqatları davam etdirmişdir. Bildiyiniz kimi, 2010-cu il Respublika Prezidenti
İlham Əliyev tərəfindən Azərbaycanda “Ekologiya ili” elan olunmuşdur. İnstitut
əməkdaşlarının fəaliyyət proqramı geniş diapazona malik ekogeoloji tədqiqatları
əhatə edir. Belə ki, “Azərbaycan Respublikasında nadir geoloji obyektlərin
qorunması və uzunmüddətli istifadəsi” proqramı üzrə (Respublika Prezidenti İlham
Əliyevin 21 oktyabr 2006-cı il tarixli Sərəncamı və Nazirlər Kabinetinin 2008-ci il
tarixliQərarı ilə) İnstitut kollektivi Azərbaycan Respublikası ərazisində nadir geoloji
obyektlərin monitorinqi üzrə işləri davam etdirmişdir. Bu iş 59 təsdiq olunmuş
geoloji obyekt üzrə bütün kompleks materialların sistemləşdirilməsini nəzərdə tutur.
2010-cu ildə əsasən çöl ekspedisiya işlərinin aparılması nəzərdə tutulmuş idi. Bu
işlər beş istiqamətdə aparılaraq, obyektlərin geomorfoloji, petroqrafik, mineraloji,
stratiqrafik, hidrogeoloji və tektonik xüsusiyyətlərinin öyrənilməsini əhatə edirdi.
Alınmış zəngin material bütövlükdə geoloji abidələrin unikallığı mövqeyindən
işlənilmiş və pasportlaşmaya cəlb olunmalı müvafiq obyektlər təklif edilmişdir. Bu
ilin nəticələrinə görə, həm elmi, həm də geoturizm əhəmiyyətli geoloji obyektlər
müəyyən edilmişdir.
“Azərbaycanın filiz yataqlarında təbiətə ziyan vurmadan metalların çıxarılma
texnologiyasının tədqiqi, işlənilməsi və tətbiqinə dair Tədbirlər Proqram”ının
(Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2008-ci il tarixli 22
saylı Qərarı ilə) yerinə yetirilməsi üçün cari ildə Geologiya İnstitutunda laboratoriya
şəraitində, qızıl və onu müşayət edən elementlərin filizlərdən çıxarılması
13
proseslərinin modelləşdirməsini həyata keçirən geotexnoloji baza yaradılmışdır
(rəhbəri - g.-m.e.d. Ç.M.Qaşqay). Bilavasitə çöl şəraitində analitik işlərin aparılması
məqsədilə mobil laboratoriya əldə edilmiş, eksperimentlərin yerinə yetirlməsi üçün
müvafiq qurğular hazırlanmışdır (Şək. 9).
Şək. 9. Məhlulun aktivliyinin tədqiqatı üzrə eksperimental qurğu
Qoşa və Tulallar yataqlarından götürülmüş nümunələrin laboratoriya
şəraitindəki eksperimental tədqiqi müsbət nəticə vermişdir. Qoşa qızılfilizi yatağında
çöl şəraitində texnoloji rejimin yoxlanılması baxımından aparılan eksperiment
müsbət nəticə vermişdir.
Təbiətiqoruma texnologiyanın alimlərimiz tərəfindən işlənilmədə olan
modelindən istifadə etmək məqsədilə, Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq
Dağ-mədən Operasion Şirkətilə (AİMC) niyyət protokolu imzalanmışdır. Həmçinin
14
Türkiyənin “MTA” şirkəti ilə Türkiyənin qızılfilizi yataqlarından birində
təbiətiqoruma texnologiyasının tətbiqi üzrə müştərək işlərin aparılması haqqında
razılıq əldə edilmişdir.
İnstitutumuzun alimləri geologiya sahəsində bir sıra beynəlxalq qrant layihələri
çərçivəsində elmi-tətbiqi tədqiqatlar aparmışlar. Belə ki, 2010-cu ildən İsveçrə Milli
elmi fondunun (SNSF) “Azərbaycan və Sloveniya üçün radon kadastrının yaradılması
və isveçrə metodu və təcrübəsindən istifadə edərək, diaqnostika üzrə tədbirlər”
proqramı qrant layihəsinin yerinə yetirilməsi üzrə tədqiqatlara başlanılmışdır (rəhbər
- g.-m.e.d. Ç.S.Əliyev). Layihə üzrə işlərdə həmçinin İsveçrə və Azərbaycan Səhiyyə
Nazirliyinin (sanitar-epidemioloji xidmətin) əməkdaşları iştirak edir. Layihənin əsas
məqsədi Azərbaycanda radon kadastrının hazırlanmasıdır. Tədqiqatlar radonun ətraf
mühitə, xüsusən də, insan orqanizminə təsirinin öyrənilməsini nəzərdə tutur.
Layihənin həyata keçirilməsi üçün Bakıda və digər şəhər və yaşayış məntəqələrində -
Gəncədə, Sumqayıtda və s. şəhərlərdə “Gammadata” markalı 2500 radon detektoru
qurulmuşdur.
Abşeron yarımadasının geoekoloji təhlükəsizliyini təmin etmək məqsədi ilə
geofiltrasion kompyuter modelinin işlənilməsilə əlaqədar, (UETM-AMEA)
beynəlxalq fondunun qrant layihəsi üzrə tədqiqatlar davam etdirilmişdir (rəhbəri - g.-
m.e.d. Y.H.İsrafilov). Sınaq quyuları şəbəkəsi üzrə rejim müşahidələri nəticəsində
əsas rejimyaradan amillər və geofiltrasion kompyuter modelinin kalibrləşdirmə
indikatorları olan qrunt suları səviyyəsinin dəyişkənlik trendləri aşkar edilmişdir.
Modelin qurulması üçün lazım olan rəqəmləşdirilmiş və məlumatların məkan-
koordinasion bazasına köçürülmüş kartoqrafik materiallar tərtib edilmişdir. Alınmış
nəticələr Abşeron yarımadasının yeraltı sularının formalaşmasının konseptual
modelinin işlənilməsini təmin etmişdir.
2010-cu ildə həmçinin beynəlxalq fondun (UETM-AMEA) qrant layihəsi
“Distansion zondlama və dəniz tədqiqatları məlumatlarından istifadə etməklə Xəzər
dənizi mühitinin vəziyyətinin GİS analizi” üzrə tədqiqatlar davam etdirilmişdir
(rəhbəri - g.-m.e.d. E.H-M.Əliyeva). Cənubi Xəzərin ətraf mühitinin həm regional
planda, həm də konkret neftli-qazlı sahələr çərçivəsində müasir vəziyyətini əks
15
etdirən məlumatların ədədi bazasının yaradılması işləri başa çatmaq üzrədir. O,
kocmik şəkillərin deşifrələnməsinə əsaslanaraq, dənizdə neft çirklənmələrinin
yayılmasını zaman və məkan baxımından kontakt ölçmələrilə izləməyə imkan verir
(Şək. 10).
Şək. 10. Bakı körfəzinin dib çöküntülərində CH
4
miqdarının paylanma xəritəsi
Geologiya İnstitutu İsveçrə Milli elmi fondunun (SNSF) “Ətraf mühitin
qiymətləndirilməsi və su sistemlərinin bərpa edilməsi üçün elmi əməkdaşlıq” Avropa
proqramının icrasında aktiv iştirak edir (rəhbəri - g.-m.e.d. E.H-M.Əliyeva). Bununla
yanaşı bu şöbə hesabat ilində “Darius” beynəlxalq fondunun qrant layihəsinin
reallaşdırılmasında da iştirak etmişdir. “Maykop və erkənpliosen dövründə Paratetisin
bir hissəsi olan Xəzər dənizinin kompleks stratiqrafiyası və paleoiqliminin təkamülü”
layihəsi çərçivəsində bu iş Utrext ş. (Niderland) Universiteti və Buxarest Universiteti
mütəxəssislərilə birlikdə yerinə yetirilir. Paleomaqnit məlumatlarına əsasən
“məhsuldar qatın” üst sərhəddinin 2.5 mln il hesab edilən yaşı maraqlı nəticə kimi
hesab edilə bilər. Bu layihə üzrə işlər 2011-ci ildə də davam etdiriləcəkdır.
16
2010-cu ildə Azərbaycan-Almaniya beynəlxalq elmi-texniki əməkdaşlıq
çərçivəsində, Geologiya İnstitutunun və Almaniyanın geoloji elmlər və təbii sərvətlər
Nazirliyilə birlikdə tədqiqatları, əvvəllər olduğu kimi, Daşgil və Pirəküşkül palçıq
vulkanlarında qazların atmosferə ifrazının monitorinqini əhatə edirdi (rəhbərlər – g.-
m.e.d. Ç.S.Əliyev və g.-m.e.d. A.A.Əliyev).
Geologiya İnstitutunun alimləri 2010-cu ildə yeni qrant layihələrinin
hazırlanması istiqamətində də işləri davam etdirmişlər (rəhbər - t.e.n.
V.B.İbrahimov). Cari ildə Geologiya İnstitutunun əməkdaşları müxtəlif beynəlxalq
fondların: Avropa Şurası (AŞ), İkrayna Elmi-Texniki Mərkəzi (İETM) və
Azərbaycanın Elmi İnkişaf Fondu (AEİF) müsabiqələrində iştirak etmək üçün 6
layihə təqdim etmişlər.
Bu layihələr Xəzər dənizi regionunda müasir geodinamikanın, georiskin
tədqiqinə (AMEA müxbir üzvü H.H.Quliyev), Tetisin kontinental ətrafı olan Qara
Dəniz-Xəzər strukturunda tektonik laylanmış komplekslərin tədqiqinə (prof.
T.Kəngərli), Azərbaycan ərazisinin istilik sahəsinin yeni GİS-xəritələri və modelləri
əsasında öyrənilməsi (A.Ə.Muxtarov), Şərqi Qafqaz – Cənubi Xəzər geodinamik
sisteminin alp təkamülü modelinin işlənilməsi (prof. T.Kəngərli), bəzi təhlükəli
geoloji proseslərin nəzəri modelləşdirilməsi (AMEA müxbir üzvü H.H.Quliyev),
Bakı şəhərinin mikroseysmik rayonlaşdırılması (AMEA müxbir üzvü F.Ə.Qədirov)
ilə əlaqədardır. Layihələrdə Almaniya. Fransa, İtaliya, İsveçrə, ABŞ, Kanada,
Gürcüstan və b. ölkələrin alimlərinin iştirakı nəzərdə tutulur.
Artıq üç layihə qrant dəstəyi almışdır:
-
“Azərbaycan ərazisinin istilik sahəsinin modelinin, yeni GİS-xəritələrinin
tərtibi və geotermal enerji ehtiyatlarının qiymətləndirilməsi” (Geologiya
İnstitutundan – A.Muxtarov; USA – University of Dakota, Dr.William
Gosnold; İtaly – Universita di Triesta, Dr. Della Vedova Bruno; Canada –
Northem Geothermal Consult Ltd., Mr. Jacek Majorowics; Crech Republic;,
İnstitute of Geophysics of the ASCR, Dr. Jan Safanda).
-
“Şərqi Qafqaz – Cənubi Xəzər geodinamik sisteminin alp təkamülü GİS
modelinin işlənilməsi” (Geologiya İnstitutundan - g.-m.e.d. T.Kəngərli; İtaly
17
– İnstitute of Geosciences and Earh Resources, Dr. Marco Bonini; UK –
Keele University, School Sciences, Dr. Stuart Egan; Franse – Universite
Pierre et Marie Curie, Dr. Marie-Francoise Brunet).
-
“Bakı şəhərinin mikrotremor ölçmə məlumatları əsasında mikroseysmik
rayonlaşdırılması” (Geologiya İnstitutu - F.Ə.Qədirov).
-
“Azərbaycan elminin inkişaf Fondu”nun 2010-cu ildə elan etdiyi müsabiqəyə
Geoloqiya İnstitutu tərəfindən 2 iş təqdim olunmuşdu. AMEA müxbir-üzvü
F.Ə.Qədirovun təqdim etdiyi “Mikrotremor ölçmə məlumatlar əsasında Bakı
şəhərinin mikroseysmik rayonlaşdırılması” adlı qrant layihəsi müsbət nəticələndi. Bu
qrantın dəyəri 100.000 man. Birinci müsabiqənin müzakirəsi və onun nəticələri üzrə
qərar qəbul olunduqdan sonra, 2010-cu il üçün ikinci qısamüddətli müsabiqə elan
edilmişdir. Bu müsabiqə Respublikanın elmi təşkilatlarının fəaliyyətini məqsədli
qrantların vasitəsilə stimullaşdırılmasına yönəldilmiş idi. Beləki, Yer Elmləri
sahəsində tədqiqatların proqram təminatını yerinə yetirmək və elektron avadanlığının
əldə edilməsi üçün 500 min manat ayrılmışdır. Sevindirici haldır ki, belə iri maliyyə
müsabiqəsi nəticəsində İnstitut 2011-ci ildə JEOL Yapon firmasının istesalı olan
JMS-6610 LV skanlaşdırıcı elektron mikroskopu əldə etmək imkanına nail olmuşdur.
Bu il UETM-in “Süxurların fiziki-mexzniki xüsusiyyətlərinin tədqiqi və onların
müxtəlif termobarik şəraitlərdə dəyişkənliyinin dinamikası” (AMEA-nın müxbir üzvü
H.H.Quliyev) mövzusunda qrant layihəsi çərçivəsində tədqiqatlar başa çatmışdır.
Qrant layihəsinin həyata keçirilməsində AMEA-nın Geologiya İnstitutunun, AMEA
Respublika Seysmik Xidmət Mərkəzinin, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin və Bakı Dövlət Universitetinin əməkdaşları iştirak etmişlər.
Seysmik profilləmə və quyu geofiziki tədqiqatlari məlumatları əsasında geoloji
mühitdə, müasir geodinamik dəyişmələri nəzərə almaqla, onun fiziki-mexaniki və
petrofiziki xüsusiyyətlərinin xətti və qeyri-xətti parametrlərinin məlumat bazasını
yaratmağa imkan verən inversiya məsələlərinin nəzəri-ekspermental həlli metodu
işlənilmişdir.
18
Hesabat ilində Geologiya İnstitutu Rusiya, Qazaxstan, Moldova və Cənubi
Qafqaz respublikaları, həmçinin ÇXR-nın geoloji xidmətləri ilə birlikdə icra olunan
beynəlxalq layihənin II mərhələsi başa çatdırmışlar:
1.
Rusiya ərazisi və MDB-nin digər ölkələri, həmçinin qonşu dövlətlərin 1:
2 500.000 miqyasında geoloji səciyyəli GİS – xəritələr Atlası
2.
Qafqazın (Azərbaycan )1: 1.000.000 miqyasında geoloji səciyyəli GİS –
xəritələr Atlası
3.
Qafqaz, Krım və Karpatın geoloji quruluşu və faydalı qazıntıları
(monoqrafiya).
Bu layihənin reallaşmasında, bildiyiniz kimi, Geologiya İnstitutunun 9 şöbəsi
(“Petrologiya”, “Metallogeniya”, “Paleontologiya və stratiqrafiya”, “Geodinamika və
seysmologiya”, “Geomaqnetizm”, “Geoloji mühitin qamma-spektrometriyası”, “Neft
və qazın geologiya və geokimyası”, “Palçıq vulkanizmi” və “Neft və qaz yataqlarının
formalaşması və genezisi”), həmçinin Azərbaycanın Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin Geoloji Ximətindəki həmkarlarımız iştirak etmişlər.
Layihənin proqramına müvafiq olaraq, birinci iş üzrə geoloji, tektonik xəritələri,
bərk faydalı qazıntıların proqnoz-mineragenik, karbohidrogen xammalı, yanar şist və
bitumlar üçün xəritələr, anomal maqnit sahəsinin, qravimetrik və geoloji təhlükələr
xəritələrini özündə əks etdirən xəritələr Atlasının milli fraqmentləri tərtib edilmiş və
işin koordinatoru Ümumrusiya Geologiya İnstitutuna təhvil verilmişdir (ÜGİ).
İkinci iş – bir million miqyasında Qafqazın (Azərbaycan) geoloji səciyyəli
xəritələr-GİS Atlası üzrə Azərbaycanın geoloji xəritəsi, təbii qazlar, metallik faydalı
qazıntılar, dördüncü dövr əmələgəlmələri, əlvan metalların və qızıl yataqlarının
xəritələri, həmçinin bərk faydalı qazıntıların mineragenik rayonlaşdırma xəritələri
tərtib edilmişdir.
“Qafqaz, Krım və Karpatın geoloji quruluşu və faydalı qazıntıları”
monoqrafiyası üzrə layihədə nəzərdə tutulan mətn və kartoqrafik material bütövlükdə
başa çatdırılmış və Ümumrusiya Geologiya İnstitutuna təqdim edilmişdir.
19
Bu qısa məlumat verdiyimiz üç tamamlanmış işlərin materialları “Qafqaz,
Krım və Karpatın geoloji quruluşu və faydalı qazıntıları” adlı monoqrafik toplu
şəklində dərc olunmalıdır. Avroasiyanın geoloji xəritələr Atlasının 2012-ci ildə
Avstraliyada Beynəlxalq Geoloji Konqresdə nümayişi nəzərdə tutulmuşdur.
Hesabat ilində “Petrologiya” şöbəsinin mütəxəssisləri tərəfindən üç ETİ başa
çatdırılmışdır. Onlardan birincisi “Talışın qələvi-bazaltoid kompleksinin
formalaşmasının petroloji-geokimyəvi modeli”nin işlənilməsilə əlaqədardır (AMEA
akademiki A.C.İsmayıl-Zadə). Talışın vulkanogen və intruziv komplekslərinin
petrokimya və geokimyası üzrə aparılmış tədqiqatlar nəticəsində onların riftogen və
ada qövsləri sistemlərilə analogiyası müəyyən edilmişdir. Litosfer plitələr
konsepsiyası mövqeyindən belə münasibət, Elbursarxası ada qövsü sistemində inkişaf
edən, passiv riftogenez zonasına uyğun gələn, Talış strukturunun qələvi-bazaltoid
maqmatizmini əks etdirir. Talış dağlıq sistemi mövqeyinin belə şərhi, onun Kiçik
Qafqaz-Elburs qırışıqlıq qurşağı sistəmində formalaşmasının özünəməxsusluğunu
izah etməyə imkan verir.
“Naxçıvan qırışıqlıq sahəsinin (Culfa meqastrukturu) geodinamik şəraitilə
əlaqədar, onun maqmatizm, sedimentogenez və paleotektonikasının təkamülü” (g.-
m.e.d. M.İ.Rüstəmov) ETİ yerinə yetirilmişdir. Aparılmış tədqiqatların nəticələri
müəllifin fikrincə regionun vulkanogen komplekslərinin yaşı ilə əlaqədar məsələləri
bir qədər dəqiqləşdirməyə, trias və orta eosenin stratiqrafik horizontlarında diaxron
şəkildə yerləşmiş konqlomeratların stratiqrafik vəziyyətinə yeni nöqteyi-nəzərdən
baxmağa və Culfa meqastrukturunun geodinamik təkamülünü yenidən qurmağa
imkan vermişdir. Müəllifin tərtib etdiyi Culfa qalxımının geoloji xəritəsində bu
dəqiqləşdirmələr öz əksini tapmışdır.
“Naxçıvan Muxtar Respublikası hüdudlarında səpinti qızılın yerləşmə
qanunauyğunluqları” (g.-m.e.d., prof. C.A.Azadəliyev) ETİ yerinə yetirilmişdir. Bu
işdə Başkənd yatağı timsalında Alıncaçay hövzəsinin allüvial və delüvial
çöküntülərində qızıl səpintilərinin kompleks tədqiqat metodlarından istifadə edərək,
bu yatağın səpinti qızılının tipomorf xüsusiyyətləri öyrənilmişdir.
20
Beynəlxalq monitorinq Sistemi (MBS) şəbəkəsi üzrə Azərbaycanın Milli
Məlumatlar Mərkəzi (AMMM) öz işini davam etdirmişdir. Geologiya İnstitutunun
əməkdaşları (AMEA müxbir üzvü F.Ə.Qədirov, g.-m.e.n. Q.R.Babayev) 2010-cu ildə
Şərqi Avropa Ölkələrinin Milli Məlumat Mərkəzlərinin (AMMM)-nin cari
problemlərinin, inkişaf və əməkdaşlıq perspektivlərinin, təcrübə mübadiləsi, proqram
təminatlarının tətbiq edilmə aktivliyinin və aparılan Monitorinqlərin Beynəlxalq
məlumatlar Sistemindən istifadəsinin müzakirəsində aktiv iştirak etmişlər (Şək. 11).
Şək. 11. AMEA müxbir üzvü F.Ə.Qədirov, d-r Lyusia Lozano, d-r Emilio
Karreno və g.-m.e.n. Q.R.Babayev Şərqi Avropa Dövlətlərinin Məlumatları Milli
Mərkəzlərinin növbəti iclasında (Madrid ş., İspaniya)
Keçmiş illərdə olduğu kimi, 2010-cu ildə də akademik M.T.Abasovun rəhbərliyi
altında neft və qaz yataqları işlənilməsinin nəzəri və tətbiqi sahəsində tədqiqatlar
davam etdirilmişdir.
Yataqların işlənilməsi prosesində süxur-kollektorların filtrasion-tutum
xassələrinin dəyişilmə qanunauyğunluqlarının tədqiqatları sona çatmışdır
(V.N.Lunina). Maksimal qalıq ehtiyatlarına malik sahələrin elmi-əsaslandırılmış
seçiminə, həmçinin yeni obyektlər üçün başlanğıc debitlərin və qazçıxartma
21
əmsallarının proqnozunu həyata keçirməyə imkan verən, geoloji-geofiziki və
mədəndən alınan informasiyaya əsasən, kollektorların qeyri-bircinsliyi
qiymətləndirilmiş və onun işlənilmə parametrlərinə təsiri öyrənilmişdir.
İlk dəfə məsaməli mühitdə kondensatın mikrorüşeyimlərin yaranma sahəsinin
faza kondensasiyası göstəricilərinə əhəmiyyətli təsiri müəyyən edilmiş (AMEA
müxbir üzvü Z.Y.Abbasov) və qazkondensat yataqlarının işlənilmə proseslərinin
texnoloji parametrləri öyrənilmişdir. Məsaməlılık, qalıq sudoyumluğu, kondensatın
sıxlığı və layın temperaturu şəraitində, qazkondensat qarışığının differensial
kondensasiya prosesində faza çevrilmə mexanizmi tədqiq olunmuşdur. Bunun
nəticəsində:
-
tükənmə rejimində işlənilmədə olan qazkondensat yatağının kondensatvermə
əmsalının müəyyən edilməsi üçün yeni yanaşma təklif edilmişdir;
-
qazkondensat sisteminin kondensasiya başlanğıcının təzyiq parametrinə yeni
baxışlar şərh edilmiş və onun təyinat üsulu təklif olunmuşdur.
Həmçinin müəyyən edilmişdir ki, buruqların məhsuldarlığını artırmaq məqsədi
ilə quyudibi zonalarının müxtəlif tərkibli qazlarla işlənilməsi qazkondensat yatağının
istismarının başlanğıc mərhələsində aparılması, daha da effektivdir.
Hesabat ilində tədqiqatlar həmçinin, təsərrüfat müqavilələri əsasında yerinə
yetirilmişdir. Həmin tədqiqatların aparılması üçün ayrılan vəsait 212 min manat
həcmindədir. İlin sonuna qədər daxil olan maliyyə vəsaiti 43 min manatdır.
Tədqiqatlar “Azneft” İB sifarişilə dörd iş: - dərində yatan qazkondensat yataqların
flüid xassələri üzrə avtomatlaşdırılmış məlumatlar bazasının işlənilməsi
(Z.Y.Abbasov), neft və qaz yataqlarının istismarı prosesində onların ehtiyatlarının
təkrar hesablanma metodunun işlənilməsi (A.M.Quliyev), Şaxdəniz, Ümüd
strukturları zonasında dalğalı seysmik sahənin kinematik və dinamik parametrlərinin
tədqiqatı (H.H.Quliyev) və istismar quyularında kənar (yad) suların tədric olunma
texnologiyasının işlənilməsi (R.A.Musayev) ilə əlaqədar, təsərrüfat müqavilələri
əsasında yerinə yetirilmişdir. Bundan başqa, “Royal Haskoning” Holland şirkətinin
sifarişilə Bakının yeni dəniz limanının tikinti sahəsində qaz təzahürlərinin tədqiqatı
aparılmışdır (F.H.Dadaşov).
22
Hesabat ilində yerinə yetirilmiş işlərin əsasında 4 mühüm elmi nəticə
alınmışdır:
1. İlk dəfə olaraq layın məsaməliyinin, qalıq suyunun miqdarının,
temperaturunun və kondensatın sıxlığının qazkondensat sisteminin diferensial
kondensasiya prosesində faza çevrilmələrinin mexanizminə birgə təsiri öyrənilmiş,
bunun əsasında qazkondensat sisteminin kondensasiyasının başlama təzyiqi
parametrinə yeni baxışlar formalaşdırılmış və onun təyini üçün yeni üsul təklif
olunmuşdur.
(İcraçılar: AMEA-nın akademiki M.T.Abasov, AMEA-nın müxb.üzvü
Z.Y.Abbasov, t.e.n.V.M.Fətəliyev, t.e.n.N.N.Həmidov, k.e.i.G.H.Məmmədova).
2. Neft hasil edən quyularda kənar su axının yüksək səmərə ilə təcrid etmək
üçün kalsium xlor, silikat-qələvi kompozisiya qarışığı və sement suspenziyası
əsasında yeni tərkib işlənmiş və sınaqdan keçmişdir.
(İcraçılar: AMEA-nın akademiki M.T.Abasov, t.e.d.R.Ə.Musayev,
t.e.n.Ə.İ.Əsədov, t.e.n.E.H.Xəlilov, t.e.n.T.K.Cəbrayılova).
3. Talışın qələvi-bazaltoid kompleksində “riftogen” və “adalar qövsləri”
sistemləri üçün səciyyəvi olan keçid geokimyəvi tipli süxurlarının formalaşması,
maqmatizminin qövsarxası passiv riftogenez rejimində məkan və zaman çərçivəsində
Elburs qırışıqlıq sisteminin adalar qövsü vulkanizmi ilə assosiasiyada təzahürü
şərtlənmişdir.
(İcraçılar: AMEA-nın akademiki A.C.İsmayılzadə, g.-m.e.n.Y.N.Yemelyanova,
g.-m.e.n.Y.N.Lətifova, g.-m.e.n.Z.A.Vəliyev).
4. CXH istilik seli, temperatur, şaquli və üfqi qradiyentlərin paylanma xəritələri
tərtib olunmuş, istilik sahəsinin strukturu və istilik anomaliyaları aşkarlanmış, və
onların təbiəti öyrənilmişdir.
(İcraçılar: AMEA-nın müxb.üzvü F.Ə.Qədirov, g.-m.e.n. A.Ş.Muxtarov, g.-
m.e.d.M.İ.İsayeva, g.-m.e.d.Ç.S.Əliyev).
Dostları ilə paylaş: |