------------------------------------------------------------------------------------------------------------------ QURAN TƏFSİRİ (Dərslik)
--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ -
1
BİSMİLLAHİR RƏHMANİR RƏHİM
Nəbə surəsinin əhatə etdiyi mövzular
Nəbə surəsi 40 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur.
Ümumiyyətlə, Quranın axır surələrinin çoxu Məkkədə nazil olmuşdur. Bu surələr
məad və qiyamət, həmçinin, cənnətlə müjdələmək və ilahi əzabdan qorxutmaq
məsələlərindən ibarətdir. İnsanları qəflət yuxusundan oyadır və ibrətlərlə doludur.
“Nəbə” surəsi də bunlardan istisna deyil. Sözügedən surə bir neçə məsələni
özündə ehtiva edir:
1) Böyük hadisə – “qiyamət” haqqında sual.
2) Allahın yerdə, göylərdə, insan həyatında olan qüdrət nişanələri, yer
üzündəki təbiət hadisələri.
3) Qiyamət günü və onun başlanğıc əlamətləri.
4) Allahı inkar edənlərin cəzalandırılacağından, günahkar və zalımlara
veriləcək dərdli əzablardan söhbət acır.
5) Sonda isə cənnət nemətləri haqqında açıqlamalar verir və Allahın
əmrlərinə itaət edənlərin nemətlərlə dolu cənnətə gedəcəklərindən danışır.
Surənin adlandırılmasının səbəbi
Bu surənin “Nəbə” adlandırılmasının səbəbi ikinci ayədə qeyd olunan
“Nəbəin-əzim” ibarəsidir.
Bəzən də bu surə ilk ayəyə görə “Əmmə yətəsaəlun” surəsi adlanır.
Nəbə surəsini oxumağın savabı
1. Həzrət Rəsul (s) buyurur:
"
نولءاستی مع
"
surəsini oxuyan şəxsi, Allah-taala
qiyamət günündə sərin və dadlı içkilərlə sirab edər”.
1
1
"Məcməul-bəyan” təfsiri, c.10, səh. 420.
------------------------------------------------------------------------------------------------------------------ QURAN TƏFSİRİ (Dərslik)
--------------------------------------------------------------------------- «ƏL-MƏHDİ (əc)» İSLAM MAARİF MƏDRƏSƏSİ -
2
2. İmam Sadiq (ə) buyurur: “Hər gün davamlı olaraq “Əmmə” surəsini
oxuyan şəxs, ili tamam olmamış Allah evini ziyarət edər”.
2
3. Həzrət Peyğəmbərdən (s) belə nəql olunur: “Bu surəni oxuyan və
əzbərləyən şəxsin qiyamət günündəki hesab-kitabı bir namazın qılınması
miqdarında olacaqdır”.
3
Ayələrin təfsiri:
Bağışlayan və Mehriban Allahın adı ilə.
Allah-taala ilk ayədə təəccüblə qarışıq sualla buyurur:
م ِيح
َّرلا
ِن
َم ْح َّرلا ِالله ِم ْسِب
َ
نو
ُ
ل َءا َس
َ
ت
َ
ي َّم
َ
ع
1. “(Kafirlər) bir-birlərindən nə haqqında soruşurlar?”.
Sonra isə cavab gözləmədən buyrur:
ِمي ِظ
َعْلا
ِإ
َبَّنلا
ِن
َ
ع
2. “Böyük bir xəbər (Qiyamətin baş verməsi, yaxud Quranın haqq
olması) haqqında”.
َ
نو
ُ
ف ِل
َ
ت
ْ
خ ُم ِهي ِف
ْم ُه ي ِذ
َّ
لا
3. “Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar (bəzisi onu qeyri-
mümkün, bəzisi şəkk-şübhə etmiş və bəzisi də bunu bilmələrinə baxmayaraq
inkar etmişlər)”.
Nəbə (ءابن) kəlməsi barədə açıqlama
“Əhəmiyyətli”, “faydalı” və “insanın ona elmi və ya gümanı olduğu”
xəbərə “nəbə” deyilir. Bu üç məna bir yerdə olmasa “nəbə” (böyük xəbər)
sayılmaz.
Sual: “Nəbəin-əzim” (میظع ءابن) ibarəsindən məqsəd nədir?
Cavab: Bu barədə təfsir alimləri müxtəlif fikirlər irəli sürmüşlər:
a) Qiyamət günü.
b) Quranın nazil olması.
c) Üsulid-din.
d) Bəzi rəvayələrdə isə vilayət və imamət məsələsinə işarə olunur.
Amma qiyamət və məad haqqında olması daha məqsədə uyğundur, çünki
müşrik və kafirlər ən çox məad məsələsi ilə müxalifət edirdilər.
Sual: Əgər böyük xəbərdən məqsəd qiyamətdirsə, kafirlər axı onu inkar
edirdi. Bəs nə üçün 3-cü ayədə buyurulur: “Elə bir xəbər ki, onun barəsində
ixtilafdadırlar.”?
Cavab: İlk olaraq, məad və qiyamətin inkar edilməsi kafirlərin yanında qəti
şəkildə deyildi, çünki onların çoxu ruhun bədəndən ayrıldıqdan sonra yaşamasına
inanırdılar. Başqa sözlə desək, onlar ruhani məada inanır, lakin cismani məadı
inkar edirdilər.
2
“Məcməul-bəyan” təfsiri, c.10, səh. 420.
3
“əl-Burhan” təfsiri, c.4, səh. 419.