Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə5/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   2   3   4   5   6   7   8   9   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Mikroiqtisadiyyat – istehsalın və xidmətin müəssisə, firma səviyyəsində araşdırılması, təşkili və idarəedilməsi deməkdir. İqtisadiyyatın özəyini təşkili edən müəssisədə, firmada, şirkət və s. özəklərdə istehsalın və xidmətin daha çox və daha keyfiyyətli məhsul buraxılmasına çalışılır. Bu dairədə istehsal xərcləri, mənfəət, qiymət, əmək haqqı, tələb-təklif kimi iqtisadi amillərdən daha konkret şəkildə ifadə olunur və idarəetmədə daha çevik formalar seçilir.
Makroiqtisadiyyat–bu, hər bir ölkənin və regionun iqtisadiyyatının bütövlük- də öyrənilməsi, araşdırılması, təşkili və idarəedilməsi deməkdir. Makroiqtisadiyyat səviyyəsində cəmiyyətin, ölkənin milli iqtisadiyyatın ən başlıca iqtisadi problemləri dayanır. Burada ictimai məhsulun məcmusu, milli gəlirin kəmiyyəti, onların artımı, bölgüsü, sosial tələbatların təmin olunmaq səviyyəsi və s. kimi problemlərin öyrənilməsi və təhlli yolları araşdırılır.
Mezoiqtisadiyyat – makroiqtisadiyyatın yarımsistemidir; bir-biri ilə üzvi bağlı sahələr kompleksdir. Məsələn, aqrar – sənaye kompleksi, aqrar-biznes, hərbi
– sənaye kompleksi. Bunların maddi əsaslarını əmək bölgüsü və koopretavləşmə təşkil edir. Aqrar–sənaye kompleksində kənd təsərrüfatı ilə emal sənaye sahələ- rinin üzvi əlaqəliliyi asas götürülür. Hərbi – sənaye kompleksində hərbi və mülki istehsal sahələrinin qarşılıqlı əlaqəsi ifadə olunur.
Meqaiqtisadiyyat – bu anlayış altında bütövlükdə dünya təsərrüfatı, başqa sözlə, beynəlxalq miqyasda iqtisadiyyat başa düşülür. İqtisadiyyat bütün sahələr və sistemlər baxımından ümumi prinsiplərə, qanunauyğunluqlara malikdir. Lakin, bu heç də dünya, regional və milli iqtisadiyyatların özünəməxsus xüsusiyyətlərini inkar etmir.
2019-cu il iqtisadiyyat üzrə Nobel mükafatının qaliblərinin adları açıqlanıb. Mükafat Abhijit Banerje, Ester Duflo Maykl Kremer-ə qlobal yoxsulluğun azaldılması istiqamətində işlərinə görə təqdim olunub. Akademiyanın açıqladığı bəyanatda deyilir ki, iyirmi il ərzində onların təcrübəyə əsaslanan yanaşması inkişaf iqtisadiyyatında dəyişiklik yaradıb və hazırda çiçəklənən tədqiqat sahəsinə çevrilib.
İqtisadiyyat üzrə Nobel mükafatı 9.000.000 İsveç kronu (təx. 900 min dollar) təşkil edir. Massaçuseç Texnologiya İnstitutundan olan fransız qadın Esther Duflo, bu mükafatı alan ikinci qadın oldu. Nobel mükafatına layiq görülmüş ilk qadın isə 2009-cu ildə Elinor Ostrom olub.
Məlumat üçün qeyd edim ki, Nobel mükafatı 1895-ci ildə İsveç ixtiraçısı Alfred Nobelin vəsiyyəti əsasında təsis edilib və ilk dəfə 1901-ci ildə təqdim olunub. İsveç Kral Elmlər Akademiyası fizika, kimya və iqtisadiyyat sahəsində, Karolinska İnstitutu fiziologiya və tibb sahəsində, Norveç Nobel Komitəsi isə ədəbiyyat sahəsində mükafatları verir. Sülh sahəsindəki mükafat isə Norveç parlamentinin (Stortinqin) seçdiyi 5 nəfərdən ibarət komitə tərəfindən təqdim olunur. Nobel mükafatına sahib olan şəxs və ya təşkilat medal, diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.
1901-ci ildə ilk Nobel mükafatı laureatlarına 150.782 İsveç kronu verilib. Nobel mükafatı laureatlarının təltif olunma mərasimləri hər il dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə Stokholmda keçirilir. Yalnız sülh mükafatı laureata Norveçin paytaxtı Osloda təqdim edilir.
İqtisadiyyat üzrə Nobel Mükafatı iqtisad elmləri sahəsində ən nüfuzlu mükafat hesab edilir və 1968-ci ildə İsveçin Mərkəzi Bankı olan Sveriges Riksbank tərəfindən bankın 300 illiyi münasibətilə təsis edilib.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə