Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


İqtisadi nəzəriyyə və iqtisadi siyasət



Yüklə 0,96 Mb.
səhifə9/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   5   6   7   8   9   10   11   12   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

İqtisadi nəzəriyyə və iqtisadi siyasət. Bütün digər elmlər kimi iqtisadi nəzəriyyə də müəyyən vəzifələr yerinə yetirir. Bunlardan ən mühümlüsü iqtisadi hadisə və prosesləri tədqiq etmək və onların mahiyyətini izah etməkdir. İqtisadi nəzəriyyənin digər vəzifəsi digər iqtisadi elmlər üçün metodoloji əsas olmaqdan ibarətdir. Belə ki, iqtisadi nəzəriyyə nəzəri, metodoloji elm olmaqla iqtisadi hadisə və prosesləri tədqiq edir, onların mahiyyətini aşkar edir. Digər iqtisadi elmlər isə həmin hadisənin öz sahələrində təzahür xüsusiyyətlərini araşdırırlar. Məsələn,
iqtisadi nəzəriyyə ümumi iqtisadi qanun olan əmək məhsuldarlığının mahiyyətini, artırılması amillərini nəzəri cəhətdən öyrəndiyi halda sahə iqtisadi elmləri bu qanunun öz sahələrində (sənaye, kənd təsərrüfatı, tikinti və s.) təzahürlərini öyrənirlər.
Məlum məsələdir ki, iqtisadiyyatın müxtəlif sahələrində əmək məhsuldarlığı amilləri xeyli müxtəlifdir. İqtisadi nəzəriyyənin mühüm vəzifələrindən biri də cəmiyyət üzvlərində, daha doğrusu, onu öyrənənlərdə iqtisadi təfəkkürü formalaşdırmaqdır. İqtisadi təfəkkür dedikdə cəmiyyət üzvlərində iqtisadi hadisələr haqqında müəyyən təsəvvürlərin biliklərin olması və fəaliyyətlərində onlardan istifadə etməsidir. İqtisadi təfəkkür istehsal mədəniyyəti, istehlak mədəniyyəti, ekoloji mədəniyyət, vergi mədəniyyətini özündə birləşdirir.
İqtisadi nəzəriyyə cəmiyyət üzvlərində iqtisadi təfəkkürün formalaşdırmaqla iqtisadiyyat qarşısında duran əsas məsələni, vəzifəni daha dolğun yerinə yetirməyə imkan yaradır. Belə ki, yalnız milyon və on milyonlar iqtisadi biliklərə yiyələndikdə onlar məhsuldar qüvvəyə çevrilərlər.
İqtisadiyyat çox rəngarəng olduğu üçün iqtisadi hadisə və proseslər yalnız iqtisadi nəzəriyyə tərəfindən deyil, digər iqtisadi elmlər tərəfindən də öyrənilir. Digər iqtisadi elmlər dedikdə sahə (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, elm, səhiyyə); funksional (maliyyə kredit, marketinq və s.); sahələrarası (iqtisadi coğrafiya, demoqrafiya, statistika və s.) elmləri nəzərdə tutulur.
İqtisadi nəzəriyyə bu müxtəlif sahələri tədqiq edən elmlərin metodoloji əsasıdır. Bu müxtəlif sahələrdəki iqtisadi hadisə və prosesləri tədqiq edən konkret elmlər iqtisadi nəzəriyyənin ümumi müddəalarından, göstəricilərindən istifadə edir, konkret iqtisadi elmlər öz sahələrində praktik fəaliyyət üçün zəruri olan qaydalar sistemini hazırlayır. İqtisadi nəzəriyyə digər iqtisadi elmlərlə yanaşı iqtisadi siyasətlə də sıx əlaqədardır. İqtisadi siyasət dedikdə nemətlərin ictimai istehsal bölgüsü, mübadiləsi və istehlakı üzrə dövlətin məqsədyönlü tədbirlər sistemi nəzərdə tutulur.
İqtisadi siyasət ölkədə iqtisadi problemlərin həlli variantlarının tapılması və onların mexanizmlərinin hərəkətə gətirilməsi ilə məşğul olur. İqtisadi siyasət iqtisadi nəzəriyyənin ümumiləşdirmələrini nəzərə aldığı dərəcədə də uğurlu olur. İqtisadi siyasətin uğurlu olması cəmiyyət üzvlərinin iqtisadi təfəkkür səviyyəsindən də xeyli asılıdır. İqtisadiyyatın əsas vəzifəsinin yerinə yetirilməsi iqtisadi siyasətin uğurlu olmasından asılıdır.
İqtisadi anlayış müəyyən iqtisadi hadisəni prossesi ümumiləşdirmək və müəyyən terminlə ifadə etməkdir. Məsələn, mülkiyyət, istehsal, bölgü, əmmtəə, pul, bazar, qiymət, mənfəət, faiz kimi yüzlərlə iqtisadi anlayışlar mövcuddur. “İqtisadi kateqoriya”, “iqtisadi qanun”, “iqtisadi prinsip” və s. kimi işlədilən terminlər, adlar da iqtisadi anlayışlardır. Bədii ədəbiyyatın obrazları insanlardır, iqtisad elminin “obazları” isə iqtisadi anlayış və kateqoriyalardır. İqtisadi kateqoriyalar iqtisadiyyatın ayrı – ayrı cəhətlərinin, tərəflərinin ümumiləşdirilmiş nəzəri ifadələridir. Məsələn, əmtəə, mübadilə, pul, qiymət, əmək haqqı kimi kateqoriyaların hər birində insan münasibətlərinin müəyyən tərəfləri, mahiyyəti ifadə olunur.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə