Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə2/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   2   3   4   5   6   7   8   9   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Merkantilizm italyan dilində “ticarət”, “tacir” deməkdir. Bu əslində Avropada XVI-XVII əsrlərdə iqtisad elminin bünövrəsini qoyan bir nəzəri məktəbin adıdır. Müxtəlif elm və peşə sahələrindən olan bu nəzəri məktəbin görkəmli nümayəndələrindən ingiltərəli Vilyam Staffor (1554-1612), Tomas Man (1571-1641), italyalı Qaspar Skarufari (1519-1584), fransalı Antuan Monkrityen (1575-1621) kimi şəxslər iqtisadi fikrin inkişafına böyük xidmətlər göstərmişlər. Elə elmin ilk adı da Merkantilist Monkrityen tərəfindən verilmişdir.
Merkantililslərin nəzəri – iqtisadi görüşlərində iqtisadiyyat vahid bir sistem kimi öyrənilmişdir. Onlar, yalnız iqtisadiyyatın bir sahəsini, əmtəə tədavülü dairəsini tədqiq və təhlil edirlər. Bunun obyektiv səbəbi ondadır ki, merkantilistlər ticarət kapitalının həlledici rol oynadığı dövrdə yaşamış, ilkin kapital yığımı dövrünü keçirmişlər. Buna görədir ki, merkantilislər sərvəti və onun artırılmasını,
toplanmasını pul formasında təsəvvür edirdilər. Avropanın əsas ölkələrində öz iqtisadi, siyasi ideyaları ilə çıxış edən merkantilistlər milli iqtisadiyyatların dövlət tərəfindən himayə və idarə edilməsinə, xarici ticarət üzərində yüksək nəzarət qoyulması kimi fikirlər yürüdürdülər. Pulu, qızılı ölkədə qoruyub saxlamaq, daha çox əmtəə ixrac etməklə xaricdən ölkəyə daha çox qızıl, gümüş gətirmək onların idealı idi. Merkantilistlər göstərirdilər ki, dövlətin iqtisadi siyasəti ölkədə ticarəti və pul tədavülünü inkişaf etdirmək və tənzimləmək məqsədi daşımalıdır. Onlar ölkədə dövlət xəzinəsində daha çox pul ehtiyatı, qızıl-gümüş toplanmasını məqsədəuyğun hesab edirdilər. Merkantilistlərin ticarət, pul, idxal, ixrac, gömrük və s. haqqındakı ideyaları indi də öz əhəmiyyətini itirməmişdir. Hazırda dünyanın bir çox ölkələri merkantilzm prinsiplərinə uygun siyasətə üstünlük verirlər.
Fiziokratlar Fiziokratiya sözü, iki yunan sözündən – “fizis” “təbiət” “kratos” “hakimiyyət” sözlərinin birləşməsindən törəyən “Təbiət hakimiyyəti” deməkdir. Bu iqtisad elmi tarixində yeni məktəbin adıdır. Tədavül sferasını öyrənən merkantilislərdən fərqli olaraq fiziokratlar təbiətlə bağlı olan əkinçilik, kənd təsərrüfatı istehsalını tədqiq etməyi əsas tutmuşlar. Bununla onlar iqtisadiy- yatın əsas, həlledici sahəsi olan istehsal dairəsinin öyrənilməsinə başlamışlar. Lakin, onlar bütün iqtisadiyyatı deyil, yalnız əkinçiliyi əsas götürmüş və onu sər- vətin yaradılmasının yeganə mənbəyi hesab etmişlər. Bu fikir cərəyanı XVIII əsrdə Fransada, kənd təsərrüfat isrehsalının üstünlük təşkil etdiyi bir şəraitdə meydana çıxmışdır. Fiziokrat iqtisadi fikrinin əsasını qoyan da fransalı həkim və təbiətşunas Fransua Kene (1694-1774) olmuşdur. Bu məktəbin görkəmli nümayəndələri Jak Turqo (1727-1781), Viktor Mirabo (1715-1789) və başqaları iqtisadi təlimlər tarixində xüsusi yer tuturlar.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə