Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


İnduksiya (latınca “inductio”



Yüklə 0,96 Mb.
səhifə7/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   2   3   4   5   6   7   8   9   10   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

İnduksiya (latınca “inductio” sözündən götürülüb “soruşmaq”, “məlumat toplamaq” deməkdir) ayrı- ayrı faktlardan ümumi nəticənin çıxarılması deduksiya (latınca “deductio”- sözündən götürülüb mənası “nəticə çıxarmaq” deməkdir) isə ümumidən xüsusiyə hərəkətdir. Məsələn, ayrı-ayrı məhsulların qiymətlərinə əsasən qiymətlərin ümumi səviyyəsinin müəyyən edilməsi. İqtisadi problemlərin öyrənilməsində tədqiqatçının əsaslandığı metodologiya da mühüm əhəmiyyət kəsb edir.
İqtisadi nəzəriyyənin metodologiyası iqtisadi hadisələri öyrənən metodlar haqqında elmdir. İqtisadi nəzəriyyənin metodologiyasında bir neçə yanaşma mövcuddur: Subyektiv, neopozitiv-empirik, rasionalist və dialektik materialist.
Subyektiv yanaşmada iqtisadi hadisələrin təhlilində çıxış nöqtəsi kimi təsərrüfatçı subyekt götürülür. Neopozitivist-empirik yanaşmada əsas yerdə tədqiqatın texniki aparatı durur. Rasionalist yanaşmada əsas fikir cəmiyyətin
«təbii», rasionalist qanunlarını tapmağa verilir. Dialektik-materialist yanaşmada əsas diqqət hadisələrin gerçəklikdə mövcud olan və onların inkişafında olan daxili əlaqələrin öyrənilməsinə yönəldilir. İqtisadi problemlər və hadisələr daim hərəkətdədir.
İqtisadi hadisələrin tədqiqi nəticəsində onların mahiyyətinin açılmasına səbəb olur. Bu da real iqtisadi gerçəkliyi az-çox dərəcədə dolğun əks etdirən anlayışların formalaşmasına səbəb olur.
İqtisadi həyatın ümumi və mühüm tərəflərini əks etdirən məntiqi anlayışlar iqtisadi kateqoriyalar adlanır. İqtisadi kateqoriya, iqtisadi hadisə və proseslərin elmi adıdır. Məsələn, biz gündəlik fəaliyyətimizdə paltar geyir, yemək yeyir və sair. Bütün bunlar iqtisad elmində istehlak adlanır. İnsanlar gündəlik fəaliyyətində çoxlu miqdarda iqtisadi kateqoriya ilə qarşılaşır. Bunlara pul, qiymət, kredit, tələb, təklif, bazar, mənfəət, istehsal, əmtəə və s. misal göstərmək olar. İqtisadi hadisələrinin tədqiqi bəzi hallarda bu və ya digər iqtisadi qanunun kəsb edilməsinə səbəb olur.
Təbiətdə və ictimai həyatın digər sahələrində olduğu kimi iqtisadiyyatında da ilk nəzərdən görünən hərcmərclik və təsadüflər silsiləsi arxasından inkişafın zəruriliyi, qanunauyğunluğu özünə yol açır. Hər bir cəmiyyətdə iqtisadi prosesləri
onlara xas olan daxili qanunlar, iqtisadi qanunlar idarə edir. İqtisadi qanun iqtisadi hadisələrin, proseslərin, mahiyyətidir.
İqtisadi qanun iqtisadi hadisə və proseslərə daxilən xas olan mühüm, zəruri, təkrarlanan səbəb və əlaqələrini özündə əks etdirir. İqtisadi qanunlar da təbiət qanunları kimi obyektiv xarakter daşıyır. Belə ki, onların fəaliyyəti insanların onları istəyib- istəməmələrindən asılı deyildir. İnsanlar iqtisadi qanunları dəyişə, ləğv edə bilməzlər. İnsanlar öz fəaliyyətlərini iqtisadi qanunların tələblərinə müvafiq qursalar daha böyük nailiyyətlər əldə edə bilərlər. İqtisadiyyatda üç qrup iqtisadi qanunlar fəaliyyət göstərir.
Ümumi iqtisadi qanunlar – bunlar bəşəriyyətin inkişafının bütün mərhələlərində fəaliyyət göstərirlər. Onlar ictimai istehsalın inkişaf prosesini əks etdirir. Bunlara tələbatın artması, əmək məhsuldarlığın yüksəlməsi, ictimai əmək bölgüsü qanunları aiddir.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə