Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə3/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   2   3   4   5   6   7   8   9   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Klassik məktəb – klassik iqtisad elminin və onu yaradanların əsil vətəni İngiltərə olmuşdur. Avropanın bu ölkəsində XVII-XVIII əsrlərdə və sonrakı dövrdə iqtisadiyyatda, onun əsas sahələri olan sənayedə, kənd təsərrüfatında, nəqliyyatda, ticarətdə sıçrayışlar baş vermişdir. Burada, sərbəst sahibkarlıq və təşəbbüsə, azad bazar və rəqabətə əsaslanan yeni kapitalist sistemi daha sürətlə inkişaf etməyə başlamışdır. Belə bir şəraitdə iqtisadiyyatın bütöv bir sistem kimi öyrənilməsinə və təhlil edilməsinə ehtiyac duyulurdu. Dövrün ehtiyac və tələbləri bu elmi yaradanları da yetişdirdi. Bunların içərisində ən məhşurları Uliyam Petti (1623-1687), Adam Smit (1723-1790) və David Rikardo (1772-1823) olmuşdur.
İqtisad elminin baniləri və klassiklərin böyük xidməti ondadır ki, ilk dəfə onlar cəmiyyətin iqtisadiyyatını bütöv halda götürülüb tədqiqat obyektinə çevrilmişlər. Merkantilizm cərərəyandan fərqli olaraq klassiklər sərbəst bazar iqtisadiyyatı nəzəriyyəsini yaratmışlar.
A. Smitə görə cəmiyyətin sərvəti və onun artırılması yolları mühüm yer tutur. O, sərvətin mənşəyini əməkdə görür və yazır ki, “Hər xalqln illik əməyi, onun yaşayışına və həyat rahatlığına lazım olan məhsulları gətirən bir ilkin fonddur”. Smitə görə illik məhsulun və sərvətin miqdarı əsasən iki amildən; 1-ci istehsalda tətbiq olunan əməyin miqdarından, işçilərin sayından, 2-ci isə əməyin məhsuldarlığından aslıdır.
Marksist məktəb – bu məktəbin baniləri Karl Marks (1818-1883) və Fridrix Engels (1820-1895) klassik iqtisad elmindən bir mənbə kimi istifadə etmişlər. Tarixi materializm baxışlarını əsas tutan Marks və Engels keçmişdə və öz dövrlər- ində yaşayan iqtisadçıların görüşlərini təhlil və tənqid süzgəcindən keçirmişlər. Onlar ictimai – iqtisadi fikrin təhlilində sinfi mövqedən çıxış etmişlər. Marks və Engels kapitalizmin kommunizm ilə əvəz olunmasının nəzəriyyəsini əsalandırmağa çalışmışlar. Marksın iqtisadi təhlilin məğzini dəyər və onun formaları haqqında nəzəriyyə təşkil edir. Kapital yığımı, proletariatın mütləq və nisbi yoxsullaşması Marksın nəzəriyyəsində əsas yer tutur.
Ümumiyyətlə belə bir nəticəyə gəlmək olar ki, maddi-iqtisadi şəraitin yetişmədiyi və tarixin də zəruri bir məsələ kimi ortaya qoymadığı ümumbəşəri problemi bir inqlabın, silahlı çevrilişin gücü ilə həll etmək mümkün deyil.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə