Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə1/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
  1   2   3   4   5   6   7   8   9   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Mövzu 1. İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


İqtisadiyyat sosial elmlər sisteminə mənsub olan xüsusi bir elm sahəsidir. Təbiəti öyrənən elimlərdən fərqli olaraq sosial elimlərin – tarix, fəlsəfə, iqtisadiyyat, sosiologiya, psixologiya politologiya və s. tədqiqat obyekti bütövlükdə cəmiyyətdir. Lakin onların hər birinin öyrəndiyi hadisələr dairəsi və xüsusi predmeti vardır.


İqtisad elminin predmetini bilavasitə iqtisadiyyatın özü təşkil edir. Lakin iqtisad elmi də müəyyən təsnifata malikdir. Bütün elimlərdə olduğu kimi, bu elmində özünə məxsus terminləri, anlayışları və ifadə üslubları var. Bunlarında əksəriyyəti bizim adi həyatımızda, məişətimizdə işlətdiyimiz sözlərlə, anlayışlarla üst – üstə düşmür. Buna görə də, iqtisad elmində işlədilən, bir sıra hallarda başqa dillərdən dilimizə keçən məhfumlara, anlayışlara diqqətlə yanaşmaq, onların ifadə etdiyi mənalara dərindən diqqət yetirmək elmin öyrənilməsini asanlaşdırır və ona olan marağı daha da artırır.
Ekonomiya – yunan sözləri “oykos” – “ev”, “təsərrüfat” və “nomos” – “məharət”, “qanun” sözlərindən yaranmışdır. “Təsərrüfatın məharətli idərə edilməsi, aparılması” mənasını verir. Ekonomika (iqtisadiyyat) – iqtisadiyyatın bir sistem halında, onun, elementlərinin əlaqəli şəkildə öyrənilməsi haqqında elmdir. Siyasi iqtisad – yunan sözləri “politeyya” – “dövlət quruluşu”, “oykos” və “nomossözlərindən əmələ gəlib, “dövlət təsərrüfatının bacarıqla, məharətli idarə edilməsi” mənasını verir.
Ekonomiks – XIX əsrin sonunda məhdud iqtisadi resurslardan istifadə haqqında iqtisad elminin adı kimi istifadə edilmişdir. Bu dövrdə dövlətin iqtisadiyyata müdaxiləsinin əksinə çıxış edən neoklassiklər “Siyasi iqtisad” adından birinci hissəni “politeyya” sözünü (dövlət) görünməklə “ekonomiks” adına üstünlük vermişlər.
İqtisadi nəzəriyyə – təsərrüfatın aparılması, idarə edilməsi haqqında mühüm nəzəriyyələri birləşdirən elm kimi müasir dövrdə iqtisad elminin adıdır.
«Ekonomika» (İqtisadiyyat), «siyasi iqtisad», «ekonomiks» və «iqtisadi nəzəriyyə» məfhumlarının təkamülü tarixi səbəblərlə şərtlənib, mahiyyət etibariləisə bunlar daim inkişafda olan və iqtisadi hadisələri, təsərrüfatçılıq proseslərini müxtəlif qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq səviyyələrində tədqiq edən eyni bir elmin adlarıdır. İfadələr, yanaşmalar dəyişir, elm və ayrı-ayrı adamların, qrupların və bütövlükdə cəmiyyətin iqtisadi həyatı haqqında elm olaraq qalır.
Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə “Ekonomiks” geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində “ekonomika” ərəb dilindən alınmış “iqtisadiyyat”, “iqtisad” kimi sözlərlə ifadə olunur. Lüğəti mənasında da elə “ekonomika” anlayışının bildirdiyi mənaya uyğundur. Dilimizə daxil olan “iqtisadiyyat” məfhumu “təsərrüfatı idarəetmə”, “təsərrüfatçılıq” kimi anlayışları ifadə edir.
Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işlətmişlər. O, Ksenefontun (e.ə-430-355) “Ev təsərrüfatı” və ya “Ev iqtisadiyyatı”

deyilən əsərinin adından götürmüş, sonra Aristotel (384-322) tərəfindən geniş şərh edilmişdir.
İlk iqtisadi fikirlər hələ iqtisadi nəzəriyyə yaranana qədər, xeyli qədimdə insanların təsərrüfat fəaliyyəti ilə bağlı baxışlarda özünü göstərir. Aydındır ki, o dövrdə sistemləşdirilmiş iqtisadi təlimlər mövcud ola bilməzdi. Lakin ayrı-ayrı mütəfəkkirlərin əsərlərinə müəyyən iqtisadi anlayışlar, bəsit iqtisadi fikirlərə rast olunur. Bu baxımdan qədim şərqdə eramızdan əvvəl IV-III əsrlərdə Hindistan və Çində müxtəlif ictimai elmlərə aid əsərlərdə bəzi iqtisadi fikirlər maraq doğurur. O zaman hökmdarlara dövlətin idarə edilməsi haqqında tövsiyyələr şəklində yazılmış əsərlərdə var-dövlətin toplanması, xəzinə və vergi, istehsal və ticarət haqqında baxışlar ilk iqtisadi fikirlərə aid edilə bilər. İqtisadi fikir sonrakı inkişafını Qədim Yunanıstan və Romada görkəmli filosofların - Ksenefontun, Aristotelin, Platonun, Katonun əsərlərində görmək olar.
Qədim dünyadan başlamış XVII-XVIII əsrlərə qədər iqtisadi fikir və görüşlər müxtəlif elimlərin tərkibində inkişaf etdirilmişdir. Bu elmin yalnız XVII- XVIII əsrlərdə bir nəzəriyyələr sistemi kimi formalaşmağa başlamışdır. Həmin dövrlərdə elmlərin təsərrüfatı, yeni elmi-bilik sahələrinin meydana çıxması üçün maddi, iqtisadi və mənəvi şərtlər də yetişmişdir. Belə ki, XVI əsrin sonu, XVII əsrin əvvəllərində Avropa ölkələrinin ictimai-iqtisadi həyatında böyük dönüş yaranmağa başlamışdır.
Xüsusi mülkiyyətin müxtəlif formalarına, azad sahibkarlığa, xüsusi təşəbbüs və rəqabətə əsaslanan yeni cəmiyyətin yaranması və təşəkkül tapması bu dövrün səciyyəvi xüsusiyyəti idi. Bu şəraitdə əmək bölgüsünün dərinləşməsi, manifaktura- ların yaranması, daxili və xarici bazarların genişlənməsi, pul tədavülünün rolunun artması kimi proseslər baş verirdi. Bir sözlə, yeni, daha yetkin və mürəkkəb bir iqtisadi sistem meydana gəlirdi. Yeni yaranan və inkişaf edən bu iqtisadi münasi- bətlər sistemi onu nəzəri cəhətdən öyrənən, araşdıran və təhlil edən xüsusi bir elm sahəsinin də meydana çıxmasını zəruri edirdi. Eyni zamanda həmin iqtisadi, ictimai şərait iqtisad elminin yaradıcılarını və klassiklərini də yetişdirmişdir.
İqtisad elminin yaranmasından başlayaraq sistemli bir elmə çevirlməsinə qədər bir sıra mərhələlər keçirmişdir. Onun əsas mərhələlərindən biri Merkantilizm deyilən məktəb olmuşdur.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə