Mövzu Fənnin predmeti, məzmunu və iqtisadi mahiyyəti



Yüklə 25,79 Kb.
səhifə1/3
tarix25.01.2023
ölçüsü25,79 Kb.
#99201
  1   2   3
Mühazirə 1


Mövzu 1. Fənnin predmeti, məzmunu və iqtisadi mahiyyəti

Bazar iqtisadiyyatı mahiyyət etibarilə əmək məhsuldarlığının artımını, istehsalın səmərəliliyinin yüksəldilməsini stimullaşdıran vasitədir. Lakin belə bir şəraitdə də istehsalın səmərəliliyinin yüksəldilməsinin əsas istiqamətlərini, onun artımı amillərini və səmərəliliyin müəyyən edilməsi metodlarını təyin etmək üçün vacibdir. İctimai istehsalın iqtisadi səmərəliliyinin mühüm istiqamətlərini düzgün təyin etmək üçün səmərəliliyin kriterilərini və göstəricilərini müəyyən etmək lazımdır.


İctimai istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinin mühüm istiqamətlərini düzgün təyin etmək üçün səmərəliliyin kriterilərini və göstəricilərini müəyyən etmək lazımdır.
İctimai istehsalın iqtisadi səmərəliliyinin ümumiləşdirici kriterisi kimi ictimai əmək məhsuldarlığının səviyyəsi götürülür.
İctimai məhsuldarlığı (Pict) yaradılmış milli gəlirin (MG) maddi istehsal sahələrində çalışan işçilərin orta sayına (Cm) nisbəti ilə ölçülür:
Pict=MG/Sm
Məlumdur ki, milli gəlir maddi istehsal sahələrində yeni yaradılmış dəyəri əks etdirir. Başqa sözlə, o, ümumi ictimai məhsuldan istehsal prosesində istehlak olunmuş xammal, yanacaq, enerji və digər istehsal vasitələri çıxıldıqdan sonra yerdə qalan hissədir. Milli gəlir bütün maddi istehsal sahələrinin xalis məhsulu kimi hesablanır. Öz növbəsində ayrıca bir sahənin xalis məhsulu ümumi məhsulla maddi istehsal məsrəfləri arasındakı fərq kimi müəyyən edilir.
Maddi istehsalın müəyyən sahələrində məhsuldarlıq ümumi məhsula görə hesablanır. İctimai əmək məhsuldarlığının artım sürətləri müqayisə edilərkən göstəricilərin müqayisə olunanlığını gözləmək lazımdır. Bu halda milli gəliri müqayisə olunan qiymətlərlə hesablamaq lazımdır.
İctiami istehsalın iqtisadi səmərəlilinin mühüm göstəricilərinə əməktutumu, materialtutumu və fondtutumu daxildir.
Məhsulun əməktutumu canlı əməyin məhsuldarlığı göstəricisinə tərs kəmiyyətdir və maddi istehsalda sərf olunmuş əməyin (T) istehsal olunmuş məhsulun ümumi həcminə (Q) nisbəti kimi müəyyən edilir.
t=T/Q
burada t- məhsulun əməktutumudur.
İctimai məhsulun materialtutumu xammal, material, yanacaq, enerji və digər əmək predmetləri xərclərinin ümumi ictimai məhsula nisbəti kimi hesablanır. Sahənin məhsulunun materialtutumu maddi məsrəflərin (M) buraxılışın məhsulun ümumi həcminə (O) nisbəti kimi müəyyən edilir.
m=M/O
burada m- məhsulun materialtutumudur.
Material tutumunun aşağı salınması bütün xalq təsərrüfatı üçün sərfəlidir. Çünki sənaye məhsulunun maya dəyərinin 3/5 hissəsini xammalın, əsas və köməkçi materialların, yanacağın və enerjinin dəyəri təşkil edir.
Məhsulun kapitaltutumu və fondtutumu göstəriciləri müəyyən dərəcədə bir-birinə yaxındır. Məhsulun kapitaltutumu göstəricisi kapital qoyuluşu məbləğinin buraxılan məhsulun həmin qoyuluş hesabına artımına nisbəti kimi hesablanır:
KQ=K/Q
burada KQməhsulun kapital tutumu
K- kapital qoyuluşlarının ümumi həcmi
Q- buraxılan məhsulun həcminin əlavə artımıdır.
Kapitaltutumunu yaradılmış milli gəlirin əlavə artımınına nisbəti kimi də hesablamaq olar.
Məhsulun fondtutumu əsas istehsal fondlarının orta dəyərinin istehsal olunmuş məhsulun ümumi həcminə nisbəti kimi hesablanır:
f=F/Q
burada F- əsas istehsal fodlarının orta dəyəri
Q- istehsal olunmuş məhsulun ümumi həcmidir.
Fondtutumu da milli gəlirə nisbəti kimi hesabıamaq olar. Xalq təsərrüfatında, onun ayrı-ayrı sahələrində, o cümlədən sanayedə fondverimi göstəricisindən də istifadə olunur. O, fondtutumunun tərsi olub, istehsal olunmuş məhsulun əsas istehsal fondlarının dəyərinə nisbəti kimi hesablanır.

Yüklə 25,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə