Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri



Yüklə 0,96 Mb.
səhifə8/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   ...   4   5   6   7   8   9   10   11   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Əmtəə istehsalının qanunları - bunlar məhsul və xidmətlərin əmtəə xarakteri daşıdığı cəmiyyətlərdə fəaliyyət göstərirlər. Dəyər qanunu, pul tədavülü qanunu, yığım qanunu bu qəbildəndirlər.
Spesifik (xüsüsi) qanunlar – bunlar tarixən müəyyən təsərrüfatçılıq formalarının inkişaf qanunlarıdır. Bunlara dövrün əsas iqtisadi qanunu, dövrün bölgü qanunu aiddir.
İqtisadi qanunlar – iqtisadiyyatın inkişaf qanunlarıdır. Təbiəətdə olduğu kimi cəmiyyətdədə ona xas olan obyektiv inkişaf qanunlarını inkar etmək olmaz. Lakin təbiətin mütləq mənada obyektiv qanunlarından fərqli olaraq iqtisadi qanunlar şüurlu fəaliyyətin, insanın, cəmiyyətin və dövlətin fəaliyyəti şəraitində təsir göstərən qanunlardır. Bunlar insanların şüurlu məqsədli fəaliyyətlərində özünü göstərən və reallaşan qanunlardır. Bu səbəbdən iqtisadi qanunlara iradi, subyektiv anlayışlar kimi də baxmaq olmaz. Təbiət qanunları kimi iqtisadi qanunlar da obyektiv qanunlar kimi fəaliyyət göstərirlər.
Ən ümumi şəkildə götürüldükdə qanun, hadisələrin, şeylərin daxili mahiyyətidir. İqtisadi qanunlar sistem şəkilində fəaliyyət göstərirlər. Bu o deməkdir ki, onlar bir-birilə bağlı və qarşılıqlı aslılıq şəraitində təsir göstərir və təzahür edirlər. Qanunların təzahür etdiyi, yəni aşkara çıxdığı formalara iqtisadi kateqoriyalar, iqtisadi anlayışlar deyilir. Əmtəə, pul, bank, kredit, tələb, təklif və s. eyni zamanda iqtisadi qanunlar sisteminin təzahür formalarıdır.
Hər bir qanunun fəaliyyət mexanizmini, təsir dairəsini, təzahür formalarını öyrənmək, aşkar etmək mühüm nəzəri və əməli əhəmiyyət kəsb edir. Bu baxımdan çağdaş iqtisadi sistemdə, sərbəst bazar iqtisadiyyatında ən geniş təsir dairəsinə malik olan iqtisadi qanunları – dəyər qanunu, qiymət qanunu, pul tədavülü, tələbatın artması, tələb, təklif rəqabət kimi qanunların öyrənilməsinin böyük əhəmiyyət vardır.
Ölkəmizin keçid iqtisadiyyatı dövründə olduğunu nəzərə alıb ümumi iqtisadi qanunların və prinsiplərin bu şəraitdə necə və hansı istiqamətdə, çərçivədə təsir göstərə bilmə məsələlərini də öyrənmək lazım gəlir. Bir sözlə, milli iqtisadiyyat hansı iqtisadi sistemə keçirsə, o sistemə də xas olan iqtisadi qanunlar və kateqoriyalar da orada fəaliyyət göstərməlidir. Lakin hər bir ölkənin regionun
özünə məxsus maddi, iqtisadi və mənəvi dəyərləri, konkret iqtisadi şəraiti nəzərə alınmaqla iqtisadi kateqoriyaların necə və hansı çərçivədə təsir göstərməsi də öyrənilməlidir.
Sovet iqtisadi ədəbiyyatında, dərsliklərində adətən iqtisadi qanunları və anlayışları ümumi və xüsusi kateqoriyalara, daha döğrusu, kapitalizmin və sosializmin iqtisadi qanunlarına bölürdülər. Burdan da “kapitalizm” və “sosilizm” iqtisadi qanunları anlayışı yaranmışdır. Ən çox iqtisadi qanunların obyektvliyindən və onlardan şüurlu istifadə edilməsinin zəruriliyindən bəhs edən “sosializmin” siyasi iqtisad elmi olmuşdur. Əslində isə totalitar, inzibati-planlı üsulla idarə edilən Sovet sosialist sistemində heç bir obyektiv iqtisadi qanunun tələbləri nəzərə alınmamışdır.
Digər tərəfdən “əməyə görə bölgü”, “sosialist yığımı”, “sosialist əhali artımı”, “sosializm yarışı”, “planauyğunluluq” kimi anlayışlar yalnız sosializmə xas olan xüsusi qanunlar kimi təqdim olunurdu. Bütün bunları təbliğ etmək, Sovet sosialist iqtisadiyyatının üstünlüklərindən danışmaq, kapitalizmi “tufeyli”, “çürüməkdə olan”, “kortəbii” və “hərc-mərcilik” yolu ilə gedən bir cəmiyyət kimi qələmə vermək “sosializm siyasi iqtisadının” başlıca vəzifəsi idi. Bunları yada salmaqda məqsədimiz odur ki, iqtisadiyyat partiyallıqdan uzaq, tərəfsiz, obyektiv fəaliyyət göstərməli və fuksiyalarını da bu istiqamətdə yerinə yetirməlidir.
İqtisadi qanunları dərk etməyin, öyrənməyin əsas şərti, o qanunların fəaliyyət göstərdiyi şəraiti araşdırmaqdır. Təbiət qanunlarından fərqli olaraq iqtisadi qanunların normal fəaliyyət göstərməsi üçün zəruri şərtlərin olması lazımdır. Məsələn, rəqabət qanununun normal fəaliyyəti üçün sərbəst sahibkarlığın, azad təşəbbüsün sərbəst bazar qiymətlərinin zəruri olması tələb olunur.
Dövlətin iqtisadiyyatı tam nəzarətdə saxlaması və inhisara alması iqtisadi qanunların təsir dairəsini daraldır və onların özünü göstərməsinə imkan vermir. Əksinə, ölkədə dövlət inhisarçılığının, habelə hər cür inhisarçılığın aradan qaldırılması iqtisadi qanunların da sərbəst fəaliyyəti üçün şərait yaradır. Bu halda dərk edilmiş iqtisadi qanunlar iqtisadiyyatın makro və mikro səviyyələrində idarəetmənin, təsərrüfatçılıq üsullarının elmi əsaslarına çevrilə bilər. Aydındır ki, təsərrüfat subyektləri ən çox hüquqi qanunlar əsasında idarə edilir və tənzimlənir. Lakin onu da unutmaq olmaz ki,hüquqi qanunlar iqtisadi şəraiti və təlabatı az və ya çox dərəcədə düzgün əks etdirdikdə işləyə bilər. Nəzərə almaq lazımdır ki, dövlətin, parlamentin qəbul etdiyi qanunlar yalnız hüquqi qüvvəyə malikdir. Bu qanunlar “işləyə” də bilər “işləməyə” də, onları dəyişdirib yenisi ilə əvəz etmək də o qədər çətin deyil. Lakin, rəqabət, tələb-təklif , tələbatın artması kimi iqtisadi qanunları ləğv etmək, yenisi ilə əvəz etmək olmaz.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə