Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


Azərbaycanda və İslam Şərqində



Yüklə 0,96 Mb.
səhifə4/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   2   3   4   5   6   7   8   9   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

Azərbaycanda və İslam Şərqində iqtisadi fikir və görüşlər çox qədim- lərdən başlayır. İqtisadi və mədəni yüksəliş bu ölkələrdə ictimai-iqtisadi fikrin inkişafı üçün zəmin yaratmışdır. Tarixin ilkin dövrlərindən başlayaraq Azərbay- canda, Şərqdə iri şəhərlər, elm və mədəniyyət mərkəzləri yaranmış və özünün yüksək inkişaf mərhələsini keçirmişdir. Çindən Avropaya uzanan qədim İpək yolu Azərbaycanın və bir çox Şərq ölkələrinin iqtisadi, mədəni inkişafında mühüm yer tutmuşdur. Indi bərpa olunmağa başlanılan bu qədim karvan yolu xalqlar arasında iqtisadi, mədəni və mənəvi yaxınlığa və tərəqqiyə də səbəb olmuşdur.
IX-XIV əsrlərdə Şərqdə və Azərbaycanda elm, sənət və mədəniyyət yüksək inkişaf dövrü kəçirmişdir. Bu dövrdə Şərqin dünya şöhrətli dahi mütəfəkkirləri yetişmişdir. Bunlardan Fərabi (870-950), İbn Sina (980-1037), Biruni (973-1048),
Bəhmənyar (993-1066), Nizami (1141-1209), Tusi (1201-1274), İbn Xəldun (1332-1406) kimi mütəfəkkirlər çoxcəhətli elmi və ədəbi yaradıcılıqları ilə dünya mədəniyyətini zənginləşdirmişlər. Bunların və adını çəkmədiyimiz onlarca Şərq mütəfəkkirlərinin əsərləri iqtisadi fikir və nəzəriyyələrlə də zəngindir. Orta əsrlər- də yaşamış bu alimlərin əsərlərində fəlsəfə və təbiətşünaslıq elm sahələrilə yanaşı, cəmiyyətin iqtisadi hadisələri və onların qanunauyğunluqları haqqında fikirlər də öz əksini tapmışdır. Onlar sərvət, onun yaradılması və bölgüsü, mübadilə, əmək bölgüsü, əmtəə, pul, bazar, maliyyə, vergi kimi iqtisadi anlayışlar haqqında öz nəzəri görüşlərini bildirmişlər. Bütün bunları örənmək isə keçmişimizi, soy kökümüzü, tariximizi öyrənmək və özümüzü bir daha dərk etmək deməkdir.
Azərbaycanda ilkin iqtisadi fikir və təsəvvürlər türk dünyasının böyük abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarında da əks olunmuşdur. Bu dastanda əks etdirilən həyat səhnələri, qəhrəmanlıq hadisələri ilə yanaşı, oğuz qəbilələrinin yaşadığı iqtisadi və sosial həyat şəraiti haqqında da məlumatlar verilir. Dastanın boylarında aydın olur ki, qədim oğuzlar maldarlıqla, əkinçiliklə məşğul olmaqla yanaşı, sənətkarlığın müxtəlif növləri ilə də məşğul olmuşlar. Bu sənətlərdən dəmir və poladdan düzəldilmiş alətlər, döyüşdə istifadə edilən qılınc, nizə, xəncər, ox və yay, zirehli paltar və sairələri daha çox yayılmışdır. Bununla yanaşı, xalçaçılıq, keçəçilik, toxuculuq, zərgərlik və şərabçılıq kimi sənət növləri də xüsusi yer tuturdu. Bütün bu sənət və peşə növlərinin inkişafı qədim türk-oğuz tayfalarında əmtəə mübadiləsinə və ticarətə də şərait yaratmışdır.
Azərbaycanda VII əsrdən başlayaraq islam dininin yayılması, qəbul edilməsi ictimai-iqtisadi fikrin inkişafına təsir göstərmişdir. Çox dərin tarixi köklərə malik olan Azərbaycan xalqının öz milli adət-ənənələri, mədəniyyəti, dili, sosial və iqtisadi həyat tərzi olmuşdur. Bu milli həyat tərzi, milli mədəniyyət islamın ümumbəşəri, əxlaqi dəyər və qaydaları ilə zənginləşmişdir. Bu gün dünyada geniş yayılmış islam mədəniyyətinin inkişafında ərəblərlə yanaşı türk, fars və başqa millətlərin də mədəniyyəti xüsusi rol oynamışdır.
İslam mədəniyyəti xalqların həyat tərzinə, əxlaqi davranış və düşüncələrinə daxil olmaqla yanaşı iqtisadi-sosial həyat məsələlərinin də tənzim edilməsində özünü göstərir. İslamın müqəddəs kitabı “Qurani-Kərim”də və Məhəmməd Peyğəmbərin (S.Ə.S) kəlam və nəsihətlərindən ibarət olan “Hədislər”- də mülkiyyət, sərvət, əmək, bölgü, mübadilə, ticarət, pul, sələm vergilər kimi iqtisadi məsələlərə münasibət bildirilir.
“Quran”da göstərilir ki, Allah yer üzündə insanın yaşaması üçün hər cür imkanlar yaratmışdır. Torpaqdan, sudan, dənizlərdən, bitki və heyvanat aləmindən ibarət olan bu imkanlardan şüurlu varlıq olan insanlar, istifadə etməyi bacarmalı və öz yaşayışlarını təmin etməlidirlər. “Quran” da mülk, mal, becərilən torpaq üzərində xüsusi mülkiyyət və ondan istifadə edilməsi Allahın insana bəxş etdiyi haqdır, onun təbii hüququdur. Bu hüquq dini hökmlər və qanunlar çərçivəsindən kənara çıxmamalı, ədalət prinsiplərinə əsaslanmalıdır.
“Quran”ın Taha surəsinin 81-ci ayəsində, Ənam surəsinin 141-ci ayəsində deyilir ki, “sizə verdiyimiz ruzilərin təmizindən (halalından) yeyin, lakin bunda həddi aşmayın (israfçılığa yol verməyin), ehtiyacı olanlara kömək göstərin”. “Quran”da və “Hədislər”də əməklə, faydalı işlə məşğul olmaq sağlam insanın müqəddəs vəzifəsi sayılır. Məhəmməd Peyğəmbərin nəsihətlərinin birində deyilir: “Ömür lazımi işlərə sərf olunmursa, onun uzun, yaxud qısa olmasının nə faydası...”. “Quran”da insanlar arasında mübadilə, alış-veriş münasibətləri faydalı bir fəaliyyət sayılır. Lakin borc verib faiz almaq sələmçilik qəti qadağan edilir. Bundan başqa, “Quran”da və “Hədislər”də vergilərin ödənilməsi üçün çox sadə və aydın qaydalar müəyyən edilir. Zəkat, xüms və fitrə ödəməyin miqdarı, onları ödəyənlərin əmlak vəziyyəti nəzərə alınır. Islamın iqtisadi məsələlərə müna- sibəti Azərbaycan və Şərq mütəfəkkirlərinin əsərlərində də öz əksini tapmışdır.
Azərbaycanda iqtisadi fikrin inkişafında N. Gəncəvi önəmli yer tutur. O, dahi şair və mütəfəkkirdir. Onun beş böyük poemadan ibarət olan “Xəmsə”sində iqtisadi fikir və ideyaları əks olunmuşdur. Nizaminin sosial-iqtisadi görüşlərində mühüm yer tutan məsələlərdən biri əmək və sərvət, onların daxili bağlılığıdır. O, bütün əsərlərində maddi və mənəvi sərvətləri yaradanların əməyinə yüksək qiymət vermiş, sadə əmək adamının surətlərini yaratmışdır. Nizami əməyin ancaq insana xas olan bir fəaliyyət olduğunu göstərir, insanın başqa canlılardan fərqini və üstünlüyünü onun əmək fəaliyyətində, çalışmağında görür
Azərbaycan nəzəri-iqtisadi fikrinin inkişafına böyük xidmət göstərənlərdən biri də Nəsirəddin Tusidir (XII əsr). Dünyada astronom, riyaziyyatçı kimi tanınan N.Tusi filosof və iqtisadçı kimi də məşhurdur.Onun iqtisadi-nəzəri və əməli
fikirləri məşhurdur. Onun iqtisadi fikrləri məhşur “Əxlaqi - Nasir” və “Maliyyə haqqında tədqiaqt” əsərlərində ifadə olunmuşdur.
Dünya iqtisadi fikir tarixində xüsusi xidməti olan alimlərdən biri də Şərq və Ərəb dünyasının böyük mütəfəkkiri, sosioloqu və tarixçisi Əbdürrəhman İbn Xəldundur (1332-1406). Onun 7 cilldən ibarət olan əsərlərinin birinci üç cildi “Müqəddimə” adı ilə dəfələrlə çap olunmuşdur. Avropa alimləri İbn Xəldunu “Tarix filosofu”, “İslam şərqinin Monteskyesi” adlandırmışdırlar. Çünki o, tarixin və ictimai fikrin yeni elmi metodlarla yanaşmasının əsaslarını qoymuşdur. İbn Xəldunun böyük elmi xidmətlərindən biri cəmiyyətin keçdiyi təbii – tarixi inkişaf mərhələləri və onun hərəkətverici qanunları haqqındakı fikirləridir. O göstərir ki, cəmiyyət öz inkişafında köcərilik, otraq həyat və mədəniyyət mərhələ- lərindən keçməlidir.
Azərbaycanın və Şərqin ictimai fikrinin mühüm hissəsi olan iqtisadi fikir sonrakı dövrlər də məhşur mütəfəkkirlərin əsərlərində bu və ya igər dərəcədə öz əksini tapmışdır. Xüsusilə Azərbaycanda iqtisadi fikir və təlimlər XIX əsrin ikinci yarısında M.F.Axundovun, H.B.Zərdabinin, N.B.Vəzirovun və başqa mütəfəkkir və yazıçıların əsərlərində inkişaf etmişdir. Bu dövrün mütəfəkkirləri zəmanənin tələblərindən çıxış edərək Azərbaycan iqtisadiyyatında geriliyin səbəblərini, milli dirçəlişin və tərəqqini tapaçağı yollarını göstərməyə çalışmışlar. Onlar Qərb iqtisadçılarının fikir və nəzəriyyələrinə istinad edərək, onların Azərbaycanda təbliğ olunmasına səy ğöstərmişlər.
XX əsrin əvvələrində baş verən ictimai – siyasi hadisələr Azərbaycanda xeyli qəzet və jurnalların yaranmasına, müxtəlif fikir cərəyanlarının meydana çıxmasına təkan vermişdir.
İqtisadiyyatı öyrənmə, dərketmə və idarəetmə baxımından yanaşdıqda o, şərti olaraq 4 qrupa ayrılır:

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə