«Azərbaycanın vergi xəbərləri».-2011.-№4.-S.91-93.
İqtisadiyyat sahəsində Nobel mükafatı laureatları
1975-ci ildə iqtisadiyyat sahəsində Nobel mükafatına «Resursların optimal bölgüsü nəzəriyyəsinə
verdikləri töhfələrə görə» müştərək olaraq sovet-rus iqtisadçısı Leonid Kantoroviç (1912-1986) və ABŞ
iqtisadçısı Tyallinq Kupmans (1910-1986) layiq görülmüşlər.
Leonid Vitalyeviç Kantoroviç 1912-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olmuşdur. Leninqrad
Universitetini bitirmiş, 1934-cü ildə həmin universitetin professoru, bir il sonra isə elmlər doktoru olmuşdur. II
Dünya müharibəsi illərində Hərbi Dəniz Mühəndisliyi Akademiyasında dərs demiş, müharibədən sonra isə
Leninqrad Dövlət Universitetininin Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiri vəzifəsində çalışmışdır.
L. Kantoroviç Sovet İttifaqının intensiv sənaye və iqtisadi yüksəliş dövründə 1930-cu illərdə özünün riyazi
tədqiqatlarının nəticələrinin təcrübədə tətbiq edilməsinə böyük səylər göstərmişdir. 1938-ci ildə faner fabrikində
laboratoriyada məsləhətçi kimi çalışan gənc alim riyazi metodlar əsasında avadanlıqların məhsuldarlığının
maksimallaşdırılması sistemini işləmiş və bu sistemin tətbiqi sayəsində iqtisadi səmərəliliyin əldə olunmasını təmin
etmişdir.
1948-ci ildə SSRİ dövlətinin başçısı İ.V. Stalinin sərəncamı ilə L. Kantoroviçin hesablayıcılar qrupu nüvə
silahının hazırlanması prosesinə cəlb edilmişdir.
1958-ci ildə isə universitetin riyazi hesablama kafedrasının müdiri olmuş və eyni zamanda SSRİ Elmlər
Akademiyasının Steklov adına Riyazi hesablama institutunda da müvafiq şöbəyə rəhbərlik etmişdir. SSRİ Elmlər
Akademiyasının Sibir bölməsinin yaradıcıllarından biri kimi L. Kantoroviç 1960-ci ildə Novosibirsk şəhərində
həmkarı V.S. Nemçinovla birlikdə «Iqti sadi tədqiqatlar və planlaşdırmada riyazi və statistik metodların tətbiqi
laboratoriyası»na rəhbərlik etmişdir. L. Kantoroviç həmçinin bu dövrdə Novosibirsk Universitetində də dərs
demişdir. 1971ci ildə o, Moskvaya qayıdaraq Dövlət Elm və Texnika Komitəsinin Xalq Təsərrüfatmı İdarəetmə
İnstitutunda çalışmış, 1976-ci ildə isə SSRİ Elmlər Akademiyasının Sistem Tədqiqatlar İnstitutunun direktoru
olmuşdur.
L. Kantoroviçin tədqiqatları istehsalın optimallaşdırılması və planlaşdırılmasına, xətti proqramlaşdırmaya,
iqtisadi kibernetikaya, iqtisadi göstəricilər və qiymətqoymaya həsr edilmişdir. O, ilk elmi nəticələrini "Layihə
çoxluqları" nəzəriyyəsində əldə etmişdir. L. Kantoroviç funksional təhlil sahəsində yarım-nizamlı məkanlar (K
məkanlar) sinfini elmi dövriyyəyə gətirmiş, ilk dəfə olaraq riyazi hesablamada funksional təhlili tətbiq etmişdir.
Yaxınlaşan metodların ümumi nəzəriyyəsini inkişaf etdirmiş, operator tənliklərin həllinin effektiv metodunu
qurmuşdur.
Alimin elmi tədqiqatları içərisində aşağıda adları qeyd olan əsərləri mühüm yer tutur:
1. İstehsalın təşkili və planlaşdırılmasının riyazi metodları (Математические методы организации и
планирования производства, 1939);
2. Resursların daha yaxşı istifadəsinin iqtisadi hesablanması (Экономический расчет наилучшего
использования ресурсов, 1959-1960);
3. Optimal planlaşdırmanın dinamik modeli (Динамическая модель оптимального планирования, 1964).
L. Kantoroviçin elmi fəaliyyəti çox yüksək qiymətləndirilmişdir. O, 1958-ci ildə SSRİ Elmlər
Akademiyasının müxbir üzvü, 1964-cü ildə isə həqiqi üzvü akademiki seçilmişdir. L.Kantoroviç Paris, Qlazko,
Helsinki, Qrenoblya, Nissı universitetlərinin fəxri elmi dərəcələrini almış, Amerika Elm və İncəsənət
Akademiyasının üzvü, Budapeşt və Boston akademiyalarının fəxri doktoru olmuşdur. 1965-ci ildə akademik B.S.
Nemçinovla və professor B.B. Novojilovla birlikdə «Xətti proqramlaşdırma və iqtisadi modellər metodunun
işlənməsinə» görə о zamankı SSRİ dövlətinin ən ali mükafatına Lenin mükafatına, ondan əvvəl isə «Funksional
təhlil işlərinə görə» Stalin mükafatına layiq görülmüşdür.
L. Kantoroviç 7 aprel 1986-cı ildə Moskvada vəfat etmişdir.
Amerika iqtisadçısı, holland əsilli Tyallinq Çarliz Kupmans (Koopmans, Tjailing) 28 avqust 1910-cu ildə
Niderlandda Qreyvlend şəhərində anadan olmuşdur. 1934-cü ildə Niderlandın Utrexti Universitetini bitirmiş,
1936-cı ildə bu ölkənin Leyden Universitetində «Müvəqqəti iqtisadi sıraların xətti reqressiv təhlili» (Linear
Regression Analysis of Economic Time-Series) mövzusunda dissertasiya işinə görə doktor elmi dərəcəsi almışdır.
T.Kupmans əvvəlcə özünü riyaziyyata həsr etmiş, sonra isə riyazi bitkilərini iqtisadiyyatda tətbiq edərək iqtisad
elminə yaradıcı töhfələr vermişdir. Rotterdam şəhərində Niderland İqtisadiyyat Məktəbində, Cenevrədə Millətlər
Liqasında işləmiş, 1940-ci ildən sonra ABŞ-da Priston Universitenidə, Çikaqoda Koulz fondunda çalışmışdır.
1946-cı ildən ABŞ vətəndaşlığını qəbul etmiş, 1955-ci ildə burada Yel Universitetinin professoru olmuşdur.
1961-1967-ci illərdə T. Kup mans Koulz fondunun direktoru, 1978ci ildə Amerika İqtisadi Assosiasiyasının
prezidenti postlarında işləmişdir. 1981ci ildə isə Yel Universitetinin fəxri pro fessoru seçilmişdir.
T. Kupmans mühüm elmi araşdırmaları rəqib bazarlar şəraitində resursların bölgüsünə, mikroiqtisadi
nəzəriyyədə xətti proqramlaşdırma metodunun tətbiqinə, optimal artım meyarına, inkişafın proqramlaşdırılmasına
həsr olunmuşdur. O, «fəaliyyət növlərinin təhlili» konsepsiyasının müəllifi kimi də məşhurdur. İnkişafın
proqramlaşdırılması sahəsində ilk cığıraçanlardan olan T. Kupmans cəmiyyətin iqtisadi artımının planlaşdırılması
üçün uçot faizinin mühümlüyünü (gələcək istehlakın hazırkı dəyərinin cəmiyyət tərəfindən qiymətləndirilməsini əks
etdirən faiz) göstərmiş, ümumilikdə iqti sadi artım problemlərinin tədqiqinə böyük töhfələr vermişdir.
T. Kupmansın əsas elmi tədqiqatları aşağıdakılardır:
1. Tankerin fraxt tarifi və neftdaşıma gəmilərinin quruluşu (Tanker freight rates and tankship building,
1939);
2. Müxtəlif marşrutlarda yüklərarası nisbət (Exchange ratios between cargoes on various routes, 1942);
3. İqtisadiyyatın dinamik modellərinin statistik yekunları (Statistical in ference in dynamic economic models,
1950);
4. Məhsulun hazırlanması və bölgüsü zamanı fəaliyyət növlərinin təhlili (Ac tivity analysis of production and
alloca tion, 1951);
5. İqtisad elminin vəziyyəti haqqında üç oçerk (Three essays on the state of economic science, 1957);
T. Kupmans Niderland Kral Elmlər Akademiyasının, Amerika Riyaziyyat Cəmiyyətinin, Amerika İqtisadi
Assosiasiyasının, Amerika Elmin İnkişafına Yardım Assosiasiyasının və Energetika sahəsi İqtisadçılarının
Beynəlxalq Assosiasiyasının üzvü olmuşdur. Ona Nider land iqtisadiyyat Məktəbinin, Luven katolik, Şimal-Cənub
və Pensilvaniya universitetlərinin fəxri elmi adları verilmişdir.
T. Kupmans 26 fevral 1986-cı ildə ABŞ-da Nyu-Heyven şəhərində vəfat etmişdir.