Mövzu İqtisadi nəzəriyyənin genezisi və inkişaf mərhələləri


-ci ildə iqtisadiyyat üzrə mükafat



Yüklə 0,96 Mb.
səhifə6/66
tarix30.12.2023
ölçüsü0,96 Mb.
#166965
1   2   3   4   5   6   7   8   9   ...   66
Mikroiqtisadiyyat 1-13 Mühazirələr (1)

2020-ci ildə iqtisadiyyat üzrə mükafatı ABŞ-ın Stanford Universitetindən olan Paul Milqrom və Robert Vilson əldə edib. Mükafat “Satınalma nəzəriyyəsi və yeni göstərilən formatlar üçün ixtiralardakı inkişafa” görə verilib. İsveç Elmlər Akademiyasından verilən açıqlamaya görə, Milqrom və Vilson ənənəvi yolla satılması çətin olan mallar və xidmətlər üçün radiotezliklər kimi yeni tender formatları hazırlayıblar.

Mövzu 2. İqtisadi nəzəriyyənin predmeti və metodu. İqtisadi anlayışlar, kateqoriya və qanunlar.


Hər bir elm kimi iqtisadi nəzəriyyənin də öz predmeti, tədqiqat sahəsi vardır. Onun predmeti, tədqiqat obyekti haqqında nəzəriyyəçilərin fikirləri müxtəlifdir. Belə ki, iqtisadi hadisə və proseslərin ilk tədqiqatçıları olan klassik məktəblərin nümayəndələrinə görə iqtisad elminin predmeti milli sərvətdir. Milli sərvət anlayışı ilə əlaqədar olan baxışlar da müxtəlifdir.


Merkantelistlərə görə pul (qızıl, gümüş) milli sərvət hesab olunur. Fizokratlara görə kənd təsərrüfatı məhsulları milli sərvət hesab olunurdu. Klassik ingilis siyasi iqtisadın nümayəndələrindən olan A.Smit milli sərvət anlayışını genişləndirərək sənaye, kənd təsərrüfatı, tikinti, meşə təsərrüfatı və s. sahələrini ehtiva edən maddi istehsalın məhsulunu milli sərvət hesab edirdi. Bu məktəbin digər nümayəndəsi D.Rikardo iqtisadi nəzəriyyənin predmetinə milli sərvətlə yanaşı onun bölgüsünü də daxil etmişdir. Marksizmə görə isə iqtisadi nəzəriyyənin predmeti əsasını mülkiyyət münasibətləri təşkil edən istehsal münasibətləridir.
İstehsal münasibətləri həyat nemətlərinin istehsalı, mübadiləsi, bölgüsü və istehlakı prosesində insanlar arasında obyektiv yaranan münasibətlərdir. Marginalistlər (Marginalizm - fransız sözü olub, mənası "hədd" deməkdir. Marginalizm iqtisadi hadisə və proseslərin təhlilində son kəmiyyətə, həddə üstünlük verir, faydalılıq həddi, məhsuldarlıq həddi, gəlirlilik həddi, məsrəf həddi və s. bu kimi iqtisadi kateqoriyaları öz tədqiqatının mərkəzində saxlayır) iqtisadi nəzəriyyənin predmetinin fərdlərin və sosial institutlarının (firma, qrup və s.) davranışı, onların öz məqsədlərinə çatma yolları və vasitələrinin təhlili olduğunu bildirirlər. Klassik siyasi iqtisadın və marginalizmin əsas müddəalarını sintez etməyə cəhd etmiş, A.Marşall ekonomiksin predmetini insan cəmiyyətinin normal həyat fəaliyyətinin tədqiqi kimi müəyyən etmişdir.
P. Samuelson “Ekonomiks” dərsliyində iqtisadi nəzəriyyənin çoxsaylı tərif- lərini verir və göstərir ki, “ekonomiks insanların gündəlik işgüzar həyatı və fəaliyyəti haqqında elmdir”. Müasir iqtisadi ədəbiyyatlarda iqtisadi nəzəriyyənin predmetinin resursların məhdudluğunu öyrənən elm olması fikirləri də yayılmışdır. İqtisadi nəzəriyyənin predmetinə baxışlarının müxtəlifliyini davam etdirmək də olar. Bütün bü müxtəlifliklər iqtisadi hadisə və proseslərin dinamikliyi, iqtisadiy- yatın mürəkkəbliyi, insanlar arasında iqtisadi münasibətlərin müxtəlifliyi ilə əlaqədardır.
Hər bir elm öz predmetini tədqiq etmək üçün üsul və vasitələrdən istifadə edir. Bu üsul və vasitələr məcmusu tədqiqat metodlarını təşkil edir (Latınca “μέθοδος” sözündən götürülüb və mənası “yol”, “qayda” deməkdir. Metod sözü ilk dəfə 1541-ci ildə ingilis dilinin leksikonuna daxil edilib. Müəyyən məqsədə çatmaq və ya məlum tapşırığı həll etmək üçün üsulların, yolların, hərəkətlərin sistemləşdirilmiş toplusuna metod deyilir). Bəziləri mikroskopdan, digərləri arxiv materiallarından və s. istifadə edir. İqtisadi nəzəriyyədə iqtisadi hadisə və prosesləri öyrənmək üçün, əsasən elmi abstraksiya (“təcrid etmə”, “sərf-nəzər
etmə”) metodundan istifadə edir. Bu zaman tədqiq olunan hadisə digərlərindən təfəkkürümüzdə sərf nəzər olunur və öyrənilir.
Bu zaman həmin hadisəyə, prosesə təsir edən digər şərtlər nəzərə alınmır. Məsələn, qiymət tədqiq olunarkən onun səviyyəsinə təsir edən tələb, rəqabət və s. amillər nəzərə alınmır. İqtisadi hadisələr prosesləri öyrənmək üçün bu metodla yanaşı analiz və sintez, induksiya və deduksiya, tarixi və məntiqi, iqtisadi- riyazi modelləşdirmə, iqtisadi təcrübə və s. metodlarından da istifadə olunur.
Universal metod olan analiz öyrənilən hadisənin xəyalən tərkib hissələrə parçalamaq və onların hər birinin ayrı-ayrılıqda öyrənilməsi deməkdir. Məsələn, bazarın elementləri olan tələb, təklif, qiymət, rəqabət, inhisar ayrı-ayrılıqda öyrənilir. Bunlar öyrənildikdən sonra sintez yolu ilə bazar haqqında vahid bitkin fikir yürüdülür.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə