MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə50/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   46   47   48   49   50   51   52   53   54

    Nəzakət Əliyeva 
 
 
204 
başqa  kişilərin  ürəyini  riqqətə  gətirməyə  imkan 
verməmək lazımdır. Ona görə onlar gəzməyə gedəndə 
gözəl 
ayaqlarını 
mümkün 
qədər 
uzunboğaz 
çəkmələrdə,  incə  boyunlarını  isə  geniş  paltarlarda 
gizlətməlidirlər,  onun  baxdığına  heç  kəs  nəzər  sala 
bilməz, hətta gözlərinə belə! Ancaq evdə istədiyi gözəl 
və  rahat  çəkələklərdə  gəzə  bilər,  necə  ki  (bu  bizdə 
nadir  bir  şeydir)  bədənini  səliqəli  yuyub,  yağlamalı, 
qulluq  etməli  və  geyinməlidir.  Bu  da  bizdə  qayda 
deyil.  
Bu  adətlərin  yaxşı  cəhətləri  yalnız  onda  qəbul 
edilə  bilər  ki,  çoxarvadlılıq  aradan  götürülsün,  təkrar 
qeyd  edildiyi  kimi  çünki  o  bütün  bədbəxtliklərin 
mənbəyidir və düzgün ailə həyatına qovuşmağa imkan 
vermir və bununla ölkənin ən yaxşı və davamlı əsasları 
başlanır.  
Məşhur  tatar  komediya  şairi  M.F.Axundov  öz 
qəhrəmanlarının  dili  ilə  sərbəstcəsinə  demişdir:  Bizdə 
hökm  sürən  “çoxarvadlılıq”,  fransızlardakı  “çox 
ərlilik”dən  heç  də  geri  qalmır.  “Çoxarvadlılıq”  o 
deməkdir  ki,  bir  kişiyə  bir  arvad  kifayət  deyil,  “çox 
ərlilik” isə o deməkdir ki, bir qadına bir kişi bəs eləmir. 
Birinci  ənənə  bizdə  hökmranlıq  edir,  sonuncu  isə 
Parisdə”.... 
  Bunların  içində  bir  həqiqət  var  ki,  onu  (Parisin 
sərhədlərindən kənarda da) inkar etmək olmaz. Ancaq 
onu əlavə etmək olar ki, bizdəki “çoxərlilik” necə olur-
olsun  icazə  verilməyən,  qanuna  zidd  və  cəzaya 
məhkum bir şeydir, bunun əksinə, Şərqdə bu dinə, adət 
-ənənələrə əsaslanır və  buna görə  məhvedici nəticələri 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
205 
davam  edir,  çünki  heç  bir  qanun  onu  qorxutmur  və 
cəzalandırmır. 
  Ancaq bu o demək deyil ki, Şərq qadınları “çox 
ərlilik”lə  məşğul  olmaq  istəməzdilər,  onlarda  buna 
həvəs  və  istedad  yüksək  dərəcədə  mövcuddur,  ancaq 
bir şey çatmır o da – fürsət! Hər hansı bir təklif olsa da, 
ondan istifadə etmək çətindir. Həm də qadınlar onların 
kişilərlə  əlaqəsinə  onların  yolunda  duran  çətinlikləri 
aradan  qaldırmaq  üçün  heç  bir  vasitə  axtarmırlar, 
onları gözləyən təhlükələrə baxmayaraq, “güllərin dili” 
ilə, dərvişlərin və başqa nökərlərin köməyi ilə bəziləri 
bu  gizli  əlaqəni  yarada  bilirlər  və  bununla  qadağan 
edilmiş  hərəmxananın  ləklərində  bitən  məhəbbət 
gülləri beləcə dərilir.  
  Beləliklə,  həyat  sevincləri  Şərq  qadınları  üçün 
çox cüzi, az bəxş edilmişdir. Adətən onların çiçək açan 
vaxtında,  otuz  yaş  da  buna  daxil  olmaqla  bu  Asiyalı 
xanımları  artıq  nə  gözəlliklərə  heyran  olmur,  nə  də 
gözəlliyi  kəşf  etməyə  can  atmırlar.  Sifət  solğunlaşır, 
xasiyyət  acılaşır,  səs  elə  kobudlaşır  ki,  həmin  anda 
bütün insani ifadələr yoxa çıxır.  
 
 
 
 
 
 
 
 


    Nəzakət Əliyeva 
 
 
206 
 
TƏRCÜMƏÇĠNĠN QEYDLƏRĠ 
 
Fridrix Bodenştetin “Şərqdə min bir gün” romanı 
Hermann  Ammon  tərəfindən  yenidən  işlənmişdir.  Bu 
roman  təqribən  1900-cü  ildə  Berlində  Alman 
Ədəbiyyatı  Həvəskarları  Cəmiyyətinin  nəşriyyatında 
çap  edilmişdir.  Roman  34  fəsildən  ibarətdir.  18  fəsil 
Mirzə Şəfi və onun nəğmələrinə həsr edilmişdir. 20-ci 
fəsildən  başlayaraq,  əsasən  Tiflis,  Qara  dəniz,  Qori, 
Kutaisi,  Abxaziyaya  dəniz  səyahəti,  Suxum-Kala, 
Pitsunda, Qaqra, Qara dənizin şərq sahilləri, rus döyüş 
gəmisi  “Moquçi”  ilə  dəniz  səyahəti,  çərkəz  ölkələri 
haqqında  ruslarla  çərkəzlərin,  əsasən,  Baraxoviçə  əsir 
düşmüş  çərkəz  qadınlarından  bəhs  edilmişdir. 
Romanda  7-ci  və  8-ci  fəsillər  (səhifə  48-dən  89-a 
qədər)  Ermənistana  səyahət,  onların  adətləri  və 
toyundan  bəhs  edildiyi  üçün  müəllif  bu  fəsillərin 
tərcüməsini məsləhət bilmədi.  
 
Tərcümə etdi: Alman dili kafedrasının müdiri, 
                    b/m Ofelya Surxay qızı Müslümova.  
 
 
 
 
 
 
 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
207 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ORİJİNAL  ŞEİRLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 


    Nəzakət Əliyeva 
 
 
208 
AZƏRBAYCANCA ġEĠRLƏR  
 
Qəzəl  
qədər kim, fələyin sabitü səyyarəsi var,  
Ol qədər sinədə qəmzən oxunun yarəsi var.  
Deyil əflakdə kövkəb görünən çərxi-bülənd  
Oluban didə, sərapa sənə nəzzarəsi var.  
Ruzigari qara, daim gecəsi tar keçir,  
Hər kimin eşqdə bir yari-sitəmkarəsi var.  
Necə qan cuşə gəlib, eyləməsin ahü-fəğan?  
Könlümün dideyi-giryan kimi fəvvarəsi var!  
Ol qəzəldir ki, bu, Vazeh dedi, bir dərd əhli,  
Zahirən lalə otağında qonaq-qarəsi var.  
 
Müxəmməs  
Ey nəzakət çəməni içrə xuraman Süsəni,  
Xublıq kişvərinin təxtinə sultan Süsəni,  
Sədəğin yayı qaşın sədqəsi qurban Süsəni,  
Bir baxışla yaraşur kim, ala yüz can Süsəni,  
Belə getsə, tez olur dillərə dasdan, Süsəni.  
 
Hərəkatü rəvişin qıldı səhi sərvini pəst,  
Sünbülə türreyi-zülfün şikəni verdi şikəst,  
Laləni dağa salıb ruyin, edib badəpərəst,  
Ey könül, qaş-göz aradə nə gəzərsən belə məst,  
Yoxdu vəhmin ki, ara yerdə tökə qan, Süsəni.  
 
Ey mələk, əbr yüzün gündümü, ya bədri-tamam?  
Kim ki, ruyindən olur məst, ona badə həram,  
Pərdəsiz cilvələnib, naz ilə ver qəddə qiyam,  
Küfri-zülfün dağıdıb, məst çıxıb, eylə xüram,  
Bilələr ta ki, nədir küfr ilə iman, Süsəni.  


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə