MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə49/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   46   47   48   49   50   51   52   53   54

    Nəzakət Əliyeva 
 
 
200 
saxlanılıbsa insan təbiətinə müqavimət göstərir, yalnız 
ondan qalan kiçik azad parçalar xoş əməl kimi tanınır 
və  məşq  edilir,  qadağan  olunmuş  qorxu  isə  ən  çox 
aldadır və dünya kimi qocalmış təcrübədir. 
Buna  görə  də  Şərqdə  qadın  səxavəti,  xoş  əməli 
hərəmxana  dustaqxanasından  kənara  çıxa  bilmir  və 
burada  qadınların  iztirabları  heç  bir  sərhəd  tanımır. 
Gənc  qız  ata  evində  sanki  istixanada  böyüyən  bir  gül 
kimi  böyüyür  və  oranı  yalnız  ərə  gedəndə  tərk  edir. 
Sanki  bir  dustaqxananı  o  biri  ilə  dəyişməyə  gedir.  O, 
yazmağı – oxumağı, nəğmə ifa etməyi və hər cür qadın 
işlərini görməyi öyrənmişdir. Ancaq bununla heç də öz 
həyatını  gözəlləşdirə  bilmir,  çünki  onun  şüur  və 
təsəvvür  qüvvəsi  nə  qədər  çox  oyanarsa,  o  qədər  də 
alçaldıcı və çarəsiz vəziyyətlərdən xəbərdar olar.  
Quranı  oxumaq  ona  heç  bir  təsəlli  verməyəcək, 
çünki  peyğəmbərin  vədləri,  daimi  cəza  və  mükafatları 
yalnız kişilərə aid edilmişdir: onun ölkəsinin şairlərinin 
əsərləri ancaq ağanı nəşələndirə bilər, ancaq can atmaq 
lazım  deyil  ki,  bu  əsərlərdə  təsvir  edilən  xoşbəxtlik 
mövcud  münasibətlərdə  olsun,  çünki  fars  lirikasının 
yaranması  ilə  mövcud  olanların  məzxərəyə  qoyulması 
və  aradan  qaldırılması  başlandı  və  buna  görə  nəğmə 
mənbələri təzə və canlı yayılmağa başladı, çünki onlar 
öz  yüksəkliklərindən  aşağıya  doğru  dindarların 
dönmüş  nizamnamələrinin  və  adətlərinin  üzərindən 
keçərək,  onları  sındırmış  və  öz  zarafatlarının  köpüyü 
ilə islatmışlar. Hafizin  nəsihət  etdiyi sevgi xoşbəxtliyi 
bu  gün  öz  sevgilisini  yalnız  Mirzə  Şəfidə  tapır.  Belə 
ruhlar  Şərqdə  çox  nadirdir.  Burada  bir  qızın  öz  əlini 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
201 
həqiqətən  sevdiyi  adama  verməsi  çox  müstəsna 
hallardan  biridir.  Qaydaya  görə,  valideynlər  qızlarının 
talelərinə qərar verirlər və adaxlının seçilməsində onun 
yaxşı xüsusiyyətlərinə, bədəninin, ruhunun və ürəyinin 
xasiyyətinin  yaxşı  olmasına  üstünlük  vermək  əvəzinə, 
onun nüfuzlu vəziyyəti, rütbəsi və ya var – dövləti əsas 
götürülür.  Belə  fikirləşəndə  12  yaşından  15  yaşına 
qədər  tər  çiçək  kimi  gözəl  qızları  60  və  ya  70  yaşlı 
kişilərə  ərə  vermək,  hansıların  ki,  üzünü  görməyiblər 
və onlardan qabaq ikisini və ya üçünü öz ehtiraslarına 
qurban veriblər, dəhşətə gəlmək olur.  
Kişilərin  nəzarəti  altında  onlar  bir  məhbus  kimi 
buxovlanır və qorunur, hərəmxana həyatında bir tərzli 
həyatını  yalnız  onda  xoşbəxt  sayır  ki,  əgər  dalaşqan, 
paxıl  və  acıdil  günülərindən  üstün  olaraq,  ərinin 
sevimli  yeganə  arvadı  olarsa,  əks  təqdirdə  onun 
buradakı  həyatı  cəhənnəmə  çevrilir.  Buradakı  adi  bir 
halı misal üçün götürəndə belə fikirləşmək olur ki, bir 
hərəmxana  gözəli  Cənubun  alovunda  1  ay  ərzində 
çəkdiyi  iztirabları  möhtərəm  Şimal  xanımları  bunu 
bütün  həyatı  boyu  çəkdiklərinə  bərabər  olur,  belə 
qənaətə  gəlmək  olur  ki,  Şərqin  hərəmxanaları 
intriqaların,  fitnə-fəsad  və  əxlaqsızlığın  hörümçək 
torudur,  ona  görə  ki,  burada  qadın  cinsinin  tərbiyə 
olunması  üçün  onların  ruhunun  formalaşması  və 
ürəklərinin  nəcibləşdirilməsi  üçün  heç  nə  edilmir, 
çünki  qızlar  öz  gəncliklərindən,  pozğun  və 
vəhşiləşdirilən  nümunələr  görürlər  və  ona  görə  də 
onlar  həyat  xoşbəxtliklərini  parıldayan  dəbdəbələrdə 


    Nəzakət Əliyeva 
 
 
202 
və xam hisslərinin laxlayıb çökməsində axtarmağa adət 
edirlər.  
Lakin  bunların  arasında  çox  gözəl,  istedadlı 
uyğun  təbiətli  bütün  əlaqə  və  münasibətlərdə  əsl 
xanımlar yetişdirmək olardı, əgər onlar öz hüquqlarını 
qorumaq  üçün  yol  tapa  bilsəydilər,  bu  isə  mümkün 
olmayan  bir  şey  deyil.  Mən  yenə  təkrar  edirəm: 
Qaydaya  görə  Şərqdə  qadınların  mövqeyi  (buna 
German  məfhumunda  qadın  ləyaqəti  deyilir)  azad 
deyildir  və  əxlaqsızdır,  çünki  çoxarvadlılıq  uşaqlara 
nəcib  təsir  və  tərbiyə  vermək    haqqında  heç 
fikirləşməyib, 
beləliklə, 
hərəmxanalar 
bütün 
bədbəxtliklərin  mənbəyidir  və  islam  xalqları  əsrlərdir 
buna düçar olublar və bu onların məhv olmasına gətirib 
çıxara  bilər.  Müstəsna  olaraq,  bəzi  sağlam  Qafqaz 
icmalarını  götürmək  olar,  çünki  onlar  Məhəmmədin 
yalnız  adını  daşıyır  və  çoxarvadlılıqdan  uzaqdırlar, 
korlanmış nəsillərlə yaxınlıq etmirlər, necə ki,  bundan 
İranda,  Türkiyədə  hər  il  minlərlə  insanlar  qurban 
gedirlər.  
Şərqdə  qadınların  qul  mövqeyinə  baxmayaraq, 
necə  ki  mən  sizə  həqiqəti  yuxarıda  tam  çılpaqlığı  ilə 
təsvir  etməyə  çalışdım,  bəzən  elə  gözəl  və  ağıllı 
qadınlar onu sevən axmaq ərlərini tam ram edərək onu 
idarə  edirlər,  bir  çox  qadınlar  isə  öz  mövqelərinin 
təhqir  olunmasını  hiss  etmədən,  fürsət  tapan  kimi 
Avropa  həyatı  ilə  tanış  olur,  həqiqi  baxışla  və  açıqca 
avropalı bacılarla görüşür, açıq üzlə küçələrlə gəzir və 
başqalarının ərləri ilə danışır və dostluq edir. 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
203 
Xoşuna gələn bir kişi ilə gizli görüşmək və onun 
xoşuna  gələnləri  etməyə  icazə  vermək,  bu  bir  fars  və 
ya  türk  qadınının  vicdanını  çox  narahat  etmir,  lakin 
açıqcasına  küçədə  bir  kişi  ilə  etinasızcasına  söhbət 
etmək, ya danışmaq böyük cinayətdir.  
Bu  ondan  irəli  gəlir  ki,  qəbul  olunmuş  hisslər, 
ədəb,  ləyaqət  və  hökmlər  həmişə  bizim  doğma 
ətrafımızda  təsir  və  vərdişlərdən  yaranır.  Bundan  tam 
əmin  olmaq  üçün  nə  İrana,  nə  də  Türkiyəyə  getmək 
lazımdır.  Elə  buradaca  zülmkarlıq  modasının  ildən  – 
ilə  yeni  formaya  keçməsi  və  yeni  düzgün  olmayan 
məfhumların  yaranmasını  görmək  kifayət  edir;  misal 
üçün  ən  çox  eşidilənlər:  “Bunu  etmək  olmaz,  bunu 
geyinmək  olmaz,  bu  sənə  yaraşmır  və  s.”  Bütün  bu 
deyilən  qeyri-düzgünlüklərdən  başqa  Şərqin  bəzi 
xoşagələn adətlərindən də danışmaq lazımdır. Məsələn, 
qadınlar yalnız öz ərləri üçün bəzənməli və yalnız onun 
qarşısında  üzünü  açmalıdır,  baxmayaraq  ki,  o  evdən 
başqa  hər  yerdə  üzü  örtülü  və  görkəmli  paltarda 
gəzməlidir.  
Bizdə  isə  bu  məlum  olduğu  kimi  tam  tərsinədir: 
qadınlar  evdə  özlərinə  çox  az  fikir  verirlər,  yalnız 
qonaq gələndə və ya qonaq gedəndə yuyunur, bəzənir, 
bir  sözlə  öz  gözəllik  və  cazibədarlığını,  yaxşı 
geyimlərini başqa kişilərin xoşuna gəlmək üçün edirlər 
və kişilər də eyni zamanda arvadlarının bir gözəl varlıq 
kimi  başqa  kişilərə  görünməyinə  fəxr  və  razılıqla 
baxırlar.  
Şərqlilər  isə  bunu  haqq  və  adətə  uyğun  hesab 
edirlər  ki,  arvadını  ciddi  qorumaq,  onun  gözəlliyinin 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə