Sultan Hüseyn Bayqara Və Azərbaycan



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü2,75 Mb.
#63555


Türk Dünyası Bilgeler Zirvesi: Gönül Sultanları Buluşması 

 

499 



 

ÜLVİ,  Almaz  (2014).  “Sultan  Hüseyn  Bayqara  Və 

Azərbaycan”.  Türk  Dünyası  Bilgeler  Zirvesi:  Gönül 

Sultanları  Buluşması.  26-28  Mayıs  2014.  2013  Türk 

Dünyası  Kültür  Başkenti  Ajansı  (TDKB).  Eskişehir

ss.499-502



 

 

Almaz ÜLVİ (Binnətova)

*

 

 



SULTAN HÜSEYN BAYQARA VƏ AZƏRBAYCAN 

 

926-cı  il  26  fevral  –  6  mart  tarixlərdə  Azərbaycanın 



paytaxtı  Bakı  şəhərində  keçiriləcək  I  Bakı  Türkoloji 

qurultayla  əlaqədar  olaraq  dahi  Nəvainin  500  illiyi  ilə 

bağlı bir sıra işlərin görülməsi də planlaşdırılır: Nəvainin xatirəsinə üç 

kitab  dərc  olunur:  “Nəvai”  (məqalələr  toplusu),  Əlişir  Nəvai. 

“Vəqfiyyə” və Əlişir Nəvai. “Münşəat” əsəri. o cümlədən “Bayqara və 

onun Divanı” (Nəvai  Teymurilər nəslindən olan  Hüseyn Bayqaranın, 

yəni  onun  sarayında  baş  vəzir  olmuşdu,  bü  səbəbdən  türkçülüyün 

inkişafındakı əvəzsiz xidmətləri nəzərə alınmışdır). 

Nəvai adı anılan kimi Sultan Hüseyn Bayqara adının 

xatırlanmasının tutarlı səbəblərindən biri də XV əsr Azərbaycan 

ədəbiyyatının ən görkəmli nümayəndələrindən olan Nemətullah 

Kişvərinin məşhur - 



Kişvəri şeiri Nəvai şeirindən əskik iməs 

Bəxtinə düşsəydi Sultan Hüseyn Bayqara 

-  sətirləri  də  tutarlı  ip  ucudur.  Böyük  xaqan  eyni  zamanda 

"Hüseyni"  təxəllüsü  ilə,  həm  də  zamandaşları  olan  görkəmli  

şairlərdən  fərqlənərək  türkcə şeirlər yazmışdır.   



Gər xəyalın olsa mehman könlüm evində müdam

Ağlayan üz sona hər dəm gözlərim gövhər fəşan. 

Dedim ey can, dərdimə vəslin ilə bir çarə qıl, 

Gülüb dedi: ey Hüseyn, tutma məndən bu güman. 

Bu gün özbək ədəbiyyatının klassiki kimi tanıdığımız, əslində 

böyük  türk  ədəbi  dünyasının  dahilərindən  biri  Əlişir  Nəvainin  ədəbi 

şəxsiyyəti,  irsi  haqqında  XX  əsrin  ilk  başlanğıcından  Azərbaycan 

mətbuatında  irihəcmli  məqalələr  dərc  olunsa  da,  onun  uşaqlıq  dostu, 

Teymurilər sarayının son nümayəndəsi sayılan Herat hökmdarı (1487-

1506  –cı  illər  arasında)  Hüseyn  Bayqaranın  (1438  -  1506)  ədəbi 

şəxsiyyəti  və  irsi  haqqında  əsrin  əvvəllərində,  xüsusən  də  I  Bakı 

                                                           

*

 



Prof. Dr. Azərbaycan Milli Elmlər Akademiyası.

 




Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Ajansı 

 

500 



 

Türkoloji Qurultayı ərəfəsində əl altında tapılası heç bir yazı, tədqiqat 

materialı,  yaradıcılıq  nümunələri  yox  idi.  Bu  mənada  Bəkir  

Çobanzadənin təqdim etdiyi “Hüseyn Bayqara. “Divan” (Bakı, 1926) 

kitabını  və  həmin  kitaba  yazdığı  “Bayqara  və  divanı  haqqında”  ön 

sözü o dövr üçün qənimət kimi dəyərləndirmək olar.  

2007-ci ildə B.Çobanzadənin 5 cildlik “Seçilmiş əsərləri” latın 

qrafikası  ilə nəşr olundu. Bu həm  də onun əsərlərinin ilk mükəmməl 

nəşri  sayıla  bilər.  “Bayqara  və  divan  haqqında”  adlı  məqaləsi  həmin 

kitablara  daxil  edilməmişdir.  Bu  təbiidir.  Çünki  onun  qısa  ömründə 

yazdığı onlarla əsərləri yığıb-yığışdırmaq, tədqiq etmək, təhlil etmək, 

araşdırmaq ayrıca bir institutun işidir.  

Bəkir Çobanzadə Sultan Hüseyn Bayqaranın “Divan” kitabının 

nəşri  üzərində  çalışarkən  özbək  ədəbiyyatının  tanınmış  simalarından 

biri  Əbdürrauf  Fitrətdən  əldə  etdiyi  mənbədən  yararlanmışdır.  Bu 

haqda  “Ön  söz”də  qeyd  edərək  yazır:  “Bu  nüsxə  özbək  şair  və 

ədiblərindən  olan  Əbdürrauf  Fitrətin  kitabxanasındakı  nüsxədən  – 

bizim 


xahişimiz 

üzərinə 


kopiya 

edilmişdir.“Bizim 

Fitrət 

arkadaşımızdan  gördüyümüz  əlyazma  nüsxə  -  yazı  cəhətdən  –  çox 



açıq,  gözəl  olduğu  halda  ondan  yapılan  nüsxə  çox  ibtidai  bir  yazı 

meydana gətirmişdir. Buna səbəb bizim əcələ etdiyimiz olsa gərəkdir. 

Hər  halda  olduğca  böyük  zəhmət  sərf  edərək  bizim  üçün  bir  nüsxə 

kopya etdirmiş olan Fitrət arkadaşa biz - “Təşəkkür. Sağ ol!” - demək 

borcumuzdur”. 

B.Çobanzadə  H.  Bayqaranı  ədəbiyyatşünas  kimi  tədqiq,  şair  

kimi  təqdim  edir. Klassik şairin, böyük sərkərdənin  şəxsiyyəti haqda 

məlumatla  yanaşı,  ədəbiyyatşünas  olaraq  onun  ədəbi  irsinin 

məziyyətlərini  açıqlayır.  B.Çobanzadə  H.Bayqara  əsərlərini  təhlil 

edərkən,  həm  onun  yaşadığı  dövrün  ədəbi-tarixi  mənzərəsini  açır, 

yaradıcılığndakı  mövzulara  toxunur,  həm  də  ədəbi  dilindən  söz  açır: 

Maraqlı fikrini diqqətinizə çatdırmaq istərdim: “İştə bizim fikrimizcə, 

bunun  üçündür  ki,  bütün  İslam  klassikləri  tövşyan  balası  (qoyun 

balası-A.Ü.)  kibi  şəkl  və  mövzuca,  bir-birinə  bənzərlər,  bu  şairləri 

tədqiq edərkən ayrı meyarlar və az-çox xüsusi üsullar lazımdır. Əgər 

işdə bu nöqtələri göz önündə tutaraq oxuduğumuz zaman Bayqaranın 

şeir qüvvəticə, (Nəvaidən) heç aşağıda qalmadığı görünməkdədir” 

Tədqiqatlarının  qənaəti  və  H.Bayqaranın  təqdim  edilən 

kitabındakı  “ön  söz”də  B.Çobanzadənin  yazdığı  kimi,  bu  dil  və  bu 

mövzular  az  dəyişmə  ilə  XIX  əsrin  sonlarına  qədər  Orta  Asiyada 

yaşayıb  qalmışdır.  “Cığatay”  şairləri  ilə  “özbək”  şairləri  arasında 

lisançı  və  tarixçinin  bulacağı  fərqləri  ədəbiyyatçı  bulamaz.  Ancaq  




Türk Dünyası Bilgeler Zirvesi: Gönül Sultanları Buluşması 

 

501 



 

XIX  əsrin  sonlarında  qeyri  özbək  ədəbiyyatı,  gərək  mövzu  və  gərək 

şəkilcə klassik ədəbiyyatdan öyrənilmişdir. 

Bayqara şəxsiyyəti və onun divanı haqqında XX əsr oxucusu, 

ədəbiyyat  dünyası  üçün  bu  kitabın  əhəmiyyəti  misilsizdir.  Təqdim 

olunan  “Ön  söz”də  B.Çobanzadənin  özbək  ədəbiyyatı,  klassikləri 

haqqında mükəmməl bilgisi diqqətdən qaçmır. Bu da təsadüfi deyildir. 

O,  Özbəkistan  torpağında  çalışması  özbək  ədəbi-mədəni  mühiti, 

klassik irsi ilə birbaşa, - arxivlərdə işləmək imkanı mənasında, - tanış 

olmaq şansı əldə etmişdir.  

Sultan  Hüseyn  Bayqara  haqqında  sonralar  elmi  mənbələrə 

söykənikli bir sıra məqalələr yazılsa da  onun “Divan”ı  2011-ci  ildə 

(Bakı,  MBM,    248  s.)  yenidən  nəşr  olundu.  Kitabda  Sultan  Hüseyn 

Bayqaranıın  divanına  daxil  olan  qəzəl,  təxmis, müxəmməs,  rübai  və 

qitələri  toplanmış,  “Risalə”  adlı  əsəri  verilmişdır.  Kitab  31  mart  -  4 

aprel  2009-cu  ildə  İstanbulda  TürkSOY  tərəfindən  təşkil  olunan 

«Türk  Ləhcələri  Arasında  Uyğunlaşdırma  Çalışmalarının  Bugünkü 

Durumu  və  Qarşılaşılan  Problemlər»  mövzusunda  Beynəlxalq 

simpoziumun  tövsiyələrinə  və  yekun  bəyannaməsinə  uyğun  olaraq 

nəşr edilmişdir. 

Əsəri  Azərbaycan  türkcəsinə  uyğunlaşdıran  türkoloq  alim 

Ramiz  Əsgər  bu  kitabı  -  “Sultan  Hüseyn  Bayqara.  Divan”ını  

(TürkSOY  kitabxanası  seriyasında)  AMEA  Folklor  İnstitutu  Elmi 

Şurasının  qərarı  ilə  nəşr  etdirmişdir.    Kitaba  R.Əsgər  “Qılınc  və 

qələm Sultanı  Hüseyn Bayqara” adlı ön söz  yazmış, Sultanı Hüseyn 

Bayqaranın ədəbi şəxsiyyəti və irsi haqqında əhatəli tədqiqatçı fikrini 

bildirmişdir.  Sonda  Sultanı  Hüseyn  Bayqaranın  bir  qəzəlini  təqdim 

edirik- 


Gül vaxtı oldu və mən dərd qəminə mübtəla oldum.  

Bağrımda eşq atəşindən lale kimi yüzlərlə dərd yarası oldu.  

Sənin kimi sultandan ayrı düşəli, pərişan halını  

Gül yaprağıyla deyil, yüz dil ilə izah edər.  

Eşqimdə heç son yoxdur deyə bilirdim  

Qovuşmanın gülüylə əvvəl məhəbbət kıldığımdan bəri  

Lale kimi içki qədəhini qənimət tut gül zamanında  

Haşa ki ürəksiz bülbülün səsi içirdi.  

Hərçənd Hüseyn camalının bağçasında yarpağı tapmadı  

Ey təzə gül, sənə bu çəməndə ömür olsun. 

 

Ədəbiyyat: 

1.

 



Sultan Hüseyn Bayqara. Divan.( azərbaycancaya 

uyğunlaşdıran və  ön sözün müəllifi:  B.Çobanzadə) //  Bakı, 1926. 




Eskişehir 2013 Türk Dünyası Kültür Başkenti Ajansı 

 

502 



 

2.

 



Sultan Hüseyn Bayqara. Divan. Azərbaycancaya 

uyğunlaşdıran və  ön sözün müəllifi:  Ramiz ƏSKƏR // Bakı, MBM, 

2011, 248 s. 

3.

 



Professor  B.Çobanzadə  ilə  müsahibə:  /Birinci  Türkoloji 

qurultayı/  //Yeni  fikir.-  1926.-  7  mart  (№  1034).-  S.  3.-  (Ərəb 

qrafikasında).  

4.

 



Latin əsasli yeni türk əlifbasi və  I Baki Türkoloji Qurultayi 

biblioqrafiya: tərtibçilər: prof.: Kamil Vəli Nərimanoğlu Ə.Ağakişiyev 

S.Abdullayeva // Bakı-2006 

5.

 



 Almaz  Ülvi  (Binnətova).  Azərbaycan  -  özbək  (cığatay) 

ədəbi  əlaqələri  (dövrlər,  simalar,  janrlar,    təmayüllər)  //    Bakı: 

“Qartal”, 2008. 328 səh.  

 

 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə