MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə51/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   46   47   48   49   50   51   52   53   54

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
209 
Bu qədü qamətinə ətləsü xara yaraşur,  
Qaşların guşəsinə qətlimə eyma yaraşur,  
Edə gər zində ləbin ləfzi Məsiha, yaraşur,  
Səni, hər kim ki, sevər, başına sevda yaraşur,  
Ola sərgəştəvü divanəvü heyran, Süsəni.  
 
Gün ki, hər gün çıxar, dərgəhinə səcdə edər,  
Sərv rəftara gəlür, qılsa qədin bağə güzər,  
Qönçə gər ağzın ilə qarşu dura, boynu əyər,  
Küfri-eşqin yetişib bir yerə kim, ey kafər,  
Desələr Vazehə böhtandı, müsəlman, Süsəni!  
 
Min ev yıxıb, tikirsiniz bir boş minarə,  
Ərşə çıxıb, qonaq gedin pərvərdigarə.  
Hicran qəminin badeyi-gülgündür əlacı  
Vazeh, danışırlar bunu meyxanələr içrə.  
 
 
MİRZƏ ŞƏFİ VAZEHLƏ NACİ VƏ NASEHİN 
MÜŞAİRƏSİ  
 
Vazeh  
Səbzpuş olmuş qədin ruxsari-atəşgunilə,  
Musiyi-İmranə guya, Tur şəklin göstərür.  
 
Naci  
Tiğin almış dəstinə, ol çeşmi-cəladın sənin,  
Canə qəsd etmək dilər, məxmur şəklin göstərür.  
 
Çismi-zarımdan çıxar hicrin əlindən nalələr,  
Böylə bir təndir tənim, tənbur şəklin göstərür.  


    Nəzakət Əliyeva 
 
 
210 
 
Xətti-rüxsarın edib tarac hüsnün mülkünü,  
Bir xərabə şərh içində mur şəklin göstərür.  
 
Naseh  
Göz sirişgi mərdüməknin nöqtəsin bərbad edib,  
Aqibət bir gün olur kim, kur şəklin göstərür  
 
Tilbə könlüm tillər ilə asılub, tildir səbəb,  
Filməsəl, baxqan kəsə Mənsur şəklin göstərür.  
 
Kəhraba dik rəngi-zərdim sanmağay bihudə kim,  
Dərdi-eşqə uğramış, rəncur şəklin göstərür.  
 
Dinu dil nəqdini isar etsə Naseh, tang imas,  
Bir mühəqqər töhfə ilə mur şəklin göstərür.  
 
Farsca Ģeirlər  
 
Qəzəl  
Hər zaman kan qədd-o bala be nəzər miqozərəd.  
Vəh, çeha bər del-o bər dideye-tər miqozərəd!  
Mənəm, ey şeyx, ze nəzzare məkon, kəz roxe dust  
To çe dani ke, çe bər əhle bəsər miqozərəd!  
Ey ke, bər mən qozəri, məhv koni əz xişəm,  
Həm ço xorşid ke, bər dovre qəmər miqozərəd!  
To ke, çəndin bekeşi damən əz oftadeye-eşq,  
Dəste kutahe mənət, key, bekəmər miqozərəd?  
Qofteye Vazeh əz an ru həme şirin aməd,  
Bezəbanəş soxən əz ləl-o şəkər miqozərd.  


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
211 
 
(Sətri tərcümə)  
O qəddü qamət xəyalımdan keçərkən,  
Ah, könlümdən və yaşlı gözlərimdən nələr keçər!  
Ey şeyx, yarın üzünə baxmağı mənə qadağan  
                                                               etmə,  
Bəsirət əhlinin nəzərindən nələr keçdiyini sən nə  
                                                           bilirsən?  
Günəş ayın yanından ötərkən onu yox etdiyi kimi,  
Sən də mənim yanımdan ötüb keçərkən, varlığımı  
                                                      məhv edirsən.  
Bunca ki, sən ətəklərini yıxılmış aşiqindən çəkib  
                                                      uzaqlaşırsan,  
Mənim qısa əllərim sənin kəmərindən bəs necə  
                                                     tuta biləcək?!  
Vazehin şeiri ona görə bu qədər şirin oldu ki,  
O sənin ləlü şəkərindən söhbət açdı.  
 
Qəzəl  
Ey ke, həmhöcreye mai, vərəqe zohd beşuy,  
Vey ke, sabetqədəmi, ğeyrə rəhe eşq məpuy.  
əz məne ğəmzəde coz eşqe roxe yar məpors,  
ba məne dolşode coz sohbəte deldar məquy.  
Ta əz an dəm ke, hərime dele mən xəlvəte ust,  
Faş binəm roxe u, gər negərəm bər həme suy.  
Çərx sərgəşte nə anəst monəqqəş benecum,  
Bəlke əndər tələbəş mande fru ğərqə be xun.  
Ruze qolgəşt, bahar əst-o, təmaşa-vo tərəb,  
Xiz, ta xeymə bezən ba mej-o ney bər ləbe cuy.  
Vazeh əz xar sər arəd be nəsime dəre dust,  


    Nəzakət Əliyeva 
 
 
212 
Koştehe-eşq bəle, zende təvan gəşt be buy!  
 
(Sətri tərcümə)  
Sən ey bizimlə həmnişin olan, zahidlik dəftərini 
                                                          suya at,  
Sən ey sabitqədəm dost, eşq yolundan qeyri bir 
                                                      yol tutma!  
Bu qəmli aşiqdən yar məhəbbətindən qeyri bir 
                                                  şey soruşma!  
Bu zavallı aşiqlə, dildar söhbətindən qeyri bir  
                                                 şey danışma!  
O zamadan ki, mənim könül otağım onun  
                                          xəlvətgahı olmuş,  
Hər tərəfə baxıram, ancaq onun şəklini görürəm.  
Bu sərgərdan fələk ulduzlarla bəzənmiş kimi 
                                                      görünməsin.  
Bəlkə o da, bir aşiqdir, yar həsrətilə qan-yaş 
                                                              tökür!  
Gül çağı, bahar vaxtı, tamaşa və şadlıq  
                                                      zamanıdır.  
Qalx, çay kənarında mey məclisi qur, ney çal!  
Vazeh yar qapısından gələn nəsimi duyunca  
                                    torpaqdan baş qaldırar.  
Bəli, eşq ilə həlak olan məşuq ətrilə həyat tapar.  
 
Qəzəl  
Şahede xərgəhneşin zolf ze rox kərd baz,  
Nure həqiqət pədid əz zolemate məcaz.  
Dide bedidare dust, dəst dər ağuşe yar,  
Eşq əz an su niyaz, hosn əz an suy naz.  


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə