MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə46/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   42   43   44   45   46   47   48   49   ...   54

    Nəzakət Əliyeva 
 
 
188 
Bir damla su kimi okeana axmışam, 
Yazıq Füzuli, mən sənin yanına gəlirəm 
  şirin həyat kimi!» 
- Qəzəlin mənası mənim xoşuma gəldi, - dedim, - 
mən, ancaq son sətir də Füzulinin adının yerinə səninki 
olsaydı, daha yaxşı olardı. 
-  Sən  mənim  nəğmələrimə  qulaq  asmaq 
istəyirsən? Mən sənin üçün oxuyuram. 
«Sənin  nəğmələrini  mən  həmişə  həvəslə 
dinləyirəm, ancaq mənim sözlərimin başqa mənası var. 
Mən  deyirəm  ki,  bu  sözlərin  mənası  sənə  çox  uyğun 
gəlir». 
Mirzə  Şəfi  heyrətlə  mənə  baxdı.  «Ey  ulamə,  sən 
mənə  hirslənmə!-  dedim  mən,  -  çünki  mən  maraqdan 
sənin  şerlərinə  baxdım.  Məni  buna  vadar  edən  sənə 
qarşı  səmimiliyim  və  dostluğumdur.  Mən  bilirəm  ki, 
sən vurulmusan, sən özün bunu mənə demisən. Atalar 
dediyi  kimi,  «Müşk  ilə  məhəbbət  gizlədilə  bilməz». 
Sən  özün  mənə  dedin  ki,  bu  məhəbbət  adi 
məhəbbətlərdən  deyil.  Sevənlərin  təbiətinə  görə  onlar 
çox  şən  və  fərəhli  olurlar.  Ancaq  sən  isə  qəmginsən, 
Mirzə    Şəfi,  bu  məni  çox  narahat  edir.  Mən  sənin 
dərdinin  səbəbini  bilmək  istərdim  və  bəlkə,  sənə 
kömək edə bilərəm». 
Mirzə Şəfi bir anlıq fikrə getdi, sonra çubuğundan 
dərin bir qullab çəkib tüstülərə qərq oldu, yenə bir neçə 
badə şərabı içəri ötürüb dedi: «Al bu kağızı da oxu və 
əgər  dinləmək  istəyirsənsə,  mən  ürəyimdəkiləri  sənə 
söyləyərəm». 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
189 
Mən kağızı alıb tələsik oxudum. Orada Hafizəyə 
həsr edilmiş nəğmələri gördüm. 
«Bilirsən  –  deyə  Mirzə  şəfi  öz  hekayəsinə 
başladı- Hafizənin atası əvvəldən mənə ciddi bir izahat 
verdi,  o  mənim  məhəbbətim  haqqında  heç  eşitmək  də 
istəmədi  və  mənim  nə  vaxt  ailə  saxlamaq  imkanım 
olduğu halda bu barədə danışa biləcəyimi dedi». 
«Mən  sənə  neçə  dəfə  demişəm,  –  deyə  mən 
alimin sözünü kəsdim, – əgər sən mənim məsləhətimə 
qulaq  asıb  gimnaziyada  tatar  dili  müəllimi  işinə 
keçsəydin, sən məqsədinə tez çatardın».  
«Əgər  belə  olsaydı,  hər  şey  yaxşı  olardı.  Ancaq 
hələ heç nə alınmır!». 
«Bu  sənin  öz  günahındır.  Mən  bir  neçə  gün 
bundan qabaq direktor Kulşinski ilə danışdım və onun 
ağzından eşitdim ki, əgər sən istəsən, bütün çətinliklər 
aradan qalxar». 
«Məgər  mən  nə  bacarıramsa  etmədim?  Xahişli 
yazıları  səninlə  göndərmədim?  İndi  isə  xalçanın 
üstündə oturub bütün günü cavab gözləyirəm». 
«Bəs sənə müəyyən cavab gəlmədi?». 
«Cavablar  kifayət  qədərdi.  Ancaq  heç  biri  ürək 
açan  deyil.  Nəhayət  mənə  böyük  bir  məktub  gəldi  və 
mən bunu təyin olunmağımın təsdiqi zənn etdim və tez 
vasitəçinin  yanına  gedib  evlənmə  işinə  başlamasını 
dedim.  Bu  yazı  Hafizənin  atasına  göstərmək  üçün  ən 
yaxşı  zəmanət  idi.  Ancaq  iki  gündən  sonra  o  mənim 
yanıma gəlib acı sözlərlə məni təhqir etdi»: 
«Bu nə demək idi?». 


    Nəzakət Əliyeva 
 
 
190 
«Rus  dilini  az  bilən  Hafizənin  atası  sonrakı 
danışıqlardan  qabaq  bu  yazını  müftinin  yanına  aparır 
və  bu  kağızın  ancaq  mülk  vəziyyəti  haqqında  olan 
fetva, yəni rəydən ibarət olduğunu öyrənir və cavab isə 
rədd cavabı olur». 
«Hafizənin atası – deyə Mirzə Şəfi davam etdi – 
rus  dilindən  edilmiş  tərcüməni  təəccüblə  mənə  verdi. 
Direktor Kulşinski gələn cümə axşamı, nahardan sonra 
saat  5-də  mənim  gimnaziyaya  gəlməyimi  və  tatar 
dilindən  imtahan  verməyimi  tələb  edirdi».  Bu  anda 
Gəncə alimi bir az dayandı və atəşini söndürmək üçün 
stəkanı  başına  çəkdi.  Söylədiyi  əhvalat  onun 
xatirələrini  sanki  bir  daha  canlandırdı.  Xüsusilə  onun 
gedib gimnaziyada imtahan verməsi tələbi qəlbini  çox 
ağrıtdı.  Şərqin  birinci  alimi,  öz  soy-kökünün  fəxri, 
gözəllik  xəzinəsinin  hökmdarı,  şeir  aləminin  mirvarisi 
Mirzə Şəfi öz doğma dilindən imtahan verməli idi! 
Mən  onun  hirsdən  sifətinin  necə  qızardığını 
gördüm.  Mən  onun  yaralarına  məlhəm  çəkmək  üçün 
dedim: «Heç günəşdən soruşurlarmı ki, o işıq saçır və 
ya gizli gül ətir saçır? Yaxud Mirzə Şəfi kimi müdrik 
insanın elmini yoxlamaq düzdürmü?». 
«Sən  mənə  Hafizə  haqqında  nəğmə  oxu,  onda 
əhvali-ruhiyyən  yaxşılaşar.  Hekayənin  ardını  bir  badə 
şərabdan sonra söyləyərsən».  
Mənim  bu  sözlərim  ona  xoş  təsir  etdi.  O, 
mənimlə  «Allahverdi»  şərabından  içdi  və  sonra 
oxumağa  başladı.  Mən  onun  şerini  təriflədim.  Mənim 
məsləhətimin  ona  yaxşı  təsirindən  sevinərək  dedim:  - 
Görürsən  Mirzə  Şəfi,  sən  nə  xoşbəxt  adamsan!  Sənin 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
191 
məhəbbətinə  olan  fikrin  səni  fərəhləndirir.  Məgər 
Nəşhəbi öz nəğməsində haqlı oxumurmu ki, məhəbbət 
yer  üzündə  ən  gözəl  şeydir,  burada  bəy  də,  dərviş  də 
eynidir?- 
«Ancaq  Nəşhəbi  həm  də  demişdir  –  dedi  Mirzə 
Şəfi – pulsuz insan hörmətsiz, nüfuzsuzdur, pulsuz ev 
səhradır?  Mən  məhəbbətimi  səhra  evə  gətirməliyəm. 
Əvvəllər bu haqda heç fikirləşmirdim, indi isə bu fikir 
məni qəmgin edir». 
«Şikayətini  kənara  at-  dedim  mən  –  ay  Mirzə 
Şəfi! Hər şey yaxşılığa doğru gedəcək. Bu kiçik səfeh 
rus kağızlarına fikir vermə. Sən öz azadlığını Hafizəyə 
olan  məhəbbətinə  qurban  verirsənsə,  onda  sözünə 
sadiq  qalmalısan!  Mən  elə  bir  əsaslı  səbəb  görmürəm 
ki, sən nə üçün gimnaziyada yer ala bilməyəsən…». 
«Ancaq imtahan!». 
«Bu  çox  pisdir  ki,  onlar  sənin  elminə  şübhə 
edirlər. Moskvada belə qanun var ki, dövlət qulluğuna 
girən  hər  müəllim  imtahan  verməlidir,  çünki  burada 
səfehlər  daha  çoxdur,  nəinki  müdriklər!  Bu  qanun 
qüvvədədir,  ancaq  sənin  kimilərinə  müstəsnalıq 
etməlidirlər». 
«Onlar  müstəsnalığı  ancaq  elələrinə  edirlər  ki, 
yalan  və  riyakarlıqla  dolu  əsərlər  yazsınlar,  məsələn 
Mirzə Abul Qasım, Qarabağlı Hadi. Ancaq ilanlar hər 
yerdə sürünürlər!». 
Mən müxtəlif cür suallarla bu alimin hekayəsinin 
sonunu öyrənmək istədim.  
«Mən bilmək istərdim- başladım sözə – sən necə 
oldu ki, Hafizəni gördün, onu sevdin və seçdin».  


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə