MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə48/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   44   45   46   47   48   49   50   51   ...   54

    Nəzakət Əliyeva 
 
 
196 
Nişan günü qadınlar oğlan evinə toplaşırlar ki, qız 
üçün  alınmış  hədiyyələri,  yəni  qızıl  üzük,  bahalı 
parçalar,  şal,  ayaqqabı,  sabun,  xına,  sürmə  və  s. 
görsünlər.  Oğlanın  qohumlarından  biri  nişanlanan  qızı 
otağın ortasına gətirir, onun başına örpək salır və nişan 
üzüyünü  onun  barmağına  taxır.  Bundan  sonra 
bayramsayağı  təbriklər,  salamlar  çatdırılır  və  üç 
gündən  sonra  qız  evi  eynilə  oğlan  gətirən 
hədiyyələrdən  onlara  göndərir.  Bunlar  əsasən,  əl  ilə 
işlənmiş  naxışlardan,  kostyum  tikdirmək  üçün  alınmış 
parçadan və hər cürə tualet əşyalarından ibarət olur. 
Toy  tədarükləri  adətən  böyük  vaxt  tələb  edir, 
nişanlılar  öz  toy  paltarlarını  hazırlayırlar,  ən  mühüm 
akt isə nişanlı qızın evinə çox adamların gəlib-getməsi, 
məsləhət  verən  qadın  toplantısı  olur.  Bu  arada  isə 
nişanlı  oğlan  demək  olar  ki,  hər  gün  qız  evinə 
məhəbbət əlaməti olaraq hər hansı bir hədiyyə, yəni bir 
səbət  meyvə  və  ya  kiçik  bəzək  şeyi,  ya  gül  dəstəsi, 
nəhayət,  yağlı  bir  qoçun  bud  ya  da  bel  hissəsini 
göndərir,  o  bununla  nişanlısının  anasının  yanında 
hörmət qazanmaq istəyir. 
Bu  ölkənin  adət-ənənəsinə  görə  bəylə  gəlin 
toydan  qabaq  bir-birilərini  görməməlidirlər.  Şərqdə 
cinslər  arasında  cazibə  qüvvəsi  Qərbdə  olduğundan 
daha  böyükdür;  Şərqin  qoca  müdriki  söylədiyi  kimi, 
Yer  üzündə  yalnız  iki  adam  yaşayırdı,  onlardan  biri 
qadın,  digəri  isə  kişi  idi.  Qısa  vaxtdan  sonra  onlar 
qarşılaşırlar,  elə  bil  ki,  onları  ölkələr  və  dənizlər 
ayırırdı… 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
197 
Nəhayət,  toy  günü  təyin  edilir,  bəy  gəlinin 
evindəki qonaqlara ziyafət verir. 
Toy  sazişində  yalnız  dəvət  edilmiş  qohumlar  və 
tanışlar  iştirak  edirlər.  Bu  formal  hüquqi  bir 
müqavilədir,  burada  əgər  ər  arvadın  heç  bir  günahı 
olmadan  ondan  ayrılırsa,  onda  müəyyən  məbləği 
ödəməlidir.  Gəlindən  nigah  müqaviləsinin  şərtləri  ilə 
razı  olduğunu  üç  dəfə  xəbər  alırlar.  Üçüncü  sualdan 
sonra  o  öz  cavabını  verir  və  bunu  mollaya  deyirlər, 
bundan  sonra  isə  molla  təsdiq  etmə  möhrünü  kağızın 
üstünə  basır.  Bir  çox  ailələrdə  mollanı  Quranın  bəzi 
yerlərini  oxumaq  üçün  dəvət  edirlər,  bu  isə  köhnə 
adətlər və mərasimlərlə bağlıdır. 
Nigah  müqaviləsi  bağlandıqdan  sonra  gəlini 
qadın  qonaqların  müşayəti  ilə  hamama  göndərirlər  və 
oradan  da  hər  hansı  bir  qohumunun  evinə.  Evlənmə 
günündə  gəlini  çox  dəbdəbəli  gedişlə,  musiqi  və  səs-
küylə  gələcək  mənzilinə  gətirirlər,  burada  isə  onun 
sahibi,  əri  hamamdan  sonra  bəzənərək,  hər  əlində 
şamla  onu  qarşılayır  və  yataq  otağına  aparır.  Burada 
şamları  iki  içi  düyü  ilə  doldurulmuş  fincana  qoyurlar. 
Bəy  gəlinin  üz  duvağını  götürür,  bir  fincan  su  gətirib 
onun ayaqlarını yuyur və sonra bu suyu bu pak otağın 
dörd  küncünə  çiləyir.  Sonra  dualar  oxunur;  bir  cüt 
qadın gəlinlə bəyin əllərini birləşdirir, onları Allahın və 
Peyğəmbərin  qorumasını  diləyərək  rəzə  ilə  bağlanmış 
qapı arxasında taleyin öhdəsinə buraxırlar…  
 
 
 


    Nəzakət Əliyeva 
 
 
198 
ON DOQQUZUNCU  FƏSİL: 
Şərqdə qadınlar 
“Bəs  Şərqdə  bir  qadının  taleyi  neçədir?”  –  deyə 
mən  bəzi  səmimi  qadın  oxucularından  eşidirəm  və  bu 
suala bacardığım qədər cavab verməyə çalışıram. 
Ürəkləri  arzu  etdiklərinin  hamısını  öz  ərlərində 
tapan, az imtiyazlı qadınların bəxti və onların əyləncə, 
kef  üçün  istəkləri  evlərinin  hasarından  bayıra  çıxmır. 
Qaydaya  görə  Şərqdə  qadınların  kişilərə  nisbətən 
tutduğu mövqe, bir qulun, kənizin öz ağasına, sahibinə 
olan mövqeyindən heç də yaxşı deyil. 
Kişi  qadını  onun  valideynlərindən  müəyyən 
qiymətlə  alır  və  istədiyi  vaxtda  müəyyən  qiymətlə 
boşayır, baxmayaraq ki, onun uşaqları özü ilə aparmaq 
hüququ yoxdur. 
Şərqdə bizdə olduğu kimi heç bir ictimai əyləncə 
və  kef  yerləri  yoxdur.  Teatrlar,  operalar,  konsertlər, 
açıq  gəzintilər,  ballar,  axşam  əyləncələri,  əyləncə 
səyahətləri  və  bu  səpkidə  əyləncə  və  rahatlıqlar  onlar 
üçün çox yad və naməlum bir şeylərdir, yalnız gözəl və 
rahat evdarlıqdan başqa.  
Bu  qadınların  yalnız  yeganə  ümumi  görüş  yeri 
hamamdır.  Burada  onlar  günlərinin  çox  vaxtını 
keçirirlər, hər kəs özünə çənə yoldaşı tapıb, üst geyim 
və  bəzək  əşyalarını  göstərməyə  can  atır,  çünki 
hərəmxanadan  başqa  heç  bir  yerdə  buradakı  kimi  öz 
cazibədarlıqlarını,  zinət  əşyalarını  açıb  göstərməyə  və 
dillərnin  yüyənini  buraxmaq  fürsətinə  malik  olmurlar. 
Onlar  yarı  bürünmüş  halda  xalçaların  üstündə  uzanır, 
kiçik fincanlarda qara qəhvəni saatlarla hortuldarak içir 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
199 
və  arabir  çubuq  və  qəlyan  çəkirdilər.  Onların 
çubuqlarının,  paltarlarının  və  digər  zinət  əşyalarının 
bahalılığı,  nəhayət,  kənizlərinin  sayı  onların  bir  –
birilərinin  arasında  ölçü  meyarıdır;  kim    kimlə  çəkişə 
və  ya  barışa,  kim  kimlə  dost  və  ya  düşmən  ola  bilər, 
tərifləyə  və  ya  abrını  tökə  bilər,  heyran  qalar  ya  da 
paxıllığını  çəkə  bilər.  Bu  deyilənlər,  əlbəttə,  yalnız  o 
qadınlara  aiddir  ki,  onların  ərləri  zəngin  və  varlı 
olsunlar.  Tamamilə  kasıb  qadınları,  yəni  hansıların  ki 
nə qulları, nə də kənizləri var, ev işlərini özləri yerinə 
yetirirlər, onları yalnız bizim ölkədəki kasıb qadınlarla 
müqayisə 
etmək 
olar, 
yalnız 
iqlimlə 
bağlı 
müxtəliflikləri  xəbər  verənlər  istisna  olmaqla 
yoxsulluğun aqibəti hər yanda çox bənzərdir, eynidir. 
Gəlin,  Şərq  ölkəsində  əlverişli  şəraitdə  yaşayan 
qadının  vəziyyətinə  düzgün  diqqət  yetirək.  Sanki  gül 
açan qönçəyə baxan kimi.  
Qızlıq  həyatı  burada  çox  qısa  olur.  12  yaşından 
sonra gənc qızlar artıq həddi –buluğa çatmış sayılır. Və 
onların  sifəti  insanların  gözü  qarşısında  bürünür. 
Haradadır ki, o gözəl sifət ki, ona həvəslə baxmasınlar? 
Xoşa gəlmək istəyi təbii və insana xas olan bir şeydir. 
Və  kiminsə  yoluna  qeyri  –  təbii  maneələr  qoyulursa, 
onda  təbiət  özü  onun  qayğısına  qalır  ki,  yəni  o  buna 
naz  etməsin.  Ancaq  Şərqdə  qızlar  bu  cür  qeyri  –təbii 
maneələrə  hər  addımda  rast  gəlirlər  və  onlar 
aşikarlıqda  etmək  istədiklərini  vətənlərinin  adət  - 
ənənələri qadağan etdiyi üçün bunları gizli və ya hiylə 
ilə  əldə  etməyə  məcbur  olurlar.  Beləliklə,  burada  əsl 
qadın səxavəti inkişaf edə bilməz və bunun üçün nələr 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə