MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə47/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   43   44   45   46   47   48   49   50   ...   54

    Nəzakət Əliyeva 
 
 
192 
«Bu  çox  sadə  baş  verdi.  Sən  özün  mənim 
mənzilimə  gedib  gəlmisən,  küçələrə,  səkilərə  yaxşı 
bələdsən.  Ay  işığında  evlərin  damında  görünən  qızlar 
söhbətlərə, nəğmələrə qulaq asırdılar. Bu küçələr mənə 
gənclik  məhəbbətini  xatırladırdı,  Züleyxanın  gözəl 
siması  gözlərim  önündə  canlanırdı.  Ertəsi  gün  evə 
gedərkən  bir  evin  damında  Züleyxaya  bənzər  gözəl 
qamətli  bir  qız  gördüm.  O  mənə  tərəf  baxırdı.  Mən 
onun  gözəlliyindən  sehrlənib  yerimdə  dondum.  Qız 
bunu hiss edən kimi gözdən itdi. Başımda və ürəyimdə 
bir  ağırlıqla  evə  çatıb  yatağa  uzandım.  Bütün  gecə 
rahatlıq  tapa  bilmədim.  Gözümə  yuxu  gedən  kimi 
Züleyxanı  yuxuda  görürdüm.  Ancaq  tezliklə  onun 
surəti  döngədəki  evin  damındakı  gözəl  qızla  əvəz 
olunurdu. Ertəsi gün evə qayıdanda yenə həminki kimi 
etdim və o gecə daha narahat yatdım. Səhəri gün mən 
öz-özümə  dedim:  “Mirzə  Şəfi,  sən  öz  qəlbini  örtüklə 
bürüyüb  gizlətmək  istəyirsən?  Axı  sən  vurulmusan! 
Hardasa  yanan  bir  evi  söndürməyə  tələssən,  sən  özün 
alovlara  qərq  olarsan.  Ürəklə  bu  tam  əksinədir.  Onu 
söndürməyə su lazım deyil. Əgər ürək alovlanırsa, onu 
müalicə  etmək  lazımdır.  Çox  günlər  keçdi.  Dördüncü 
günün  sonunda  mən  evin  damında  gözəl  qızı 
görməyimə  çox  xoşbəxt  oldum.  Mən  evlə  üzbəüz  elə 
dayandım ki, o gözəl simanı tam görüm. Xoşbəxtliyin 
bir anı əbədiyyətə,  əbədiyyət isə bir ana çevrilir. Mən 
bilmədim  ki,  nə  qədər  vaxt  dayanıb  o  gözəli  seyr 
etdim.  O  sanki  yuxu  xəyalı  kimi  qarşımda  durdu  və 
sonra  yox  oldu.  Qısa  bir  vaxtdan  sonar  -  deyə  Mirzə 
Şəfi  davam  etdi  -  mən  ona  nəğmə  oxumaq  üçün 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
193 
əlverişli  fürsət  tapdım.  Mahnı  yarıya  çatanda  o  biri 
evlərin  damlarında  çoxlu  qadınlar  göründü.  Mənim 
gözəlim qorxmuş halda mənə getməyə işarə verdi. Mən 
buna əməl etdim, ancaq getməmişdən onun ayaqlarına 
gül atdım. 
Ertəsi  gün  axşam  mən  yenə  onu  həmin  saatda 
orada  gördüm.  O  üzü  örtülmüş  halda  damda 
dayanmışdı.  Mən  yavaşca  evin  yanından  keçəndə, 
birdən  yaşlı  bir  qadın  mənə  yaxınlaşıb  dedi:  «Mirzə 
Şəfi,  məni  uzaqdan  izlə!».  O  mənim  adımı  bilirdi, 
əlbəttə, bu mənim gözəlimin elçisi idi. Mən onu sakitcə 
izlədim. Bir azdan kiçik və yalnız bir komanın yanına 
çatdıq. O içəri keçdi və mənə də əl edib çağırdı. İçəridə 
on-on iki yaşlı qızlar oturub əl işləri görürdülər. Qadın 
onları  bayıra  təmiz  hava  almağa  göndərdi.  Mən  bu 
qoca qadınla tək qaldım. 
«Mirzə Şəfi, - deyə o sözə başladı- əgər mən sənə 
yaxşı  xəbər  versəm,  sən  mənə  nə  verərsən?  Sənin 
taleyin  mənim  sözümdən  asılıdır.“Mən  nəyim  varsa, 
ona verdim və başqa şeylər edəcəyimə vəd verdim. O 
mənə  bu  gənc  xanımın  (onun  adı  Hafizə  idi)  salamını 
və  diqqətini  çatdırdı.  Bir  də  onu  dedi  ki,  Hafizənin 
atası  qoca  pulgir  bir  tacirdir,  bir  çox  elçiləri  rədd 
etmişdir.  Çünki  o  çox  böyük  kəbin  (başlıq)  pulu 
istəyirdi. 
Sonrakı  dəfə  görüşəndə  mən  qoca  qadınla  bir 
plan qurdum.  Bizim planımıza görə mən qadın paltarı 
geyinib  və  lazımı  şeyləri  götürməliydim.  Ertəsi  gün 
axşam mən paltarımı dəyişmiş  halda Hafizənin evinin 
qarşısında iki dəfə vurulmuş kişilərdən danışdım…». 


    Nəzakət Əliyeva 
 
 
194 
«Bəs sənin saqqalın səni ələ vermirdi?». 
«Mən türk qadınları kimi üzümü yaylıqla tamam 
örtmüşdüm,  yalnız  gözlərim  görünürdü.  Yaylığın 
üstündən  örpək  və  bütün  bədənimi  isə  ağ  çadra  ilə 
örtmüşdüm.  Bu  yolla  mən  hər  axşam  Hafizə  ilə  rahat 
söhbət  elə  bilirdim.  Mənim  mahnılarım  və  görüşlərim 
onun  mənə  olan  məhəbbətini  artırırdı  və  biz  birlikdə 
unudulmaz  vaxtlar  keçirirdik,  o  vaxta  qədər  ki, 
Hafizənin  anası  bizim  sirrimizi  öyrəndi.  O  mənim 
Hafizə  ilə  söhbət  edərkən  səs  ahəngimdən 
şübhələnərək  aşkar  etdi.  Qorxmuş  Hafizə  heç  nəyi 
inkar  edə  bilmədi.  Qızının  göz  yaşları,  mənə  olan 
qızğın məhəbbəti və ən nəhayət, mənim şeirlərim onun 
ana ürəyini tərpətdi. Mənim şerlərimi oxuduqdan sonra 
onun  nifrəti  dostluğa  çevrildi.  İndi  mən  bir  elçi  tapıb, 
onun  atasının  yanına  göndərməli  idim.  Qocanın  nə 
mənim fikirlərimə və şeirlərimə heç marağı da yox idi. 
Toy isə mən kəbin (başlıq) pulunu verəndən sonra baş 
tutacaqdı». 
Bu  qədər  Mirzə  Şəfi.  Mən  qısa  müddətdə  Tiflisi 
tərk  etməli  oldum.  Mən  bu  Gəncə  aliminə  arzularının 
həyata keçməsini dilədim. 
Konstantinopolda  mən  ondan  qısa  bir  məktub 
aldım.  O  yazırdı  ki,  gimnaziyada  deyil,  bir  qarnizon 
məktəbində  yaxşı  bir  iş  almışdır,  başqa  mənbələrdən 
öyrəndim  ki,  o,  öz  borcunu  böyük  vicdanla  yerinə 
yetirir.  Bir  az  bundan  sonra  mən  başqa  məktub  aldım 
və  Mirzə  Şəfinin  öz  xoşbəxtliyinə  çatmağına  az 
qalmışdı.  Hafizənin  atası  öd  kisəsinin  qızdırmasından 
vəfat etmişdi. Anasının isə onların birləşməsinə heç bir 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
195 
etirazı  yox  idi.  Ancaq  onun  atasının  yazdığı  adi 
vəsiyyətnamə  vaxtın  bir  qədər  də  uzanmasını  tələb 
edirdi. Bu arada alim öz çalışqanlığı və qənaətcilliyi ilə 
xeyli  pul  toplaya  bildi.  Bu  pula  o  nişanlısına  hədiyyə 
və toy xərclərini hazırladı. 
Mən  mehriban  oxucularıma  bu  hekayənin 
sonunun yaxınlaşdığını və toyun özü haqqında aldığım 
məlumatlardan qısaca şərh verirəm: 
Matəm vaxtından səkkiz gün sonra Mirzə Şəfi öz 
qoca qohumunu Hafizənin anasının yanına göndərdi və 
nişan gününü müəyyənləşdirdi. Bu günü farslar şirini-
xuran, yəni şirniyyatların yeyilməsi adlandırırlar, çünki 
nişanlı oğlan qızın evində nişana toplaşmış valideynləri 
və qohumları şirin peçenye, qənd və mürəbbəyə qonaq 
etməli  idi.  Qadınlar  otağın  ortasında  kişilərdən  aralı 
otururlar  və  məcməyidə  çoxlu  şirniyyatlar  stolun 
üstünə  qoyulur.  Kişilər  və  qadınlar  uzun  müddət 
ayaqlarının  üstü  örtülmüş  halda  oturur  və  elə 
görünürlər ki, birinin o birinin mövcudluğundan xəbəri 
yoxdur,  xeyli  sonra  bir-birlərini  salamlayır  və  birgə 
musiqidən  həzz  alırlar.  Belə  yerlərdə  ən  çox  işlənən 
musiqi alətləri bunlardır; saz, çəngir, qaval və nağara; 
bunların  birlikdə  səslənməsindən  həqiqətən  (avropalı 
üçün) ürək-və qulaqyırtan səslər  əmələ gəlir ki, bu da 
farslar  və  tatarlar  üçün  ən  əyləncəli  bir  konsertdir. 
İnsanların  zövqlərinin  ilk  təsir  və  vərdişləri  o  qədər 
güclü  olur  ki,    vətənlərindən  uzaqlara  və  Peterburqa 
köçmüş  gənc  asiyalılar  öz  vətənlərinə  geri  qayıdanda 
öz  rəqslərini  qaval  və  nağara  ilə  dinləməkdən 
doymurlar. 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə