MiRZƏ ŞƏFİ ŞƏrq qərb araşdirmalarinda


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə53/54
tarix14.06.2018
ölçüsü2,91 Kb.
#48870
1   ...   46   47   48   49   50   51   52   53   54

Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
217 
Can dər kəf-o çeşm bər rah.  
Baz  ay, baz  ay, xorşide tələtət  benəma, pərde  əz 
cəmal  beqoşa,  məclese  hərifan  biyara.  Çe  caye  qətən 
əydihin?  
Dəst əz toronc əcəb nist nəşenaxtən boridən,  
Dər tare hər kəməndət səd sərboride dari!  
 
(Tərcümə)  
Həsb-Hal  
 
Yeni səfərə çıxan ayım!  
Sən mənim nəzərlərimdən uzaqlaşarkən, gözlərim 
bağrımdan yaş axıtdı.  
Bu  bir  rəsmidir,  qaydadır,  səfərə  çıxanların 
dalınca su səpərlər.  
Ah, o zaman ki, gecə zülmət çökür! Aşiqin həlakı 
bu  ayrılıq  gecəsindədir.  Ah,  o  zaman  ki,  gündüz 
cilvələnir! Ömür səadəti bu vüsal gündüzündədir.  
 
Hicran gecəsin möhnətini gər görə kafir,  
Şək yoxdu ki, inkar eləməz ruzi-qiyamət.  
Gər zahidi xudbin bilə zövqini vüsalın.  
Cənnət tələbidən nə bulur qeyri-indamət?  
 
Dostların ayrılıq zamanı bir-birilə vidalaşması bir 
rəsmdir qədim, məşuq ətvari bir adətdir kərim. Bəs nə 
üçün o laf oldu, bu xilaf?  
Ey şəhərin məşhur gözəli, nə üçün şəhərdən şəhərə  
                                                                 üz tutdun.  
O bədirlənmiş ay kimi dolanıb (uzaqlaşıb) hilalə  


    Nəzakət Əliyeva 
 
 
218 
                                                                   döndün?  
Səndən uzağa düşəndən bəri göz beləcə ciyər qanı  
                                                                       axıdır.  
Sənin üzünü doğrudan da, xəyaldan başqa qeyri  
                                         yerdə görmək olmazmış!  
 
Hansı yolun torpağı sənin al kəhərinin ayaq tozu 
sayəsində  uca  fələyə  qalxmışdır,  hansı  yol  ayrıcına 
müşk qoxuyan tellərinin ətri üçün Çin səhrası paxıllıq 
etməyə başlamışdır?  
 
Sən yəhər üstündə bu cilvələnən gözəlliyin, bu  
                                                           vüqarınla,  
Bu şəklü şəmayillə haraya ayaq qoysan,  
Uca fələk həsədindən sənin qulağı sırğalı qulamın  
                                                                         olar,  
Yer isə, itaətindən öz alnına nökərçilik damğası 
                                                                      vurar.  
 
Bu  məsəl  qələtdir  ki,  deyərlər  gözdən  gedən 
könüldən  gedər.  Madam  ki,  gözdəydin,  gözdə  idin. 
Indi ki, gözdən getdin, könüldəsən.  
 
Göz ağlar kim, səni görməz, könül xüd səndən  
                                                            ayrılmaz,  
Məgər cismi-lətifin nazəninim, sərbəsər candır?  
 
Orda ki, könül aydınlığı var, nə dua, nə səlam
Orda ki, məhəbbət peyki var, nə qasid, nə pəyam!  
 


Mirzə Şəfi Şərq-Qərb araşdırmalarında 
 
 
219 
Sənin vəsl otağına səba necə yol tapa bilər ki,  
Oraya keçmək üçün mənim xəyal qasidim belə,  
                                                              acizdir!  
 
Tərkibi-vücudum iqtizayi-vüsali-mehrinlədir və 
ədəm imkanım qibleyi-fəraqi-qəhrinlə.  
 
Məni eşqin oduna yandırdın,  
Çünki gördün yanıram, yan durdun.  
 
Qayıt, qayıt ki, sənsiz nə gözdə nur, nə könüldə 
sürur var.  
 
gülməyə bir həvəsim, nə söhbətə meylim  
Nə oturmağa qərarım, nə getməyə taqətim qalmış.  
Nə səbr etmək qüdrətim, nə ah çəkmək qüvvətim var  
Canım dodağımda, gözüm yollardadır.  
 
Qayıt,  qayıt  öz  günəş  camalını  göstər,  üzündəki 
pərdəni  at,  aşiqlər  məclisini  ziynətləndir.  Nə  əlini 
kəsmək yeridir?  
 
Əllə  turuncu  bir-birindən  seçməyib,  kəsmək 
təəccüblü bir şey deyil,  
Sənin kəməndinin hər bir telində yüz başıkəsilmiş 
qərar tutmuşdur.  
 
 
 
 


    Nəzakət Əliyeva 
 
 
220 
QEYDLƏR VƏ ĠZAHLAR  
 
Səh  41.  İbn  Yəmin  Əmir  Fəxrəddin  Mahmud- 
XIII  əsr  şairlərindəndir.  Yaxın  Şərq  poeziyasında  qitə 
ustadı  kimi  tanınır.  İbn  Yəminin  atası  Azərbaycan 
Elxanilər sülaləsinə mənsub dövlət xadimi və görkəmli 
türk  sərkərdəsi  olmuşdur.  O,  Elxanilər  tərəfindən 
Nişapura  dövlət  vəzifəsinə  göndərilmiş,  Fəxrəddin 
Mahmud da burada anadan olub, böyümüşdür.  
 
Səh. 53. Mirzə Hacı Ağası – Fətəli şahdan sonra 
hakimiyyət  başına  keçmiş  Məhəmməd  şahın  (1830-cu 
illər) sədr-əzəmi-baş naziri olmuşdur. Hacı Ağası İran 
tarixində  ən  qəddar  və  müstəbid  dövlət  başçılarından 
olmuşdur.  Rus  səyyahı  Beryozin  onu  “İran  Rişelyesi” 
adlandırmışdır.  Mirzə  Şəfinin  almanca  əsərləri 
içərisində ona yazılmış bir neçə şeri var.  
 
Səh.  59.  Qəzəli  ilk  dəfə  1926-cı  ildə  Səlman 
Mümtaz  nəşr  etdirmişdir.  (Bax:  Səlman  Mümtaz 
“Mirzə  Şəfi  Vazeh”,  Bakı,  1926.  Azərbaycan  Elmlər 
Akademiyası  yanında  Respublika  Əlyazmaları  Fondu, 
inv № 18814).  
 
Şairin kitabda 87, 88, 94, 96, 98-ci səhifələrində 
verilən:  
 
“Nə qədər kim, fələyin sabitü səyyarəsi var”,  
“Ey nəzakət çəməni içrə xuraman Süsəni”,  
“Hər zəman kan qədde bala ze nəzər miqozərəd”,  


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə