Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   6   7   8   9   10   11   12   13   ...   25
    Bu səhifədəki naviqasiya:
  • onun f

29 

 

II FƏS L 



AZƏRBAYCAN RESPUBL KASININ AVROPA B RL Y   LƏ 

Ə

MƏKDAŞLIĞININ MÖVCUD VƏZ YYƏT  VƏ Q YMƏTLƏND R LMƏS  



II. 1. Avropa Birliyi və onun fəaliyyət prinsiplərinin təhlil edilməsi 

Dünya  birliyində  geosiyası  və  iqtisadi  hökmranlıq  uğrunda  rəqabət 

mübarizəsi ən çox Birləşmiş Ştatlarla Qərbi Avropa arasındadır. Ayrı-ayrı ölkələrin – 

AB üzvlərinin (AFR, Fransa, Böyük Britaniya və  taliya) maliyyə-kredit sistemlərinin 

analizi Avropanın inteqrasiya birliyinin əsas struktur elementlərinin xüsusiyyətlərini 

müəyyənləşdirməyə  imkan  verir.  Lakin  Avropa  Birliyi  bir  çox  hallarda  dünya 

maliyyə  bazarında  özünün  institusional  və  hüquqi  formaları  olan  müstəqil  iştirakçı 

kimi çıxış edir. Həm də beynəlxalq iqtisadi münasibətlər sistemində ayrı-ayrı Avropa 

dövlətlərinin  rollarının  minimallaşdırılması  tendensiyası  nəzərə  çarpır.  Bu  ölkələr 

arasında  iqtisadi,  hüquqi  və  digər  sərhədlərin  silinməsi  isə  nəticədə  onun  vahid 

maliyyə-kredit sistemi olan bir dövlət kimi nəzərdən keçirilməsinə gətirib çıxarır. 

Avropa Birliyinin iqtisadi inkişaf templəri pozitiv stabilliyi ilə fərqlənir. Əgər 

1996-cı ildə real ÜDM-in artımı 1,6% təşkil edirdisə, 2000-ci ildə bu göstərici 3,4%-ə 

çatmışdır. Lakin 2001-ci ildə iqtisadi artım tempi 1,5%-ə enmiş, 2002-ci ildə 0,9%, 

2003-cü  ildə  1,9%  təşkil  etmişdir.  Avropa  Birliyinin  makroiqtisadi   göstəricisinin 

analizində,  adətən,  “avro  zonasına”daxil  olan  daha  inkişaf  etmiş  dövlətlərin  analoji 

parametrlərini  ayrıca  nəzərdən  keçirirlər.  Bunlar  daha  sıx  iqtisadi  inteqrasiyaya 

çatmış  və  nəticədə  vahid  valyutanı  tətəbiq  etmək  imkanına  malik  olmuş  ölkələrdir. 

Yuxarıda  adı  çəkilən  15  ölkədən  yalnız  üçü  “avro  zonasına”daxil  olmur.  Bunlar 

Böyük Britaniya, Danimarka və  sveçdir. 



 Cədvəl II.1 

Avropa Birliyində və “avro zonasında”real ÜDM-un artımı, əvvəlki ilə nəzərən %-lə 

  

 



 

Avropa  Birliyində,  xüsusilə  “avro  zonasında”istehlak  qiymətlərinin orta  illik 

artımı yüksək olmasa da, 2% həddini – Avropa mərkəzi bankının monetar siyasətinin 

istiqamətini  aşmırdı.  Əgər  1996-cı  ildə  “avro  zonasında”inflyasiya  sürəti  2,2  %, 

 

1994  1995  1996  1997  1998  1999  2000  2001  2002  2003 



AB 

Avro zonası 

2,8 

2,4 


2,4 

2,2 


1,6 

1,4 


2,5 

2,3 


2,9 

2,9 


2,8 

2,8 


3,4 

3,5 


1,5 

1,4 


0,9 

0,8 


1,9 

1,8 



30 

 

1997-ci ildə 1,6 %, 1998 və 1999-cu illərin hər birində 1,1%, 2000-ci ildə 2,1% idisə, 



2001 və 2002-ci illərdə bu göstərici 2,3%-dən çox təşkil etmişdir. 

Avro  Birliyi  ölkələrində əmək  bazarının vəziyyəti  kifayət  qədər  çətindir. 

Ayrı-  ayrı  Avropa  ölkələrində,  məsələn,  AFR-də,  Fransada  və  Italiyada  işsizliyin 

yüksək  səviyyəsi  səbəbindən,  1990-cı  illərdə  AB-də  bu  göstərici  çox  yüksək  olmuş 

və işçi qüvvəsi sayının 10%-ni üstələmişdir. Yalnız 1998-ci ildə işsizlik səviyyəsinin 

azalma  tendensiyası  qeyd  olunmuş  və  2002-ci  ildə  bu  göstərici  artıq  7,6%  təşkil 

etmişdir

 . 


 Cədvəl II.2 

ş

sizliyin səviyyəsi, işçi qüvvəsinin sayının % tərtibi ilə

 

 

  

 

Beynəlxalq  əmək  bölgüsündə  və  beynəlxalq  ticarətdə  Avropa  Birliyinin 



iştirakı çox böyükdür və aşağıdakı göstəricilər də bunu sübut edir. Dünya ticarətində 

AB-nin payı 39,1%, ÜDM-də ixracatın payı 10,2% təşkil edir, ticarət dövriyyəsinin 

nəzərə  alınması  şərti  ilə  birlik  daxilində  bu  ölkələrin  ÜDM-də  ixracat  payı  orta 

hesabla  30%-ə  çatır.  Son  göstərici  ilə  ölçülə  bilən  iqtisadiyyatın  açıqlıq  səviyyəsi 

AB-nin  bəzi  ölkələrində  daha  yüksəkdir.  Məsələn,  Belçikada  və  Irlandiyada  bu 

göstərici   60%-i  üstələyir.  “Avro  zonası”ölkələrində  mal  və  xidmətlərlə  xarici 

ticarətin  aktiv  saldosu  2000-ci  ildə  46,3  milyard  avroya  qədər  azalmışdır.  Əvvəlki 

ildə  bu  göstərici  71,6  milyad  avro  olmuşdur.  Bu  ölkələr  qrupunda  həmin  göstərici 

2002-ci  ilin  üçüncü  rübündə  ÜDM-in  3,1%-ini  təşkil  etmişdir.  Avropa  Birliyinin 

bütün  ölkələrinə  gəlincə,  nəzərdən  keçirilən  dövrdə  mal  və  xidmətlərin  xarici 

ticarətinin  aktiv  saldosu  ÜDM-in  2,1%-inə  çatmışdır.  Malların  xarici  ticarətinin 

saldosu müsbət olaraq qalmış, lakin daha əhəmiyyətli şəkildə – 51,2 milyard avrodan 

12,6  milyard  avroya  qədər  azalmışdır.  2002-ci  ilin  noyabrında  isə  “avro 

zonası”ölkələrinin  ticarət  balansının  profisiti  9,9  milyard  avro  təşkil  etmişdir. 

Bununla  belə,  AB-də  analoji  göstərici   daha  az  0,8  milyard  avro  idi.  “Avro 

zonası”ölkələrinin  ödəniş  balansının  cari  əməliyyat  hesabının  kəsiri  investisiya 

1993 

1994  1995  1996  1997  1998  1999  2000  2001  2002 



10,1 

10,5 


10,1 

10,2 


10,0 

9,4 


8,7 

7,8 


7,4 

7,6 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə