Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

31 

 

gəlirlərinin və cari transfertlərin qarşılıqlı hərəkətinin mənfi saldosunun yüksək məb-



ləğləri  ilə  şərtlənmiş  və  1999-cu  ildə  ÜDM-in  0,1%-indən  2000-ci  ildə  0,4%-inə 

qədər artmışdır. 

Ümumilikdə,  Avropa  Birliyinin  dünya  maliyyə-kredit  münasibətləri 

sistemində  rolu  və  yeri  AB-nin  ayrı-  ayrı  ölkələri  tərəfindən  vahid  pul  vahidi  - 

avronun  tətbiqindən  sonra  əsaslı  şəkildə  dəyişdi.  Avropa  Birliyi  dövlətlərinin  atdığı 

və  presedenti  olmayan  bu  addım  Avropada  iqtisadi  inteqrasiya  prosesinin  son 

məqsədlərindən biridir. Hələ birliyin özündən də əvvəl yaranmış Avropa Biriliyi pul 

sisteminin əsas hissəsi avrodur. 

Avropa  Birliyinin  əsas  fəaliyyət  prinsiplərini  tətqiqatçılar  aşağıdakı  kimi 

qruplaşdırırlar: 

1.

 Milli  və  ümumi  maraqlar  arasında  balans  yaradan  dövlətlərarası  və 



dövlətüstü qurumların mövcudluğu; 

2.

 Avropa  Birliyi  institutu  ilə  milli  dövlətlər  arasında  dəqiq  səlahiyyət 



bölgüsü; 

3.

 Qəbul olunan qəraraların müxtəlif təsnifatı (məcburi və tövsiyyəvi qərarlar, 



qərarların icrası vasitəsinin dövlətlər tərəfindən azad seçimi və s.); 

4.

 Birlik  qərarlarının  üstünlüyü  prinsipi  (bu  hər  sahə  üzrə  dövlətlərərarası 



müqavilələrlə təsdiqlənir); 

5.

  nteqrasiya proseslərinin ölkələrin ictimaiyyəti tərəfindən dəstəklənməsi. 



AB-nin əsas fəaliyyət istiqamətləri bunlardır: 

 

Ə



dalət və Daxili işlər – Azad AB vətəndaşlarının AB sərhədləri daxilində 

hər  hansı  bir  yerdə  səyahət  etmə,  işləmə,  yaşama  haqlarına  təminat  verilmişdir.  Bu 

haqdan tam olaraq istifadə edə bilmək üçün insanların öz həyatlarını yönləndirmələri 

və  iş  təhlükəsizliklərini  təmin  etmələri  lazımdır.  nsanlar  beynəlxalq  qanun 

pozuntusuna qarşı qorunmalı və Birlik səviyyəsində təməl haqlarına hörmət etməli və 

ə

dalətdən  eyni  bərabərdə  faydalanmalıdırlar.  Bu  vəziyyət  Avropa  Birliyinin 



təhlükəsizlik, ədalət və azadlıq sahəsi yaratması üçün lazımdır. 

 

Araşdırma  və  Yenilik  –  AB  dünyanın  bütün  elmi  məlumat  qabiliyyətinin 



hardasa üçdə birini istehsal edir. Araşdırma və yenilik AB xalqlarının gözlədiyi rifah 


32 

 

və  həyat  səviyyəsinin  yüksəldilməsi  məqsədinə  xidmət  edir.  Ortaq  proqramlar  AB 



ölkələrinin  işlərini  birləşdirir.  Əsas  vasitə  altıncı  çərçivə  proqramıdır.  Bu  program 

üzv  ölkələr  və  digər  bəzi  ölkələr  və  Avropa  Birliyinin  öz  Ortaq  Araşdırma 

Mərkəzindəki araşdırmalar üçün fond yaradır. 

 

Balıqçılıq – AB balıqçılıq sənayesi cəmiyyətin ən vacib ərzaq və məşğulluq 



qaynaqlarından biridir. Bu səbəblə balıq ovlanmasının məhdudlaşdırılması lazımdır. 

AB  balıqçılıq  sektoruna  və  istehlakçılara  xeyir  vermək  məqsədi  güdən  ortaq  bir 

balıqçılıq siyasətinə sahibdir. 

 

Məlumat  cəmiyyəti  –  On  beş  il  əvvəl  mövcud  olmayan  mobil  telefonlar 



bugün  həyatımızın  ən  vacib  parçalarından  biri  halına  gəlmişdir.  nternet  müddətsiz 

məlumat  axışını  təmin  edir.  Yüksək  qabiliyyətli  digital  sistemlər  kimi  xidmətlər  və 

proqramlar təqdim edilərək əvvəllər ayrı olan yayım və telekommunikasiya dünyası 

bir yerə toplanır. Məlumat texnologiyasındakı bu inqilab evdə, işdə və məktəb və ya 

universitetlərdə  məlumat  cəmiyyətini  təşkil  edir.  AB  siyasətləri  və  fəaliyyətləri  bu 

inkişafı əvvəlcədən dəstəkləyir və yönləndirir. 

 

Regional  Siyasət  –  AB  dünyanın  ən  zəngin  bölgələrindən  biri  olmasına 



baxmayaraq regionlararası gəlir paylaşılması və fürsət qeyri-bərabərliyi  mövcuddur. 

Gəlirləri AB ortalamasından aşağı olan və 2004-cü ilin Mayında üzv olan ölkələr bu 

fərqliliyi  daha  da  dərinləşdirəcək.  Regional  siyasətlər  vasitəsilə  mənbələr  varlı 

regionlardan kasıb regionlara yönləndirilirlər. Beləliklə həm maliyyə həmrəyliyi, həm 

də güclü iqtisadi inteqrasiya təmin olunmuş olur. 

 

Büdcə – Berlinin Charlottenburg səmtindəki kiçik bir çörəkbişirmə zavodu 



ilə  Sloveniyanın  Jozef  Stefan  nstitutundakı  dil  müəllimləri  və  Krakow  Texnoloji 

Universitetindəki  araşdırma  mühəndisləri  ilə  Lissabonun  qatar  stansiyasının  ortaq 

hansı nöqtəsi ola bilər ki? Bunların hamısı AB büdcəsində fond təşkil ediblər. AB-nin 

illik  büdcəsinin  böyük  bir  qismi  Avropa  cəmiyyətinin  xeyrinə  istifadə  edilir.  AB 

büdcəsi  ətraf-mühitin  təmizliyi,  ərzaq  təhlükəsizliyi  və  xərçəng  araşdırmaları  kimi 

sahələrə tətbiq edilir. 

 

Ə

traf-mühit  –  Ətraf-mühitin  qorunması  bugünümüz  və  gələcək  nəsillərin 



həyat  səviyyəsi  üçün  əsas  şərtdir.  Ancaq  çətin  olan  bunu  iqtisadi  inkişaf  ilə  paralel 


33 

 

olaraq uzun müddətdə davam etdirə bilməkdir. AB ətraf-mühit siyasəti yenilik və iş 



fürsətlərini təşviq edən yüksək ətraf-mühit standartları üzərində qurulmuşdur. 

 

Xarici əlaqələr – AB-nin ticari, iqtisadi və maliyyə mövzularındakı uğurları 



onu bir dünya gücü vəziyyətinə gətirir. AB qlobal formada bir çox ölkə və regionu 

ə

hatə  edən  ikili  və  çoxtərəfli  anlaşmalar  silsiləsinə  sahibdir.  Dünyanın  ən  böyük 



ticarət həcminə sahib və dünyanın ikinci ən güclü pul toplusuna sahib olan AB beş 

qitədəki  yardım  layihələrinə  də  ayda  bir  milyard  Euro  xəcləyir.  Avropa  Birliyinin 

xarici  siyasətdə  söz  sahibi  olan  bir  vəziyyətə  gəlməsi  Birliyə  vacib  qlobal  öhdəlik 

qazandırır. 

 

Xarici  ticarət  –  AB  dünyanın  birinci  ticari  gücüdür  və  dünya  idxalat  və 



ixracat həcminin 20%-ini həyata keçirir. Varlı və kasıb ölkələrin qarşılıqlı maraqları 

çərçivəsində AB üzv ölkələr arasındakı sərbəst ticarəti 50 ilə yaxın bir müddətdir ki, 

uğurla öz üzərinə götürmüşdür. 

 

Tərbiyə,  Təhsil  və  Gənclər  –  Başqa  ölkələrdə  tərbiyə,  təhsil  və  iş 



mədəniyyətlərarası anlayışa böyük xeyir verir. Hər il yüz mindən çox Avropa Birliyi 

vətəndaşı  fərqli  mədəniyyətləri  tanımaq  imkanı  verən  və  AB  vətəndaşı  olmağın 

verdiyi  üstünlüklərdən  faydalanmağı  asanlaşdıran  AB  mənbəli  sərhədxarici 

proqramdan  faydalana  bilir.  Avropa  Birliyi,  eyni  zamanda,  milli  tərbiyə  və  təhsil 

səviyyəsinin  yüksəlməsini  təşviq  edir,  çünki  bu  sahələr  iş  və  inkişaf  üçün  çox 

lazımlıdır. 

 

Enerji  –  Neft  qıtlığı  və  enerji  çatışmazlığı  az-az  meydana  gəlir,  lakin  bu 



vəziyyət  də  enerjiyə  həyatın  hər  sahəsində  ehiyac  duyulduğunun  xatırladıcısıdır; 

nəqliyyat  üçün,  mənzilləri  qış  mövsümündə  isitmək,  yay  mövsümündə  soyutmaq 

üçün, fabrikləri, şirkətləri, mülkləri işlətmək üçün enerjiyə ehtiyac vardır. Ancaq bir 

çox  enerji  mənbəyi  tükənmişdir.  Ancaq  enerji  istifadəsi  çirklənmə  mənbələrindən 

biridir. Yeridilə bilən inkişaf neftin daha az və ağıllı istifadəsi zamanı baş verə bilər. 

 

qtisadi  və  Pul  əlaqələri  –  Davam  edə  biləcək  bir  böyümə  və  Avropa 



Birliyində yaşam yarada bilmək üçün üzv ölkə hökumətləri iqtisadiyyatlarını sağlam 

iqtisadi  idarəetmə  təməllərində  qurmalıdırlar.  Ortaq  pul  siyasəti  bu  müddətin  bir 

parçasıdır. 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə