Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə18/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   14   15   16   17   18   19   20   21   ...   25

51 

 

müqavilənin  imzalanması  Azərbaycanın  xarici  siyasətinin  ən  uğurlu  səhifələrindən 



biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb 

edən  bu  müqavilə  Azərbaycanın  Avropa  strukturları  və  institutları  ilə  əlaqələrinin 

genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır. 

Müqaviləni imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 

1999-cu il iyunun 22-dən qüvvəyə minən və ümummilli lider Heydər Əliyevin imza 

atdığı  bu  saziş  tərəflər  arasında  yüksək  səviyyəli  əməkdaşlığın  təşəkkül  tapmasını 

təsdiqləyir.                                      

mzalanan TƏS-də müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi 

münasibətlərin  inkişafının  təmin  edilməsi,  Azərbaycanda  demokratiyanın 

möhkəmlənməsi, iqtisadi inkişaf, bazar iqtisadiyyatına keçid məqsədilə bəzi struktur 

islahatların  aparılması,  ticarət  və  investisiyanın  inkişafı,  iqtisadi,  sosial,  maliyyə, 

elmi-texniki  və  mədəni  əməkdaşlıq  məsələləri  nəzərdə  tutulmuşdur.  Bu  məsələlərin 

təmin edilməsi üçün Azərbaycan qanunvericiliyinin Avropa  ttifaqı qanunvericiliyinə 

uyğunlaşdırılması sahəsində geniş iş prinsipləri müəyyənləşdirilmişdir. 

“Saziş”də  nəzərdə  tutulur  ki,  Əməkdaşlıq  Şurası  Avropa  ttifaqı  ilə 

Azərbaycan  arasında  əməkdaşlığın  əsas  istiqamətlərini  müəyyənləşdirir  və  qarşıya 

qoyulan məqsədlərə nail olmaq üçün lazımi tədbirləri həyata keçirir. Bundan başqa, 

fəaliyyət göstərən Əməkdaşlıq Komitəsi Şuranın tövsiyələrinin həyata keçirilməsinə 

nəzarət edir. 

Komitənin  nəzdində  ticarət  və  sərmayə  qoyuluşu  ilə  əlaqədar  müzakirələr 

aparmaq məqsədilə Xüsusi Alt Komitə yaradılmışdır. Avropa  ttifaqı ilə Azərbaycan 

arasında  energetika  və  nəqliyyat  məsələləri  üzrə  ayrıca  Alt  Komitə  də  təsis 

edilmişdir.  Bununla  yanaşı,  dövlət  qurumlarının  fəaliyyətini  əlaqələndirmək  üçün 

Azərbaycan Respublikası ilə Avropa  ttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq üzrə 

Dövlət Komissiyası yaradılmışdır. 

2004-cü  il  mayın  17-19-da  Azərbaycan  Respublikasının  Prezidenti  lham 

Ə

liyevin  Brüsselə  rəsmi  səfəri  zamanı  Avropa  ttifaqına  on  üzvün  qoşulması  ilə 



ə

laqədar  olaraq  “Tərəfdaşlıq  və  Əməkdaşlıq  haqqında  Saziş”ə  Əlavə  Protokol 

imzalanmışdır. 



52 

 

Tərəfdaşlıq  və  Əməkdaşlıq  haqqında  Sazişin  43-cü  maddəsinə  əsasən 



Azərbaycan  Respublikasının  qanunvericiliyin  uyğunlaşdırılması  sahəsində  üzərinə 

götürdüyü  öhdəliyinin  icra  edilməsi  məqsədilə  Avropa 

ttifaqının  hüquq 

ekspertlərinin  dəstəyi  ilə  “Azərbaycan  qanunvericiliyinin  Avropa  ttifaqının 

qanunvericiliyinə  uyğunlaşdırılması  üzrə  2010-2012-ci  illər  üçün  Tədbirlər  Planı” 

hazırlanmış  və  Azərbaycan  Respublikasının  Avropaya  inteqrasiyası  üzrə  Dövlət 

Komissiyasının 23 oktyabr 2009-cu ildə keçirilmiş 3-cü iclasında təsdiq edilmişdir. 

Avropa  ttifaqının  Azərbaycanla  əlaqələri  təkcə  TRASEKA  layihəsi  və 

“Tərəfdaşlıq  və  Əməkdaşlıq  Sazişi”  çərçivəsində  deyil,  həm  də  Cənubi  Qafqazda 

həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, eyni zamanda bölgədə sülhün 

və sabitliyin təmin olunmasına dair digər proqramlar çərçivəsində reallaşır. 

Avropa  ttifaqı öz nümayəndəsini 1998-ci ildə Azərbaycana göndərmiş, 2000-

ci  ildə  isə  Brüsseldə  Azərbaycanın  Avropa  ttifaqında  Daimi  Nümayəndəliyi 

açılmışdır.  Bundan  əlavə,  2008-ci  il  fevralın  4-dən  Bakıda Avropa  Komissiyasının 

Azərbaycan Respublikasındakı Nümayəndəliyi  fəaliyyət göstərir. 

 Cənubi  Qafqazda  mövcud  olan  münaqişələrin  aradan  qaldırılması,  o 

cümlədən  Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  probleminin  həlli,  region 

dövlətləri arasında vahid əməkdaşlıq və təhlükəsizlik sisteminə inteqrasiya mühitinin 

yaradılması da Avropa  ttifaqının əsas şərtlərindəndir. 

2003-cü  il  iyulun  7-də  Avropa  ttifaqı  Cənubi  Qafqaz  üzrə  Xüsusi 

nümayəndəsini  təyin etməsi  təşkilatın  regionda  fəallığının  artmasını  göstərən  addım 

kimi  qiymətləndirilməlidir.  Eyni  zamanda,  Avropa  Parlamenti  də  Cənubi  Qafqazda 

təhlükəsizliyin  təmin  edilməsinə  mane  olan  Ermənistan-Azərbaycan  münaqişəsinin 

nizama salınmasının vacibliyini bildirmişdir. 

Azərbaycan Prezidenti  lham Əliyevin 2004-cü il mayın 19-da Brüsselə səfəri 

Azərbaycanın  Avropa  ttifaqı  ilə  münasibətlərində  tamamilə  yeni  mərhələ  oldu  və 

ölkəmizin  adı  çəkilən  ttifaqla  “Yeni  qonşuluq  siyasəti”  proqramı  çərçivəsində 

genişmiqyaslı əməkdaşlığına dair razılaşmalar əldə edildi. 

Avropa  ttifaqının  region  dövlətləri  ilə  həm  ikitərəfli,  həm  də  regional 

inteqrasiya  kontekstində  çoxtərəfli  münasibətlər  qurması  və  gələcəkdə  onların 




53 

 

təşkilatla daha sıx əməkdaşlığı üçün ciddi fəaliyyət göstərməsi nəticəsində son illərdə 



adı  çəkilən  təşkilat  öz  sərhədlərini  bir  qədər  də  genişləndirmişdir.  Bununla  da, 

sərhədləri  genişlənən      ttifaq  Avropada  yeni  qonşular  qazanmış  və  2003-cü  ildə 

“Daha geniş qonşuluq: Şərq və Qərb qonşularla yeni çərçivə təşəbbüsü” adlı proqram 

qəbul  etmişdir.  Avropa  ttifaqının  xarici  işlər  nazirləri  2004-cü  ilin  yanvarında  üç 

Cənubi  Qafqaz  respublikasını  bu  təşəbbüsə  qoşmaq  üçün  Avropa  Komissiyasına 

təkliflər hazırlamaq haqqında tapşırıq vermişlər. 

2004-cü il mayın 12-də Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə dair 

Strategiya sənədini qəbul etdi. Adı çəkilən sənəddə Avropa Komissiyası Azərbaycan, 

Gürcüstan və Ermənistanın bu siyasətə daxil edilməsi üçün Avropa  ttifaqı Şurasına 

tövsiyə  etmişdir.  2004-ci  il  iyunun  14-də  Avropa  Komissiyasının  tövsiyəsinə 

təşkilatın  Ümumi  Məsələlər  və  Xarici  Əlaqələr  üzrə  Şurasında  baxılmış  və  Şura 

 Cənubi Qafqaz dövlətlərini qeyd edilən siyasətə daxil etməyi qərara aldı. 

 Qonşuluq  Siyasətinin  strategiya  sənədinə  əsasən  Avropa  ttifaqının  tərəfdaş 

ölkələrlə  münasibətlərini  yaxın  gələcək  üçün  tənzimləyən  əsas  sənəd  Fəaliyyət 

planları  olacaqdır  ki,  bu  sənəddə  ttifaq  ilə  ikitərəfli  münasibətlərin  prioritetlərinin 

müəyyənləşdirilməsi nəzərdə tutulur. 

Avropa Qonşuluq Siyasətinə görə bu prioritetlər aşağıdakılar ola bilər: 

siyasi, iqtisadi və inzibati islahatların səmərəli şəkildə həyata keçirilməsi və 



birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişlərə nail olunması müqabilində 

tərəfdaşların tədricən Avropa  ttifaqının daxili bazarında müəyyən paya sahib olmaq 

imkanı; 

eyni  zamanda,  vətəndaşların,  əmtəənin  və  kapitalın  sərbəst  dövriyyəsini 



təmin etmək məqsədilə gələcək inteqrasiya prosesləri; 

Avropa  ttifaqı  ölkələri  ilə  daha  səmərəli  siyasi  dialoq  və  əməkdaşlıq, 



güzəştli  ticarət  əlaqələri  və  açıq  bazar,  miqrasiya,  investisiyaların  təşviqi  imkanları, 

yeni maliyyə mənbələri, Ümumdünya Ticarət Təşkilatına üzvlüyün dəstəklənməsi və 

s. 

Bununla  yanaşı,  Avropa  Qonşuluq  Siyasəti  tərəfdaş  ölkələr,  o  cümlədən 



Azərbaycan üçün mədəni, təhsil və ətraf mühit kimi sahələr üzrə əlaqələri təşviq edən 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə