Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

26 

 

4.  Daxili  və  xarici  ticarətin  təkmilləşdirilməsi,  ölkələrin  beynəlxalq  əmək 



bölgüsündə  fəal  iştirakı  nəqliyyat  və  infrastrukturun  yüksək  inkişaf  səviyyəsinə 

çatdırılmasından  da  asılıdır.  Təbii  olaraq  ölkənin  bütün  nəqliyyat  növlərindən 

istifadəyə eyni dərəcədə əhəmiyyət verməsi, beynəlxalq yükdaşımaların intensivliyini 

artırmaq üçün dünya vahid nəqliyyat sisiteminə qoşulması ölkənin tranzit ölkə kimi 

ə

həmiyyətini  artıracaqdır.  Ölkəmizin  əlverişli  coğrafi  mövqeyi,  Avropanı  Asiya  ilə 



birləşdirən  əsas  nəqliyyat  yollarının  buradan  keçməsi,  bir  sira  stratejı  əhəmiyyətli 

layihələrdə  ölkənin  fəal  iştirakı  son  dövrlər  nəqliyyatda  yükdaşımalarının  keyfiyyət 

və  kəmiyyətinə  müsbət  təsir  etmişdir.  Bu  gün  avtomobil  nəqliyyatı  sahəsində  özəl 

sektorun inkişafı, ölkə gəmiləri ilə yükdaşımaların səmərəli həyata keçirilməsi, ölkə 

ə

razisindən  neft  və  neft  məhsullarının  boru  kəməri  vasitəsilə  beynəlxalq  bazarlara 



ötürülməsı  və  dəmir  yolu  əlaqələrində  maneələrin  aradan  qaldırılması  daşınmaların 

həcminin artmasına da təsir etmişdir. 

Digər  tərəfdən,  müəssisələrin  xarici  ticarətlə  daha  fəal  məşğul  olmalarına 

yardımçı olan bəzi strukturların (lizinq şirkətlərinin, ixracata yardım fondu, ixracatçı 

birlikləri və s.) yaradılması da ölkənin ümumi ticarət dövriyyəsinin artmasına müsbət 

təsir edəcəkdir. 

5. Daxili və xarici ticarəti tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi və 

beynəlxalq  tələblərə  uyğunlaşdırılmasının  sürətləndirilməsi.  Ölkənin  beynəlxalq 

iqtisadi  əlaqələrinin  genişləndirilməsi,  dünya  təsərrüfat  sisteminə  inteqrasiyasının 

sürətləndirilməsi  və  beynəlxalq  əmək  bölgüsündə  fəal  iştirakı  bu  sahədə  mövcud 

qanunvericiliyin  beynəlxalq  standartların  tələblərinə  uyğunlaşdırılmasını  tələb  edir. 

Daxili bazarın qorunması fəaliyyətinin stimullaşdırılmasına yönəldilən tədbillər xarici 

ticarətin  tənzimlənməsi  sahəsində  görülən  işlərdən  bilavasitə  asılıdır.  Ölkəmizin 

dünya  təsərrüfat  sisteminə  sürətlə  qovuşduğu  bir  dövrdə  beynəlxalq  ticarət-iqtisadi 

təşkilatlarda  bərabər  hüquqlu  üzvü  kimi  istirakını  təmin  etmək  üçün  milli 

qanunvericiliyin  Ümumdünya  Ticarət  Təşkilatı  (ÜTT)  Avropa  qtisadi  Birliyi  və 

digər təşkilatların qanunvericiliyinə uyğunlaşdırılması vacib məsələlərdəndir. Müasir 

dövrdə  ölkəmizin  iqtisadi  inkişaf  strategiyasında  xarici  iqtisadi  fəaliyyəti  yenidən 

qurmaq,  təkmilləşdirmək  və  tənzimləmək  üçün  milli  iqtisadiyyatın  ixrac  yönümünə 



27 

 

uyğun  formalaşdırılması  və  idxalı  əvəz  edən  istehsal  sahələrinın  yaradılması 



məsələləri  başlıca  prioritetlər  olaraq  müəyyən  edilmişdir.  Bu  istiqamətdə  işlərin 

sürətləndirilməsi məqsədilə bir sıra fərmanlar imzalanmış, Dövlət Proqramları qəbul 

edilmiş və idarəetmə sahəsində təkmilləşdirmələr aparılmışdır. 

Göründüyü  kimi,  ölkələrin  beynəlxalq  əmək  bölgüsündə  fəal  fəaliyyəti  və 

xarici ticarət əlaqələrinin səmərəliliyinin artırılması yuxarıda qeyd olunan prinsiplərə 

ə

məl etməklə kompleks fəaliyyət proqramlarının hazırlanmasını və tətbiq edilməsini 



tələb edir. 

Xarici  ticarətin  inkişafın  dinamikası  və  meyllərinin  kompleks  tədqiqatı 

zamanı  ixrac-idxal  əməliyyatlarının  ölkə-coğrafi  strukrunun  öyrənilməsi  mühüm 

ə

həmiyyət  kəsb  edir.  Xarici  ticarətin,  xüsusilə  də  ixracın  coğrafi  strukturunun 



öyrənilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Xarici  ticarətin,  xüsusilə  də  ixracın 

coğrafiyasına  görə  xarici  ticarətin  münasibətlərindəki  prioritetlər  barədə  fikir 

yürütmək  olar.  Müstəqilliyin  ilk  illərdində  ənənəvi  ticarət  əlaqələrinin  coğrafi 

strukturunda  köklü  dəyişiklər  baş  verdi.  1990-2004-cü  illərdə  MDB  ölkələrinin 

ixracda  payı  92.3%-dən  17%-ə,idxalda  xüsusi  çəkisi  isə  71.5%-dən  34.3%-ə 

düşüb.Uzaq xarici ölkələrin Azərbaycanın xarici ticarət əlaqələrində payı isə müvafiq 

olaraq  7.7%-dən  83%-ə  və  28.5%-dən  65.7%-ə  yüksəlib.Göstəricilər  uzaq  xarici 

ölkələrin xarici ticarət münasibətlərində xüsusi çəkisinin dayanıqlı templərlə artdığını 

göstərir  ki,  buda  Azərbaycanın  xarici  ticarətinin  müstəqillik  illərində  nümayiş 

etdirdiyi xarakterik meyllərdən  biridir. 

2010-cu  ilin  yekunlarına  görə,  Azərbaycanın  dünyanın  150  ölkəsi  ilə  ticarət 

ə

laqəsi  olmuşdur  ki,  bunlardan  12-si  MDB-yə,  digərləri  isə  uzaq  xarici  ölkələrə 



aiddir.  Yuxarıda  deyilənlər  göstərir  ki,  keçid  dövründə  Azərbaycanını  xarici 

ticarətində  dəqiq  ifadə  olunmuş  qanunauyğunluqlar  və  meyllər  meydana  gəlmişdir. 

Bu  meyllərin  həm  statik,  həm  də  dinamik  təhlili  ölkənin  xarici  ticarətinin 

coğrafiyasının  inkişafında  ümumi  qanunauyğunluqları  və  regional  xüsusiyyətləri 

müəyyən  etməyə  imkan  verir.  Ölkənin  xarici  ticarətində,  həm  ixracda,  həm  də 

idxalda Avropa Birliyi ölkələrinin, xüsusilə də  taliya, Böyük Britaniya, Almaniya və 

Niderlandın  xüsusi  çəkisi  əhəmiyyətli  dərəcədə  artmışdır.  Eyni  zamanda,  ölkənin 



28 

 

ə



nənəvi ticarət tərəfdaşları Rusiya, Türkiyə və  ran da mövqelərini qorumaqdadırlar. 

Bundan  əlavə,  son  illərdə  bir  sıra  Asiya  və  Mərkəzi  və  Şərqi  Avropa  ölkələri  ilə 

ticarət əlaqələri aktivləşmişdir. Belə güman etmək olar ki, yaxın illərdə bu ölkələr və 

həmçinin ABŞ Azərbaycanın əsas perspektiv ticarət tərəfdaşları olacaqlar.  nteqrasiya 

birlikləri və ticarət blokları ilə münasibətdə isə Avropa Birliyi ölkələri və OPEK-in 

xüsusi  çəkisi  əhəmiyyətli  dərəcədə  artsa  da,  MDB  və  ƏT  ilə  ticarət  əlaqələri 

zəifləmişdir. Keçid iqtisadiyyatlı ölkələrin, o cümlədən Azərbaycanın xarici iqtisadi 

strategiyasının  əsas  prioritet  istiqamətlərindən  biri  onların  müasir  dünya  təsərrüfat 

proseslərinə  aktiv  şəkildə  qoşulmaları,  qlobal  geoiqtisadi  məkanda  baş  verən  yeni 

meyllərə adekvat şəkildə reaksiya verməkdən ibarətdir. Ölkənin iqtisadi təhlükəsizliyi 

baxımından xarici iqtisadi əlaqələrin bu keçid ərəfəsində dövlət tərəfindən nəzarətdə 

saxlanılması,  o  cümlədən  də  tənzimlənməsi  məqsədə  uyğundur  və  tədqiqat 

materialları  bir  daha  göstərirki,  respublika  rəhbərliyi  real  gerçəklik  prizmasından 

baxıldıqda  müstəqillik  dövründə  ölkənin  xarici  iqtisadi  fəaliyyətinin  prioritetlərinin 

və  strateji  istiqamətlərinin  müəyyənləşdirilməsi      istiqamətində  kompleks  fəaliyyət 

göstərmişdir. 

Tranzit  olaraq  Azərbaycan  Respublikası  ərazisindən  5992,4  min  ton  yük 

keçirilmişdir.  Tranzit  yüklər  əsasən  taliya  (1712,0  min  ton),  sveçrə  (1623,1  min 

ton),  Gürcüstan  (1261,8  min  ton),  Tacikistan  (435,1  min  ton),  Türkiyə  (250,4  min 

ton),  ran (196,1 min ton), Rusiya (161,0 min ton), Türkmənistan (145,1 min ton) və 

Qazaxıstan  (90,8  min  ton)  dövlətlərinə  göndərilmişdir.  Azərbaycan  Respublikası 

ə

razisindən  daşınan  tranzit  yükün  miqdarı  keçən  ilin  müvafiq  dövrünə  nisbətən 



104,5% olmuş və ya 43,1 min ton artmışdır. 

Azərbaycanın  xarici  iqtisadi  münasibətlərinin  və  əlaqələrinin  məzmunu  və 

ə

sas  istiqamətlərini  ifadə  edən  bu  cəhətlərin  hər  biri  ölkənin  gələcək  inkişafında 



fəaliyyət  proqramının  tərkib  hissəsi  olmalıdır.  Azərbaycanın  xarici  iqtisadi 

inteqrasiya  əlaqələrinin  formalaşmasında  daha  faydalı  və  səmərəli  iqtisadi 

münasibətlərin yaradılmasına üstünlük verilməlidir. Əgər göstərilən prinsip əsasında 

inteqrasiya  prosesi  həyata  keçirilərsə,  respublikanın  inkişafında  böyük  nailiyyətlər 

ə

ldə etmək mümkündür. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə