Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   17   18   19   20   21   22   23   24   25
    Bu səhifədəki naviqasiya:
  • O cüml

72 

 

Azərbaycan  dövləti  demokratiya  yolunu,  Avropaya  inteqrasiya  kursunu 



seçmişdir.  Dövlətimizin  başçısı  Prezident  lham  Əliyev  demişdir:  “Dünya  birliyinə 

biganəlik  siyasəti  heç  bir  yaxşı  nəticəyə  gətirib  çıxara  bilməz.  Dünyada  baş  verən 

proseslər bir-biri ilə çox sıx bağlıdır. Bu reallıqdır və onu nəzərdən qaçırmaq olmaz. 

Bəli, reallıqları biz mütləq nəzərə almalıyıq, lakin öz taleyimizi özümüz təyin edirik. 

Azərbaycan müstəqil dövlətdir”. 

Azərbaycan  hazırkı  transformasiya  və  inteqrasiya  şəraitində  öz  iqtisadi 

yüksəlişini təmin etmək məqsədilə təbii xammal ehtiyatlarından geniş istifadə etdiyi 

üçün  birinci  mərhələdədir.  Lakin  iqtisadiyyatımızın  perspektivləri  baxımından 

sadalanan mərhələlərin mürəkkəb çulğaşmasını təmin edən, bütün imkanları minimal 

zaman ərzində istifadə etməyə imkan verən dövlət siyasəti yeridir. Respublikamızda 

ə

halinin  rifahının  yüksəldilməsi  kimi  mərhələnin  başlanğıc  götürdüyünü  sezməmək 



mümkün deyildir.  qtisadi dinamikada yalnız xammal yönümlü sahələrin deyil, bütün 

amillərin,  innovasiya,  investisiya  və  digər  amillərin  optimal  kombinasiyasını  təmin 

etmək, milli iqtisadi strategiyamızı fərqləndirən əsas xüsusiyyətlərdəndir. 

Bütövlükdə,  Azərbaycanda  gedən  inteqrasiya  proseslərində  əldə  edilən 

uğurlar,  hər  şeydən  öncə  Heydər  Əliyevin  fenomenal  siyasi  lider  amilinə 

ə

saslanmışdır.  nteqrasiyada  iştirak  edən  və  iştirakda  maraqlı  olan  dövlətlərin 



qarşılıqlı münasibətlərinin, strateji siyasi məqsədləri və prinsiplərinin, inteqrasiyanın 

siyasi  institusional  modeli,  siyasi  qərarların  qəbulu  və  həlli  mexanizmlərinin, 

inteqrasiya 

siyasətinin 

ayrı-ayrı 

istiqamətlərinin 

konsepsiyasının 

müəyyənləşdirilməsi,  dünya  iqtisadiyyatı  və  siyasətinin  ayrı-ayrı  subyektlərinin 

inteqrasiya  şəraitində  davranışının  proqnozlaşdırılması,  inteqrasiyanın  siyasi  və 

sosial-mədəni  kontekstlərinin  əlaqələndirilməsi,  ictimai  rəyin  səfərbər  edilməsi  və 

onun dəstəyinin təmin edilməsi kimi son dərəcə mürəkkəb məsələlərin eyni zamanda 

böyük uğurla həlli yalnız bununla izah oluna bilər. 

Tarixi  inkişafın  hər  bir  mərhələsində  inteqrasiyanın  potensial  hesab  olunan 

resurslarının diaqnozu aparılarkən məlum olur ki, bu resurslar da dəyişikliyə uğrayır. 

Belə  ki,  inkişafın  əvvəlki  mərhələləri  üçün  hərbi,  maddi  təsir  və  təzyiq  vasitələri 



73 

 

mühüm resurs sayılırdı. Bu gün isə elmi-texniki, iqtisadi, siyasi, intellektual - insan, 



informasiya, nəqliyyat kommunikasiyaları, enerji resursları ön cərgəyə çıxmışdır. 

Müstəqil  Azərbaycan  dövlətinin  liderinin  beynəlxalq  aləmdə  etiraf  olunmuş 

nüfuzu  XXI  əsrdə  də  ən  başlıca  inteqrasiya  resursu  olaraq  qalmaqdadır.  Prezident 

lham  Əliyevin  sözləri  yeni  minillikdə  suveren  dövlətin  inteqrasiya  siyasətində  çox 

gözəl  əksini  tapmışdır:  “Müstəqillik  yalnız  dövlətin  atributlarında,  rəmzlərdə  ifadə 

olunmur. Müstəqillik hər şeydən əvvəl dövlətin, xalqın maraq və mənafeyinə uyğun 

müstəqil siyasəti həyata keçirmək deməkdir”. 

Azərbaycanlıların indiki nəsli Prezident  lham Əliyevin rəhbərliyi ilə qarşıda 

duran  fərqli,  yeni  vəzifələrin  həlli  üçün  səfərbər  olaraq,  tariximizdə  XXI  yüzilliyin 

yalnız uğur və nailiyyətlər əsri kimi qalması istiqamətində əlindən gələni etməkdədir. 

Regionda intensiv inkişafın lideri kimi qəbul edilən Azərbaycan Avropa üçün 

çox  böyük  əhəmiyyət  kəsb  edir.  Həm  regionda,  həm  də  bütün  dünyada  sülhün  və 

sabitliyin  təmin  olunması,  təhlükə  və  təhdidlərə  qarşı  əməkdaşlıq,  beynəlxalq 

terrorizmə  qarşı  bir  cəbhədən  çıxış  etmək  üçün  Azərbaycan  Avropaya  lazımdır.  Öz 

coğrafi  mövqeyinə  görə,  tarixi-mədəni  ənənələrinə  görə  Azərbaycan  Avropanın 

strateji partnyorudur. 

Müasir dünyanın qlobal enerji layihələrinin gerçəkləşdiyi məkan kimi, Şərqlə 

Qərb arasında nəqliyyat dəhlizinin, qlobal təhlükəsizliyinin təşkili üçün Azərbaycan 

Avropaya  lazımdır.  Digər  tərəfdən  bölgədə  demokratik  Avropa  dəyərlərinin  ilk 

davamçısı, yüksək sivilizasiya və mədəniyyətə malik olması və s. yalnız bizim üçün 

deyil,  Avropa  üçün  də  regionun  dinamik  inkişaf  lideri  sayılan  ölkəmizlə  çoxşaxəli 

ə

məkdaşlıqda maraqlı edir. Qarşılıqlı faydalı əməkdaşlıq baxımından Avropa Birliyi 



bütün  sahələrdə:  xarici  siyasətdə,  sülhün  və  təhlükəsizliyin  təmin  olunmasında, 

iqtisadiyyat  və  mədəniyyətdə,  bəşəriyyətin  qlobal  problemlərinin  həll  olunmasında, 

insan  hüquq  və  azadlıqları  təminatının  təkmilləşməsində  və  s.  strateji  tərəfdaş 

qismində  çıxış  edir.  Bir  məsələ  diqqət  mərkəzində  saxlanılmalıdır  ki,  qarşılıqlı 

inteqrasiyanın perspektivləri hər iki tərəfin əzmindən asılıdır. 

Qarşılıqlı  inteqrasiyanın  bərabərhüquqlu  subyektləri  kimi  çıxış  etmək  bu 

prosesin  nüfuzunu  daha  da  artırır.  Azərbaycan  vətəndaş  cəmiyyəti,  demokratik  və 



74 

 

hüquqi dövlət quruculuğu istiqamətində Avropa standartlarına doğru hər gün daha da 



inamla addımlayır. Lakin öz siyasətini yalnız özü müəyyən edir. 

XXI əsrdə Azərbaycanda zamanın inkişafının başlıca meyilləri aşkar təzahür 

edir.  Azərbaycan  siyasi,  iqtisadi,  mədəni  özünütəsdiq  mərhələsini  yeni  əməkdaşlıq 

formalarının yaradılması ilə uğurlu şəkildə tamamlayır. 

Müasir dünyanın taleyüklü problemləri elmi-texnoloji vasitələrdən çox sosial-

mədəni  vasitələrlə  çözülə  bilər.  Qlobal  inteqrasiya  prosesi  şəraitində  milli  mədəni 

siyasət  keyfiyyət  dəyişikliklərinə  uğrayır.  Sosial-mədəni  dinamikanı  məqsədəuyğun 

məcraya  yönəltmək  üçün  mədəni  siyasət  dəyişikliklərin  miqyasına  və  sürətinə 

adekvat olmalıdır. Ən mühüm məqam odur ki, yaxın keçmişdə mədəni siyasətdə milli 

imperativlər aparıcı rol oynayırdısa, bu gün daxili və xarici mədəni siyasət arasında 

sərhədlər  silinir,  onların  vəhdəti  önə  keçir.  Bu  vəhdət  mədəni  siyasətdə  xarici 

şə

rtlərin əhəmiyyətinin artmasından xəbər verir. 



Azərbaycan  tarixən  öz  coğrafi  geostrateji  mövqeyi  ilə  Şərq  və  Qərb 

mədəniyyətlərinin  qovşaq  məkanı  olmuşdur.  Mədəniyyətimizə  xas  olan  qarşılıqlı 

təsirlərə  açıq  olmaq  xüsusiyyəti  buradan  irəli  gəlir.  Qlobal  təsirləri  indi  duyan  bəzi 

mədəniyyətlərdən  fərqli olaraq  Azərbaycanda bu  proses təbii-tarixi  xarakter daşıyır, 

özünütəcrid variantı bizim mədəniyyətimiz üçün heç vaxt spesifik olmamışdır. 

Lakin  müasir  sosial-mədəni  situasiya  qeyd  olunduğu  kimi,  tarixin  heç  bir 

zamanı  ilə  müqayisəyə  gəlmir.  Bu  sahədə  Heydər  Əliyev  Fondunun  apardığı 

çoxşaxəli  fəaliyyət  mədəni  məkanda  inteqrasiya  modeli  kimi  bütün  dünyaya  örnək 

ola  bilər.  Milli  mədəniyyətimiz,  mənəvi  dəyərlərimiz,  folklorumuz,  milli  musiqimiz 

Mehriban  xanım  Əliyevanın  fədakar  fəaliyyəti  nəticəsində  qlobal  miqyasda  təbliğ 

olunur. Fondun fəaliyyəti yalnız Azərbaycan xalqının tarixi və mədəniyyətini inkişaf 

etdirmək  və  yaymaqla  bitmir,  eyni  zamanda  bütün  dünya  xalqlarının  mədəni 

ə

nənələri  və  təcrübəsi  ilə  ətraflı  tanışlıq  prosesi  gedir.  Dünyanın  ən  nüfuzlu 



mədəniyyət  qurumu  tərəfindən  Heydər  Əliyev  Fondunun  dünya  mədəniyyətinə 

inteqrasiya  fəaliyyətinin  düzgün  elmi  əsaslar  və  siyasət  üzərində  qurulduğu  xüsusi 

vurğulanır.  Deməli,  mədəni  inteqrasiya  modelinin  optimal  variantı  Azərbaycanda 



75 

 

artıq  müəyyən  edilmiş  və  inkişaf  edir.  Bu  fəaliyyətin  bütün  cəmiyyət  tərəfindən 



dəstəklənməsi, daha da intensivləşməsi mühüm məsələdir. 

Azərbaycanın  inteqrasiya  prosesinin  bərabərhüquqlu  iştirakçısı  kimi  dünya 

mədəni  məkanında  öz  layiqli  yerini  tutmasını  gerçəkliyə  çevirir.  Azərbaycan 

inteqrasiya  şəraitinin  formalaşdırılması  üçün  üzərinə  düşən  bütün  missiyanı  yerinə 

yetirir.  Suverenlik  prinsipi,  mədəniyyətlərin  bərabərhüquqlu  mövcudluğu,  mədəni 

irsin özünəməxsusluğunun qorunması, regional və beynəlxalq səviyyədə informasiya-

kommunikasiya  texnologiyalarının  geniş  imkanlarının  tətbiq  edilməsi  fondun 

fəaliyyətində xüsusi yer tutur. 

Bu  gün  Azərbaycan  formalaşan  yeni  geosiyasi  nizama  uyğunlaşmaq,  dünya 

iqtisadiyyatında  özünəməxsus  mövqeyi  olan  dövlətə  çevrilmək  istiqamətində 

səylərini  artırır,  tarixi  inkişafında  dünyaya  inteqrasiyanın  növbəti  mərhələsini,  yeni 

dövrünü yaşayır. 

Azərbaycanın  qarşısında  böyük  məqsədlər  durur.  Bunlar  dünyanın  yalnız 

siyasi deyil, həm də iqtisadi , elmi, informasiya məkanlarına inteqrasiya amillərini də 

ə

hatə  edir.  Ölkənin  geosiyasi  vəziyyəti  nəzərə  alınaraq,  hərtərəfli  iqtisadi  və  sosial 



inkişafın  təmin  olunması  üçün  beynəlxalq  maliyyə  institutları,  iqtisadi  təşkilatlar, 

regional  birliklərlə  əməkdaşlıq  genişləndirilir.  Bütövlükdə  dünya  iqtisadiyyatına 

inteqrasiya  prosesini  sürətləndirmək  üçün  tədbirlər  görülür.  Milli  iqtisadi 

maraqlardan irəli gələn şərtlər əsasında Azərbaycan Ümumdünya Ticarət Təşkilatının 

tamhüquqlu üzvü olmaq istəyir. 

Azərbaycanın  Avropa  elm-təhsil  məkanına  inteqrasiyasına  xüsusi  diqqət 

yetirilir.  Bu  gün  Azərbaycan  regionda  və  dünyada  dinamik  inkişafın  lideri  kimi 

tanınır.  nkişaf  templərinə  görə  beynəlxalq  reytinq  agentliklərinin,  ekspertlərinin 

diqqət  mərkəzində  olan  Azərbaycana  bu  maraq  Prezident  lham  Əliyevin  yorulmaz 

fəaliyyəti ilə bağlıdır. Müasir dövlətin inkişafının ən mühüm göstəricisi kimi rəqabətə 

davamlılığa  görə  Azərbaycan  MDB-nin  bütün  dövlətlərindən  irəlidədir.  Bu,  dövlət 

başçısının  bütün  istiqamətlərdə  dərin  elmi  əsaslar  üzərində  qurulan  siyasətinin 

bəhrəsidir. 



76 

 

nformasiya cəmiyyətinin inkişaf modelinə keçidin zəruriliyi, yeni intellektual 



nəslin,  yeni  elmi  elitanın  formalaşması  istiqamətində  verilən  sərəncamlar:  “Xüsusi 

istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı” (2006-2010)”, 

“Gənclərin  xaricdə  təhsil  alması”,  “Avropa  təhsil  məkanına  inteqrasiya”,  “Elektron 

Azərbaycan”  və  digər  dövlət  proqramları,  Prezident  lham  Əliyevin  bu  məsələni 

strateji prioritetlər sırasına daxil etməsini göstərir. 

Son illər ərzində dövlətin qəbul etdiyi bütün qərarlar bu və ya başqa şəkildə 

Azərbaycanın  intellektual  potensialının  möhkəmləndirilməsi  ilə  bilavasitə  bağlıdır. 

Savadlı, peşəkar kadrlar məhz təhsilin inkişafı və beynəlxalq təcrübə ilə əldə edilir. 

Müasir  Azərbaycan  modernləşməkdə  olan  demokratik  transformasiya,  açıq 

iqtisadiyyat  və  vətəndaş  azadlığı  məkanıdır.  Şərq  ilə  Qərb  arasında  körpü  olan 

Azərbaycan  təkcə  sivilizasiyaların  qovşağu  deyil,  həm  də  mühüm  geosiyasi  və 

geoiqtisadi  amildir.  Bütün  bunlar  istər  regionda,  istərsə  də  onun  hüdudlarından 

kənarda bizə olan münasibəti müəyyənləşdirir. 

Ölkə  prezidenti  lham  Əliyev  Azərbaycanın  dünyaya  inteqrasiyasında  ilk 

növbədə kadrlara önəm verir: “ nsan vətənpərvər ola bilər və olmalıdır. Lakin onun 

bilikləri  və  ya  peşəkarlığı  lazımi  səviyyədə  olmaya  da  bilər.  Bu  halda  onun  Vətənə 

sədaqəti  bizi  tam  qane  edə  bilməz.  Peşəkarlıq,  Vətənə  sədaqət  və  yüksək  insani 

keyfiyyətlər bir-birini qarşılıqlı tamamlamalıdır”. 

Bu  meyarlar  ölkənin  indiki  vəziyyətində  xüsusilə  əhəmiyyətlidir.  Belə  ki, 

Azərbaycan  tarixi  inkişafının  yeni  dövrünü  yaşayır.  Ümumdünya  miqyasında 

transformasiya,  həmçinin  regional  proseslərin  intensivləşməsi  şəraitində  qlobal 

iştirakda  dövlətin  rolu  və  yeri  dəyişir.  Yeni  dünya  nizamı  təkcə  qarşılıqlı 

münasibətlərin  sərhədlərini  və  formalarını  dəyişmir,  həm  də  insanlar  arasında 

münasibətlərin  yeni  mədəniyyətini  formalaşdırır.  Azərbaycanın  dünyaya  inteqrasiya 

modelinin  qlobal  əhəmiyyət  kəsb  edən  dəyərini  müəyyənləşdirməyə  çalışsaq,  deyə 

bilərik  ki,  milli  dövlətin  dünyaya  inteqrasiyasının  uğur  və  nailiyyətlərini  təmin  edə 

bilən  ən  mühüm  resurs  -  bütün  zamanlar  üçün  -  lider  resursudur.  nteqrasiya 

məkanları  “açıq”  məzmunlu  anlayış  olsa  da,  bu  məkanlarda  əvvəlcədən 

məskunlaşmış  ölkələr  öz  qapılarını  heç  də  hamıya  taybatay  açmır  (Türkiyənin 



77 

 

Avropa  Birliyinə  inteqrasiya  istiqamətində  otuz  ilə  yaxın  göstərdiyi  səyləri 



xatırlayaq).  nteqrasiyaya  nail  olmaq  üçün  siyasi,  iqtisadi,  sosial,  mədəni,  hüquqi 

məkanlarda inkişafın sürət və templərinin bir-birinə uyğunlaşdırılması lazımdır. Ona 

qoşulmaq  üçün  bu  məkanlarda  artıq  kök  salmış  ölkələrin  qət  etdiyi  əsrlərə  bərabər 

mərhələləri  bir  göz  qırpımı  hesab  edilən  müddətə  qət  etmək,  bütün  sınaqlardan 

çıxmaq,  Azərbaycanın  mümkün  tərəfdaşlar  arasında  ən  etibarlı,  optimal  müttəfiq 

olduğuna inandırmağa qabil olan lider siyasəti çox önəmli rol oynayır. 

Dünyaya  inteqrasiyanın  Azərbaycan  siyasətinin  digər  qlobal  əhəmiyyətli 

nəticəsi  -  Şərq  dövlətlərinin  inkişaf  modelinə  dair  ənənəvi  baxışlar,  nəzəriyyələr 

sistemini sözün əsil mənasında “alt-üst etməsi”, sarsıtması, onlara yenidən baxılması 

zərurətini  şərtləndirməsi  oldu.  Şərq  inkişaf  modelinin  ənənəvi  mahiyyətinə,  ləng  və 

asta inkişaf tempinə malik model - simvoluna dair minillər formalaşmış stereotiplərin 

laxladılmasına, kökündən dəyişməsinə dövlətimiz nail ola bilmişdir. Prezident  lham 

Ə

liyevin  simasında  regionun  və  dünyanın  ən  dinamik  inkişaf  edən  dövləti  kimi 



məntiqi davamını tapan inteqrasiya prosesləri - bu modelin gücü, Qərbin əsrlər boyu 

alternativsiz  hesab  edilən  inkişaf  modeli  ilə  rəqabətə  davamlı  olan  sintez  modelin 

gücüdür.  Ölkəmizin  yüksəlişinə  bu  vaxtadək  görünməmiş  təkan  verilmiş,  dünyanın 

heç  bir  ölkəsi  ilə  müqayisə  olunmayan  artım  templəri  gerçəkləşir.  Bütün  bunlar 

Azərbaycanın qarşısında duran böyük perspektivlərdən xəbər verir. 

 



78 

 

NƏT CƏ 

Azərbaycan  Respublikası  (AR)  ilə  Avropa 

ttifaqı  (A )  arasında 

münasibətlərin  hüquqi  əsasını Tərəfdaşlıq  və  Əməkdaşlıq  Sazişi (TƏS)  qoymuşdur. 

Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və onu imzalamış 

bütün  dövlətlər  tərəfindən  ratifikasiya  edildikdən  sonra  1  iyul  1999-cu  il  tarixində 

qüvvəyə minmişdir. 

Azərbaycan Respublikası – Avropa  ttifaqı Fəaliyyət Planı 14 noyabr 2006-cı 

ilin tarixində Brüsseldə AR-A  Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilmişdir. 

Beləliklə,  daha  əvvəl  TƏS  ilə  tənzimlənən  AR–A   münasibətlərinin  gələcək 

inkişafının  istiqamətləri  AQS  çərçivəsində  AR-A   Fəaliyyət  Planı  ilə  müəyyən 

olunmuşdur. 

Avropa  ttifaqının yaranması, onun ilk uğurlu addımları, keçdiyi  mərhələlər, 

genişlənmə  meylləri  bu  proseslərin  daha  da  dərinləşməsindən  xəbər  verir  və  ən 

başlıcası  budur  ki,  müstəqil  Azərbaycan  qlobal  dünyanın  ayrılmaz  hissəsi  kimi  bu 

birliyə doğru istiqamətlənmişdir. 

Prezident  lham  Əliyev  2014-cü  ilin  iyun  ayında  Avropa  ttifaqı  ilə 

ə

laqələrimizi  xarakterizə  edərək  bildirmişdir  ki,  “Azərbaycan  Avropa  ttifaqına 



mümkün  qədər  yaxın  olmaq  arzusundadır.  Bu,  bizim  üçün  strateji  mahiyyəti  olan 

məsələdir və bu əlaqələrin gələcəkdə böyük potensialı vardır”. 

Cənab  Prezidentin  sərəncamı  ilə  Avropa  ttifaqı  ilə  əlaqələrin  daha  da 

gücləndirilməsi,  səmərəli  və  əlaqələndirilmiş  işin  təmin  edilməsi  məqsədilə  37 

üzvdən  ibarət  Avropaya  nteqrasiya  üzrə  Dövlət  Komissiyası  yaradılmışdır. 

Komissiyanın nəzdində müxtəlif sahələr üzrə 6 işçi qrupu təşkil edilmiş, Azərbaycan 

qanunvericiliyinin Avropa  ttifaqı qanunvericiliyinə uyğunlaşdırılması üzrə tədbirlər 

planı  hazırlanmışdır.  Son  bir  ildə  Avropa  ttifaqı  ilə  əlaqələrimiz  daha  da  inkişaf 

etmiş, 4 yeni əməkdaşlıq sənədi imzalanmışdır. 

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 

2014-cü  ildə  Azərbaycan  Respublikasının  Avropa  ttifaqı  ölkələri  ilə  ticarət 

dövriyyəsinin həcmi 14.671,16 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 3.103,59 




79 

 

mln.  ABŞ  dolları,  ixracın  həcmi  11.567,57  mln.  ABŞ  dolları  təşkil  etmiş,  xarici 



ticarət saldosu isə müsbət 8.463,98 mln. ABŞ dolları olmuşdur. 

2014-cü  ildə  Avropa  ttifaqı  ölkələrinin  Azərbaycan  Respublikasının  xarici 

ticarət  dövriyyəsindəki  payı  47,30  faiz,  o  cümlədən  idxalda  33,78  faiz,  ixracda  isə 

52,99  faiz  təşkil  etmişdir.  2013-cü  il  ilə  müqayisədə,  2014-cü  ildə  Avropa  ttifaqı 

ölkələrinə ixrac 0,47 faiz artmışdır. 

Təbii  ki,  A   iqtisadiyyatı  ilə  Azərbaycan  iqtisadiyyatının  həcmi  müqayisə 

olunmayacaq  dərəcədə  fərqli  olduğu  üçün,  A -nin  xarici  ticarətində  Azərbaycanın 

xüsusi çəkisi çox aşağıdır. 

Statistik hesablamalar göstərir ki, hazırkı göstəricilərə əsasən Azərbaycan A -

nin idxalında 33-cü, ixracında 60-cı və ümumi ticarət dövriyyəsində 39-cu yeri tutur. 

Bundan başqa, MDB ölkələrindən A -yə edilən ixracın 5%-i və MDB ölkələrinin A -

dən idxalının 1,6%-i Azərbaycanın payına düşür. 

Məlum  olduğu  kimi,  Azərbaycanın  Avropa  ilə  ticarət  əlaqələrinin  əsasında 

enerji sektorunun dayanması ölkəmizin Avropa ölkələri ilə birgə uğurla reallaşdırdığı 

enerji  layihələri  ilə  bağlıdır.  1994-cü  ildə  imzalanmış  “Əsrin  müqaviləsi”  ilə 

Azərbaycanın  Avropa  ölkələri,  eləcə  də  dünyanın  digər  aparıcı  ölkələri  ilə  enerji 

sektorunda uğurlu əməkdaşlığının əsası qoyulmuşdur. 



80 

 

Ə



DƏB YYAT S YAHISI 

1.

 Ə.Bayramov. Regional iqtisadi inteqrasiya: nəzəriyyə və praktika. Bakı-1997. 



2.

 H.Hüseynova Azərbaycan Avropa inteqrasiya prosesləri sistemində Bakı-1998 

3.

 B.Nuriyev. Bazar iqtisadiyyatı və Azərbaycan. Bakı-1999. 



4.

 A.Ş.Şəkərəliyev Dünya iqtisadiyyatı və B M. Bakı-1999 

5.

 H.M.Rəcəbli, V.Ə. bayev Avropa Şurası. Bakı -1999 



6.

 L.H.Hüseynov. Beynəlxalq hüquq. Bakı -2000 

7.

 A.Ə.Əliyev. Azərbaycanın xarici ticarət-iqtisadi əlaqələri. Bakı-2001 



8.

 A.Ə.Əliyev.  Xarici  ticarət  iqtisadi  əlaqələrə  gömrük  nəzarəti.  Azərbaycan 

iqtisadiyyatı: problemlər, perspektivlər. Bakı-2002 

9.

  G.Əliyeva.  Azərbaycan  Respublikasının  Avropa  ttifaqı  ilə  münasibətləri 



haqqında//Məşvərət, 2003, №11  

10.


 S.Səfərov Yeni Azərbaycan.  qtisadiyyat, siyasət, dinamizm. Bakı-2003 

11.


 A.Ə.Əliyev. Azərbaycanın iqtisadi siyasəti. Bakı-2003 

12.


 T.F.Mirkişili.  Azərbaycanın  xarici  ticarət  siyasəti:  reallıqlar  və  perspektivlər. 

Bakı-2004 

13.

  Z.Məmmədov. Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri. Bakı-2004 



14.

 Ə.Həsənov  Müasir  beynəlxalq  münasibətlər  və  Azərbaycanın  xarici  siyasəti. 

Dərslik Bakı-2005 

15.


 G.Gənciyev B M: Müasir vəziyyət və inkişaf problemləri. Bakı-2005 

16.


 Ç.M.Abbasov.  Azərbaycanın  dünya  iqtisadiyyatının  inteqrasiya  yolları.  Bakı  - 

2005.  


17.

 Q.Süleymanov Beynəlxalq əmək bazarının inkişaf problemləri. Bakı-2006 

18.

  .A.Kərimli. Beynəlxalq iqtisadi münasibətlərin müasir problemləri. Bakı-2006 



19.

   .A.Kərimli.  Dünya  iqtisadiyyatı:  beynəlxalq  ticarət,  maliyyə  və  inkişaf,  Bakı-

2006 

20.


 Ə.C.Muradov. Azərbaycan və Ümumdünya Ticarət təşkilatı. Bakı -2006 

21.


  C.Kərimov, A.Orucov və H. srafilov Dünya iqtisadiyyatı. Dərslik Bakı-2007 

22.


  Azərbaycan Dövlət Statistika Komitəsinin hesabatları 


81 

 

23.



 С.А.Саядов. Азербайджан: международные связи и взаимоотношения. Баку-

1994 


24.

 Кругмен  Л.Р.,  Обстфельд  М.  Международная  экономика:  теория  и 

политика

. М., ЮНИТИ, 1997. 

25.

 Международные  эканомические  отношения.  Под  общей  редакцией 



В

.Е.Рыбалкина. М.,1997. 

26.

 Ш.Гаджиев.  Азербайджан  на  пути  к  мировому  соотществу:  стратегия 



внешнеэкономического

 развития. Киев-2000. 

27.

 Мировая  экономика.  Экономика  зарубежных  стран.  Учебник.  Под 



редакцией

 профессора В.П.Колесова и профессора Осьмовой. М., 2000. 

28.

 Н.Иванов.  Глобализация  и  Проблемы  оптималной  стратегии  развития. 



М

.Мировая Экономика и Международные Отношения, 2000. 

29.

 А.Эльянов. К вопросу об интеграции России и мировую экономику. М., МЭ 



и

 МО, 2001. 

30.

  Е.Ф.Авдокушин  Международные  экономические  отношения.  М.:  Юристь, 



2001 

O cümlədən WEB saytları 

31.


 qtisadi  nkişaf Nazirliyinin internet saytı - 

www.economy.gov.az

 

32.


 Azərbaycan və Ümumdünya Ticarət Təşkilatının internet saytı - 

www.wto.az

 

33.


 

www.un.org

 

34.


 

www.undp.org

 

35.


 

www.un-az.org

 

36.


 

www.sahibkar.biz

 

37.


 

www.e-qanun.az

 

38.


 

www.wikipedya.org

 

39.


 

www.iqtisadiyyat.com



 

 

 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə