Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

34 

 

 



Genişlənmə  –  1  May  2004-cü  ildə  Kipr  və  Maltanı  da  əhatə  edən  səkkiz 

mərkəz və Şərqi Avropa ölkəsinin Birliyə daxil olması əsrlərdir davam edən ayrılığın 

sonunu  gətirən  tarixi  bir  uğurdur.  Yenidən  birləşmiş  Avropa;  dörd  yüz  əlli  milyon 

vətəndaşına  iqtisadi  maraqlar  təmin  edən  vahid  bazarı  ilə  daha  güclü,  daha 

demokratik və daha müəyyən bir qitə formasında gəlir. 

 

Qida Təhlükəsizliyi – Son illərdə sağlamlıq sektorunda partlayış edən qida 



sekrotuyla  bağlı  böhranlar  istehlakçının  qida  təhlükəsizliyi  üzərindəki  inamını 

sarsıtmışdır.  Bu  vəziyyətə  qarşılıq  olaraq  AB  qlobal  bir  “tarladan  boşqaba”  adlı 

vətəndaşların  qida  sektorundakı  inamlarını  yenidən  qazanmağı  qarşısına  məqsəd 

qoyan bir strategiyanı inkişaf etdirmişdir. 

 

darəetmələr – Müvəffəqiyyətli və müasir olmasına baxmayaraq, Avropa iş 



və sənaye dünyası bu şöhrəti əldən verə bilər. Texnoloji inkişaflara uyğunlaşmaq və 

rəqabəti  davam  etdirmək  qalıcı  bir  mübarizədir.  Bu  problemi  müvəffəqiyyətli  bir 

formada  qarşılaya  bilmək  davam  edə  biləcək  böyümə  və  daha  çox  rifah  üçün 

lazımlıdır.  AB-nin  müdaxilə  siyasəti  yenilikləri,  müdaxiləni  və  xidmətlər  və 

istehsalatda rəqabətçiliyi təşviq etməkdə vacib bir rol oynayır. 

 

Vizual  siyasət  –  Günümüzdə  televiziya  məlumat  və  əyləncənin  əsas 



mənbəyidir.  Hər  insan  gündə  təqribən  üç  saatını  kino,  idman  xəbərləri  və  digər 

proqramları izləyərək keçirir. Vizual sektor AB-yə bir milyon iş imkanı yaradır. Bu 

sektor  böyük  ticari  məqsədlər  və  mədəni  fərqlilik,  cəmiyyət  xidmətləri  və  sosial 

cavabdehlik məsələlərini əhatə edir. Birlik ortaq maraqların olduğu yerlərdə qayda və 

rəhbərlər yaradarkən, hər bir hökumət öz vizual siyasətini yeridir. 

 

Gömrük – Gömrük Birliyi AB-ni təşkil edən ən əsas amillərdən biridir. Bu 



vəziyyət Birlik daxilindəki gömrük vergilərini ləğv etmiş, onun yerinə idxal mallara 

aid tək bir vergi sistemi təyin etmişdir. Üzv ölkələr arasında gömrük yoxlamaları ləğv 

edilmişdir.  Gömrük  vəzifəliləri  artıq  sadəcə  AB-nin  xarici  sərhədlərində  yerləşirlər. 

Bunlar  sadəcə  ticarətin  davamını  təmin  etməklə  yetinməyib,  eyni  zamanda  ətraf-

mühitin və mədəni mirasın qorunmasını təmin edir. 

 

Təhlükəsizlik  və  xarici  siyasət  –  Avropa  Birliyinin  beynəlxalq 



münasibətlərdə  tək  səs  olaraq  hərəkət  etməsi  fikri  Avropanın  bütünləşmə  müddəti 


35 

 

qədər  köhnədir.  Ancaq  birlik  ortaq  təhlükəsizlik  və  xarici  siyasət  mövzusunda  əldə 



etdiyi  uğuru  vahid  bazar  və  ortaq  pul  toplusu  sahəsində  göstərə  bilməmişdir. 

Kommunizmin çöküşünü izləyən geopolik dəyişikliklər və Balkanlar və qalan hissədə 

meydana  gələn  böhranlar  AB  üzvlərinin  tək  bir  səslə  danışma  və  hərəkət  etmə 

cəhdlərini artırmışdır. 

 

Ümumi sağlamlıq – Ölkələr və qitələr arasında sistemli olaraq səyahət edən 



insanların  olduğu  bir  dünyada  milli  sərhəd  daxilinə  girən  xəstəliklərin  qarşısı  alına 

bilmir  və  bu  AB  vətəndaşlarını  hədələyir.  Siqaretdən  asılılıq,  az  qidalanma  və  ya 

çirklənmədən qaynaqlanan xəstəliklər bütün Avropa Birliyi üzvləri üçün narahatçılıq 

mövzusudur.  Vahid  bazarda  tibbi  və  qan  məhsullarının  təhlükəsizliyi  paylaşılan  bir 

cavabdehlikdir.  Sağlamlıq  sahəsinin  üzv  ölkələrin  ən  əsas  problemi  olduğuna  görə 

AB bu mövzudakı çətinliklərin fəal həllində yönləndirici rol oynaya bilər. 

 

Daxili bazar – 10 ildir Avropa vahid bazarını təbii qəbul edirik. Sərhədlərin 



açılması  ilə  insanlar,  mallar,  xidmətlər  və  sərmayə  tək  ölkə  içərisində  hərəkət 

edərcəsinə  Avropa  səviyyəsində  sərbəstcə  hərəkət  edirlər.  AB  vətəndaşları  Birliyin 

daxili  sərhədləri  içərisində  iş  və  zövq  üçün  hərəkət  edir  və  ya  istəklərinə  görə  öz 

ölkələrinin  sərhədləri  daxilində  qalıb  bütün  AB  məhsul  növlərindən  faydalana 

bilirlər.  1993-cü  ildə  yaradılan  vahid  Bazar  AB-nin  ən  böyük  uğuru  və  ən  çətin 

mübarizəsi olmuşdur. 

 

nsan Haqları –  nsan haqları, demokratiya və hüququn üstünlüyü AB-nin 



ə

sas  şərtlərindəndir.  Qurumun  nizamnaməsində  yer  alan  bu  dəyərlər,  əsas  haqlar 

şə

rtinin  qəbulu  ilə  möhkəmləndirilmişdir.  nsan  haqlarına  hörmət  sadəcə  birliyə 



qatılmaq istəyən ölkələr üçün deyil, eyni zamanda birliklə ticari və digər anlaşmalara 

sahib olan ölkələr üçün də bir əsas şərtdir. 

 

nsani  Yardım  –  Hər  həftə  televiziyalarda  və  qəzetlərin  ilk  səhifələrində 



fəlakət  xəbərləri  və  görüntüləri  yayımlanır.  AB  təbii,  ya  da  insanların  səhvindən 

qaynaqlanan fəlakətlərdə din, dil, irq və siyasi fikir ayrılığı da daxil olmaqla yardıma 

möhtac olan xalqa mümkün olan ən sürətli formada çatmağı qarşısına məqsəd qoyan 

bir insanı yardım mərkəzidir. 




36 

 

 



Məşğulluq siyasəti – Avropa məşğulluq və sosial siyasətinin şüarı daha çox 

və  daha  yaxşı  iş  təklifləri  ilə  fürsət  bərabərliyidir.  AB  dünyanın  rəqabət  nisbəti  ən 

yüksək  və  ən  dinamik  olan  iqtisadiyyatına  sahib  olma  iddiasındadır.  Sosial  siyasət 

gündəmi iqtisadiyyat, məşğulluq və sosial siyasətlər çərçivəsində ələ alınır. 

 

nkişaf  –  AB  və  üzv  ölkələrdən  gələn  sərmayənin  təxminən  yarısı  kasıb 



ölkələrə  yardım  etmək  üçün  istifadə  olunur  ki,  bu  da  Birliyi  dünyanın  ən  böyük 

yardım  qurumu  vəziyyətinə  gətirir.  Ancaq  inkişaf  siyasəti  yalnızca  təmiz  su  və  yol 

çəkilməsi  ilə  öz  işini  bitmiş  hesab  etmir.  Birlik  ticarəti  də;  bazarını  kasıb  ölkələrə 

açaraq  və  onları  bir-biriləri  ilə  daha  çox  ticarət  etməyə  təşviq  edərək,  bir  inkişaf 

vasitəsi olaraq istifadə edir. 

 

Mədəniyyət  –  Dil,  ədəbiyyat,  plastik sənətlər,  vizual  sənətlər,  əl  sənətlərı, 



memarlıq abidələri, film və radio verlişlərinin yayımı Avropanın mədəni fərqliliyinin 

bütün  sahələridir.  Fərqli  region  və  ölkələri  təmsil  etmələrinə  baxmayaraq  hər  biri 

Avropanın ortaq mədəni mirasına aiddir. Avropa Birliyinin əsas 2 məqsədi vardır: bu 

fərqliliyi  qorumaq  və  dəstəkləmək,  eyni  zamanda  digərlərinə  də  əlçatan  hala 

gətirməyə çalışmaq. 

 

Ortaq  Kənd  təsərrüfatı  Siyasəti  –  Ortaq  Kənd  təsərrüfatı  Siyasətinin 



məqsədi  əkinçilərə  aydın  həyat  standartları  yaratmaq  və  istehlakçılara  ədalətli 

qiymətlə keyfiyyətli ərzaq təqdim etməkdir. Bu ehtiyacların qarşısının alınma forması 

illər  boyunca  dəyişilmişdir.  Indiki  açar  sözlər  ərzaq  təhlükəsizliyi,  çöllüklərin 

qorunması və pul üçün dəyərdir. 

 

Rəqabət  –  Təsirli  rəqabət  açıq  bazar  iqtisadiyyatı  üçün  çox  lazımlıdır. 



Rəqabət qiymətləri aşağı salır, keyfiyyəti qaldırır və islehlakçıya geniş seçim imkanı 

verir. Rəqabət texnoloji yeniliklərə imkan yaradır. Bunun həyata keçməsi üçün özəl 

sektor  və  hökumətlərdə  dürüstlük  və  ədalətlilik  çox  vacibdir.  Avropa  Komissiyası 

özəl  sektor  və  hökumətlərin  mal  və  xidmətlərin  ədalətli  ticarəti  haqqındakı  Avropa 

Birliyi qanunlarına əməl etmələrini təmin etmək üçün çox geniş imkanlara sahibdir. 

 

stehlakçılar  –  AB  içərisindəki  hər  vətəndaş  bir  istehlakçıdır  və  Avropa 



Birliyi  onların  sağlamlığını  qoruma,  təhlükəsizliyini  təmin  etmə  və  iqtisadi 

standartlarını  yaxşı  səviyyədə  tutma  məsələlərinə  olduqca  böyük  diqqət  yetirir. 




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə