Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

23 

 

beynəlxalq  bazarlara  çıxarılması  sahəsində  xeyli  irəliləyişlər  əldə  etmişdir.  Təbii 



olaraq  ölkəmiz  gələcək  iqtisadi  inkişafının  əsas  istiqamətlərini  müəyyənləşdirərkən 

bu  əməliyyatlardan  əldə  olunan  gəlirlərin  digər  sahələrin  də  tarazlı  inkişafına 

yönəltməsi xarici ticarət əlaqələrinin də genişləndirilməsinə təkan verəcəkdir. 

2.  xracyönümlü  məhsul  istehsalında  elmi-texniki  tərəqqinin  müasir 

nailiyyətlərindən  və  innovasiya  texnologiyalarından  istifadə  imkanlarının 

genişləndirilməsi. Ölkənin ixrac potensialının genişləndirilməsi beynəlxalq bazarların 

standartlarına cavab verən likvidli məhsul istehsalından asılıdır. Keyfiyyətli, rəqabət 

qabiliyyətli  məhsulun  isiehsalı  qabaqcıl  texnologiyaların  istehsalatda  və  sosial 

yeniliklərin  cəmiyyətdə  tətbiqini  tələb  edir.  Xüsusilə  bu  gün  aktual  olan  yeyinti 

məhsullarının  keyfiyyətinin  və  təhlükəsizliyinin  təmin  edilməsi  məsələsi  istehsal, 

yaxud  da  emal  prosesinin  bütün  mərhələlərində  keyfiyyətə  nəzarət  sistemlərinin 

tətbiqini zəruri edir. 

Elmi-texniki  tərəqqinin  məqsədi  əmək  və  material  resurslarına  qənaət 

edilməklə  məhsul  istehsalının  artırılmasına,  əhalinin  sosial  həyat  şəraitinin 

yaxşılaşdırılmasına nail olmaqdır. Müəssisələr elmi-texniki tərəqqinin nailiyyətlərinin 

və  müasir  texnologiyaların  tətbiqi  sayəsində  istehsal  ehtiyatlarından  islifadənin 

səmərəliliyini  artırır,  əmək  məhsuldarhğını  yüksəldir,  məhsul  vahidinə  məsrəflərin 

xeyli azaldılmasına nail olurlar. 

Müəssisələrdə  elmi-texniki  tərəqqini  əks  etdirən  göstəricilər  sisteminə 

aşağıdakıları aid etmək olar: 

-

  müxtəlif istehsal sahələrində məhsuldarlığın artırılması; 



-

  məhsul istehsalının artması və onun keyfiyyətinin yüksəlməsi; 

-

  istehsal prosesində xammal və ehtiyatlara qənaət olunması; 



-

  məhsulun  maya  dəyərinin  aşağı  salınması  və  istehsalın  rentabelliyinin 

artması və s. 

Bu göstəricilər vasitəsilə müəssisələrdə elmi-texniki tərəqqinin səmərəliliyini 

qiymətləndirmək və onların rolunu müəyyənləşdirmək mümkündür. 



24 

 

Bu gün sənaye sahələri ilə yanaşı, milli iqtisadiyyatın inkışafında əhəmiyyətli 



rol  oynayan  aqrar  bölmədə  də  texniki  tərəqqi  əsas  yer  tutur.  Bu,  özündə  təkcə 

texnikanın  tərəqqisini  yox,  eyni  zamanda  istehsal  texnologiyasının  və  təşkilinin 

qabaqcıl  təcrübədən  istifadəni  əks  etdirir.  Kənd  təsərrüfatının  sənaye  əsasına 

keçirilməsi  respublikada  aktual  məsələlərdən  olmaqla  yanası,  bunun  təmin  edilməsi 

texniki tərəqqi ilə bilavasıtə bağlıdır. Müasir dövrdə istehsal proseslərinin kompleks 

mexanikləşdirilməsi  və  avtomatlaşdırılması  kənd  təsərrüfatının  sənaye  əsasında 

keçməsi istiqamətində başlıca addımlardan biri olardı. Bu proses eyni zamanda kənd 

təsərrüfatının  məruz  qaldığı  təbii  qüvvələrin  mənfi  təsirindən  də  müəyyən  dərəcədə 

azad  edir.  Şübhəsiz,  kənd  təsərrüfatını  tam  sənaye  əsasına  keçirmək  mümkün 

deyildir.  Çünki  o,  təbii-iqlim  şəraitindən  ancaq  qısmən  azad  edilə  bilər.  Kənd 

təsərrüfatının  sənayeləşdirilməsi,  istehsalın  mexanikləşdirmə  və  avtomatlaşdırma 

səviyyəsinin yüksəldilməsı görüləcək işlərin sürətiəndırilməsinə imkan verır ki, bu da 

ə

lverişsiz  təbii  iqlimin  (yağışın,  quraqlığın  və  s.)  vurduğu  zərərləri  qismən  azaldır. 



Aqrar  bölmədə  məhsul  istehsalının  artması  bir  sıra  emaledicı  sənaye  sahələrinin 

inkişafına  və  istehsal  olunan  məhsulların  beynəlxalq  bazarlara  sərbəst  çıxış 

imkanlarını artıracaqdır. 

3.  Təsərrüfat  subyektlərinin  müəyyən  məhsulların  istehsalında  ixtisaslaşma 

səviyyəsinin  yüksəldilməsi.  Təsərrüfat  subyektlərinin  ixtisaslaşması  onların  istehsal 

etdikləri  məhsulların  bilavasitə  mübadiləsi  ilə  başa  çatır.  Bunun  nəticəsi  olaraq 

müəssisələrarası,  sahələrarası  və  ölkələrarası  əmək  böküsü  yaranır.  Xüsusilə, 

beynəlxalq  əmək  bölgüsündə  iştirak  edən  ölkələrin  müəssisələri  öz  tələbatlarından 

daha  çox  istehsal  etdikləri  məhsulları  beynəlxalq  bazarlara  ixrac  edir,  istehsal 

etmədikləri,  yaxud  da  öz  tələbatlarından  az  istehsal  etdikləri  malları  idxal  edir.  Bu 

hadisə  özlüyündə  müəssisələrin  öz  güclərini  ayrı-ayrı  məhsul  növlərinin  istehsalına 

yönəltmək  və  istehsal  olunmuş  məhsulların  sadəcə  ölkə  ərazisində  deyil,  eyni 

zamanda bütün dünya təsərrüfat miqyasında mübadilə etməkdən ibarətdir. 

Müəssisələrin  beynəlxalq  ixtisaslaşması  və  müqayisəli  üstünlüyünün  əldə 

edilməsi, həmçinin onların ölkədaxili ixtisaslaşmasına uyğun olaraq həyata keçirilir, 

qarşılıqlı  əlaqədə  olan  beynəlxalq  sistemdə  iştirak  edərək  müəyyən  növ  məhsul 




25 

 

istehsal edir və ixrac edirlər.  xrac həcminin ölçüsü isə kvotadan asılıdır. Tamamilə 



aydındır ki, kvota nə qədər yüksək olarsa, resurslar beynəlxalq əmək bölgüsünə bir o 

qədər çox cəlb olunacaqdır. Ümumi istehsalda ixracın xüsusi çəkisi ixrac kvotasının, 

hətta  ümumi  daxili  məhsulun  (ÜDM)  həcmi  ilə  ölkə  daxilində  istehlak  olunan 

məhsullar arasındakı fərqə bərabər olmalıdır. Daxili istehlak nə qədər yüksək olarsa, 

ixrac kvotasının həcmi də bir o qədər çox olacaqdır. Ölkənin ixrac kvotasmm həcmini 

daxili bazarın həcmi, iqtisadi inkişaf səviyyəsi əhalinin hər bir nəfərinə düşən ÜDM, 

ölkənin təbii resurslarla təmin olunma səviyyəsi, milli iqtisadıyyatın sahə strukturu və 

s. amillər müəyyən edir. Belə ki, böyük dövlətlərdə istehsalçılar üçün daxili bazarda 

xammal,  material  və  işçi  qüvvəsi  tapmaq  imkanları  genişdir  və  istehlak  mallannın 

tapılmasında onlar çətinlik çəkmirlər.  nkişaf etmiş həmin dövlətlər bəzi çatışmayan 

resursları və istehlak mallarını idxal edir. Bunun əvəzində isə öz tələbatlarından artıq 

istehsal  etdikləri  məhsulları  başqa  ölkələrə  ixrac  edirlər.  Buradan  aydın  olur  ki, 

ÜDM-də  ixracın  xüsusi  çəkisi  inkişaf  etmiş  ölkələrdə  inkişaf  yolunda  olan  kiçik 

ölkələrə nisbətən azdır. 

Digər tərəfdən, ölkənin hər bir nəfərinə düşən ÜMD-si nə qədər çox olarsa və 

ölkənin  beynəlxalq  əmək  bolgüsündə  iştirakı  eyni  inkişaf  səviyyəsində  olmasına 

baxmayaraq çoxdursa, onun ixrac kvotası da yüksək olacaqdır. 

xrac  kvotasının  həcminə  ölkənin  təbii  ehtiyatlarının  həcmi  də  təsir  edir. 

Məsələn,  zəngin  karbohidrogen  ehtiyatlarına  malik ölkəmizin ixracında neft  və  neft 

məhsullarının  xüsusi  çəkisi  və  ixrac  kvotası  yüksəkdir.  Bəzən  isə  eyni  inkişaf 

səviyyəsinə  malik  olan  Yaponiya,  Sinqapur  kimi  ölkələrdə  təbii  ehtiyatların 

zənginliyi  deyil,  onların  olmamağı  beynəlxalq  Əmək  bölgüsundə  aktiv  iştirakı 

stimullaşdırır.  Belə  ki,  həmin  ölkələr  xammal  ehtiyatlarını  idxal  edir  və  onlardan 

hazır məhsullar istehsal edərək daha üstün qiymətlərlə ixrac edə bilirlər. 

qtisadiyyatın struktur xüsusiyyətləri də ixrac kvotasına təsir edən əhəmiyyətli 

amillərdəndir. Bir ölkədə energetika, metallurgiya və ağır sənayenin digər sahələrinin 

xüsusi  çəkisi  nə  qədər  çox  olarsa,  ölkə  beynəlxalq  əmək  bölgüsünə  bir  o  qədər  az 

qoşulacaqdır.  Əksinə,  hazır  məhsulların,  detalların,  emaledici  sənaye  sahələrinin 

istehsalı üzrə ixtisaslaşmış ölkələrin ixrac kvotası də yüksək olacaqdır. 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə