Microsoft Word zohrabov hatam doc



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix26.01.2018
ölçüsü0,62 Mb.
#22490
1   2   3   4   5   6   7   8   9   ...   25

 

ümumi  sayı  373  milyon  nəfər,  ərazisi  2364  min  kvadrat  kilometrdir.  2004-cü  ilin 



ortalarından  başlayaraq,  daha  10  dövlət  AB-nin  tamhüquqlu  üzvü  oldu:  Çexiya, 

Slovakiya,  Sloveniya,  Kipr,  Macarıstan,  Polşa,  Malta,  Estoniya,  Latviya,  Litva. 

Nəticədə Avropa Birliyi dünyanın iri iqtisadi dövləti oldu. 

Tədqiqatın  məqsədi  və  vəzifələri.  Azərbaycanın  Avropa  Birliyi  ilə  iqtisadi 

ə

məkdaşlığın mövcud vəziyyətinin təhlil edilərək qiymətləndirilməsi, Avropa Birliyi 



ilə Azərbaycan arasında tərəfdaşlığın hüquqi bazasının perspektivlərinin öyrənilməsi, 

o  cümlədən  xairci  iqtisadi  əməkdaşlıqda  prioritetlərin  seçilməsinin  nəzəri  və 

metodoloji  əsaslarının  araşdırılması  tədqiqatın  əsas  məqsədi  olmuşdur.  Bu 

məqsədlərə  nail  olmaq  üçün  dissertasiya  işində  əsas  vəzifələr  qarşıya  qoyulmuş  və 

məntiqi ardıcıllıqla yerinə yetirilmişdir. 

Azərbaycanın xarici siyasət prioritetləri içərisində Avroatlantik strukturlara və 

institutlara inteqrasiya mühüm yer tutur. 1993-cü ildən Azərbaycan dövlətinin xarici 

siyasətində  Avropaya  inteqrasiya  prioritet  istiqamətə  çevrilmiş  və  bu  kontekstdə 

beynəlxalq təşkilat kimi Avropa  ttifaqı ilə fəal əməkdaşlığa başlanmışdır. Avropa və 

Asiyanın  kəsişmə  nöqtəsində  yerləşən  Azərbaycanın  strateji  mövqeyi  Avropa 

ttifaqına üzv dövlətlərin də eyni zamanda, ölkəmizlə siyasi və iqtisadi münasibətləri 

inkişaf etdirmək marağını daha da artırmışdır. 



Tədqiqatın predmeti. Tədqiqatın predmetini Azərbaycanın Avropa Birliyi ilə 

ə

mədaşlığının  mövcud  vəziyyəti,  Azərbaycanın  Avropa  Birliyinə  inteqrasiya 



strategiyası,  o  cümlədən  xarici  iqtisadi  əməkdaşlıqda  prioritetlərin  seçilməsi,    və  s. 

məsələlərin öyrənilməsi təşkil edir. 

Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti ölkədə islahatların həyata 

keçirilməsi  və  dünya  inteqrasiya  proseslərinə  daha  sıx  cəlb  olunması  istiqamətində 

 qısa  müddət  ərzində  bir  sıra  beynəlxalq  və  regional  təşkilatlarla  çoxtərəfli  əlaqələr 

yaratmışdır. 

Azərbaycan-Avropa  Birliyi  əlaqələri  xüsusi  proqramlar  çərçivəsində 

qurulmuş  və  müxtəlif  sahələr  üzrə:  iqtisadi  və  sosial  islahatlara  yardım,  Şərq-Qərb 

nəqliyyat-kommunikasiya  dəhlizinin  yaradılması,  infrastrukturların  inkişafı  və  s. 

istiqamətlərdə aparılır. 




 

Avropa  və  Asiyanın  kəsişmə  nöqtəsində  yerləşən  Azərbaycanın  strateji 



mövqeyi  A -nın  üzv  dövlətlərinin  Azərbaycanla  siyasi  və  iqtisadi  münasibətləri 

inkişaf etdirmək marağını artırır. 



Tədqiqatın informasiya və nəzəri əsasları.  nformasiya mənbəyi kimi mövzu 

ilə  əlaqədar  Azərbaycan  Respublikasının  Xarici  şlər,  qtisadi  nkişaf,  Maliyyə  və 

Vergilər Nazirliklərinin, Dövlət Statistika və Gömrük Komitələrinin,  A -nin və digər 

beynəlxalq  təşkilatların,  müvafıq  elmi-tədqiqat  müəssisələrinin  statistik  icmalları, 

hesabatları,  bülletenləri,  eləcə  də  milli  qanunvericilik  aktları  və  digər  mənbələrdən 

toplanmış materiallar istifadə edilmişdir. 



Dissertasiyanın  strukturu.  Hazırlanmış  magistrlik  dissertasiyası  giriş,  üç 

fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. 

 



 

I FƏS L 



XAR C   QT SAD  ƏMƏKDAŞLIQDA PR OR TETLƏR N SEÇ LMƏS N N 

ÖYRƏN LMƏS N N NƏZƏR -METODOLOJ  ƏSASLARI 

I.1. qtisadi əməkdaşlıqda prioretitlərin seçilməsinə dair  nəzəriyyələr və 

konsepsiyalar 

Bazar iqtisadiyyatlı ölkələrin inteqrasiyasının inkişafının praktiki zəruriliyinin 

dərk edilməsi və nəzəri cəhətdən əsaslandırılmasına hələ XX əsrin 50-60-cı illərində 

bir sıra qərb ölkələrinin iqtisadçıları tərəfindən cəhd olunmuşdur. Ənənəvi məktəbin 

nümayəndələri  adlandırdığımız  bir  qrup  iqtisadçılar  (J.Rueff,  R.Şuman,  V.Halşteyn, 

M.Paniç, E.Benua, J.Monne, P.Robson və başqaları ) bu məsələnin təhlilində, ancaq 

gömrük ittifaqı daxilində iqtisadi şərtlərə (ticarət maneələrinin aradan götürülməsini, 

müəyyən  koordinasiyaedici  reqlamentlərin  tətbiqi  və  sairə)  baxmağı  əsas 

götürürdülər.  Bu  nəzəriyyənin  nümayəndəsi  olan  Amerika  alimi  Cekob  Vaynerin 

(iqtisadi inteqrasiya, xüsusilə də gömrük birliyi nəzəriyyəsinin formalaşması onun adı 

ilə  bağlayırlar)  analizinin  əsasında  ölkələrin  hər  birinə  məxsus  gömrük  tarifinin 

mövcudluğu şəraitində və onlar arasında gömrük birliyi haqqında sazişin (hansı ki, bu 

saziş  qarşılıqlı  ticarətdə  tarifləri  aradan  qaldırır)  imzalanması  şəraitində  ölkələr 

arasında  ticarətin  müqayisəsi  durur.  Burada  inteqrasiya  nəticəsində  bazarların 

genişlənməsi  mümkün  olur  ki,  bu  da  əmtəə  axınının  artmasına  səbəb  olur.  Bu 

nəzəriyyə  cərçivəsində iki  yeni  anlayış  - “ticarət  prinsiplərinin  işlənib hazırlanması, 

ə

mtəə  axınlarının  yaradılması”  və  “ticarətin  diversifikasiyası,  əmtəə  axınlarının 



diversifikasiyası” anlayışları müəyyənləşdirilmişdir. Bu nəzəriyyəyə görə inteqrasiya 

prosesi  nəticəsində  inteqrasiya  qrupuna  daxil  olan  ölkələr  arasında  yeni  əmtəə 

axınları yaradılır ki, bu da öz növbəsində ölkə daxilində  analoji məhsulların bahalı 

istehsalını  ixtisar  etməyə  imkan  verir.  Tədricən  inteqrasiya  qrupu  daxilində  istehsal 

olunan  məhsullar  üçüncü  qrup  ölkələrdən  idxal  olunan  məhsulları  əvəz  etməyə 

başlayır.  Beləliklə  inteqrasiya  daxilində  belə  “xalis  əmtəə  axınlarının”  yaradılması 

istehsalın  həcminin  artmasına,  əhalinin  həyat  səviyyəsinin  yülsəlməsinə, 

inteqrasiyaya  daxil  olan  ölkənin  isə  ixtisaslaşma  səviyyəsinin  yüksəlməsinə  səbəb 

olur. Lakin bu nəzəriyyə  müəyyən nöqsanlara malikdir. Əslində bu standart şəraitin 



Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə