Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

42 
 
-  Bir-iki  xırda  qrammatik  səhvlər  buraxılıb:  1. 
«otur  öz  yerində»  bir  yerdə  yazılmır;  2.  «qara 
meymun»  ifadəsini  Böyük  hərflə  yazmaq  lazımdır: 
hər-halda prezidentə müraciət edirsiniz! 
 
 
Beynəlxalq münasibətlər sistemi formalaşdıqca, daha 
çox  ölkələri  əhatə  etdikcə,  qloballaşma  prosesi,  elmi-
texnoloji  inkişaf  sürətini  artırdıqca,  diplomatik  fəaliyyətin 
bir növü olan diplomatik yazışma da beynəlmilləşir və bəzi 
kiçik  fərqləri  istisna  etməklə,  sənədlər,  məktublar  eyni 
texnologiyanın  istifadə  olunması  ilə  tərtib  edilirlər. 
Şə
ffaflıq  əsrində  diplomatik  yazışmanın  bir  çox  sənədləri 
istər-istəməz  geniş  oxucu  dairəsinə  əlinə  düşür.  Diplomat 
nəinki  rəsmi  sənədlərin,  şəxsi  məktublarının,  sosial 
şə
bəkələrdəki  qeydlərinin  yazılmasına  diqqqət  yetirməli 
olur,  çünki  təsadüfən,  zarafatla  yazılan  bir  söz,  atmaca 
sonradan diplomatik skandala səbəb ola bilər. 
 
 
Maraqlıdır 
1)
  XIX əsrin sonlarında ABŞ- span münasibətləri 


43 
 
kifayət  qədər  gərgin  idi.  Gec-tez  müharibənin  baş 
verəcəyəni  siyasi  dairələr  dərk  edirdi.  Müharibənin 
başlanması  arzusunda  olan  qüvvələr  istənilən  təxribata  ə
atırdılar.  Belə  bir  şəraitdə  yerli  amerika  qəzetlərinin 
birində  oğurluq  yolu  ilə  edilmiş  spaniyanın  ABŞ-dakı 
səfiri  Düpui  de  Lomanın  Amerika  prezidenti  Mak-Kinli 
barədə  xoşagəlməz  ifadələr  işlətdiyi  şəxsi  məktub  çap 
edilir.  Çapdan  dərhal  sonra  səfir  istefa  ərizəsini  təqdim 
edir  və  ispan  höküməti  rəsmi  ABŞ-ın  etirazı  hələ  Madridə 
çatmamış, istefanı qəbul edir
19

2)
  2013-cu ilin aprel ayında Argentinanın yerli 
nəşrlərindən  biri  Uruqvay  prezidentinin  audioçıxışının 
mətnini çap edir. Rəsmi görüşün bitdiyi üçün rahat danış
biləcəyini  güman  edən  prezident  Xose  Muxika  mikrofonun 
hələ  də  işlədiyini  unudaraq  köməkçilərindən  birinə  «Bu 
qoca  ifritə  əvvəlki  çəpgözdən  də  betərdir»  -  deyə  bildirir. 
Çəpgöz  dedikdə,  Argentinanın  mərhum  prezidenti  Nestor 
Kirşner,  qoca  ifritə  adı  altında  Nestorun  həyat  yoldaşı, 
hazırkı  Argentina  prezidenti  Kristina  Kirşner  nəzərdə 
                                                           
19
www.BiblioFond.ru/view.aspx?id=23751
 


44 
 
tutulurdu.  Uruqvay  prezidenti  Muxika  həmkarına  açıq 
məktubla  üzrxaqlıq  etsə  də,  qarşı  tərəf  hələ  də  baş  vermiş 
skandala öz münasibətini açıqlamayıb
20
.   
Bütün 
bunlar 
diplomatik 
yazışmada 
standartlaşdırma, 
unifikasiya 
və 
trafaretləşdirmə 
səviyyəsinin günbəgün artmasına səbəb olur. 
Standartlaşdırma 
dedikdə, 
informasiya 
mübadiləsinin  səmərəli  üsullarının  təminatı  məqsədi  ilə 
sənədlərə  qarşı  sürülən  vahid  norma  və  qaydaların  təsbiti 
başa  düşülür.  Bir  sözlə,  eyni  tipli  obyektlərin 
tutuşdurulması zamanı ilkin olaraq qəbul edilən standartın, 
nümunənin, etalonun təsbiti, sənədlərə qarşı vahid ölçülər, 
formalar,  qaydalar  və  tələblərin    tətbiqindən  gedir.  Tarixi 
inkişafın  nəticəsi  olaraq  sənədin  yalnız  ən  funksional 
xassələri  qorunub  saxlanmış  və  yayılmışdı.  Diplomatik 
yazışmaya  gəldikdə,  söhbət  əksəriyyəti  rəsmi-işgüzar  və 
bir  qismi  daha  çox  diplomatik  sahədə  istifadə  olunan 
sözlər,  dayanıqlı  söz  birləşmələri,  qrammatik  forma  və 
cümlə  quruluşlarından gedir. Məsələn,  «nəzərdə tutulduğu 
                                                           
20
http://www.rosbalt.ru/main/2013/04/12/1117241.html
 


45 
 
kimi»,  «məqsədəmüvafiq  hesab  edilə  bilər»,  «məlumat 
üçün qeyd edək ki», «cavab olaraq bildirir ki» və s. Rəsmi-
işguzar  ünsiyyətdə  onlar  nə  qədər  yerində  görsənsələr  də, 
adi məişətdə yaxud ədəbi üslubda bir o qədər qəribə, bəzən 
komik  də  görünürlər.  Həyətdəki  yeniyetmələrin  mübahisə 
zamanı  bir-birinə  «Sizə  ərz  etmək  istəyirəm  ki,  siz  səhv 
edirsiniz!» deməyini təsəvvür etmək olarmı?! 
Dəfələrlə təkrarlanan vəziyyətlərin eyni tipdə 
olması  həyatın  reallığından  kağız  üzərinə  də  köçür  və 
standart  ifadələrdə  əks  olunur.  Bu  prosesə  unifikasiya 
deyilir.  Sənədlərin  unifikasiyası  zamanı  aşağıdakı 
prinsiplərə riayət etmək lazımdır: 
1)
  Mətndə vəziyyətin (sosial, ictimai, beynəlxalq və s.) 
məzmununun obyektiv şəkildə əks etdirilməsi; 
2)
  nformasiyanın  tərkibi  və  sənədin  növü  arasında 
müvafiqliyə ciddi riayət edilməsi; 
3)
  Uzun  illərin  təcrübəsinin  sınağından  keçərək 
seçilmiş  dayanıqlı  ifadələrin,  söz  birləşmələrinin, 
cümlə modellərinin dil düsturlarından istifadə. 
Faktiki olaraq, unifikasiya standartlaşdırma ilə 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə