Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

36 
 
bənzətmələr  tək  də  gözəl  səslənir,  sadəcə  olaraq  siyasi 
proseslərdə  tətbiqi  onlara  yeni  məna  verdi  və  diplomatik 
lüğətin  arsenalına  daxil  etdi.  Bəzən  böyük  diplomatlar 
ordusundan  seçilərək  siyasi  tarixdə  qalmaq  üçün  belə  bir 
yeniliyin, ifadənin tapıntısı kifayət edir. Məsələn, 1963-cü 
ildə  amerikan  nüvədaşıyıcı  sualtı  qayıqlarının  Aralıq 
dənizində  yerləşməsinə  SSR -nin  etiraz  notasında  «Aralıq 
dənizin  ölü  dənizə  çevrilməsi  təhlükəsi  var.»  cümləsi  var. 
«Aralıq  dənizin  ölü  dənizə»  ifadəsi  öz  mənalığı  və  təsir 
gücünə  görə  ədəbi  əsərlədəki  ən  gözəl  nümunələrdən  geri 
qalmır  (həm  təbii  dənizin  məhv  olması  təhlükəsini 
yaşadığını  göstərmə,  həm  də  Ölü  dənizə  işarə  etməklə 
Yaxın  Şərqdəki  gərgin  vəziyyətə  və  bu  vəziyyətin  Aralıq 
dənizi regionunda yarana bilməsi ehtimalına işarə)
17
.   
 
Ümumiləşdirsək, diplomatik, rəsmi stilin qısa ifadəsi 
kimi  Böyük  Britaniyada  işlədilən  «5C»  qaydasını  qəbul 
etmək olar: 
clear  
Aydın 
                                                           
17
Kovalyov A.Q. Göst. əsəri. S. 145. 


37 
 
complete  
tam, dolğun  
Concise 
ğcam  
Courteous 
nəzakətli  
Correkt 
düzgün  
 
Bu  qaydaların  ayrı-ayrılıqda  tətbiqi  nə  qədər 
asandırsa,  onları  bir  yerdə  (dolğun  və  yığcam,  aydın  və 
nəzakətli)  bir  sənəddə  tətbiq  etmək,  doğrudan  da,  böyük 
diplomatik məharət, yazışma təcrübəsi tələb edir. 
 
 
 
 
 
Maraqlıdır 


38 
 
 
 
 
Diplomatik stildə yazmaq üçün digər üslublara 
xas  olan  bəzixüsusiyyətlərdən  qaçmaq,  özünü  saxlamaq 
lazımdır.  Elmi  üsluba  xas  olan  mürəkkəblikdən  qaçmalı, 
qəliz  və  anlaşıdmaz  xüsusi  terminlərə  meyl  etməməli; 
publisistik  üsluba  xas  olan  sərbəstlik  və  şişirtmələrdə
uzaq olmalı; ədəbi üslubun uzunçuluğu, qeyri-müəyyənliyi, 
orijinal  bənzətmələrindən  yayınmaq  lazımdır.  Qeyd 
edilənlər  heç  də  diplomatın  adıçəkilən  sahələrdən  bixəbə
olmasına  dəlalət  etmir.  Əksinə,  bəlkə  də,  həmin  peşə 
fəaliyyətləri,  onların  yazma  üsulu  ilə  yaxşı  tanış  olmaq 
lazımdır  ki,  eyni  stildən  diplomatik  yazışmada  istifadə 
Италийалы А.Данте     Ф.Петрарка 
Ж.Боккаччо 


39 
 
etməyəsən. Təsadüfi deyil ki, bir çox diplomatlar həmçinin 
ş
air,  yazıçı,  publisist  kimi  də  tanınıblar  və  bəzi  hallarda 
xobbi kimi yanaşdıqları bu istiqamətlər onları tarixdə daha 
çox tanıdıb, nəinki diplomatik fəaliyyətləri. Məşhur italyan 
ş
air  və  yazıçıları  Aligyeri  Dante  (
Ravenna  hökmdarının 
səfiri qismində çalışmışdı), Françesko Petrarka (XIV əsrin 
ortalarında  elmi  fəaliyyətdən  imtina  edərək,  Milan 
arxiyepiskopun  yanında  katib,  natiq  və  emissar  olaraq 
çalışır  və  müxtəlif  diplomatik  missiyalarda  iştirak  edir,  o 
cümlədən  Praqada  çar  IV  Karlla  görüşür),  Covanni 
Bokaçço  (
XIV  əsrin  ortalarında  Ravennanın  elçisi  olaraq, 
çar  V  Lyudoviq  Brandenburqlu,  roma  papaları  VI 
nnokenti və V Urbanla diplomatik danışıqlar aparmışdı), 
 
  Рус Д.Фонвизин     А.С.Грибойедов          Ф.Тйутчев 


40 
 
 
rus  D.Fonvizin  (
XVIII  əsrin  ortalarında  Rusiya  xarici 
kollegiyasında  çalışmışdı),  A.S.Qriboyedov,  F.Tyutçev 
(
XIX  əsrin  ikinci  rübündə  Münhen,  Genuya  ə  Turindəki 
rus  missiyalarında,  sonralar  bilavasitə  Rusiya  X N 
tərkibində müşavir qismində çalışmışdı),  
 
 
 
azərbaycanlı  Molla  Pənah  Vaqif,  A.Bakıxanov,  gözə
publisist Ə.M. Topçubaşov, ədəbiyyat üzrə Nobel mükafatı 
almış  U.Çörçill,  XX  əsrin  ikinci  yarısında  Sudanın  əvvə
xarici  işlər,  sonra  baş  naziri  olmuş  Məhəmməd  Əhməd  ə
Məhcub  və  digərləri  bunu  öz  həyat,  peşə  fəaliyyətləri  və 
yaradıcılıqları  ilə  sübut  edirlər.  Daha  müasir  dövrdən  də 
А.БакыхановМолла Пянащ Вагиф       Я.М.Топчубашов 


41 
 
belə  misallar  gətirmək  olar:  XX  əsrin  sonlarında 
Bolqarıstanıın  X N  əməkdaşı  olmuş  şair,  tərcüməçi, 
diplomat, 
ə
slə
azərbaycanlı 
Xalid 
Qiyasbəyli 
(
diqqətəlayiqdir ki, həmyerlimiz, eyni zamanda 4 dildə şeir 
yazır,  həmçinin  elmi  fəaliyyətlə  məşğuldur
18
),  şərqşünas-
alim, fövqəladə və səlahiyyətli səfir Elman Araslı, Bakıdakı 
Rusiya səfirliyinin baş müşaviri, şair A.Qladkov və b.  
 
Tənəffüs 
MG MO-nun (Beynəlxalq münasibətlər  nstitutu) 
tələbəsinə imtahanda sual verilir: 
- Atlantik okeanda bizim sualtı qayığımız Afrika 
ölkələrinin birinin ticarət gəmisini batırdı. Siz həmin 
ölkənin etiraz notasına cavab yazmalısınız. 
Yarımsaatdan sonra professor tələbənin cavabını 
oxuyur: 
-  Ümumən  hər  şey  düzgündür,  əsl  sovet 
diplomatiyası üslubunda yazılıb. Dörd. 
- Bəs həşey düzgündürsə, niyə «dörd»? 
                                                           
18
http://azcongress.info/cat/67-aprel-2009/3959-2009_4_33
 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə