Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   2   3   4   5   6   7   8   9   10   ...   25

30 
 
Yuxarıda qeyd  olunan  ifadələr  və onlara diplomatik 
müstəvidə  verilən  məna  da  birdən-birə  yanamamış  və 
uzunəsrli  təkamül  yolunu  keçmişdi.  Müharibələrlə  zəngin 
olan  Qədim  Dövr  və  Orta  əsrlərdə,  Yeni  dövrün  ilkin 
mərhələsində  dövlət  nümayəndələri  təhdidlərini  və  təzyiq 
cəhdlərini  daha  kobud,  açıq  şəkildə  ifadə  edirdilər.  Hətta 
XIX-XX  əsrin  əvvəllərində  belə,  müəyyən  sətiraltılığa 
keçidə  baxmayaraq,  bu  ənənə  davam  etməkdə  idi.  Gəlin 
stanbuldakı  rus  elçisinin  1826-cı  ildə  osmanlı  sultanının 
rəis-əfəndisinin  adına  ünvanladığı  ultimatumdakı  son 
abzasa nəzər salaq: 
«Hökmdarının  təlimatlarından  irəli  gələn  vəzifəni 
icra  etmək  üçün  aşağıda  imza  atan  Osmanlı  dövlətinə 
bəyan  edir  ki,  mperatorun  qanuni  gözləntilirinə  zidd 
olaraq,  hazırkı  sənədi  təşkil  edən  üç  tələbdə  göstərilən 
tədbirlər  altı  həftəlik  müddət  ərzində  tam  şəkildə  həyata 
keçirilmədikləri təqdirdə, o,  dərhal  stambulu tərk  edəcək. 
Ali  həzrətin  nazirləri  bu  hadisənin  yaxın  fəsadlarını 
asanlıqla təsəvvür edə bilərlər»
15

                                                           
15
 Сатоу Э. Руководство по дипломатической практике. М., 1961. С. 106. 


31 
 
Gördüyünüz  kimi,  təhdid  kifayət  qədər  açıq  şəkildə 
verilib. Müasir dövrdə bu cür kəlmələrə çox nadir hallarda 
rast  gəlmək  olar  və  hətta  ən  kəskin  etirazlarda  belə 
qarşılıqlı  diplomatik  ehtirama,  kiçildici,  hərbi  əzələ 
nümayişindən  qaçmağa,  yaxud  bunu  ustalıqla  misal 
gətirdiyimiz  cümlələr  vasitəsilə  pərdələməyə  çalışırlar. 
Belə  şərti  formanın  tətbiqi  ictimaiyyəti  təşvişdən  qoruyur, 
diplomatlara,  hökümətə  isə  düşünülmüş  reaksiyanı 
nümayiş  etdirmək  üçün  vaxt  qazandırır.  Diplomat 
diplomatik  dilin  bu  özünüməxsusluğunu  da  yaxşı 
öyrənməli,  həm  düzgün  və  yerində  tətbiq  etməyi,  həm  də 
«düzgün oxumağı» bacarmalıdır. 
 
Maraqlıdır 
Diplomatik praktikaya sətiraltı mənanı daha orijinal 
şə
kildə  ifadə  etmə  halları  da  məlumdur.  1915-ci  ildə 
Yaponiya Çinə ultimatum verir. «21 tələb» kimi də tanınan 
bu sənəd faktiki olaraq Çinin Yaponiyanın iqtisadli əsarəti 
altına  keçməsni  nəzərdə  tuturdu.  Çin  prezidenti  Yuan 
Ş
ikayın  cavab  verməkdə  tərərrüd  etdiyini  görən  yapon 


32 
 
səfiri  ultimatumun  çap  olunduğu  kağıza  işıqda  baxmağ
tövsiyyə  edir. 
ş
ıqda  kağızın  fonunda  yapon  hərbi 
gəmilərinin siluetləri sezilirdi
16

 
 
 
 
 
                                                           
16
 Борунков А.Ф. Дипломатический протокол в России. М., 2000. С.82. 
Йапонийанын Чиня ултиматумун мятнин яслиндян (21 тяляб) 


33 
 
 
 
YOXLAMA SUALLAR: 
1.
  Diplomatın söz ehtiyatına dair tələbləri açıqlayın. 
2.
  Beynəlxalq diplomatik təcrübədən diplomatik sözün 
gücünü göstərən misallar gətirin. 
3.
  İşğal faktını ört-basdır etməyə çalışan tarixi şəxslər 
və dövlətlərə dair öz misallarınızı göstərin. 
4.
  Diplomatik dil dedikdə nə başa düşülür? 
5.
  Tarixən  hansı  dillər  beynəlxalq  ünsiyyət  vasitəsi 
kimi istifadə olunub? 
6.
  Dillərin bərabərhüquqluğu prinsipi nəyi ehtiva edir? 
7.
  Bildiyiniz diplomatik terminləri sadalayın və onların 
mənasını açıqlayın. 
8.
  Diplomatik 
ünsiyyətdə 
mənasını 
dəyişən 
ifadələrdən hansılarını söyləyə bilərsiniz? 
 
 
 


34 
 
3. Stil (üslub) anlayışı,  
diplomatik üslubun özəllikləri 
 
Zəngin  söz  ehtiyatına  sahib  olmaq  tələbi  yalnız 
diplomatlar qarşısında durmur. Jurnalistika, yazıçılıq, elmi 
fəaliyyət sahələrində də geniş söz bazasına malik olmaq və 
sözdən  məharətlə,  yerində,  düzgün  istifadə  etmək 
zəruriyyəti  mövcuddur.  Diplomatik  yazışma  diplomatik 
stilə  (üsluba)  tam  yiyələnməyi,  onu  adları  yuxarıda  qeyd 
edilən digər üslublarla səhv salmamağı ehtiva edir. 
»Stil» sözü qədim yunan mənşəlidir və hərfi mənada 
çubuq  mənasını  daşıyır.  Qədim  dövrdə  üstü  mumlu  taxta 
lövhələr üzərində yazırdılar. Çubuğun iti ucu ilə yazır, bel 
şə
klində  olan  ucu  iləsə  səhvləri  «pozub  düzəldirdilər». 
Funksional  stil  dedikdə,  ünsiyyətin  bu  və  ya  digər 
sahəsində istifadə edilən, peşəkar fəaliyyəti bu və ya digər 
sahəsi  ilə  bağlı  olan,  tarixən  formalaşmış  və  sosial 
dərketmədən keçmiş nitq vasitələri sistemləri başa düşülür. 
Bu  mənada  diplomatik  üslub  rəsmi-işgüzar  üslub 
növlərindən (qanunverici, metodik göstərişlər və təlimatlar, 


35 
 
sərəncamverici,  statistika,  texniki  informasiya)  biridir  və 
bu stilə aid olan ümumi cizgilərə malikdir: 
1)
  Nisbi dayanıqlılıq 
2)
  frat quruluq; 
3)
  Emosional çalarlı leksikanın yoxluğu; 
4)
  Neytrallıq; 
5)
  fadetmənin yığcamlığı və kompaktlığı. 
6)
  Hazır dil ştampları və klişelərdən istifadə 
Rəsmi-işgüzar üslub fərdi deyil, sosial 
təcrübəni  əks  etdirdiyi  üçün  ümumiləşdirilmiş  leksikaya 
malikdir və çoxmənalı sözlərdən qaçmağa meyillidir. Bunu 
yazanın  yaxud  qəbul  edənin  söz  kasadlığı  deyil,  stil 
özəllikləri tələb edir. 
 
Lakin diplomatik üslubun sırf quru, cansıxıcı görünə 
biləcək  ifadələrdən  ibarət  olduğunu  da  düşünmək  yanlış 
olardı. Qeyd etdiyimiz yeni terminlər, ifadələr mühafizəkar 
ə
ləkdən  keçirilir  və  ən  uğurlu  tapıntılar  qəbul  edilir. 
Epitetlərdən  qaçılsa  da,  ən  «layiqliləri»  diplomatik  dilin 
ayrılmaz  parçasına  çevrilirlər.  Razılaşaq  ki,  «soyuq 
müharibə», «dəmir pərdə», «zərif güc» kimi ifadələr ədəbi 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə