Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə12/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   ...   8   9   10   11   12   13   14   15   ...   25

60 
 
1)  açıq  sənədlər  –  istənilən  istifadəçi  üçün  açıq  olan 
informasiyanı əks etdirən sənədlər; 
2)  tanışlıq  imkanı  məhdudlaşdırılan  sənədlər  –  məxfi 
informasiyanı  əks  etdirən  sənədlər.  Bu  cür  sənədlər 
ş
ifrlənmiş  teleqramla  diplomatik  kuryer  vasitəsilə  yaxud 
məxfi kanallar vasitəsilə çatdırılır.  
 
Yuxarıda  sadalananlar  arasından  xüsusilə  bilavasitə 
diplomatik  yazışmaya  –  xarici  yazışma  sənədləri  üzərində 
dayanmaq  istərdim,  çünki  onlara  qarşı  tələblər  diplomatik 
sənədlərin  digər  meyarlar  üzrə  təsnifatlarda  yerinin 
müəyyənləşdirilməsində mühüm rol oynayırlar. 
 
 Rəsmi  sənədlərin  böyük  əksəriyyətini  xarici 
yazışma  sənədləri  təşkil  edir.  Müvafiq  qaydalara  uyğun 
olaraq  hazırlanan  bu  qrup  sənədlərin  məntləri  üçün 
ehtiyatlılıq,  təmkinlilik,  xüsusi  termin  və  ifadələri  bilmə, 
yerli adətləri və qaydaları bilmə xasdır. Onlar daha böyük 
oxucular  dairəsi,  çox  vaxt  ictimaiyyət  üçün  nəzərdə 
tutulduqları 
üçün 
onlarla 
tanışlıqda 
xüsusi 
bir 
məhdudiyyətlər  qoyulmur.  fadələr,  cümlə  quruluşları, 
verilən  məna  və  siqnallar  dəfələrlə  yoxlanılır.  Sənədin 


61 
 
açıqlığı  guman  olduğundan  artıq  olsa  belə,  vəziyyətdən 
çıxmaq,  vurulan  zərəri  tələfiyyə  etmək  nisbətən  asandır 
(təbii  ki,  xarici  yazışmada  daha  az  istifadə  olunan 
yarımrəsmi  və  qeyri-rəsmi  yazışma  sənədlərinə  bura  aid 
etmək olmaz). 
 
Qurumdaxili 
yazışmada 
tanışlığa 
məhdudluq 
səviyyəsi  xeyli  yüksədir  və  bu,  ilk  növbədə  sənədlərin 
xüsusiyyətləri  və  onlara  qarşı  qoyulan  tələblərdən  irəli 
gəlir.  Eyni  xarici  siyasət  xəttini  yürüdən,  eyni  xarici 
qurumun  müxtəlif  qollarını  təmsil  edən  şəxslər  arasında 
yazışma  zamanı  xüsusi  ehtiyatlılığa,  təmtəraqlığa  ehtiyac 
yoxdur.  Fikir,  məlumat  yığcam,  lakonik,  aydın  və  dəqiq 
ifadə edilməlidir. Əsas məsələ ətrafında söz «oyunları» da 
lazım deyil, əksinə, birmənalılıq təqdir edilir. Aydındır ki, 
yerli  şərait,  siyasi  xadimlər  və  s.  haqqında  mərkəzə 
məlumat  verən,  öz  qiymətləndirmələri,  proqnoz  və 
təkliflərini təqdim edən səfirliklərin, yaxud konkret, aydın 
və  bəzən  qarşı  tərəfin,  və  ya  beynəlxalq  ictimaiyyətin 
birmənalı  qarşılamayacağı  tapşırığı  verən  mərkəzin 
sənədləri  məxfilik  qrifi  daşıyırlar.  Onların  ictimaiyyətə 


62 
 
aşkar edilməsi çox vaxt diplomatik skandallara, hətta iki və 
ya 
daha 
çoxtərəfli 
münasibətlərin 
tamamilə 
soyuqlaşmasına gətirib çıxara bilər. 
 
 
Maraqlıdır 
 
Son  dövrlərin  diplomatik  sənədlərlə  bağlı  ən  böyük 
skandalı,  şübhəsiz,  Vikiliks  lahiyəsi  ilə  bağlıdır.  Qeyd 
edilən  beynəlxalq  sosial  şəbəkə  lahiyəsi  əsas  məqsədi 
olaraq  informasiyanın  sızması  nəticəsində  aşkar  olunan 
sənədlərin təhlili və izlənilməyən nəşri elan edilib.  stənilə
şə
xs anonim mənbə qismində çıxış edə bilər. 
 
lk  sədası  ABŞ-ın  hərbi  kəşfiyyat  xarakterli 
sənədlərin  saytda  verilməsi  ilə  bağlı  olsa  da,  bizə  aid 
məsələ  bir  neçə  ay  sonra  baş  verdi:  2010-cu  ildə  noyabr 
ayının  sonlarında  saytda  ABŞ-ın  250  minə  yaxın  məxfi, 
daxili  diplomatik  yazışmanın  sənədləri  yerləşdirildi. 
Mərkəzi  serverdən  sızan  materiallarda  nəinki  ABŞ 
diplomatlarının, 
hətta 
xarici 
liderlərin, 
partiya 
rəhbərlərinin və s. bir-birləri yaxud qonşu siyasi xadimlə
haqqında  onlara  açıqladığı  (və  heç  də  həmişə  çox  müsbə


63 
 
olmayan)  fikirlər  də  öz  əksini  tapır.  Sənədlərdən  bəzi 
parçalara nəzər salaq: 
1)
  «The Quardian» qəzeti məxfi məktublardan 
məlum  etdi:  a)  Səüdiyyə  Ərəbistan  liderləri  gizli  şəkildə 
ABŞ  hakimiyyətində
rana  nüvə  zərbəsi  vurmasını 
istəyirlərmiş
b) 
Rusiya 
hakimiyyətinin 
mütəşəkkil 
cinayətkarlıqla  əlaqələri  varmış;  c)ABŞ-ın  KXDR-ın 
süqutundan sonra vahid Koreya dövləti yaratmaq planları 
mövcuddur. 
 
2)
  Beynəlxalq ictimaiyyəti ayrı-ayrı siyasi 
xadimlərin, 
diplomatların 
tərəfdaşları 
haqqında 
söylədikləri  fikirlər  daha  böyük  marağa  səbəb  oldu. 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə