Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   ...   17   18   19   20   21   22   23   24   25

120 
 
xarici  diplomatlar,  o  cümlədən,  amerikalılar,  mütəmadi 
olaraq  rusiya  qanunvericiliyini  pozurlar,  lakin  onlar 
bundan  informasiya  şousu  yaratmır  və  məsələləri  səs-
küysüz, diplomatik kanallar vasitəsilə həll edirlər
52

S.Lavrovun  reaksiyası  göstərir  ki:  1)  ABŞ  tərəfin 
ittihamlarının faktoloji hissəsi o qədər dəqiq və əsaslıdır ki, 
onu  inkar  etmək  mümkün  deyildi.  2)  Lakin  açıq  etiraf 
ə
vəzinə  rusiyalı  nazir  əvəzinə  əkshücuma  keçməyə  çalışıb. 
Amma  digər  ölkələrin  diplomatlarına  qarşı  ittihamları 
ümumi 
xarakter 
daşıdığına, 
yəni 
real 
faktlarla 
ə
saslandırılmadığına görə, onlar bir daha bu məsələdə rus 
tərəfin  acizliyinin  nümayişinə  çevrildi  (əminliklə  söyləmə
olar  ki,  Rusiya  ərazisində  fəaliyyət  göstərən  amerikalı 
diplomatların  yerli  qanunları  pozduqlarına  dair  hansısa 
tutarlı  faktlar  olsaydı,  rus  tərəfi  çoxdan  onları 
açıqlamışdı).  
Qeyd  olunan  misal  bir  daha  sənədin  faktoloji 
hissəsinə  diqqətli,  əhatəli  araşdırma  və  dəqiqləşdirmə  ilə 
yanaşmağın  vacibliyini  sübut  edir.  Faktlar  inkaredilməz 
                                                           
52
http://argumenti.ru/politics/2013/12/305236
 


121 
 
olduğu  halda  qarşı  tərəf  nə  qədər  məsələdən  yayınmaq 
istəsə belə, bəzi məsələləri etiraf etməyə məcbur olur. 
 
 
YOXLAMA SUALLAR: 
1.
  Protokol formullarına daxil olanları qeyd edin? 
2.
  Diplomatik  yazışmada  standart  müraciət 
ifadələrini sadalayın. 
3.
  Məna  nüvəsi  üzrə  diplomatik  məktubların 
təsnifatına hansı kateqoriyalar daxildir? 
4.
  Etiraz  ifadə  edən  sənəd  nümunələrindən 
misal gətirin. 
5.
  Diplomatik  məktubun  arqument  hissəsinin 
yeri və əhəmiyyətini açıqlayın. 
 
 
 
 
 


122 
 
 
ƏLAVƏ 
 
Şə
xsi  nota  –bir  qayda  olaraq,  mühüm  və  prinsipial 
ə
həmiyyətli  məsələlərə  aid olur və  ya  hər  hansı  hadisə  ilə 
bağlı  rəsmi  informasiya  qaydasında,  yerli  diplomatik 
protokolun  tələblərinə  uyğun  şəkildə  və  ya  şəxsi  notaya 
cavab olaraq göndərilir. Blankda çap edilir, üstündə ünvan 
göstərilir, möhür qoyulur. 
Verbal nota– Nisbətən ikinci dərəcəli məsələləri əhatə edir 
və gündəlik diplomatik məktublar dövriyyəsində daha çox 
istifadə edilir. Üçüncü şəxs adından tərtib edilir, əvvəlində 
gerb, sonunda rəsmi möhür vurulur, imzalanmır. Sol aşağı 
küncündə göndərmə vaxtı, göndərildiyi ünvan göstərilir. 
Sirkulyar nota –bir neçə şəxsə ünvanlanmış yaxud ümumi 
dövr  etmək  üçün  nəzərdə  tutulmuş  rəsmi  informasiyanı 
yaxud müddəanı ehtiva edən  diplomatik nota. 
Kollektiv  nota  –bir  neçə  ölkə  tərəfindən  uzlaşdırılmış 
fikirlərin  açıqlanması  məqsədi  ilə  hər  hansı  hökümətə 
ünvanlanır. Bu xüsusən mötəbər məktublaşma növüdür və 


123 
 
tək  nüsxədə  hazırlanır.  Eyni  vaxtda  sənədi  imzalayan 
diplomatların  hamısının  iştirakı  ilə  görüş  zamanı  təqdim 
olunur. 
dentik  nota  –mötəbərlik  səviyyəsi  daha  aşağıdır.  Hər 
diplomatik  nümayəndəlik  hökümətə  öz  notasını  göndərir. 
Mahiyyətjə  notalar  analoci  olsa  da,    forma  və  detallarına 
görə  notalar  fərqli  ola  bilər.  Eyni  zamanda  göndərilməsi 
mütləq deyil. 
Manifest  (proklamasiya)  –çap  olunmaq  üçün  nəzərdə 
tutulan notadır. 
Ultimatum  –bir  hökümətin  digərinə  qarşı  irəli  sürdüyü 
tələbləri  ehtiva  edir.  Sənəddə  kəskin  əks  tədbirlər  istisna 
edilmir  və  bir  çox  hallarda  müharibənin  prelüdiyasına 
çevrilir. 
Etimadnamə  –  bir  dövlət  başçısının  imzaladığı  və  digər 
dövlətin  başçısına  ünvanlandığı,  həmin  ölkəyə  bu  və  ya 
digər şəxsi  diplomatik  nümayəndə  qismində  təyin  edildiyi 
barədə məlumatlandıran məktubu. 


124 
 
Diplomatik  nümayəndə  geri  çağırıldıqda  sonuncu  dövlət 
başçısına  (yaxud  xarici  işlər  nazirinə)  geri  çağırılma 
sənədi təqdim edir. 
llik  siyasi  hesabat–səfirliyin  il  ərzində  yazdığı  sənədlər, 
arayışlar  və  dosyelər  əsasında  hazırlanır.  Adətən  bu 
hesabatı  səfirin  təsdiq  etdiyi  plan  əsasında  rütbəli 
diplomatik  əməkdaş  hazırlayır.  Hesabatda  səfirin  təmsil 
etdiyi  dövlətlə  çalışdığı  dövlət  arasında  siyasi,  iqtisadi, 
elmi  və  mədəni  əlaqələr  məsələləri  açıqlanır,  ikitərəfli 
münasibətlərin inkişaf meylləri təhlil olunur. Son zamanlar 
səfirliyin  illik  hesabatında  dövlətlərarası  əmtəə  dövriyyəsi 
məsələlərinə  xüsusi  diqqət  yetirilir.  Hesabatın  təxmini 
həcmi:  strateji  əməkdaşlıq  ölkəsi  ilə  bağlı  –  40  səh., 
digərləri ilə - 30 səh. Hesabata statistik və dygər xarakterli 
materiallar  da  əlavə  edilə  bilər.  Bir  qayda  olaraq,  növbəti 
ilin 15 fevral tarixindən gec olmayaraq təqdim edilir. 
Siyasi  məktub  –  X N,  ölkə  rəhbərliyinə  fəaliyyət 
göstərdiyi  ölkə  ilə  bağlı  önəmli  və  əlavə  tədbirlərin 
görülməsini  tələb  edən  bir  məlumat  çatdırarkən  səfirlik 
tərəfindən hazırlanır. Siyasi məktub üçün səciyyəvidir: 


125 
 
a)
  Mövzunun aktuallığı; 
b)
  Informasiyanın vaxt nöqteyi-nəzərindən aktuallığı; 
c)
  Hərtərəfli dərin təhlil; 
d)
  Səfirin  təmsil  etdiyi  dövlətin,  onun  vətəndaşlarının 
maraqlarının  müdafiəsinə  yönəlmiş  konkret  təkliflər 
və mülahizələr. 
Siyasi məktub xüsusi təhlil qrupu tərəfindən 
hazırlanır və səfirin imzası ilə təsdiqlənir. Həcmi 4-10 səh. 
Məlumat  məktubu  və  arayışı–Bu  tip  sənədlərin  dəqiq, 
konkret tərtibat qaydası yoxdur. Onları formadan daha çox 
bəhs  etdikləri  mövzu,  mövzunun  aktuallığı,  istinad  etdiyi 
mənbələr  səciyyələndirir.  Faktlar,  rəqəmlər,  sitatlar  dəqiq 
olmalıdırlar.  Bir  qayda  olaraq,  mərkəzə  göndərilməzdən 
ə
vvəl  səfirliyin  diplomatik  əməkdaşlarının  müşavirisindı 
nəzərdən  keşirilirlər.  Sadə,  aydın  dillə  yazılır,  dəqiq 
başlığa, icraçının imzasına malik olur. Həcmi 5-10 səh. 
Mətbuatın  icmalı–aparılması  halları:  a)  ölkəyə  sğfirin 
təmsil  etdiyi  dövlətdən  yerli  dili  bilməyən  nümayəndə 
heyəti  gəldikdə;  b)  müştərək  səfirliklərdə  səfirliyin 
yerləşmədiyi  dövlətdə  baş  verən  hadisələr  haqqında 


126 
 
məlumatlı olmaq üçün; c) səfir fəaliyyət göstərdiyi ölkənin 
dilini  bilmədiyi  hallarda;  d)  X N  yaxud  səfirin  xüsusi 
tapşırığı  əsasında  konkret  mövzu  və  konkret  dövr  üzrə 
(seçki  kampaniyası  zamanı,  münaqışə  dövründə  və  s.). 
Mətbuatın  icmalında  ölkənin  aparıcı  mətbuat  orqanları 
nəzərdən  keçirilir,  mətbu  orqanın  siyasi  yönümü, 
jurnalistin obyektivlik səviyyəsi qeyd edilir.  cmal operativ 
qaydada  hazırlanır:  gündəlik  icmal  həmin  gün  ərzində 
səhər  saat  10-11-ə  qədər  hazır  olmalıdır.  Adərən  bu  işi 
gənc diplomatlara tapşırırlar. 
Siyasi  xarakteristika– ctimai-siyasi  xadimin,  diplomatın, 
biznesmenin,  elm,  mədəniyyət  xadiminin  xarakteristikası 
daxili  yazışmanın  önəmli  sənəd  növüdür.  Bu  tip  sənədi 
X N,  digər  nazirliklər,  dövlət  nümayəndə  heyətləri  tələb 
edə  bilər.  Sənədini  məqsədi  bu  və  ya  digər  şəxs,  onun 
siyasi baxışları,  xasiyyəti,  əlaqələri  və  maraqları  haqqında 
dolğun  təsəvvür  yaratmaqdır.  Xarakteristikanın  mənbələri 
qismində  biografik  sorğu  kitabları,  həmin  şəxsin  çıxış  və 
bəyanatları, məqalə və kitabları, onun haqqında mətbuatda 
gedən  materiallar,  onunla  söhbətlərin  audio  və  video 


127 
 
yazıları  çıxış  edə  bilər.  Sənəddə  şəxs  haqqında  konkret 
anket məlumatları olsa da, bu anketdən daha geniş və fərqli 
sənəd  növüdür.  Xarakteristikanın  əsas  hissəsini  şəxsin 
siyasi-ictimai  baxışları,  ölkədəki  siyasi  rolu  və  çəkisi 
haqqında, həmçinin həmin şəxsin səfirin təmsil etdiyi ölkə 
ilə əlaqələri, ölkəyə səfərləri barədə məlumatlar təşkil edir. 
Şə
xsin  pis  vərdişləri,  varsa,  həyat  yoldaşı  barədə  də 
informasiya  əks  olunmalıdır.  Sənəddə  yalnız  yoxlanılmış 
faktlar olmalıdır. 
Memorandum  -  Nisbətən  az  istifadə  edilən  sənəd 
növüdür.  Daha  çox  faktları,  qərarları,  rəyləri  əks  etdirir. 
Ə
sas  problemin  hüquqi,  yaxud  aspektini  işıqlandırır 
(xüsusən  gələcəkdə  nəzərdə  tutulan  məsələ  ilə  bağlı). 
Memorandumda problemin tarixi kökləri, əsaslandırılması, 
tərəflərin  arqumentləri  göstərilir.  Notadan  fərqli  olaraq, 
memorandumda  nə  ünvan  göstərilir,  nə  də  komplimentlər 
edilir. 
Non paper” (ingiliscədən “mövcud olmayan kağız” kimi 
tərcümə  olunur  )–müasir  diplomatik  və  siyasi  praktikada 
geniş  tətbiq olunan sənəd növüdür.  Adətən başlığı,  imzası 


128 
 
olmur,  hərçənd  texniki  yarımbaşlığı  özündə  ehtiva  edə 
bilər.  Bu  cür  sənədlərin  istifadəsi  kifayət  qədər  sərbəst 
şə
kildə  yeni  təklif  irəli  sürmək,  qarşı  tərəfin  nəzərdən 
keçirməsi üçün yeni elementləri daxil etmək imkanı verir. 
Bir qayda olaraq, rəsmi sənəd qismində nəzərdən keçirilmir 
və iş materialı kimi xidmət edir. Non paper sənədə hardasa 
istinad  yalnız  müəllifin  göstərilməməsi  ilə  qəbul  edilib. 
Sitat  gətirmək,  bəzən  isə    aşkar  edilmə  üçün  nəzərdə 
tutulmayıb  (düzdür,  istisna  hallarda  ictimai  və  siyasi 
şə
rhlərin,  bu  və  ya  digər  məsələ  üzrə qiymətləndirmələrin 
ə
ldə edilməsi vasitəsi kimi təklif edilir). 
Bəyanat(latınca  declaro  –  elan  edirəm  kimi  tərcümə 
olunur) - Dövlətin daxili və xarici siyasət prinsiplərini ifadə 
edir  yaxud  konkret  məsələyə  dair  münasibəti  əks  etdirir 
(birtərəfli,  ikitərəfli  yaxud  çoxtərəfli  qaydada).  Bəyanat 
ə
ksər  hallarda  imzalanır,  lakin  iştirakmıların  istəyindən 
asılı olaraq, imzasız da qəbul oluna bilər. 
Yekun akt (Acte final – fr.)– ştirakçıların mövqeyini əks 
etdirməklə  beynəlxalq  toplantının  işini  yekunlaşdıran 
sənəd.  Özünün  məzmun  və  hüquqi  mahiyyəti  baxımından 


129 
 
müxtəlif olur və bu müxtəliflik konfransın işinin xarakteri, 
məqsəd və qayəsi, habelə gedişi ilə müəyyən edilir. 
Beynəlxalq  müşavirənin  yekun  sənədinə  nümunə 
kimi ATƏM-in Yekun aktını göstərmək olar. 
Demarş  (fr.  Demarche  -  çıxış)–Hökumət,  X N  və 
ya  diplomatik  nümayəndəlik  tərəfindən  digər  dövlətlərin 
hökuməti  qarşısında  edilən  çıxışdır.  Demarş  öz  formasına 
(nota,  memorandum  və  s.)  və  məzmununa  (xahiş, 
xəbərdarlıq)  görə  müxtəlif    ola  bilər.  Beynəlxalq  hüquq 
normalarına  uyğun  olaraq  Demarşda  zor  dili,  hədə-qorxu 
ola bilməz (BMT-nin Nizamnaməsinə ziddir). 
Autent  mətn  (yun.  əsl,  ilk  mənbədən  doğan)–hər 
hansı  sənədin  orijinal  mətni.  Beynəlxalq  hüquqda 
beynəlxalq  müqavilənin  mətninin  son  olaraq  elan  olunma 
prosedurası  mətnin  autentliyinin  müəyyən  olunması 
deməkdir. 
Müqavilə 2 və ya daha çox dildə tərtib edildikdə, bir 
qayda  olaraq,  onun  son  maddələrində  göstərilir  ki,  bütün 
mətnlər  “eyni  qüvvəyə  malikdir”,  yəni  autent,  eyni 
dərəcədə orijinal hesab edilir. 


130 
 
ST FADƏ OLUNMUŞ ƏDƏB YYAT 
1.
  Eyyubov A. K. Diplomatiyanın əsasları. B., 2009
 
2.
  Diplomatiya. Ensiklopedik lüğət. Bakı, 2005
 
3.
  pə-sapa düzülməmiş incilər. Bakı, 1981
 
4.
  Nuriyev  S.S.,  Yusifova  S. .  Handbook  on  nternational 
Relations. Bakı, 2012. 
5.
  Борунков А.Ф. Дипломатический протокол в России. М., 
2000. 
6.
  Валери Жискар д’Эстен. Власть и жизнь. М., 1990. 
7.
  Документы и материалы кануна Второй Мировой Войны. 
М
., 1948 
8.
  Ковалев А.Г. Азбука дипломатии. М., 1993. 
9.
  Муратов 
Э
.Н. 
Дипломатические
 
документы
 
и
 
дипломатическая
  переписка  на  английском  языке.  М., 
2001. 
10.
 Никольсон Г. Дипломатия. – М., 1941 
11.
 ПоповВ.И.  Современная  дипломатия:  теория  и  практика. 
М
. – 2004 
12.
 Расулзаде М..Э. Сборник произведений и писем. М., 2010. 
13.
 Сатоу Э. Руководство  по дипломатической практике. М., 
1961. 
14.
 Соловьев Ю. Я. Воспоминания дипломата. М., 1959 
15.
 Юзефович Т. Договоры России с Востоком. СПБ., 1869 
16.
 
www.ling-expert.ru/conference/langlaw1/langdiplomat.html
 
17.
 
http://diplomat-ceremonial.ru/diplomatia-drevnei-
grecii/mezhdunarodnye-obychai-v-epoxu-ellinizma.html
 
18.
 
http://azcongress.info/cat/67-aprel-2009/3959-2009_4_33
 
19.
 
www.BiblioFond.ru/view.aspx?id=23751
 
20.
 
http://www.rosbalt.ru/main/2013/04/12/1117241.html
 
21.
 
http://dic.academic.ru/dic.nsf/lower/14556
 


131 
 
22.
 
http://www.warandpeace.ru/ru/news/view/53260/

http://lenta.ru/news/2010/11/28/leakit/

http://ruleaks.net/
 
23.
 
http://www.tinlib.ru/istorija/diplomatija_simona_bolivara/p8.p
hp
 
24.
 
http://telegraf.by/2012/03/monarhi-xxi-veka
 
25.
 
http://prezident.gov.az/articles
;
 
26.
 
http://deyerler.org/new/ru/print:page,1,7819-ibm-podarila-armii-ssha-
jelektronnyjj-perevodchik.html
 
27.
 
http://mfa.gov.az/index.php?options=news&id=13&news_id=
211
 
28.
 
http://mfa.gov.az/index.php?options=news&id=13&news_id=
1147
 
29.
 
http://az.trend.az/news/politics/2135582.html
 
30.
 
http://mfa.gov.az/index.php?options=news&id=14&news_id=147&langua
ge=az
 
31.
 
http://mfa.gov.az/index.php?options=news&id=14&news_id=
150&language=az
 
32.
 
http://www.newizv.ru/politics/2013-12-11/194013-nashi-shtirlicy-
pogoreli-na-strahovke.html
 
33.
 
http://argumenti.ru/politics/2013/12/305236
 
 
 
 
 
 
 
 
 
 


132 
 
 
Mündəricat 
Müqəddimə…………………………………………3 
 
1. Yazışmanın diplomatın fəaliyyətində  
rolu və əhəmiyyəti……………………….................5 
 
2. Diplomatın söh ehtiyatı  
və diplomatik dil anlayışı……………………………..17 
 
3. Stil (üslub) anlayışı, diplomatik  
üslubun özəllikləri………………………………………35 
 
4. Diplomatik sənədlərin təsnifatı…………………….55 
 
5. Diplomatik sənədlərə qarşı  
ümumi tələblər…………………………………………..69 
 
6.
  Diplomatik 
sənədlərin 
tərkib 
hissələri…….………80 
7.
  ƏLAVƏ....................................................122 
 
stifadə olunmuş ədəbiyyat…………………………..130 
 
Mündəricat……………………………………………132 

Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə