Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
  1   2   3   4   5   6   7   8   9   ...   25



 
 
 
 
B.M.ABDULLAYEV 
A.K.EYYUBOV 
 
 
 
D PLOMAT K YAZIŞMA 
Dərs vəsaiti 
 
 
 
 
 
 
 
 
Bakı- 
 



 
Müqəddimə 
 
 
«Diplomatik  yazışma»  kitabı  IV  kursda  tədris  edilən 
«Diplomatik  yazışma»  fənni  üzrə  dərs  vəsaitidir.  Son  kursda 
tədris  olunan  «Diplomatik  yazışma»  fənni  tələbələrin  dörd  il 
ə
rzində  diplomatiyanın  müxtəlif  sahələrində  nəzəri  və  praktiki 
bilikləri 
mənimsəmələrini, 
ilkin 
tətbiqi 
vərdişlərə 
yiyələnmələrini  ehtiva  edir  və  əldə  etdikləri  biliklərdən 
diplomatik  fəaliyyətin  mühüm  bir  hissəsini  təşkil  edən 
diplomatik  yazışma  sahəsində  istifadə  etmə  bacarıqlarını 
formalaşdırmaq məqsədi daşıyır.  
Təbii  ki,  sənədlər  üzərində  praktiki  tapşırıqlar 
yazışmanın  nəzəri  aspektləri,  ayrı-ayrı  komponentləri  və 
özünəməxsusluqları  öyrənilmədən  mümkün  deyil.  Sabahın 
məzunları  diplomatik  protokol  və  etiket  qaydalarının,  düşüncə 
tərzinin  hansı  şəkildə,  hansı  standartlar  üzrə  kağızda  əks 
olunduğunu, diplomatik dilin necə inkişaf etdiyini bilməlidirlər. 
Eyni  zamanda  diplomatik  üslubun  digərlərindən  fərqlərini  və 
oxşar  cəhətlərini  daha  yaxşı  dərk  etmək  üçün  onların 
müqayisəli  təhlilini  aparmağı,  ilk  baxışda  sinonim  olan  sözlər 



 
yaxud  kəlmələrin  diplomatik  yazışmada  istifadə  edilməsinin 
mümkün olub-olmadığını, yaxud tamam başqa cür məna verib-
verməyəcəyini  ayırmaq  bacarığına  sahib  olmalı,  sözün  yazılı 
ünsiyyətdə  əhəmiyyətini, onun tətbiq edənin məsuliyyətinin nə 
qədər yüksək olduğunu başa düşməlidirlər. 
Azərbaycan dili diplomatik yazışma dili kimi gəncdir, bu 
mənada  tələbələr  həm  bu  dilə  güclü  təsir  edən  beynəlxalq 
standartları,  həmçinin  dilimizin  spesifik  xüsusiyyətlərini 
mənimsəməli,  gənc  diplomatın  karyerasının  ilk  pilləsinin  çox 
vaxt  məhz  sənədlərin  tərtibatı  və  yazılışı  ilə  bağlı  olduğunu 
nəzərə  alaraq,  fənnə  maksimal  dərəcədə  məsuliyyət  və 
çalışqanlılıqla yanaşmalıdırlar. 
Yuxarıda  qeyd  olunanları,  həmçinin  azərbaycan  dilində 
diplomatik  yazışma  ilə  bağlı  ədəbiyyatların  kəskin  azlığını 
nəzərə  alaraq  yazılan  «Diplomatik  yazışmanın  nəzəri 
aspektləri»  dərs  vəsaiti  beynəlxalq  təcrübə  və  nəzəriyyəni  əks 
etdirməklə  yanaşı,  yerli  təcrübənin,  sənəd  nümunələrinin 
təhlilini  özündə  ehtiva  edir  və  tələbələrin  dərs  prosesində 
fəaliyyətlərinə yardımçı olmaq məqsədi güdür. 
 



 
1. Yazışmanın diplomatın fəaliyyətində rolu və 
ə
həmiyyəti 
 
Diplomatiyanın  müxtəlif  sahələri  mövcuddur: 
danışıqların aparılması, kontaktların qurulması, diplomatik 
qəbullar və mərasimlərin təşkili və keçirilməsi, nümayəndə 
heyətlərinin  qəbulu  və  s.  Hər  birinin  özünəməxsus 
xüsusiyyətləri  işin  öhdəsindən  layiqincə  gəlmək  üçün 
diplomatdan  müvafiq  hazırlıq,  keyfiyyətlər,  biliklər  və 
tədricən  formalaşan  peşəkar  vərdişlər  tələb  edir.  Lakin 
onların  arasında,  bəlkə  də,  ən  önəmlilərindən  biri 
diplomatik yazışma, diplomatik sənədlərin hazırlanmasıdır. 
Adətən  diplomatlar  dedikdə,  yada  düşən  və  hətta 
bəzən  lətifələrin  yaranması  mənbəyinə  çevrilən  çoxsaylı 
qəbullar  və  görüşlər  diplomatların  yüksək  ranqlı 
nümayəndələrinə,  siyasi  hakimiyyətin  ali  təmsilçilərinə 
(prezident,  baş  nazir,  xarici  işlər  naziri,  səfir)  daha  çox 
səciyyəvidir.  Yüksək  və  orta  dərəcəli  diplomatların  isə 
gündəlik  fəaliyyətinin  böyük  bir  hissəsini  (tanınmış 



 
diplomat, alim, professor V. .Popov yazışmanın diplomatın 
iş  vaxtının  80-90  faizini  tutduğunu  bildirir
1
)  sənədlərin 
tərtibatı  və  yazılışı  təşkil  edir.  Başqa  sözlə,  diplomatik 
fəaliyyətin  gündəlik  məkanı  dəbdəbəli  məkanların  parketi 
deyil,  yazı  masasıdır.  Bəs  görəsən,  diplomatik  yazışmaya 
bu  qədər  vaxtın  və  enerjinin  sərf  edilməsinin,  önəm 
verilməsinin səbəbi nədir? 
Tənəffüs 
ki  diplomat  taksinin  arxa  oturacağına  əyləşib 
qəbulda baş verənləri baş verənləri müzakirə edirlər. 
-  Təsəvvür  edirsən,  qraf  Lipmenin  manjetləri 
(paltar  qolunun  qatlanmış  hissəsi)  qəbul  olunduğundan 
yarımsantimetr dahauzun idi. Biabırçılıq! 
-  Hələ  bu  nədir!  Öz  gözümlə  gördüm:  ispan 
səfirinin  xanımı  balıq  üçün  cəngəli  meyvələr  üçün 
çəngəllə səhv saldı. Dəhşət! 
Bu an söhbətə taksi sürücüsü müdaxilə edir: 
- Arxamı sizə dönüb oturmağım mane olmur ki?! 
                                                           
1
 В.И.Попов. Современная дипломатия: теория и практика. М. – 2004, с. 412.  


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə