Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   2   3   4   5   6   7   8   9   ...   25


 
 
Diplomatiyada  sözün  böyük  əhəmiyyətini  tarixən 
həmişə  qeyd  ediblər.  Artıq  Qədim  Yunanıstanın  məşhur 
natiq  və  siyasi  xadimi  Demosfen  qeyd  edirdi:  «Səfirlərin 
sərəncamında  nə  hərbi  gəmilər,  nə  də  ağır  artilleriya,  nə 
qalalar  var:  onların  silahı  –  sözlər  və  əlverişli 
imkanlardır»
2
. Sözün sülh, barışdırıcı fəaliyyətdə rolundan 
Şə
rqdə də çox deyilib, çox yazılıb. Dahi Nizami yazırdı:  
«Elə söz vardır ki, yaramaz demək, 
Başqa bir dil ilə söyləmək gərək. 
Onu incə-incə söylərkən bir-bir, 
Ondan hər eşidən alar bir təsir
3
« 
 
 
«Söz  vardır  kəsdirir  başı,  söz  vardır  kəsər  savaşı»  - 
deyə Səfəvi dövlətinin yaradıcısı, siyasi xadim, sərgərdə və 
ş
air şah  smayıl Xətai vurğulayırdı
4

 
Yuxarıda  misal  gətirilənlər  nə  qədər  gözəl  səslənsə 
də,  beynəlxalq  ünsiyyət,  dövlətlərarası  münasibətlər 
                                                           
2
www.ling-expert.ru/conference/langlaw1/langdiplomat.html
 
3
pə-sapa düzülməmiş incilər. Bakı, 1981. S. 50.  
4
Elə orada, S. 57. 



 
deyilən sözlərin, verilən vədlərin şifahi sözə nisbətən daha 
ə
min,  daha  maddi  və  zaman  nöqteyi-nəzərindən  daha 
uzunmüddətli təsbitini – yazılı şəkildə əks olunmasını tələb 
edirdi.  Dövlət  başçılarının  danışıqlar  zamanı  qarşılıqlı 
şə
kildə  götürdükləri  öhdəliklər  Homerin  poemaları,  xalq 
dastanları  kimi  əsrlərlə  dildən-dilə  keçərək,  müəyyən 
təhriflərə və əlavələrə məruz qalaraq işlək ola bilməzdilər. 
Təbii ki, şifahi vədini pozan, sözünü çeynəyən şəxs yazılı 
sənədi  də  «unuda»  bilər,  lakin  bu  halda  onun  beynəlxalq 
qınaqdan  yayınma  imkanları  xeyli  məhdudlaşır.  Və 
təsadüfi  deyil  ki,  ilk  beynəlxalq  müqavilələr  daş,  qaya 
parçaları üzərində həkk olunurdu: əks olununların əbədiliyi 
və  sarsılmazlığını  nümayiş  etdirmək  üçün.  Bu  mənada 
Birləşmiş  Millətlər  Təşkilatının  qərargahının  foyesində 
günümüzə gəlib çatan ən qədim beynəlxalq müqavilənin – 
Misir çarı II Ramzeslə Hett çarı III Hattuşili sülh sazişinin 
mətninin  böyüdülərək  əks  olunması  da  rəmzi  xarakter 
daşıyır. 
 
Qeyd  edək  ki,  əvvəlki  dövrlərdə  yazılı  sənədlərin 
ömrü  şifahi  bəyanatdan  bir  o  qədər  də  uzun  deyildi. 



 
Onların  təbii  qəzalar,  qəsdli  yaxud  təsadüfi  addım,  ən 
nəhayət,  sırf  zamanın  sınağı  və  saxlanma  şərtləri 
nəticəsində  yox  olmaları  ehtimalı  çox  böyük  idi.  Biz 
ə
minliklə  II  Ramzeslə  III  Hattuşili  arasında  bağlanmış 
adıçəkilən müqavilənin öz dövrünün yeganə bu tipli sənədi 
olmadığını  söyləyə  bilərik,  lakin  tarixi  hadisələr  və 
şə
rtlərin  təsiri  altında  digər  sənədlər  məhv  olaraq 
zəmanəmizə  çata  bilməmişdilər.  Tarixdə  sənədlərin  yox 
edilməsi  ilə  öhdəliklərindən  boyun  qaçıran  hökmdarlar  və 
dövlətlər  misalları  az  deyil.  Yaxud  da  hər-hansı  sənədi 
onilliklərlə  gizlədən,  yaxud  gizlətməyə,  görməməzlikdən 
gəlməyə çalışan siyasi xadimlər də mövcud olub (1939-cu 
ilin  Avropanın  işğalını  birgə  keçirmək  haqqında  SSR   ilə 
Almaniya arasında bağlanmış Ribbentrop-Molotov paktına 
ə
lavə  məxfi  protokolu  yada  salmaq  olar:  qısa  müddət 
ə
rzində  sənədin  tam  məzmunu  Qərb  dünyasına  məlum 
oldu, uzun illər ərzində bu faktı inkar edən rus siyasi tarix 
elmi də sonda bunu etiraf etməyə məcbur oldu).  



 
 
 
 
 
 
Ribbentrop-Molotov paktına  
ə
lavə məxfi protokolunun əsli 
В.М.Молотов пакты имзалайыр 
Бейнялхалг ижтимаиййятин пактын 
имзаланмасына реаксийасы 


10 
 
 
 
 
 


11 
 
Maraqlıdır 
1)
  Qədim  Roma  ilə  müharibə  aparan  Makedoniya 
çarı  V  Filip  Rodos  hökmdarları  ilə  gizli  yazışma 
aparırdı.  Məğlub  olduqdan  sonra  V  Filip  bütün 
diplomatik  sənədləri  məhv  etməyi  tapşırdı
5

ndinin  özündə  sənədlərin  yoxluğu  alimlə
arasında  mövzu  ilə  bağlı  gərgin  diskussiyalar 
aparmaqlarına  səbəb  olur.  Bəzi  alimlər  belə 
sənədlərin, 
ümumiyyətlə
olmadığını 
və 
məlumatın uydurma olduğunu iddia edirlər. 
2)
  Rusiyadakı Moldova səfirliyinin hələ ki naməlum 
olan  əməkdaşları  səfirliyin  maşınları  üçün 
nəzərdə  tutulmuş  diplomatik  nömrələri  satmaqla 
məşğul  idilər.  2013-cü  ilin  may  ayında  rus 
tərəfinin  araşdırması  nəticəsində  məlum  oldu  ki, 
yerli 
Moldova 
Səfirliyinin 
12 
nəfərlik 
personalının  adına  xüsusi  seriyalı  qırmızı 
nömrələri  olan  60  bahalı,  əsasən  «Bentli» 
                                                           
5
http://diplomat-ceremonial.ru/diplomatia-drevnei-grecii/mezhdunarodnye-
obychai-v-epoxu-ellinizma.html
 
 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə