Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   ...   7   8   9   10   11   12   13   14   ...   25

55 
 
nümayəndəlikləri 
arasında 
(məsələn, 
Azərbaycan 
Respublikasının Hindistan və Çindəki səfirlikləri arasında) 
informasiya mübadiləsinin həyata keçirilməsi vasitəsi kimi 
çıxış  edən  sənədlər  aid  edilir.  Daxili  yazışmanın  əsas 
hissəsini  gündəlik  məlumat-arayış  səciyyəli  materiallar, 
siyasi  məktublar,  hesabatlar,  şifrlənmiş  teleqramlar, 
konsulluq  məsələləri  üzrə  yazışmalar,  danışıqların, 
söhbətlərin yazısı, siyasi xarakteristikalar, X N-nin sorğuna 
cavablar və s. təşkil edir. 
 
Bilavasitə  diplomatik  yazışmanı  (təsnifat  zamanı 
onları  bəzən  xarici  yazışma  sənədləri  adlandırırlar) 
dövlətlər  arasında  rəsmi  yazılı  münasibətləri  həyata 
keçirməkdə istifadə olunan və dövlətin beynəlxalq həyatın 
bu  və  ya  digər  məsələsi  üzrə  mövgeyini  əks  etdirən 
sənədlər  kompleksi  təşkil  edir.  Bu  qrup  sənədlərə  notalar, 
bəyanatlar,  şəxsi  məktublar,  memorandumlar,  kommünike 
və s. aiddir.  
Qeyd  edək  ki,  formal  olaraq,  Azərbaycan 
Respublikasının  X N  xarici  dövlətlərin  diplomatik 
nümayəndəlikləri ilə və Azərbaycanın xaricdəki diplomatik 


56 
 
nümayəndəlikləri yerli X N qurumları ilə yazışmanı doğma 
dildə  aparmaq  hüququna  malikdirlər.  Lakin  praktikada  bu 
cür  yanaşma,  sənədi  alan  tərəfdə  düzgün  və  dəqiq 
tərcüməyə dair çətinliklər, son nəticədə sənəddə əks olunan 
məsələlərə  münasibəti  ifadəetmədə  vaxt  itkisinə səbəb ola 
bilər. Və bir qayda olaraq, məsələ aşağıdakı formaların biri 
seçilərək həll edilir: 
1)
  Xarici  işlər  nazirliyi  yaxud  səfirliklə  əldə  olunmuş 
razılıq əsasında yazışma üçüncü dildə aparılır; 
2)
  Yazışma  rəsmi  yerli dildə  aparılır, lakin hər sənədə 
onun qeyri-rəsmi tərcüməsi əlavə olunur. 
Beynəlxalq hüquqi aktları dövlətlərin beynəlxalq 
hüquqla  tənzimlənən  bu  və  ya  digər  məsələlər  üzrə 
ikitərəfli  və  ya  çoxtərəfli  münasibətlərini  təsbit  edən 
sənədlər təşkil edir. Bu sənədlərə əsasən, tərəflər müəyyən 
hüquqlar  əldə  edir  və  öz  üzərinə  müəyyən  öhdəliklər 
götürürlər. Beynəlxalq hüquqi aktlar sənədlərinin formaları 
beynəlxalq  hüquq  normaları,  yaxud beynəlxalq  praktikada 
ümumən  qəbul  edilmiş  qaydalar  və  ənənələr,  və  ya 
danışıqlar  aparan  tərəflərin  ümumi  razılığı  əsasında 


57 
 
müəyyən  edilir.  Adətən  bu  cür  sənədlər  bir  neçə  dildə 
(razılığa  gələn  tərəflərin  sayına  uyğun)  hazırlanır  və  ayrı-
ayrı  dildəki  sənədlərin  əsilləri  autentik  (eyni  orijinallıq 
səviyyəli) sayılır. 
 
Ümumi parametrlər üzrə rəsmi-işgüzar sənədlərin bir 
qrupu  olaraq  diplomatik  sənədlərin  müxtəlif  təsnifatlarını 
aparmaq olar: 
 
A)  nformasiyanın mənbəyi üzrə: 
1) ilkin sənədlər – xarici siyasi qurum əməkdaşlarının ətraf 
reallıq  faktlarını  bilavasitə  qəbuletmələrinin  əsasında  əldə 
olunanlar; 
2)  ikinci  dərəcəli  sənədlər  –  ilkin  sənədlərdə  əks  olunan 
informasiyanın emalının nəticələrini ehtiva edənlər; 
3)  qarışıq,  yəni  il  iki  tip  sənədlərinə  əlamətlərini  daşıyan 
sənədlər. 
 
B) Sənədin statusuna görə: 
1)  rəsmi  sənədlər  –  müəyyən  edilmiş  qaydalar  əsasında 
tərtib və təsdiq edilmiş, hüquqi və ya fiziki şəxs tərəfindən 
hazırlanmış; 


58 
 
2)  yarımrəsmi  sənədlər  –  bir  qayda  olaraq,  vəzifəli  şəxsin 
adından  tanış  rəsmi  şəxslərə  şəxsi  kömək  və  ya 
minnətdarlıqla  (məsələn,  dəvətə  görə,  və  ya  dəstək  üçün 
müraciət)  bağlı  hallarda,  yaxud  bu  və  ya  digər  səbəbdən 
rəsmi  şəkildə  qoyuluşu  arzuolunmayan  məsələlər  üzrə 
göndərilən  sənədlərdir.  Bu  cür  sənədlər  beynəlxalq 
subyektin rəsmi mövgeyini əks etdirməsələr də, beynəlxalq 
arenada  kontaktların  qurulması  və  möhkəmlənməsində 
ə
həmiyyət kəsb edirlər. 
3)  Qeyri-rəsmi  sənədlər  –  gündəlik  fəaliyyət  prosesində, 
xarici  siyasi  qurumun  informasiya  ehtiyaclarını  ödəmək 
üçün  istifadə  olunan,  yaxud  beynəlxalq  fəaliyyət 
subyektinin  qeyri-rəsmi  kanallar  vasitəsilə  göndərdiyi  və 
aldığı  sənədlər.  Bu  tip  sənədlər  hüquqi  qüvvəyə  malik 
olmasalar da, böyük əhəmiyyət kəsb edirlər: çox vaxt məhz 
bu tip sənədlərdə həlledici qərarların çıxarılması və qəbulu 
üçün önəmli informasiya əks olunur. Qeyri-rəsmi sənədlərə 
mərkəzin 
xaricdəki 
diplomatik 
nümayəndəliklərinə 
göndərdiyi 
informasiya 
materialları, 
diplomatik 
nümayəndəliklərin  çalışdıqları  ölkədəki  vəziyyətə  dair 


59 
 
mərkəzə  ünvanladıqları  arayışlar,  rəsmi  şəxslərlə  şəxsi 
söhbətlərin nəticəsində hazırlanan sənədlər və s. aid edilir. 
 
C)  Fəaliyyət  subyektinə  dair  hərəkət  istiqaməti 
üzrə: 
1)  daxil  olan  sənədlər  –  icraçılardan  adresata  çatan 
sənədlər; 
2)  çıxarılan  sənədlər  –  adresatın  icraçılara  göndərdiyi 
sənədlər; 
3)  daxili  sənədlər  –  onu  hazırlayan  təşkilatda  kənara 
çıxmayan,  qurumdaxidi  dövr  edən  və  hər-hansı  ünvana 
göndərilməsi nəzərdə tutulmayan sənədlər. 
 
Ç) Sənədin hazırlanması mərhələləri üzrə: 
1)  əsli, orijinal –  rəsmi  sənədin  birinci  yaxud tək  nüsxəsi. 
Bir çox hallarda orijinalın yaradılmasi öncə qaralama, yəni 
sənədin  ilkin  redaktədə  işçi  variantının  hazırlanması 
mərhələsindən keçir; 
2)  surəti  –  orijinalın  məlumatını  və  onun  bütün  xarici 
ə
lamətlərini tam yaxud qismən əks etdirən, hüquqi qüvvəyə 
malik olmayan sənəd. 
 
D) Tanışğa məhdudluq səviyyəsi üzrə: 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə