Microsoft Word Yazisma ders vesaiti docx



Yüklə 2,11 Mb.
Pdf görüntüsü
səhifə10/25
tarix01.07.2018
ölçüsü2,11 Mb.
#52526
növüYazi
1   ...   6   7   8   9   10   11   12   13   ...   25

46 
 
üzvü  bağlıdır  və  çox  vaxt  standartlaşdırmanın  bir  metodu 
kimi  də  qəbul  edilir.  Unifikasiya  zamanı  mövzular  yaxud 
vəziyyətlərə  müvafiq  müəyyən  modellər  üzrə  cümlənin 
qurulması qaydalarının təsbiti və tətbiqi baş verir. Məsələn, 
diplomatik yazışmada milli bayramla əlaqədar təbrik (və ya 
matəm,  başsağlıqları)  teleqramları  yaxud  dəvət  (xahiş, 
təklif və s.) notaları unifikasiya metodunun tətbiqi ilə tərtib 
edilirlər. 
 
Nəhayət, 
standartlaşdırma 
və 
unifikasiya 
trafaretləşdirmə – konkret vəziyyətdən asılı olaraq, dəyişən 
məlumatlarla doldurulması mümkün olan boşluqlara malik 
mətn  şəklində  informasiyanın  təsbiti  ilə  tamamlanır. 
Diplomatik  yazışmada  mütləq  trafaretləşdirmə  müşahidə 
olunmasa da, kifayət qədər önəmli yer tutur. Rəsmi-işgüzar 
stildə  trafaretləşdirmə  aşağıdakı  üstünlüklərə  nail  olmaq 
imkanı verir: 
1)
  Sənədin tərtib edilməsini 9 dəfədən çox sürətləndirir 
və  bununla  da  əmək  xərclərinin  həcmini  azaltmış 
olur; 


47 
 
2)
  Trafaret sənədlərdə ümumi informasiyanın 1/3 artıq 
hazır şəkildə olur; 
3)
  Trafaret  sənədlərdə  ifadəetmənin  ardıcıllığına 
(sözlərin qaydalarla düzülüşünə) riayət edilir. 
Standartlaşdırma,  unifikasiya  və  trafaretləşdirmə 
istənilən  rəsmi-işgüzar  fəaliyyətin  ayrılmaz  bir 
parçasına çevrilib, işin sürətlənməsi və asanlaşmasında, 
həm  də  müəyyən  mənada  bürokratik  uzatmaların 
azalmasında  da  mühüm  rola  malikdir.  Əslində  biz 
gündəlik  həyatımızda  rəsmi  qurum  və  idarələrlə 
ünsiyyət  zamanı  bunun  bariz  şahidi  oluruq  və  qeyd 
etdiyimiz  üsulların  istifadəsi  ilə  hazırlanan  sənədlərə, 
blanklara  çox  rast  gəlirik:  dünyaya  gəldimiz  andan 
(doğum  evindəki  sənədləşmə)  ömrümüzün  son  anına 
qədər.  Bu  mənada  diplomatik  yazışmada  yuxarıdakı 
prosedur  eyni  formada  aparılır,  lakin,  sözsüz  ki,  öz 
peşəkar  sahəsinə,  standart  vəziyyət  və  hallara  müvafiq 
olaraq. 
 
 


48 
 
Rəsmi-işgüzar sənəşablonlarının 
nümunələri


49 
 
 
 


50 
 


51 
 
 
 
 


52 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Эерб 
Азярбайжан Республикасы 
Сяфирлийи   
 
 
 
Тарих 
 
 
 
 
 
 
Щюрмятли жянаб Назир 
 
………………  öz  hörmətini  izhar  edir  və  aşağıdakıları 
bildirməkdən şərəf duyur: 
………………………………………………………………………
………………………………………………………………………
………………………………………………………………………
……………………… 
……. fürsətdən istifadə edərək, bir daha öz ehtiramını bildirir. 
 
 
 ИМЗА 
Азярбайжан Республикасынын  
                                                              Сяфири 
 
Зати-алиляри 
Жянаб (ад сойад) 
 Харижи ишляр назириня 
(дювлят вя онун пайтахтынын 
там ады) 
 


53 
 
YOXLAMA SUALLAR: 
1.
  “Stil”  sözünün  etimologiyasını  avə  müasir 
dövrdəki mənasını açıqlayın. 
2.
  Rəsmi-işgüzar üslubun cizgilərini qeyd edin. 
3.
  Böyük  Britaniyada  tətbiq  edilən  “5C”  prinisipi 
nədən ibarətdir? 
4.
  Diplomat  olmaqla  yanaşı  digər  yazı  üslubuna 
sahib olan tarixi şəxsiyyətləri tanıyırsınızmı? 
5.
  “Standartlaşdırma”  anlayışının  məzmununu 
açıqlayın. 
6.
  Unifikasiyanın prinsipləri nədən ibarətdir? 
7.
  “Trafaret”  anlayışının  mənasını  bilirisnizmi? 
Misallar gətirin. 
 
 
 
 
 
 


54 
 
4. Diplomatik sənədlərin təsnifatı 
 
 
Sənəd  (dokument  –  latın  dilindən  tərcümədə 
«şahidlik»,  «sübut»  deməkdir)  anlayışını  müasir  elm 
«üzərində  zaman  və  məkanda  ötürülməsini  nəzərdə  tutan 
informasiyanın  yazıldığı  verilənlərin  maddi  daşıyıcısı» 
başa  düşülür
21
.  Diplomatik  sənədlərə  xarici  işlər  nazirliyi 
və  dövlət  hakimiyyətinin  ali  orqanlarının  beynəlxalq 
arenada  idarəetmə  fəaliyyətinin  nəticəsində  əmələ  gələn 
sənədlər aid edilir. Onları aşağıdakı qruplara bölürlər: 
1)
  Qurumdaxili diplomatik sənədlər (sənədi göndərənlə 
ünvan sahibi eyni qurumun nümayəndələridir) ; 
2)
  Diplomatik yazışma (sənədi göndərənlə ünvan sahibi 
ayrı-ayrı dövlətlərin təmsilçiləridir); 
3)
  Beynəlxalq hüquqi aktlar 
Qurumdaxili diplomatik sənədlərə xarici işlər 
nazirliyi  (mərkəz)  və  xarici  ölkələrdəki  yaxud  beynəlxalq 
təşkilatlar  yanındakı  diplomatik  nümayəndəliklər,  yaxud 
bir ölkənin müxtəlif dövlətlərdə yerləşən iki və ya daha çox 
                                                           
21
http://dic.academic.ru/dic.nsf/lower/14556
 


Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə